Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Öcəşmə
Öcəşmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyun iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-biriniə öcəşmək (sataşmaq) məqsədilə bu oyunun sözlərindən (öcəşmədən) istifadə edirlər. == Oyunun qaydaları == . Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır.
Xocəsən
Xocəsən — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Xocəsən şəhər tipli qəsəbəsi Biləcəri qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu şəhər tipli qəsəbə mərkəz olmaqla Xocəsən qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır. == Tarixi == Xocasən qəsəbəsinin adı tarixdə ilk dəfə V–VI əsrlərdə çəkilmişdir. Qədim İpək Yolunun üstündə yerləşən bu kənd bəzi mənbələrdə Xoca Həsən, bəzilərində isə Hacı Həsən kimi səsləndirilmişdir.Tarixi mənbələrdə qeyd olunur ki, bu kənd XVII əsrdə yaşamış zəmanəsinin tanınmış taciri Xoca Həsənin şərəfinə belə adlandırılmışdı. Tarixçi Sara Aşurbəyli bu kəndin adını "Xocasən" kimi qeyd edib və bunun mənasını ərəblərin dövründə vergi yığan məntəqə kimi göstərib. Qədim İpək yolunun üstündə yerləşən kəndin arxa hissəsi Qobu dağları, ön hissəsi Kiçik və Böyük Daş adlanan dağlarla əhatə olunub. Kənddə üç qəbilə olub: Yarəhmədlilər (Dağıstandan gələnlər); çobanlar (qara Siyəzəndən gələnlər); hamamçılar (Qubadan gələnlər). Bu kənddə 3 ovdan (su yığıb saxlamaq üçün qurulan yeraltı hovuz) yerləşir. Onlardan biri-Ortalığ adlanan ovdan öz varlığını qoruya bilməsə də digər iki ovdan-Hökməli yolunun üstündə yerləşən Hökməli ovdanı və Hacı Rəsul Ovdanı hal hazırda kəndin ərazisində öz varlığını qoruyub saxlayıb. Kənddən təxminən min metr şimalda (indiki "Pepsi" zavodu yaxınlığında) qədim Şah Abbas karvansarası olub.
Məskən
Məskən – (Mestoobitaniye) – fərdin, populyasiyanın və ya növün yaşadığı yer və şəraiti mühit. == Ümumi məlumat == Heyvanların məskəni bir neçə stasiyadan ibarət ola bilər (qışlamaq üçün, çoxalmaq üçün, yatmaq üçün, yemləmək üçün, yayılması üçün). Fitosenozun məskəni abiotik amillərin kompleksinin entopidə (fitosenozun relyefdə yerləşməsi), ekotopda(fitosenozun mühit rejimi – hava, su, mineral qidalanma, temperatur – radiasiya), biotik amillərin kompleksinin (fitosenoz üçün – heyvan və mikroorqanizmlərin fəaliyyəti) və fitosenogen amillərin kompleksinin (bitki qruplaşmalarının fəaliyyətindən yaranaraq ekotopu biotopa çevirir), məcmusundan ibarətdir.
Çəpkən
Çəpkən — Azərbaycanda milli kişi və qadın geyiminin bir hissəsidir. Çəpkən astarlı olub, belə qədər bədənə kip tikilir. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlcək ilə bitən qondarma qolları (astarı qiymətli parçadan olan qollara bəzən düymələr tikilir) olur. Bel hissədən bağ ilə bağlanır. Çəpkən tirmə, darayı, məxmər, müxtəlif zərli parçalardan tikilir. Çəpkənin yaxası, ətəyi, qolunun kənarları zərif bafta, kəbəzəncirə və s. tikmələrlə bəzədilir. Bəzən çəpkənin üstündən gümüş kəmər də bağlayırlar. Ön Asiya, Yaxın Şərq xalqları arasında, Azərbaycanda (xüsusilə, DQMV, Xankəndi, Şuşada, Bakıda, Şəkidə, Şamaxıda) geniş yayılmışdır. == Pullu çəpkən == Pullu çəpkən biçimi çəpkənlə eyni formada olub, qolsuzdur.
