Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Banbaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.