Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avstraliyanın öyrənilmə tarixi
Avstraliya sahillərinin öyrənilmə tarixi
Avstraliya sahillərinin öyrənilmə tarixi
Avstraliyanın öyrənilmə tarixi — Avstraliya qitəsinin sahilləri boyunca hərəkət edən Avropa səyyahlarını apardığı tədqiqatlar və etdiyi kəşflər. == Tarixi == Avstraliya haqqında Avropaya ilk məlumatı XVI əsrdə Portuqaliya dəniz səyyahları gətirmişdilər. Hollandiyalı Villem Yanszon 1606-cı ildə Keyp-York yarımadasının qərb sahilinin şimal hissəsini tədqiq etmişdir. XVII əsrdə Avstraliya sahillərindəki ən böyük kəşfləri, əsasən, Hollandiya dənizçiləri etdiklərindən, materiki Yeni Hollandiya adlandırdıılar. 1618–1622-ci illərdə hollandiyalı dəniz səyyahları Avstraliyanın qərb sahillərinin böyük bir hissəsini kəşf etdilər. 1623-cü ildə Yan Karstens və Villem van Kolstert, 1627-ci ildə Fransua Teysen və Piter Neyts Avstraliyanın sahillərini tədqiq etmişdir. 1642–1643-cü illərdə Abel Tasman Van-Dimen Torpağını (Tasmaniya) və Yeni Zelandiyanı kəşf, 1644-cü ildə isə şimal və şimal-qərb sahillərdə xeyli ərazini tədqiq etmişdir. 1699-cu ildə ingilis dəniz qulduru Uilyam Dampir Avstraliyanın şimal-qərb sahilində bir sıra körfəz və buxtanı kəşf etmişdir. 177-ci ildə ingilis dəniz səyyahı Ceyms Kuk özünün ilk dünya səyahəti zamanı Avstraliyanın şərq sahillərini kəşf etmiş və Torres boğazı ilə Mərcan dənizindən Arafur dənizinə keçmişdir. 1798-ci ildə ingilis Corc Bass, sonralar onun şərəfinə adlandırılmış boğazı kəşf etmişdir.
Avstraliyanın quru ərazisinin öyrənilmə tarixi
Avstraliyanın quru ərazisinin öyrənilmə tarixi — Avstraliyanın daxili hissəsinin avropalı müstəmləkəçilərə açılması. Bu, 1788–1900-cü illəri əhatə edən bir dövrdə baş vermişdir. == Tarixi == 1813–1817-ci illərdəki ekspedisiyalar nəticəsində Böyük Suayırıcı silsiləsinə keçilmiş, ondan qərbdəki düzənliklər kəşf olunmuşdur. İngilis səyyahları Çarlz Stört (1829–1830), Tomas Mitçell (1835–1836), Corc Qrey (1837–1839) Avstraliya çay sistemlərini və s. tədqiq etmişdir. 1840-cı ildə Polşa səyyahı Pol Edmund Stşeletski Avstraliya Alp dağlarını keçmiş və Avstraliyanın ən yüksək zirvəsi olan Kostyuşko dağını kəşf etmişdir. Avstraliyanın mərkəzi səhra rayonlarında Stört (1844–1846), Oqastes Qreqori (1855–1856 və 1858) və başqaları tədqiqat aparmışdır. 1860-cı ildə ingilis Robert Berk, ilk dəfə olaraq, Avstraliya materikini Adelaidadan Karpentariya körfəzinədək keçmişdir. 1862-ci ildə Con Stüart Mərkəzi Avstraliyada tədqiqat aparmışdır. Qərbi Avstraliyanın daxili səhra rayonlarını Con Forrest (1869, 1870, 1874), Ernest Cayls (1872–1873, 1875–1876), Piter Uorberton (1873), D. Lindsey (1801), L. Uels (1896), Devid Karnegi (1896) tədqiq etmişlər.
Hadisənin öyrənilməsi metodu
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study) == Hadisənin öyrənilməsi == Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir. === Hadisənin öyrənilməsi metodu === Hadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir. Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər. Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər. Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər. === Hadisə öyrənilməsi metodunun tipləri === Tədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir.
