Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Özündən getmə
Bayılma, özündən getmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
İliçin döyünən qəlbi (film, 1967)
== Məzmun == Film Lenin və Azərbaycan mövzusuna həsr olunmuşdur. Filmdə inqilabdan qabaqkı Azərbaycan həyatına geniş yer ayrılmışdır. 26 Bakı komissarının güllələnməsi, Azərbaycan bolşeviki Dadaş Bünyadzadənin Leninlə görüşü, XI Qırmızı Ordu hissələrinin Bakıya daxil olması, Kirov, Bünyadzadə, Musabəyov və başqa partiya rəhbərləri tərəfindən döyüşçülərin qarşılanması və digər kinoarxiv materialları filmə daxil edilmişdir. Sonrakı kadrlarda sovet dövründə Azərbaycanın iqtisadi-siyasi həyatı, Suraxanı mədənlərində baş vermiş yanğının söndürülməsi, Xəzərin qoynunda salınmış Neft Daşları, Azərbaycanda elm, maarif, texnika və sənayenin inkişafı öz əksini tapmışdır. Filmdə vaxtilə Leninlə görüşmüş köhnə bolşevik Müseyib Dadaşovun söhbətinə müəyyən yer verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Püstə Əzizbəyova, Vladimir Sinitsın, Ruslan Şahmalıyev Operator: Elxan Əliyev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Əziz Şeyxov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Ernst Yunqer
Ernst Yunqer (alm. Ernst Jünger‎; 29 mart 1895[…], Heydelberq, Baden knyazlığı[d], Almaniya imperiyası – 17 fevral 1998[…], Ridlingen[d], Almaniya Federativ Respublikası) — alman yazıçı, yüksək təltif edilmiş hərbçi, filosof və entomoloq idi, o ən çox I Dünya Müharibəsi vaxtı yazdığı gündəlliyi "Polad Fırtınası" ilə ictimaiyyət arasında məşhurlaşdı. Uğurlu bir iş adamının və kimyaçının oğlu olan Yunqer, zəngin bir tərbiyəyə qarşı üsyan etdi, Fransa Xarici Legionunda qısa müddət xidmət etməkdən qaçmadan əvvəl, Wandervogel Alman gənclər hərəkatında macəra axtardı. Atasının səyləri ilə Almaniyada mühakimə olunmaqdan qaçdığına baxmayaraq, Yunqer 1914-cü ildə I Dünya Müharibəsi başlayanda Alman ordusuna yazıla bildi. 1918-ci ildə uğursuz bir hücum zamanı Yunqer aldığı çoxsaylı yaralara görə və göstərdiyi qəhrəmanlıq nəticəsində rütbəsinə görə nadir mükafat olan Pour le Mérite ordeni ilə təltif edildi.
Oyulqe adası
Oyulqe — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Ovalvari formaya malik olan ada, şimal-qərbədən cənub-şərqə doğru uzanır. Səthi hamardır. Bataqlıqlaşmış və qumla örtülü sahələrdən ibarətdir. Şimal-qərbində yerləşən dillər su altında qalmışdır. Cənub-qərb sahilləri sıldırımlıdır.
Oyunun ustası
Oyunun ustası (ing. Master of the Game) — Sidni Şeldonun 1982-ci ildə yazdığı romandır. Əsər bir çox dünya dillərinə tərcümə olunmuş və bir neçə dəfə nəşr edilmişdir. 1984-cü ildə bu əsərin əsasında CBS studiyası tərəfindən mini-serial çəkilmişdir. Əsər Triller janrında yazılmışdır.
Sem Hyuqen
Sem Hyuqen (ing. Sam Heughan) — Şotlandiyalı aktyor. Starzın Didərgin serialında oynadığı Ceymi Fraser rolu ilə tanınır. Serialdakı performansına görə 2 Saturn mükafatına layiq görülüb. Bundan başqa Royal Court Theatre Upstairs teatrındakı Uzaq Adalar adlı tamaşada oynadığı rola görə 2003-cü ildə iki dəfə Laurence Olivier Mükafatının "Ən ümid verici performansçısı"-na namizədliyi irəli sürülüb. == Filmoqrofiyası == === Film === === Televiziya === == Xarici Keçidlər == Sem Hyuqen — Internet Movie Database saytında.