Öskən
Öskən (əvvəlki adı: Oskən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsi tərkibindəki Oskən kəndi Öskən kəndi adlandırılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim "geniş yer" mənasındadır. Tədqiqatçılar isə kəndin adını türk dillərindəki öski sözü ilə bağlayaraq "yüksəklikdə yerləşən kənd" mənasında izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Xocəsən bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xocəsən metrostansiyası
Xocəsən metrostansiyası — Bakı metrosunun 23 dekabr 2022-ci ildə istifadəyə verilmiş yerüstü stansiyası. Metropolitenin sayca 27-ci stansiyası və 2-ci yerüstü stansiyası kimi istifadəyə verilmişdir. Bənövşəyi xəttin isə sayca 4-cü stansiyasıdır. == Tarixi == "Xocəsən" stansiyasının tikintisi üçün hazırlıq işləri 2014-cü ildə başlamışdır. Stansiyada tikinti işləri 3 mərhələli şəkildə təşkil olunmuşdur. Stansiyaya aparan tunellərin qazıntısı ağır hidrogeoloji şəraitdə aparılmışdır. Çünki tunellərin yerləşdiyi ərazi torpaq qatının dayanıqsızlığı və qrunt sularının zənginliyi ilə seçilir. Sağ tunelin qazıntı işləri 2018-ci ilin aprelində, sol tunelin qazıntı işləri isə 2022-ci ilin aprelində başa çatmışdır. 2022-ci ilin oktyabr ayında sınaq işləri aparılmışdır.Tikinti işlərinin birinci mərhələsi və stansiyasının tikintisi 2022-ci ilin sonunda başa çatdırılmışdır. Seyfulla Vəliyev stansiyanın birinci rəisi təyin olunmuşdur.
Xocəsən (elektrik deposu)
Xocəsən — Bakı metrosunun sayca ikinci elektrik deposu. Bənövşəyi xəttin bir hissəsini təşkil edir. Xocəsən metrostansiyasının yanında yerləşir. == Tarixi == "Xocəsən" elektrik deposunun açılışı 23 dekabr 2022-ci ildə baş tutmuşdur. Açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir. Elektrik deposunun tikintisi üç mərhələli plan üzrə aparılmış və birinci mərhələ başa çatmışdır. Daha iki mərhələ üzrə işlər xəttin yeni stansiyaları və tunelləri inşa olunduqca tələbata uyğun görüləcək.İkinci mərhələdə məişət otağı ilə dayanma korpusu, qatarların yuyulması kamerası, təkərlərin diaqnostika kompleksi, yanacaq-sürtkü materialları anbarı, dönmə qurğuları, kompressor stansiyası, təmir-dayanacaq binası üçün qazanxana inşa olunacaq. Üçüncü mərhələdə isə vaqonların təmiri və istehsalı korpusu, inzibati və məişət binaları, dispetçer idarəetmə məntəqəsi və vaqon təmiri binaları üçün qazanxana, qaldırıcı kran estakadası ilə texnoloji platformanın tikintisi planlaşdırılır. == Xüsusiyyətlər == Elektrik deposu 24 hektardan çox ərazini əhatə edir. Depoda iki içməli su anbarı, iki yanğın su anbarı, üç baxış qanovu və xidməti otaqlar, qatarların hərəkətini idarə etmək üçün blok-post, elektrik yarımstansiyası, təmir və texniki baxış infrastrukturu yaradılıb.
Çəkən (Həştrud)
Çəkən (fars. چكن‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (17 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsində, Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 30 km qərbdədir.
İnsan məskən salır
İnsan məskən salır — kinorejissor Arif Babayevin filmi. == Məzmun == Filmdə tufan zamanı dəniz buruğunda həlak olmuş briqadirin yerinə təyin olunan gənc neftçi-mühəndisin (Ələsgər İbrahimov) ona etimad göstərən briqada üzvlərinin rəğbətini, inamını öz biliyi, bacarığı, cürəti ilə qazanmasından və dəniz mədənində həmişəlik məskən salmasından söhbət açılır. == Festivallar və mükafatlar == 1) 1968-ci ildə İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalı Quruluşçu rejissor Arif Babayevə ən yaxşı debütə görə Diplom verilmişdir. == Film haqqında == Film rejissor Arif Babayevin böyük kinoda ilk müstəqil işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İmran Qasımov Quruluşçu rejissor: Arif Babayev Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Bəstəkar: Qara Qarayev Səs operatoru: Akif Nuriyev, Ələkbər Həsənzadə Redaktor: Nataliya Şneyer Operator: V.Həsənov Geyim rəssamı: Ağanağı Axundov Qrim rəssamı: V.Arapov Montaj edən: Tamara Nərimanbəyova Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski, Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Rejissor assistenti: Ramiz Əliyev, Fikrət Əliyev, Ə.