Yerin kosmosdan öyrənilməsi
Yerin kosmos­dan öyrənilməsi – (rus. изучениe Земли из космоса, ing. Earth`s study from the space) Yerin süni peyklərində yerləşdirilmiş avtomatik kosmik cihazlar vasi­təsilə alınan geoloji və geofiziki məlumatların işlənilməsi və bu məlumatlardan Yerin inkişaf və quruluşunda əsas qanunauyğunluğu müəyyən etməkdə, eyni zamanda faydalı qazıntıların axtarışında, qlobal və regional geoloji struktura­ların öyrənilməsində, geoloji xəri­tələşdirmədə, müasir fiziki-geoloji proseslərin öyrənilməsində və digər məqsədlər üçün istifadə edilməsi. Yerin kosmosdan öyrənilməsində həmçinin kosmik şəkillərin /fo­toqrafik və televiziya/ geoloji və geomorfoloji deşifrə edilməsindən də istifadə olunur.
"Kosmosun öyrənilməsində xidmətlərinə görə" medalı
"Kosmosun öyrənilməsində Xidmətlərinə Görə" medalı medalı Rusiya Federasiyasının dövlət mükafatı. == Mükafatın tarixi == Medalı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında" 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "kosmosun öyrənilməsində Xidmətlərinə Görə" Rusiya Federasiyası Prezidentinin Fərmanı İlə təsis edilib. Eyni sərəncamla medalı haqqında Əsasnamə və onun təsviri təsdiq edilib. Rusiya Federasiyası Prezidentinin fərmanı ilə 16 dekabr 2011-ci il tarixli 1631 saylı medalının əsasnaməsi və təsviri olan medal miniatür surəti nəzərdə tutulmuş əlavələr edilib.
Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989)
Maşın öyrənmə
Maşın öyrənməsi — verilənlər bazasından və ya sensorlardan giriş olaraq empirik verilənləri alıb, əldə edilən verilənlərin arxasında duran mexanizmin xüsusiyyətlərinə bənzər nümunələrə və ya proqnozlara gətirib çıxaran alqoritmləri dizayn edən və yaradan, süni intellektin bir sahəsidir. Tom Mitçellin tərifi: 'Əgər səmərəlilik T-dəki tapşırıqlarda P ölçüldüyü kimi E təcrübəsi ilə yaxşılaşırsa, onda kompüter proqramı E təcrübəsindən T tapşırıqlar sinifinə və P səmərəlik ölçüsünə görə öyrəndiyi deyilir.' Deduktiv öyrənmə ümumiyyətlə ekspert sistemləri adlandırılır, buna görə də maşın öyrənmə və istifadə öyrənmə terminləri sinonim sayıla bilər. Klassik statistik yanaşmalara alternativ olaraq bir çox induktiv öyrənmə metodu hazırlanmışdır. Bir çox metod, məlumatların çıxarılması (məlumatların alınması), məlumatların çıxarılması ilə sıx bağlıdır. == Əvvəlcədən öyrətmə probleminin ümumi ifadəsi == Bir çox obyekt (vəziyyət) və mümkün cavablar (cavablar, reaksiyalar) var. Cavablar və obyektlər arasında müəyyən əlaqə var, amma bilinmir. Yalnız son dərəcə əvvəlcədən bilinən bir dəstə məlumdur - təlim obyekti adlanan "obyekt, cavab" cütləri. Bu məlumatlara əsasən gizli asılılığı bərpa etmək, yəni mümkün olan hər bir giriş obyekti üçün kifayət qədər dəqiq təsnifat cavabı verə bilən bir alqoritm qurmaq tələb olunur. Bu asılılıq mütləq analitik şəkildə ifadə edilmir və burada neyron şəbəkələr empirik şəkildə yaradılan həll prinsipini tətbiq edirlər. Bu vəziyyətdə əhəmiyyətli bir xüsusiyyət, təlim sisteminin ümumiləşdirmə, yəni mövcud təlim nümunəsindən kənara çıxan məlumatlara adekvat cavab vermək bacarığıdır.