Yuho Oyanen
Yuho Oyanen (2 yanvar 2002-ci ildə Finlandiyada anadan olub) — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan Honka klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === Honka === Oyanen Honka akademiyası vasitəsilə inkişaf etmişdir. Oyanen öz peşəkar karyerasında debütünü 6 mart 2018-ci ildə Qnistan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Finlandiya Kuboku görüşündə Honka rəqibinə 6-0 hesabı ilə qalib gəlmişdir.Oyanen Veikkausliiqada debütünü isə 8 aprel 2018-ci ildə KuPS klubuna qarşı oyunda etmişdir. O, 91-ci dəqiqədə Kasper Liikoneni əvəz etmişdir. Veikkausliiqa görüşündə Honka rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 3 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Finlandiya Superkuboku görüşləri daxildir.
Yunqun arxetipləri
Arxetip - fransız dilində köhnə tip, ilkin nümunə mənalarını verir. Karl Qustav Yunqa görə arxetiplər kollektiv şüursuzluqun nəticəsidir və davranışlarımızın səbəbidir. == Ümumi məlumat == Yunqa görə, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə, həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kollektiv şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır. == Persona arxetipi == Persona - (latınca “persona” – maska) Bu bizim ictimai üzümüzdür, yəni biz başqa insanlarla münasibətdə özümüzü necə göstəririk. Persona sosial tələbatlarımızı yerinə yetirmək üçün oynadığımız rol mənasını bildirir. Yunqa görə, persona bizə digər insanlara yaxşı təəssürat bağışlamağa və ya onlardan doğrunu gizlətmək üçün lazım olur. == Anima və animus arxetipi == Anima və Animus iki bir biri ilə bağlı arxetipdir.
Yurgen Habermas
Yurgen Habermas (alm. Jürgen Habermas‎; 18 iyun 1929[…]) — Alman filosof və sosioloq, Qərb fəlsəfəsinin görkəmli nümayəndələrindən biri. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Amerikan praqmatizminin inkişafında xidmətləri olmuşdur.
Yurgen Klinsman
Yurgen Klinsman (30 iyul 1964[…]) — Alman futbol mütəxəssisi, FİFA 100 siyahısına daxildir.
Yurgen Klopp
Yurqen Norbert Klopp (16 iyun 1967[…], Ştutqart) — alman futbolçu və futbol məşqçisi. Hazırda Premyer Liqa komandalarından olan Liverpulun baş məşqçisi olan Klopp, buna qədər Borussia Dortmund və Mainz05 komandalarında baş məşqçilik edib.
Yurgen Vogel
Yurgen Peter Vogel (29 aprel 1968[…], Hamburq) - Alman aktyor, rejissor, prodüser və müğənnidir.
Yurqen Klopp
Yurqen Norbert Klopp (16 iyun 1967[…], Ştutqart) — alman futbolçu və futbol məşqçisi. Hazırda Premyer Liqa komandalarından olan Liverpulun baş məşqçisi olan Klopp, buna qədər Borussia Dortmund və Mainz05 komandalarında baş məşqçilik edib.
Yürgen Matzku
Yürgen Matzku (28 may 1966) — Avstriyalı kişi ağır atlet. 94 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Avstriyanı təmsil edir. Yürgen Matzku dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Yürgen Qrabovski
Yürgen Qrabovski (alm. Jürgen Grabowski‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. == Ədəbiyyat == Scherzer, Hartmut (1978). Jürgen Grabowski. München: Copress. ISBN 978-3-7679-0142-1.
Yürgen Rebel
Yürgen Rebel (17 iyul 1963) — Qərbi Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yürgen Rebel Qərbi Almaniyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 21-ci pillənin sahibi olub.
