Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"Şücaətə görə" medalı
"Şücaətə görə" medalı — Azərbaycan Respublikasının medalı. == Təltif edən orqan == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilir. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır. == Medalın ümumi təsviri == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca "ŞÜCAƏTƏ GÖRƏ" sözləri yazılmışdır. Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir. Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir. Bütün yazılar və elementlər relyeflidir.
“Əmək şücaətinə görə”
"Əmək igidliyinə görə" medalı — SSRİ Ali Sovetinin 27 dekabr 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
Sücaət Əhmədov
Əhmədov Sücaət Yunus oğlu (4 iyun 1943, Kəlbəcər – 13 noyabr 2002, Gəncə) — Azərbaycan şairi. == Həyatı == Sücaət Yunus oqlu Əhmədov 4 iyun 1943-cü ildə (bəzi mənbələrdə 1946-cı il) Kəlbəcərdə Yunus Əhmədovun ailəsində anadan olub. Kəlbəcərin məşhur İstisu kurortunda rəhbər vəzifələrdə çalışmışdır.7 noyabr 2002-ci ildə Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat etmişdir. Məzarı Göy-Göl rayonundadır. === Ailəsi === Xalası qızı ilə evli idi. Bir oğlu, iki qızı var. Oğlu Azərin Sücaət adında övladı var. Azərbaycan jurnalisti Hidayət Elvüsal Sücaətin qardaşıdır. == Həbsi == Sücaət iki dəfə həbs edilmiş, ömrünün 8 ilini zindanlarda keçirmişdi. İlk həbsi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 2-ci kursunda oxuyarkən olmuşdur.