Öyrənmə əyrisi
Öyrənmə əyrisi (ing. learning curve) — müəyyən biliklərin, yaxud fəaliyyət növünün öyrənilməsi tezliyinin dəyişilməsini göstərən qrafik. Adətən, yeni informasiyanın yadda saxlanılması bacarığı verilmiş fəaliyyətin mənimsənilməsinin ilk çağlarında maksimal olur. Sonra isə öyrənmə sürəti tədricən azalır ki, bu da materialın mənimsənilməsi üçün daha çox təkrarlamalara ehtiyac olduğunu göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi (ing. Kolb's experiential learning) — 1984-cü ildə Devid Kolb tərəfindən modeli açıqlanan öyrənmə nəzəriyyəsi. O, bu nəzəriyyəsini ortaya atarkən Berlində psixoloq olan Kurt Levinin yanaşmalarından ilhamlanıb. Təbrübəli öyrənmə nəzəriyyəsi bir şəxsin bacarıq və iş öhdəliklərinin ölçülməsi və dəyərləndirilməsini əhatə edən metoddur. Bu nəzəriyyə iki səviyyədə dəyərləndirilir: dördmərhələli öyrənmə periodu və dörd fərqli öyrənmə metodu. Kolbun nəzəriyyəsi təcrübə, qavrayış, idrak davranışı özündə birləşdirən yanaşmaya sahibdir. == Təcrübəli öyrənmə periodu == Öyrənmə periodu konkret təcrübə, reflektiv müşahidə, mücərrəd konseptləşdirmə və aktiv təcrübələr mərhələsini əhatə edir. Bu metoddan istifadə edən şəxs period boyunca irəlilədikcə təsirli nəticə əldə edir. Öyrənən şəxs məntiqə uyğun olaraq periodun istənilən bir məhələsindən qoşularaq onu davam etdirə bilər.İlk mərhələ öyrənən şəxsin yeni bir anlayışla qarşılaşdığı və ya bildiyi bir anlayışı təkrar mənimsədiyi zaman ortaya çıxan konkret təcrübədir. Daha sonrakı mərhələ olan reflektiv müşahidə mərhələsində isə öyrənən şəxsin fərdi təcrübələri ön plana keçir.
Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı
Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı — ABŞ Konqresi Kitabxansının 2008-ci ilin əvvəlinə aid kataloqların məlumatları əsasında hazırlanıb. Siyahı konkret bu şəxslərə həsr edilmiş monoqrafiyaların sayına əsasən tərtib edilib. Karl Marks (Marx) (1818–1883) — alman filosofu, 3180 İmmanuel Kant (Kant) (1724–1804) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, 2005. Vladimir Lenin (Lenin) (1870–1924) — rus inqilabçısı, dünyanın ilk sosialist dövləti olan SSRİ-nin qurucusu və ilk rəhbəri, 1970. Avraam Linkoln (Lincoln) (1809–1865) — ABŞ Prezidenti, 1933. Adolf Hitler (Hitler) (1889–1945) — alman siyasətçisi, 1773. Fridrix Hegel (Hegel) (1770–1831) — alman filosofu, 1654. Ziqmund Freyd (Freud) (1856–1939) — Avstriya psixoloqu, psixoanaliz elminin banisi, 1537. Mahatma Qandi (Gandhi) (1869–1948) — hind mütəfəkkiri və ictimai xadimi, 1487. Fridrix Nitsşe (Nietzsche) (1844–1900), alman filosofu, 1468.
Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı (Konqres Kitabxanası)
Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı — ABŞ Konqresi Kitabxansının 2008-ci ilin əvvəlinə aid kataloqların məlumatları əsasında hazırlanıb. Siyahı konkret bu şəxslərə həsr edilmiş monoqrafiyaların sayına əsasən tərtib edilib. Karl Marks (Marx) (1818–1883) — alman filosofu, 3180 İmmanuel Kant (Kant) (1724–1804) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, 2005. Vladimir Lenin (Lenin) (1870–1924) — rus inqilabçısı, dünyanın ilk sosialist dövləti olan SSRİ-nin qurucusu və ilk rəhbəri, 1970. Avraam Linkoln (Lincoln) (1809–1865) — ABŞ Prezidenti, 1933. Adolf Hitler (Hitler) (1889–1945) — alman siyasətçisi, 1773. Fridrix Hegel (Hegel) (1770–1831) — alman filosofu, 1654. Ziqmund Freyd (Freud) (1856–1939) — Avstriya psixoloqu, psixoanaliz elminin banisi, 1537. Mahatma Qandi (Gandhi) (1869–1948) — hind mütəfəkkiri və ictimai xadimi, 1487. Fridrix Nitsşe (Nietzsche) (1844–1900), alman filosofu, 1468.