Əhmədov, Adil İsmayılov, Ənvər Həsənov Operator assistenti: V.İvaşşenko, Ramiz Babayev, Sərdar Vəliyev (S.Vəliyev kimi) Rəssam assistenti: T.Məlikzadə Filmin direktoru: Nazim Ələkbərov Orqanda ifa edən: Z.Cəfərova Fortepianoda ifa edən: A.Abdullayev Gitarada ifa edən: Y.Sərdarov === Rollarda === Ələsgər İbrahimov — Ramiz Hacımurad Yegizarov — Murad Hökümə Qurbanova — Şamama İsmayıl Əfəndiyev — Şirəli Lyudmila Marçenko — Nina Zemfira Sahilova — Adilə Yuri Perov — Andrey Aleksandr Petrov — Vadim Muxtar Maniyev — Məcid E.Akopov — Qarabala Arkadi Tolbuzin — Moroz Fikrət Əliyev — mühəndis Arif Babayev Tələt Rəhmanov — milis işçisi X.Əliyev V.Ryabova Yusif Vəliyev — neftçi R.İbrahimov Elxan Qasımov — sakin Rəfael Dadaşov — neftçi Zemfira Sadıqova — tibb bacısı Cəmilə Atayeva (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Dadaş Kazımov — neftçi (titrlərdə yoxdur) Həsənağa Turabov — Ramiz (Ələsgər İbrahimov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Adilə (Zemfira Sahilova) (titrlərdə yoxdur) Həsən Məmmədov — rus neftçi Andrey (Yuri Perov)(titrlərdə yoxdur) Hamlet Xanızadə - Qarabala (E. Akopov)(titrlərdə yoxdur) Əzizağa Qasımov — Məcid (Muxtar Maniyev) (titrlərdə yoxdur) Məlik Dadaşov - kadrarxası mətn;Cavadın səsi (titrlərdə yoxdur) Ətayə Əliyeva — Şamama (Hökümə Qurbanova) (titrlərdə yoxdur) Süleyman Ələsgərov — Şirəli (İsmayıl Əfəndiyev) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Murad (Hacımurad Yegizarov) (titrlərdə yoxdur) Kamil Qubuşov — rus neftçi Moroz (Arkadi Tolbuzin)(titrlərdə yoxdur) Ağaxan Salmanlı - Vadim (Aleksandr Petrov)(titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Uzun çəkən sözardı (kitab)
Uzun çəkən sözardı — Çingiz Abdullayevin kitabı. == Kitab haqqlnda == Təxminən iyirmi beş il bundan əvvəl serjant Qorçilinin bölməsi Əfqanıstan dağlarında düşmənlərin sayca üstün olan qüvvələrilə vuruşmuşdu. Bu qırğından hamı sağ çıxmamışdı, salamat qalanlar isə bu hadisələri yada salmamağa çalışırdılar. Ancaq keçmiş özü özünü xatırlatdı… Artıq bizim dövrümüzdə kimsə həmin döyüşdə iştirak edən keçmiş əsgərləri müntəzəm surətdə və amansızcasına öldürməyə başladı. Nə üçün? Bu kimə və nəyə lazımdır? Hətta ekspert-analitik Dronqo da bu suallara cavab tapa bilmir; hələlik o yalnız qatili qabaqlamağa və sağ qalmış əsgərləri xilas etməyə çalışır.
Uzun çəkən sözardı (roman)
"Uzun çəkən sözardı" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == Təxmini iyirmi beş il bundan əvvəl serjant Qorçilinin bölməsi Əfqanıstan dağlarında düşmənlərin sayca üstün olan qüvvələri ilə vuruşmuşdu. Bu qırğından hamı sağ çıxmamışdı, salamat qalanlar isə bu hadisələri yada salmamağa çalışırdılar. Ancaq keçmiş özü özünü xatırlatdı. Bu qədər zaman keçəndən sonra kimsə həmin döyüşdə iştirak edən keçmiş əsgərləri müntəzəm surətdə və amansızcasına öldürməyə başladı. Ekspert-analitik Dronqo bunun səbəbini hələ öyrənə bilmir, əvvəlcə isə o yalnız qatili qabaqlamağa və sağ qalmış əsgərləri xilas etməyə çalışır. Killer isə geri çəkilmək fikrində deyil.Sonra qatili tapmaq üçün Dronqo axtarışlara başlayır.
Qəlbi ilə çəkən rəssam
Qəlbi ilə çəkən rəssam — 2011-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. == Məzmunu == Film Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti, YUNESKO-nun incəsənət məsələləri üzrə fəxri prezidenti, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı Tahir Salahova həsr olunmuşdur. == Filmin heyəti == "Yaddaş" Sənədli Filmlər Studiyasında çəkilmiş filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur. == Uğurları == 2011-ci il oktyabrın 1-dən 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXII "Rossiya" açıq sənədli filmlər festivalında Azərbaycanı təmsil edəcək.
