Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müsəlman Şərqini Öyrənən Cəmiyyət
Müsəlman Şərqini öyrənən Cəmiyyət — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət elm təşkilatı. == Yaranması == 1919-cu il dekabrın 29-da Bakı Universitetinin nəzdində yaradılmışdı. Əsas məqsədi islam dininə etiqad edən xalqların, onların yaşadıqları ölkələrin tarixini, həmçinin müsəlman mədəniyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərmiş tarixi və mədəni amillərin öyrənilməsi idi. L.A.Zimin cəmiyyətin sədri, Y.A.Belyayev sədrin müavini, Seydiyev katib, Abdulla bəy Sübhanverdixanov (Divanbəyoğlu) xəzinədar seçilmişdilər. Cavad bəy Rəfibəyli, general-leytenant Məmməd bəy Sulkeviç də cəmiyyətin üzvləri arasında idilər. == Fəaliyyəti == Cəmiyyət müsəlman şərqinin, xüsusən də Azərbaycan, Türkiyə, İran və Türküstanın tarix, dil, arxeoloji və etnoqrafik baxımından öyrənilməsinə xüsusi önəm verirdi. Əldə olunan əlyazmalar və materiallar cəmiyyətin muzeyinə toplanmalı, yaxud mühafizə və sistemləşdirilmək üçün "İstiqlal" milli muzeyinə verilməli, onların nəşri və tədqiq olunması ilə Bakı Universiteti məşğul olmalı idi. Qədim sikkələrin toplanmasına, salamat qalmış köhnə binaların və qədim şəhər qalıqlarının dəqiq və ətraflı qeydiyyata alınmasına xüsusi diqqət yetirilirdi. Müsəlman şərqinin öyrənilməsi ilə maraqlanan azərbaycanlıların işə cəlb olunmasını və onların lazımi elmi hazırlıq keçməsini cəmiyyət özünün əsas vəzifələrindən hesab edirdi. Cəmiyyətin nizamnaməsi 1920-ci il fevralın 2-də təsdiq edilmişdi (mətni hələlik tapılmamışdır).
Öncədən ödənişli kart
Öncədən ödənişli kart və ya Saxlanmış dəyər kartı (ing. stored-value card) — xüsusi şifrələnmiş dəyərin saxlandığı mühit - pul, dəqiqələr, litrlər, səfərlərin sayı və s. mobil telefon, insan dərisi altına implantasiya edilmiş çip və s.Saxlanılan dəyər kartı bank debet kartlarından əsaslı şəkildə fərqlənir, burada dəyər hər bir kart üçün emitentdə ayrıca depozitdə saxlanılır, saxlanılan dəyəri olan kartlar üçün isə nağd pul və ya digər vəsaitlər xüsusi konsolidasiya edilmiş hesabda uçota alınır. Saxlanılan dəyər kartları əsasən anonimdir, bank debet kartları isə konkret sahibin adına verilir. Əvvəlcədən ödənilmiş kart termini əslində bazarda bu cür məhsulların böyük əksəriyyətinə aiddir. Saxlanılan dəyər kartı özündə əvvəlcədən ödənilmiş dəyərin kodlaşdırılmış məbləğini ehtiva edir, bank debet kartları isə emitent tərəfindən saxlanılan hesab idarəçiliyinə giriş imkanı verən yalnız identifikator açarıdır. == Tarixi == 2000-ci illərin əvvəllərində VISA və American Express beynəlxalq ödəniş sistemləri ilk öncədən ödənişli kart layihəsini işə saldılar ki, bu da valideynlərə övladlarının xərclərini əvvəlcədən ödənilmiş bank kartına köçürməklə vəsait ayırmağa imkan verdi. Belə kartların istifadəsi uşaqlara nağd pul verməkdən daha əlverişli olduğunu sübut etdi və valideynlərə uşaqlarının xərclərinə nəzarət etməyə imkan verdi. ABŞ-da əvvəlcədən ödənilmiş kart bazarı sürətlə böyüdü. 2009-cu ildə 1,3 milyard əvvəlcədən ödənilmiş kart əməliyyatı olduğu halda, 2006-cı ildə ABŞ-da cəmi 300 milyon əvvəlcədən ödənilmiş kart əməliyyatı olmuşdur.
Həyat öyrədir (film, 1961)
== Məzmun == Film əvvəlcə səhv addım atan "Şəfəq" sovxozunun sürücüü İsmayılın (Giuli Çoxonelidze) sonradan səhvini başa düşənrək həyatdan ibrət dərsi götürüb, cəmiyyətimiz üçün faydalı adam olmasından danışır.
Qanlı yumruq 8: Öldürməyə öyrədilən
"Qanlı yumruq 8: Öldürməyə öyrədilən" (ing. Bloodfist VIII: Trained to Kill) — Don Vilsonun filmlərindən biridir. Digər adı "Qanlı yumruq 8: Çətin çıxış yolu" (ing. Bloodfist VIII: Hard Way Out) kimi səslənir. == Məzmun == Kris atası Rik Koueni bəxtigətirməyən hesab edir. Amma banda onların evinə hücum edən zaman Rik onların öhtəsindən asanlıqla gəlir... == İstinadlar == == Xarici keçidlər == Qanlı yumruq 8: Öldürməyə öyrədilən — Internet Movie Database saytında.