Ouqen Fişer
Eugen Fischer (5 iyul 1874, Karlsrue – 9 iyul 1967[…], Frayburq im Breisqau, Baden-Vürtemberq) alman tibb, antropologiya və yevgenika professoru və Nasist Partiyasının üzvü idi. O, Kayzer Vilhelm adına Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun direktoru, həmçinin Berlindəki Frederik Uilyam Universitetinin rektoru olmuşdur. Fişerin ideyaları Nasist Partiyasının alman irqi üstünlüyünə olan inamının düzgünlüyünü ifadə edən 1935-ci il Nürnberq qanunlarını lazımi informasiya ilə təmin etdi. Adolf Hitler 1923-cü ildə həbsxanada olarkən Fişerin əsərlərini oxumuş və özünün “Mein Kampf” (Mənim Mübarizəm) manifestində saf ari cəmiyyəti idealını dəstəkləmək üçün Fişerin qəzəbli fikirlərindən istifadə etmişdir. == Bioqrafiyası == Fişer 1874-cü ildə Karlsruedə, Baden Böyük Hersoqluğunda anadan olub. Berlin, Frayburq və Münhendə tibb, folklorşünaslıq, tarix, anatomiya və antropologiya üzrə təhsil alıb. 1918-ci ildə Frayburq Universitetinin tərkibində olan Frayburq Anatomiya İnstitutuna daxil oldu. 1927-ci ildə Fişer Kaiser Wilhelm Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun (KWI-A) direktoru oldu, bu rolu əvvəlki il Ervin Baur ona tövsiyə etmişdi. 1933-cü ildə Fişer Almaniya universitetlərinin və liseylərinin professorlarının Adolf Hitlerə və Nasional Sosialist Dövlətinə sadiq qalacağına söz verdi. 1933-cü ildə Adolf Hitler onu Berlindəki Frederik Uilyam Universitetinin, indiki Humboldt Universitetinin rektoru təyin etdi.
Oygen Lommel
Oygen Korneli Yozef fon Lommel (19 mart 1837 və ya 1837 – 19 iyun 1899 və ya 1899, Münhen) — Alman fiziki. O Lommel çoxhədlisi, Lommel funksiyası, Lommel-veber Funksiyası və Lommel difereniyal tənlilinə görə diqqətəlayiqdir. O həmçinin Nobel mükafatını qazanan Yohannes Ştarkın doktoral məsləhətçisi olmağı ilə də diqqətəlayiqdir. == Həyatı == Lommel Edenkobendə Palatintda Bavyera krallığında doğuldu. O Münhen Lüdviq-Maksimilian Universitetində riyaziyyat və fizika bölümlərində oxudu (1854-cü və 1858-ci illər).1860-cı ildən 1865-ci ilə kimi Şuiz (Schwyz) əyalət məktəbində fizika və kimya müəllimi olaraq işlədi.1865-ci ildən 1867-ci ilə kimi Sürix ortaməktəbində dərs dedi eyni zamanda,İsveçrə Federal Texnologiya İnstitutunda privatdozent idi həmçinin politexnik məktəbində də.1867-ci ildən 1868-ci ilə qədər,Hohenheim universitetinin professoru təyin edildi. Nəhayət 1868-ci ildə Erlangen universitetinin kafedrasında eksperimental fizikaçı təyin edildi.1886-cı ildə Münhen Lüdviq-Maksimilian Universitetinə qayıtdı.1899-cu ildə vəfat etdi. == Lommelin çalışmaları == Studien über die Besselschen Funktionen, (Leipzig 1868) Wind und Wetter, München (1873) Das Wesen des Lichts, Leipzig (1874) Über die Interferenz des gebeugten Lichts, Erlangen (1874–76) Lexikon der Physik und Meteorologie, Leipzig (1882) Die Beugungserscheinungen geradlinig begrenzter Schirme, München (1886) Die Beugungsrescheinungen einer kreisrunden Öffnung, München (1884) Lehrbuch der Experimentalphysik, Leipzig (8. A. 1902) == Xarici keçidlər == Lommel haqqında ədəbiyyat Almaniya Milli Kitabxanasıdan == İstinadlar == Robert Knott: Lommel, Eugen. In: Allgemeine Deutsche Biographie (ADB). Band 52, Duncker & Humblot, Leipzig 1906, S. 62–65.
