Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Achillea cretica
Achillea cretica (lat. Achillea cretica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Anthemis cretica
Anthemis cretica (lat. Anthemis cretica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Plantago cretica
Plantago cretica (lat. Plantago cretica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü.
Securigera cretica
Securigera cretica — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" — VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sərilən və ya qalxandır. Yarpaqları birqatlələkvari, 9-11 yarpaqcıqlıdır; yarpaqcıqları pazvari və ya uzunsov-tərs-yumurtavari, üstdən yaşıl, altdan mavi-göyümtüldür. Salxımları 7(5)-9(11) çiçəkli, çətirvaridir. Ksacıq zəngçiçəyi formasında, tacı ağ və ya açıq çəhrayı, aşağı hissədə bənövşəyi rəngdədir. Bayrağın ayası yumurtavari-dəyirmi, qayıqcıq düz bucaq altında əyilmişdir. Paxlaları aralanmış, silindrikdir. Toxumları uzunsov və ya qısa silindrik, pas-sarı rəngdə, 3-3,5 mm uzunluqda, 1 mm enindədir.
Capra aegagrus cretica
Capra aegagrus cretica (lat. Capra aegagrus cretica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinin bezoar keçisi növünə aid heyvan yarımnövü.
David del Tredici
David del Tredici 16 mart 1937-ci ildə Kaliforniyada doğulan ABŞ musiqiçisi
Urtica
Gicitkən (lat. Urtica) — gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. Növləri Azərbaycan ərazisində geniş yayılmışdır. == Ümumi məlumat == Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır. Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir.
Bernardisa Yuretiç
Bernardica Yuretiç (xorv. Bernardica Juretić; 18 avqust 1963) — xorvatiyalı psixoloq, humanitar fəal, Tihomir Orešković Kabinetinin Sosial Siyasət və Gənclər naziridir. == Erkən həyat və təhsil == 1863-cü il avqustun 18-də Omis yaxınlığında Sriyanenin kiçik Dalmat kəndində anadan olmuşdur. 1978-ci ildə doğma yurdunda ibtidai məktəbi bitirmişdir. Mayın 23-də, 1982-ci ildə Dubrovnik şəhərində məzun olduğu tibb məktəbinə daxil oldu. 1984-cü ildə, 21 yaşında, İtalyan Ancelle Della Carita'ya qoşularaq keşiş oldu. 1990-cı ildə, 27 yaşında , nəhayət, narkomanlara qarşı qayğı ilə bağlı digər öhdəliklər səbəbindən buranı tərk etdi. 1988-ci ildə məzun olduğu Roma Antik Universitetində təhsilini davam etdirdi; psixologiya mövzusunda "Frankın loqoterapi işığında insan əzabının məqsədi" mövzusunda dissertasiya müdafiə etdi. 1990-cı ildə həmin universitetdə magistr dərəcəsi alıb, "Psixoloji baxımdan AİDS olan insanlar" mövzusunda elmi işi müdafiə etmişdir.1995-ci ildə doktorluq proqramına daxil oldu. == Fəaliyyəti == 1984-1986-ci illərdə Freyunq (Almaniya) şəhərinin Bavariya vilayətində "qocalar evində" tibb bacısı kimi çalışıb.
Urtica dioica
İkievli gicitkən (lat. Urtica dioica) — gicitkən cinsinə aid bitki növü. == Qısa morfoloji xüsusiyyətləri == Urtica dioica L. Hündürlüyü 130 sm-ə qədər, gövdəsi düzduran, yandırıcı tüklərlə örtülü, əsasən tüklər buğumlarda sıxdır, sürünən kökümsovlu çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları yumurtaşəkilli-ürəkşəkilli və yaxud uzunsov-neştərvaridir, sivri, kənarları uc hissəyə doğru əyilmiş mişarvari dişlidir, üst tərəfdən daha tünd, səpələnmiş yandırıcı tüklərlə örtülmüşdür. Yalancı zoğları 12 mm-ə qədər olub, sərbəstdir, uzunsovdur. == Çiçək == Çiçək qrupu qoltuqdadır, süpürgəvari, yarpaq saplağından çox uzundur, tüklərlə sıx örtülüdür. İkievli bitkidir. == Çiçəkləməsi == May == Meyvə verməsi == May-Sentyabr == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan yuxarı dağ qurşağına qədər. == Yaşayış mühiti == Yaşayış yerlərinə yaxın, hasarların dibində, meşə kənarında, kəsilmiş meşələrdə, bağlarda, kolluqlarda, dağlarda lava dağılan yerlər üçün xarakterdir.
Utiçi adası
Utiçi adası — Şantar adaları qrupuna daxil olan kiçik ada. Böyük Şantar adasında yerləşən Radujnı burnundan 8 km aralıda yerləşir. Adanın uzunluğu 2,5 km, eni isə 500 m təşkil edir. Ada ərazisində Şantar adaları arasında ən böyük eynəkli təmizçi koloniyası vardır. 1991-92-ci illər ərzində 17500 çüt quş qeydə alınmışdır. Suiti yerləşim yerləri vardır. 1999-cu ildə digər adalarla birlikdə «Şantar adaları» yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.