Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Levent Üzümcü
Levent Üzümcü (6 iyul 1972, İzmir) — Türk teatr, kino aktyoru və siyasətçisi .
Üzümçü
Üzümçülük — yeni üzümçülük təsərrüfatlarının yaradılması, əhalinin üzümə və şəraba olan daxili tələbatını ödəmək üçün mədəni halda becərilən üzüm ağaclarından qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir. Üzüm insan üçün çox faydalı olan və nisbətən az zəhmət tələb edən giləli meyvələr içərisində əsas yerlərdən birini tutur. Uzum tənəyi quraqlığa lazımı qədər davamlı olub, qüvvəli torpağa o qədər də tələbkar deyil. Üzüm cox su tələb etməyən və hətta dəmyə şəraitində yetişdirilməsi mumkun olan bir bitkidir.
Üzümçü (Bostanabad)
Üzümçü (fars. ازومچي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 149 nəfər yaşayır (40 ailə).
Üzümçü (Qobustan)
Üzümçü — Azərbaycan Respublikasının Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi dairəsində qəsəbə.
Üzümçü (dəqiqləşdirmə)
Üzümçü (Qobustan) — Azərbaycanın Qobustan rayonunun inzibati ərazi vahidində qəsəbə. Üzümçü (Bostanabad) — Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd.
Cabbar Nəcəfov (üzümçü)
Nəcəfov Cabbar Sərdar oğlu (11 aprel 1971, Naxçıvan) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutu (Naxçıvan) İnnovasiya və Elmi-İstehsalat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == 1971-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1992-cu ildə Ukrayna Respublikasında Kirovoqrad Kənd Təsərrüffatı Maşınqayırma İnstitutunun Kənd Təsərrüffatı Maşınları fakültəsini mühəndis-mexanik ixtisası ilə bitirmişdir. == Peşə və elmi fəaliyyəti == 1992-ci ildə Babək rayon 2 saylı üzüm emalı zavodunda baş mühəndis vəzifəsində işə başlamışdır. 1993-1996-cı illərdə hərbi xidmətdə olmuş, Qarabağ müharibəsi veteranıdır. 1998-ci ildən - 2003-cü ilədək Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin Naxçıvan Fililialında aparıcı mütəxəssis və fond mühafizəçisi vəzifəsində çalışmışdır. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsində işləyir. 2003-cü ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutuna qiyabi aspirant kimi daxil olmuş və 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda "Naxçıvan Muxtar Respublikasının az yayılmış qiymətli üzüm sortlarının təsərrüfat-texnoloji və biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi mövzusunda" fəlsəfə doktorluğu dissertasiyası müdafiə edərək, 13 aprel 2010-cu ildə kənd təsərrüfatı üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən, ictimai əsaslarla xaricdən gətirilmiş calaq əkin materialı ilə salınmış üzüm bağlarına Naxçıvan Bölgəsi üzrə nəzarət komissiyasının sədri təyin olunmuşdur. 62 elmi əsərin müəllifi və həmmüəllifidir.