Oygen Mayer
Oygen "Geni" Mayer (alm. Eugen Meier‎; 30 aprel 1930 – 26 mart 2002, Bern)― hücumçu mövqeyində oynamış İsveçrə futbolçusu. Ən yüksək İsveçrə liqasında vurduğu 249 qolla o, bütün zamanların ən yaxşı İsveçrə hücumçularından biri sayılır. 14 mövsüm şərəfini qoruduğu "Yanq-Boyz" klubunun tarixində ən çox qol vuran oyuçudur. 1953-1965-ci illərdə çıxış etdiyi İsveçrə milli futbol komandasında 42 oyun keçirmişdir. == Karyerası == === Gənclik karyerası === 1942-ci ildə Oygen Mayer futbolçu karyerasına doğma klubu "Şaffhausen"in gənclər komandasında başladı. Sarı-qaralarla gənc hücumçu 1951-ci ilə qədər oynadı. 1946/47 və 1950/51 mövsümündə 2-ci divizionda oynamaqla təcrübə topladı. === "Yanq-Boyz", 1951-65 === 1951-ci ildə 21 yaşında olarkən o, "Yanq Boyz"a qoşulmaq üçün federal şəhərə köçdü. Berndəki ikinci mövsümündə "Geni" Mayer ölkə kubokunu qazandı, 1953-də isə həmin turnirin finalına qədər gəldi.
Hans-Yurgen Gede
Hans-Yurgen Gede (alm. Hans-Jürgen Gede‎; d. 14 noyabr 1956, Gelzenkirxen, Qərbi Almaniya) — Almaniyalı futbolçu və futbol məşqçisi.. == Karyerası == === Futbolçu === ==== Klub ==== 1968-ci ildə Drezden "Dinamo"sunda futbolçu həyatına başlamışdır. Keçmiş ADR-in ən tanınmış klubunda altı il çıxış etmişdir. Bu müddətdə beş dəfə ölkə çempionu və kubokun sahibi olub. Peşəkar futbol karyerasına isə 1975-ci ildə doğma şəhərinin klubu olan "Şalke 04"-də yarımmüdafiəçi olaraq başlamışdır. "Şalke"də 1977-ci ilə qədər oynadı və bu müddət ərzində 33 matçda 2 qol vurdu. Daha sonra "Proyssen" klubunda çıxış etməyə başladı və dərhal əsas heyətdə yerini aldı. Gede bu klubda iki mövsüm keçirdi və 71 matçda 10 qol vurdu.
Carolus Linnaeus the Younger
Karl Linney (kiçik) (isv. Carl von Linné d.y., lat. Carolus Linnaeus filius, 20 yanvar 1741[…] – 1 noyabr 1783[…], Uppsala[d]) — İsveç həkimi və təbiətçisi (botanik); Karl Linneyin oğlu (isv. Carl Linné, Carl von Linné, lat. Carolus Linnaeus, 1707–1778).
Oygen fon Albori
Oygen fon Albori (27 dekabr 1838, Kotor – 5 sentyabr 1915, Vyana) — Avstriya siyasi xadimi. 1903-1907 arasında Bosniya və Herseqovinada Avstriya hərbi qubernatoru vəzifəsində çalışmışdır.
