I YAD (məlum olmayan, tanınmayan) [Adilə:] Pah atonnan, elə bil yad adamıq, qaraçı köçündən qırılıb qalmışıq (Ə.Qasımov); BAŞQA Ramazan: Adamın öz daxması başqalarının sarayından qiymətli görünür (M.Hüseyn); BİGANƏ Nə baxırsan oğrun-oğrun; Mənə biganələr kimi (Xəstə Qasım); KƏNAR Şamo: Kənar adam yoxdur? – deyə soruşdu (S.Rəhimov); QIRAQ Stolun başında bir nəfər də olsun qıraq adam yox idi (M.S.Ordubadi); NAMƏHRƏM Şöləxanım: Buyur görək, mən hansı naməhrəmlərlə aşnalıq edirəm (M.F.Axundzadə); ÖZGƏ Biri zəif, zərif, hər bir işdə özgəyə möhtac olduğu halda, o biri polad kimi sağlam bədənli.. bir uşaq idi (S.S.Axundov); QEYRİ, BAŞQASI.
II yad bax yaddaş
III yad bax naməlum