Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Çələkən yarımadası
Çələkən yarımadası — Xəzər dənizinin şərq sahillərində Türkmənistan ərazisində yerləşir. Yarımada 1930-cu illərdə ada materikə birləşib. Səbəb isə dənizin səviyyəsinin kəskin enməsi olmuşdur. Yarımadanın sahəsi 500 km² təşkil edir. Hündürlüyü isə 100 metrdir. Yarımadanın ərazisi əsasən qumlar və duzlarla öztülüdür. Ərazidə neft və ozokerit yataqları aşkarlanıb. Bölgədə balıqçılıq da inkişaf etmişdir. Yarımadaya güclü küləklər əsir. Bu səbəbdən yarımada ərazisində həşaratların fəaliyyəti çətinləşir.
Siləkə (Soyuqbulaq)
Siləkə (fars. سلكه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (20 ailə).
Cənubi Çələkən körfəzi
Cənubi Çələkən körfəzi — Xəzər dəniziində Türkmən körfəzinin şimalında, Çələkən yarımadasının cənubunda yerləşən körfəz. Dənizdən Cənubi Çələkən burnu və Dərviş yarımadası ilə ayrılır. Uzunluğu 20 km, eni 35 km təşkil edir. Dərinliyi 5-7 metri keçmir. Burada Alaca limanı yerləşir. Körfəz özü Dərviş, Mixaylovski körfəzləri yerləşir. Üstəlik burada Uzunada körfəzi və Qırark körfəzləri vardır.
Plaza de Cibeles
Plaza de Cibeles — (azərb. ‎: Kibele meydanı) - neoklassik üslubda mərmər heykəllərdən düzəldilmiş bulaq ilə Madridin ən vacib simvollarından biridir. Meydan şərq və qərbdə Calle de Alcala, şimalda Paseo de Recoletos və cənubda Paseo del Prado küçələri ilə həmsərhəddir. Əsl adı Plaza de Madrid (Madrid meydanı) olduğu halda, Madrid bələdiyyəsi yerin adını 1900-cü ildə Plaza de Castelar (Castelar Meydanı) olaraq dəyişdirdi və nəhayət indiki adını aldı. == Kibele fəvvarəsi == Kibele çeşməsi Madridin ümumiyyətlə Paseo de Recoletos adlanan hissəsində tapılmışdır. Bu fəvvarənin adı Frigian tanrıçası Kibele. Bulaqda ənənəvi olaraq Real Madrid C.F. Komanda kapitanlarının heykəlinə Real Madrid bayrağı və eşarp qoyaraq komandanın qələbələrini qeyd edir. == Kibele sarayı == Plaza de Kibelesdəki binaların ən gözə çarpan yeri, Madrid şəhər şurasının yerləşdiyi Kibele sarayıdır (əvvəllər Rabitə Sarayı).
Çələkən Oğurçalı boğazı
Çələkən Oğurçalı boğazı - Xəzər dənizinın açıq sahəsini Türkmən körfəzi ilə birləşdirir. Oğurca adasını Çələkən yarımadasından (Dərviş yarımadası) ayırır. Xəzər dənizinin Türkmənistan akvatoriyasında yerləşir.. Eni 15 km təşkil edir. Boğaz dayazdır. Xəzər dənizinin özünəməxsus xüsusiyyətinə görə dərinlik dəyişkəndir. 1970-ci illərdə maksimal həddinə çatmışdır. Ən dərin yeri 3 m, orta dərinlik isə 1,5–2 m təşkil edir. Son onilliklər ərzində Oğurcalı adasının şimalı axınların təsirindən boğazın daxili hissələrinə qum çöküntüləri gətirir. Hazırda boğazın daxilində adsız ada vardır.
Şimali Çələkən körfəzi
Şimali Çələkən — Türkmənbaşı körfəzinin şimal-şərqində, Çələkən yarımadasının şimal sahillərində yerləşir. Dənizdən Çələkən burnu ilə ayrılır. Körfəzin uzunluğu 20 km, eni — 25 km, dərinliyi isə 3,8 m təşkil edir. Körfəzin girişi dayazdır və gəmilərin girişinə imkan vermir.
John Wilkes Booth
Con Uilks But (ing. John Wilkes Booth; 10 may 1838 – 26 aprel 1865[…]) — 14 aprel 1865-ci ildə ABŞ prezidenti Abraham Linkolna Vaşinqtondakı Ford teatrında sui-qəsd təşkil edən amerikalı teatr aktyoru. Butun atası tanınmış Şekspir rolları ifaçısı Cunius Brutus But və anası Meri Anna Holms 1821-ci ildə İngiltərədən ABŞ-yə köçmüşlər. Ailə Harford Kauntidə, Merilenndəki Bel-Erdə bir ferma satın almışdır. Con Uilks But 10 may 1836-cı ildə bu fermada anadan olmuşdur. Ona ailənin uzaq qohumu olduğu iddia edilən ingilis radikal siyasətçi Con Uilksin adı verilmişdir. Butun uşaqlığının keçdiyi ev "Tudor Holl" ailənin Harford Kauntidəki torpağında 1847-ci ildə inşa edilmişdir və bu gün də qalmaqdadır. == Sui-qəsd == Butun atası Cunius Brutus But XIX əsrin tanınmış teatr aktyorlarından biri idi. O, özü də 1860-cı illərdə ABŞ-də artıq istedadlı teatr aktyoru kimi tanınırdı. But Konfederasiya hakimiyyətinin tərəfdarı idi və Cənubun vətəndaş müharibəsində məğlub olması onu qəzəbləndirmişdi.
Köhnə İlekəy (Baltas)
Köhnə İlekəy (başq. Иҫке Илекәй, rus. Староиликеево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Starobaltas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 4 km., == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (97 %) üstünlük təşkil edir.
Çieres-Yuryaqe çayı
Çieres-Yuryaqe çayı (arx. Чиэрэс-Юрэгэ) — Lena çayının qolu. Yakutiya çayı. == Əsas xüsusiyyətlər == Yakutiyanın Jiqan rayonunun çayıdır. Çayın uzunluğu 16 km -dir. Velikan kanalına tökülür hansı ki, oda öz növbəsində 534 km yüksəklikdən Lena çayına tökülür. Kurunq-Bısır çayının sağ qoludur.
Bakı-Çələkən (film, 1973)
Bakı-Çələkən qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rzayev tərəfindən 1973-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya filmi Azərbaycan neftçilərinin Türkmənistanın Çələkən yarımadasındakı neft mədənlərində gördükləri işlərdən bəhs edir. == Məzmun == Sənədli televiziya filmi Azərbaycan neftçilərinin Türkmənistanın Çələkən yarımadasındakı neft mədənlərində gördükləri işlərdən bəhs edir.