Yunqan mağara-məbəd kompleksi
Yunqan mağara-məbəd kompleksi — Çinin dünya əhəmiyyətli abidələrindən biri. == Tarixi == Yunqan mağaralar kompleksi Şansi əyalətinin Datuna şəhərindən 16 km qərbdə Ujou dağlarının ətəyindədir. Mağaralar 1 km məsafədə dağ yamaclarında yerləşir. Yunqan mağaralarının yaradılması fəaliyyətinin başlanğıcı 453-cü il göstərilir, o zaman Şimali Vey imperatorunun əmri ilə buddizm monaxı Tanyao tikintinin təşklinə başlamışdır. Mağara və heykəllərin əksəriyyəti 40 il ərzində tökülmüşdür. Az sonra nisbətən kiçik ölçülü mağara və heykəllər yaradılmışdır. Yunqan mağaralarının yaradılması üçün təxminən 40 min nəfər 50 il ərzində işləmişdir. Tikintidə iştirak etmək üçün hətta Şitszıqo ölkəsindən (indiki Şri-Lanka) budda monaxları da cəlb olunmuşdur. Yunqan mağaralar kompleksi – Çinin şərq məktəbi ənənələri ilə yaradılan daş əsərlər xəzinəsidir. Bununla yanaşı, orada həmin dövrdə dəbdə olan qərb (Yunanıstan) və hind məktəbinin elementlərini də görmək mümkündür.
Oygen fon Bem-Baverk
Oygen fon Bem-Baverk (alm. Eugen von Böhm-Bawerk‎; 12 fevral 1851[…], Brno, Bohemiya tacı torpaqları[d] – 27 avqust 1914[…], Kramzax[d], Tirol[d]) — Avstriya iqtisadçısı və dövlət xadimi. == Həyatı == == Fəaliyyəti == Avstriya məktəbinin son faydalıq nəzəriyyəsi Karl Mengerdən sonra Bem-Baverk tərəfindən dərinləşdirilmiş və zənginləşdirilmişdir. Bem-Baverkin müvafiq subyektiv-iqtisadi baxışları onun əsasən "Təsərrüfat nemətlərinin qiymət nəzəriyyəsinin əsasları" (1886), "Kapital və mənfəət" (1884), "Kapitalın pozitiv nəzəriyyəsi" (1889), "Marksist sistemin başa çatması" (1890) və s. əsərlərində əks olunmuşdur. Bem-Baverkin tədqiqatı üçün əsasən aşağıdakı istiqamətlər xasdır: - təkcə fərdi mübadilənin deyil, bütövlükdə bazar kateqoriyalarının, o cümlədən istehsal və bölgü sferalarının sistemli tədqiqatı əsasında subyektiv və obyektiv dəyər anlayışlarının bir-birindən fərqləndirilməsi və bu əsasda qiymətin subyektiv baxımdan səciyyələndirilməsi; - istehsal xərclərinin sahibkar tərəfindən subyektiv qiymətləndirilməsi və mövcud sərvətlərin gələcəyin və hazırkı dövrün sərvətlərinə bölünməsi əsasında "Gözləmələr nəzəriyyəsi"nin irəli sürülməsi.Mübadilə prosesini tədqiq edərkən Bem-Baverk yazırdı ki, ictimai mübadiləyə daxil olan hər kəs üç əsas prinsipdən çıxış etməlidir. Birincisi, mübadilə fayda gətirməlidir, yəni alqı-satqı zamanı əldə edilmiş məhsulun faydası satılmış məhsulun faydasından daha çox olmalıdır; İkincisi, mübadilənin hər bir iştirakçısı çalışır ki, onu özü üçün daha faydalı şərtlərlə həyata keçirsin; üçüncüsü isə, faydanın yüksək səviyyədə olmadığı hallarda mübadilədən imtina etməkdənsə, onu az fayda ilə həyata keçirmək daha münasibdir. Bem-Baverk Qossenin qanunlarından istifadə edərək istehlak dəyəri kimi mübadilə dəyərinin də məhsulların son faydalığı ilə subyektiv cəhətdən müəyyən olunduğunu sübut etməyə çalışırdı. O, subyektiv və obyektiv dəyər anlayışlarını bir-birindən fərqləndirmişdir. Subyektiv dəyər məhsulun alıcı və satıcı tərəfindən fərdi qiymətidir.