Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saniyə başına meqabayt
Saniyə başına meqabayt (ing.MBps (megabytes per second), ru. мегабайт в секунду)- qurğular arasında verilənlərin ötürülmə sürətini təsvir etmək üçün istifadə olunan ölçü vahidi. Bir meqabayt 1048576 bayta bərabərdir. MBps qısaltmasını Mbps (saniyə başına meqabit) ilə dəyişik salmaq olmaz. Belə ki, Mbps ilə, adətən, kompüter şəbəkələrində verilənlərin ötürülmə sürətini ölçürlər. Şəbəkədə olmayan avadanlıqlar arasında verilənlərin ötürülmə sürətini isə bir saniyədə ötürülən baytların sayı ilə ifadə edirlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Gecə yarısı küçədə tək başına bir qız (film, 2014)
Gecə evinə tək qayıdan bir qız (farsca : دختری در شب تنها به خانه میرود Dokhtari dar šab tanhâ be xâne miravad) — İran-Amerikalı kinorejissor Ana Lili Əmirpur tərəfindən 2014-cü ildə çəkilmişdir. İranın ilk "Vampir-Vestern" janrlı filmi hesab edilir. Filmdə hadisələr "Bad City"-də baş verir. == Məzmun == İranın "Bad City" qəsəbəsində qəribə hadisələr baş verir. Bu ruhlar qəsəbəsində fahişələr , narkotik maddə istifadəçilər, qadın alverçiləri və bir çox kasıb insanda yaşamaqdadır. Ölüm və ümidsizliyin hökm sürdüyü bu qəsəbədə "Qız" adlı vampir qadın cinayətkarları izləməyə və öldürməyə başlayır."Qız"-ın məqsədi qəsəbəni pis insanlardan təmizləməkdir. Araş , atasının narkotik asılılığına görə öz maşınını narkoalverçiyə verməyə məcbur qalır. Maşın götürməyə gedəndə narkoalverçi olan Səidin öldüyünü görür. "Qız" Araşın atasını da izləməyə başlayır. Təsadüfən qarşılaşan Araş və "Qız" heç gözləmədikləri anda bir-birilərinə aşiq olurlar.
Orasına burasına (mahnı)
Orasına burasına — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının söz və musiqisi Ceyhun Əliyevə, aranjmanı Rəşad Hüseynova, mix-masteri isə Yaşar Baxışa aiddir. Aygün Kazımova adıçəkilən mahnı üçün fotoqraf Kamran Aydınovun kamerası qarşısına keçərək fərqli fotosessiya etdirib. Fotosessiyada Aygün Kazımovanın stilinin üzərində isə uzun illərdir əməkdaşlıq etdiyi, çoxsaylı layihələrində, konsert, klip və fotosessiyalarında baş stilist olaraq çalışan Ruxa işləyib.