İnsan məskən salır (film, 1967)
İnsan məskən salır — kinorejissor Arif Babayevin filmi. == Məzmun == Filmdə tufan zamanı dəniz buruğunda həlak olmuş briqadirin yerinə təyin olunan gənc neftçi-mühəndisin (Ələsgər İbrahimov) ona etimad göstərən briqada üzvlərinin rəğbətini, inamını öz biliyi, bacarığı, cürəti ilə qazanmasından və dəniz mədənində həmişəlik məskən salmasından söhbət açılır. == Festivallar və mükafatlar == 1) 1968-ci ildə İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalı Quruluşçu rejissor Arif Babayevə ən yaxşı debütə görə Diplom verilmişdir. == Film haqqında == Film rejissor Arif Babayevin böyük kinoda ilk müstəqil işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İmran Qasımov Quruluşçu rejissor: Arif Babayev Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Bəstəkar: Qara Qarayev Səs operatoru: Akif Nuriyev, Ələkbər Həsənzadə Redaktor: Nataliya Şneyer Operator: V.Həsənov Geyim rəssamı: Ağanağı Axundov Qrim rəssamı: V.Arapov Montaj edən: Tamara Nərimanbəyova Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski, Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Rejissor assistenti: Ramiz Əliyev, Fikrət Əliyev, Ə.Əhmədov, Adil İsmayılov, Ənvər Həsənov Operator assistenti: V.İvaşşenko, Ramiz Babayev, Sərdar Vəliyev (S.Vəliyev kimi) Rəssam assistenti: T.Məlikzadə Filmin direktoru: Nazim Ələkbərov Orqanda ifa edən: Z.Cəfərova Fortepianoda ifa edən: A.Abdullayev Gitarada ifa edən: Y.Sərdarov === Rollarda === Ələsgər İbrahimov — Ramiz Hacımurad Yegizarov — Murad Hökümə Qurbanova — Şamama İsmayıl Əfəndiyev — Şirəli Lyudmila Marçenko — Nina Zemfira Sahilova — Adilə Yuri Perov — Andrey Aleksandr Petrov — Vadim Muxtar Maniyev — Məcid E.Akopov — Qarabala Arkadi Tolbuzin — Moroz Fikrət Əliyev — mühəndis Arif Babayev Tələt Rəhmanov — milis işçisi X.Əliyev V.Ryabova Yusif Vəliyev — neftçi R.İbrahimov Elxan Qasımov — sakin Rəfael Dadaşov — neftçi Zemfira Sadıqova — tibb bacısı Cəmilə Atayeva (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Dadaş Kazımov — neftçi (titrlərdə yoxdur) Həsənağa Turabov — Ramiz (Ələsgər İbrahimov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Adilə (Zemfira Sahilova) (titrlərdə yoxdur) Həsən Məmmədov — rus neftçi Andrey (Yuri Perov)(titrlərdə yoxdur) Hamlet Xanızadə - Qarabala (E. Akopov)(titrlərdə yoxdur) Əzizağa Qasımov — Məcid (Muxtar Maniyev) (titrlərdə yoxdur) Məlik Dadaşov - kadrarxası mətn;Cavadın səsi (titrlərdə yoxdur) Ətayə Əliyeva — Şamama (Hökümə Qurbanova) (titrlərdə yoxdur) Süleyman Ələsgərov — Şirəli (İsmayıl Əfəndiyev) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Murad (Hacımurad Yegizarov) (titrlərdə yoxdur) Kamil Qubuşov — rus neftçi Moroz (Arkadi Tolbuzin)(titrlərdə yoxdur) Ağaxan Salmanlı - Vadim (Aleksandr Petrov)(titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Arzularını çəkən rəssam (film, 2007)
Arzularını çəkən rəssam qısametrajlı sənədli filmi rejissor Mübariz Nağıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. == Məzmun == Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. Rəssamın ailəsi, müharibə dövründə keçirdikləri sarsıntılar, tələbəlik illəri, işlədiyi dövr, habelə rəssamın yaradıcılığına böyük təsir göstərmiş həyat yoldaşı Sevinc xanıma olan böyük sevgisi təsvir olunur. Filmdə rəssamın əsərləri də əks etdirilir. Rəssam haqqında danışan həmkarları və sənət yoldaşları xalq rəssamı Böyükağa Mirzəzadə, xalq artisti, kinorejissor Oqtay Mirqasımov, rəssamlardan Elçin Axundov və Rafiq Nəsirov Elbəy Rzaquliyev haqqında səmimi fikirlərini bölüşürlər. Film boyu rəssamın kadr arxasından səslənən xatirələri tamaşaçını sənətkarın həyat yolunun mərhələləri ilə tanış edir.
Qəlbi ilə çəkən rəssam (film, 2011)