Qanlı yumruq 8: Öldürməyə öyrədilən (film, 1996)
"Qanlı yumruq 8: Öldürməyə öyrədilən" (ing. Bloodfist VIII: Trained to Kill) — Don Vilsonun filmlərindən biridir. Digər adı "Qanlı yumruq 8: Çətin çıxış yolu" (ing. Bloodfist VIII: Hard Way Out) kimi səslənir. == Məzmun == Kris atası Rik Koueni bəxtigətirməyən hesab edir. Amma banda onların evinə hücum edən zaman Rik onların öhtəsindən asanlıqla gəlir... == İstinadlar == == Xarici keçidlər == Qanlı yumruq 8: Öldürməyə öyrədilən — Internet Movie Database saytında.
Orden
Оrden — bir çox ölkələrdə xüsusi xidmətlərə görə rəsmi surətdə verilən fərqlənmə nişanı. Tarixən bir sıra monarxiyalarda bu ifadə altında xüsusi təbəqə başa düşülürdü və monarxın fərmanı və xüsusi nişanı təqdim etməsi ilə bu təbəqəyə məxsusluq vurğulanırdı.Mükafatları öyrənən elm faleristika adlanır. "Falera" Qədim Roma mükafatlarının adıdır. «Orden» sözü alm. Orden‎ və ya lat. ordo götürülərək "sıra", "qayda" deməkdir. Dövlət orden və medallarından başqa müxtəlif nazirliklərin, dövlət strukturlarının və ictimai təçkilatların da orden və medalları da vardır. Orden nümunələri == Həmçinin bax == Azərbaycan Respublikasının ordenləri == Ədəbiyyat == Алексушин Г.В., Партикулярная Россия. Samara: Издательство СЮИ МЮ РФ, 2001. Шепелев Л. Е. Титулы, мундиры, ордена.
Freden adası
Freden adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 165 metr təşkil edir. Adanın üzəri çoxillik buzla örtülmüşdür. == Yerləşməsi == Ada arxipelaqın şimal-şərqində yerləşir. Ağ Torpaq adaları qrupuna daxildir. Yaxınlığında yerləşən ən iri ada Yeva-Liv adası 8,5 km şimal-şərqdə yerləşir. Freden adasından 3 km şimalda Adelaid adası yerləşir. Bu ada Frityof Nansenin anasının şərəfinə adlandırılmışdır. == Təsviri == Dairəvi formaya malikdir.
Azərbaycanın orden və medalları
Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir.
SSRİ Generalissimusu Stalin (orden)
SSRİ Generalissimusu Stalin ordeni (rus. Орден Генералиссимус СССР Сталин) — 1953-cü ildə Stalinin vəfatından dərhal sonra onun şərəfinə yaradılması nəzərdə tutulan, lakin SSRİ-nin yeni rəhbəri Nikita Xruşşovun həyata keçirdiyi yeni siyasət və şəxsiyyətə pərəstiş kultunu tənqidə məruz qoymasından sonra layihələndirilməsi dayandırılan orden. Cəmi 4 nümunəsi hazırlanmışdır ki, onlarda da qiymətli metallardan istifadə edilməmişdir. Layihəyə görə ordenin qızıl və platindən hazırlanması nəzərdə tutulmuşdu. Ordenin bir nümunəsi 2007-ci ildə Nyu-Yorkda təşkil olunan hərracda 67,5 min dollara satılmışdır.
Azərbaycan Respublikasının orden və medalları
Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir.
Azərbaycan Respublikasının orden və medallarının siyahısı
Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir.
Azərbaycan SSR-in orden və medalları
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan sonra Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan SSR) adı altında bolşevik hakimiyyəti qurulmuşdur. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan özünün dövlət atributlarını Sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq məcburiyyətində qalmışdı. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından SSRİ-nin tərkibinə daxil olduğu dövrədək keçən müddət ərzində bir sıra orden və medallar təsis edilmişdir. Azərbaycan 1922-ci ilin sonunda SSRİ-nin tərkibinə daxil olduqdan sonra orden və medallarla təltif funksiyası tədricən SSRİ-nin mərkəzi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. 1920-1922-ci illərdə Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin təsis etdiyi orden və medalların bir qismininşəkilləri Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanda dövlətçilik və onun rəmzləri” (Bakı, 2000) nəşrində və 7 cildlik “Azərbaycan tarixi” nəşrinin 6-cı cildində (Bakı, 2000) öz əksini tapmışdır. == Mənbə == Ordenlər və medallar, səh.
Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilənlərin siyahıları
Azərbaycan Respublikasının ordenləri ilə təltif edilənlərin siyahısı"Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısı