Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dırmaşma
Dırmaşma (ing. Climbing) — dik bir yerdə yuxarı doğru irəliləmək üçün əllər və ya ayaqlarla (və ya həqiqətən bədənin hər hansı bir digər qismi) edilən fiziki bir fəaliyyətdir. Əyləncə məqsədli ya da ordularda profosyonel əsgər yetişdirmək üçün edilir. Bir çox adam üçün bir hobbi və ya idmandır. Bəzi yerlərdə yarışma olaraq da edilər. Təhlükəsizlik ipləri və ya bənzər köməkçi vasitələr ilə həyata keçirilir. Rakımı yüksək yerlərdə edilir. Hal-hazırda da bu fəaliyyətlər davam etməkdədir. == Xarici keçidlər == Vikianbarda Dırmaşma ilə əlaqəli mediafayllar var.
Dırmaşma yarışı
Dırmaşma yarışı, zamana qarşı müəyyən bir yamaca qalxmağa əsaslanan motorsport növüdür. Ən qədim motorsport növlərindən biridir. İlk dəfə 31 yanvar 1897-ci ildə Fransanın Nice şəhəri yaxınlığındakı La Turbiedə təşkil edilmişdir. İngiltərədəki Worcestershire, Shelsley Walshdə keçirilən dırmaşma yarışları, 1905-ci ildən bəri keçirilən ən qədim yarışlardan biridir. Dırmaşma yarışlarının olduqca fərqli bir növü, çox dik təpələrə off-road motosikllər ilə dırmaşma yarışıdır. Yarışın qalibi ən yüksək zirvəyə çata bilən və ya birdən çox çıxan olarsa, onların onların içərisində ən sürətli çıxanıdır. Bu tip motorsport növü həm cəsarət, həm də bacarıq tələb edir və ABŞ-də çoxdan bəri ənənəvi hala gəlmişdir və 1980-ci illərdən bəri Fransa və Avstriyada məşhurdur.
Fırlanma dövrü
Fırlanma periodu — Planetlərin, peyklərin və digər səma cisimlərinin hər hansı bir nöqtəsinin həmin cismin mərkəzi oxlarının ətrafında dönməsi nəticəsində ərtaf-mühitə nəzərən yenidən eyni yerdə olmasına qədər sərf olunan zaman müddəti. Yer kürəsinin fırlanma periodu 1 sideral gün, yəni 23 saat 56 dəqiqə təşkil edir. == Dönmənin növləri == Sideral dönmə — Ayın Yer ətrafında fırlanaraq müəyyən müddət sonra Yerin mərkəzində duran müşahidəçiyə nəzərən ikinci dəfə eyni nöqtəyə gəlməsi onun sideral dönməsi olub, 27.3 günə bərabərdir. Sinodal dönmə — Ayın fırlanaraq müəyyən müddət sonra Günəşlə Yer arasında yenidən eyni bucaqda olmasıdır, 29.5 gün təşkil edir.
Fırlanma periodu
Fırlanma periodu — Planetlərin, peyklərin və digər səma cisimlərinin hər hansı bir nöqtəsinin həmin cismin mərkəzi oxlarının ətrafında dönməsi nəticəsində ərtaf-mühitə nəzərən yenidən eyni yerdə olmasına qədər sərf olunan zaman müddəti. Yer kürəsinin fırlanma periodu 1 sideral gün, yəni 23 saat 56 dəqiqə təşkil edir. == Dönmənin növləri == Sideral dönmə — Ayın Yer ətrafında fırlanaraq müəyyən müddət sonra Yerin mərkəzində duran müşahidəçiyə nəzərən ikinci dəfə eyni nöqtəyə gəlməsi onun sideral dönməsi olub, 27.3 günə bərabərdir. Sinodal dönmə — Ayın fırlanaraq müəyyən müddət sonra Günəşlə Yer arasında yenidən eyni bucaqda olmasıdır, 29.5 gün təşkil edir.
Dırmaşma mayakı
Gəzinti mayakı (参観灯台, sankan today) və ya bəzən dırmaşma mayakı (のぼれる灯台, noboreru today) – Yaponiyada ictimaiyyətə açıq olan və içərisində gəzinti icazəsi verilən mayaklar. Hazırda Yaponiyada 16 belə mayak var. == Haqqında == Gəzinti mayakları sistemi Yaponiya Sahil Mühafizə Təşkilatının təşəbbüsü ilə yaradılmışdır və "Tokokay" təşkilatı tərəfindən idarə olunur. Mayakları ziyarət etmək üçün ziyarətçidən 300 yen tələb olunur. Gəzinti mayakları ictimaiyyətə açıqdır: mayakın yuxarısına dırmaşmaq və içərisində gəzişmək sərbəstdir. Lakin pis hava şəraitində mayaklara giriş məhdudlaşdırıla bilər. Bəzi gəzinti mayaklarında mayakın tarixindən və xüsusiyyətlərindən bəhs edən sərgi otağı olur. Gəzinti mayakı statusunda olan mayaklardan əlavə bəzi mayaklar Mayak Memorial Günü (1 noyabr) və Dəniz Günü münasibətilə ictimaiyyətə açıq olur. == Tarixi == Yaponiyada müasir dəniz mayaklarının tikintisinə Meyci dövründə başlanmışdır. Həmin dövrdə mayaklara daxil olmaq üçün xüsusi icazə almaq lazım idi.
Simanqa Dlamini
Şirman binası
Şirman binası (rus. Дом М. В. Ширмана) — Rostov-na-Donu şəhərinin ərazisində, mühəndis Arutyan Xristoforoviç Zakievin layihəsi əsasında 1911-ci ildə inşa edilmiş bina. Bina Voroşilov prospekti, Suvorov küçəsində yerləşir. Şirman binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Gəlirli ev olaraq bina mühəndis Arutyan Xristoforoviç Zakievin layihəsi əsasında 1911-ci ildə inşa edilmişdir. 1920-ci ildə sovet hökuməti qurulduqdan sonra bina milliləşdirildi və "Mətbəə evi" kimi istifadə edilir. Burada Rostov proletar yazıçıların assosasiyası və "Molot qəzeti" işçiləri fəaliyyət göstərmişdir. 1922-ci ildə Rostovda ilk pioner dəstəsi olan "Spartak" qurulmuşdur. 28 noyabr 1926-cı ildə "Mətbəə evində" Vladimir Vladimiroviç Maykovski çıxış etmişdir. Böyük Vətən müharibəsi öncəsi bina SSRİ. təhlükəsizlik orqanlarının balansında olur.
Şirman xulu
Şirman xulu (lat. Ponticola syrman) — xullar fəsiləsinin ponticola cinsinə aid balıq növü. == Yayılması == Mərmərə, Qara, Azov və Xəzər dənizi hövzələrində, limanlarda, bəzi çayların aşağı axarlarında, seyrək hallarda su anbarlarında yayılmışdır. Dənizdə yalnız tapılmışdır, lakin bəzi ərazilərdə haşiyələr daxildir. Abşeronun cənub hissəsində və Küryanı rayonda çoxsaylı, Samurdan Siyəzənə və Şıx sahəsindən Kürün Züd-ost qoltuğuna qədər azsaylıdır. == Morfoloji əlamətləri == Bədəni axımlı, başı uzunsov, lövhəvarıdır. Üstdən yüngülcə basıqdır, ağzı iridir. Yaşlı fərdlərdə qarın sormacında yaxa pərləri kütdür. İkinci bel üzgəcinin hündürlüyü arxa uca doğru artır. Bədənin böyürlərində adətən, şahmat şəklində düzülmüş, iri bozumtul qonur xallar olur.
Kirmanda partlayışlar (2024)
3 yanvar 2024-cü ildə İranın şərqindəki Kirman şəhərində Qasım Süleymaninin öldürülməsinin ildönümü mərasimi iki bomba partlayışı ilə pozuldu. Hücumlarda uşaqlar da daxil olmaqla ən azı 94 nəfər ölüb, 284 nəfər yaralanıb. İran hökuməti partlayışları terror aktı elan edib. Hadisə 1978-ci ildə Reks hücumundan bəri ölkədə baş verən ən ölümcül hadisədir. Ertəsi gün İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb. Reuters-in məlumatına görə, ABŞ Kəşfiyyat Cəmiyyəti hücumun İŞİD-in Əfqanıstan qolu olan İŞİD-X tərəfindən həyata keçirildiyi qənaətinə gəlib. == Arxa plan == Qasim Süleymani, 3 yanvar 2020-ci ildə ABŞ-ın İraqda pilotsuz uçuş aparatı hücumu ilə öldürüldü. Süleymani İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) Qüds qüvvələrinin komandiri idi. İranda mühüm təsir gücünə malik Süleymani, dini lider Ayətullah Əli Xameneidən sonra ölkədə ikinci ən güclü ad hesab edilirdi. İnqilab Keşikçiləri Korpusunun xaricdəki əməliyyat qolu olan Qüds Qüvvələrinin komandanı kimi o, İranın bölgədəki siyasətinin formalaşmasında mühüm rol oynayıb.
Şah Abbasın Şirvana yürüşü
Şah Abbasın Şirvana yürüşü — Səfəvi şahı I Şah Abbas rəhbərliyində, 1603–1618-ci illərin Səfəvi–Osmanlı müharibəsi əsnasında, 1606-cı ildə başladılan və 1607-ci ildə sona çatdırılan hərbi yürüş. Səfəvilər 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinin şərtlərinə görə, Şirvan vilayətinin nəzarətini itirməli oldular. 1606-cı ilin qışın Səfəvi şahı I Şah Abbas Şirvana yürüş keçirir. Dərbənd və Bakı şəhərləri Səfəvilərə meylli üsyanlar səbəbilə tez bir müddətdə zəbt edildi. 1607-ci ilin yazında I Şah Abbas Şirvan vilayətinin paytaxtı Şamaxı şəhərini fəth edir. Beləliklə, Şah Abbas Səfəvilər dövlətinin 1590-cı ildə itirdiyi torpaqları geri alır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Blou, Deyvid. Shah Abbas: The Ruthless King Who became an Iranian Legend (ingilis). London: I. B. Tauris & Co. Ltd.
Şirvanda izim qaldı (film, 1994)
== Məzmun == Film Azərbaycan dövlətçilik tarixində böyük xidmətləri olan Şirvanşahlar dövləti (VI-XVI əsrlr) haqqındadır. Burada həmçinin o dövrdən bizim günlərə qədər qorunub saxlanılmış tarixi və memarlıq abidələri barəsində də söhbət açılır. == Film haqqında == Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Lətifoğlu Ssenari müəllifi: Solmaz Əliqızı, Nicat Lətifoğlu Operator: Rövşən Cavanşir Səs operatoru: Teymur Abdullayev (Teymur Abdulla kimi) Məsləhətçi: Cəfər Qiyasi == Sponsor == "Azərkinovideo" İB == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Şah I Abbasın Şirvana yürüşü
Şah Abbasın Şirvana yürüşü — Səfəvi şahı I Şah Abbas rəhbərliyində, 1603–1618-ci illərin Səfəvi–Osmanlı müharibəsi əsnasında, 1606-cı ildə başladılan və 1607-ci ildə sona çatdırılan hərbi yürüş. Səfəvilər 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinin şərtlərinə görə, Şirvan vilayətinin nəzarətini itirməli oldular. 1606-cı ilin qışın Səfəvi şahı I Şah Abbas Şirvana yürüş keçirir. Dərbənd və Bakı şəhərləri Səfəvilərə meylli üsyanlar səbəbilə tez bir müddətdə zəbt edildi. 1607-ci ilin yazında I Şah Abbas Şirvan vilayətinin paytaxtı Şamaxı şəhərini fəth edir. Beləliklə, Şah Abbas Səfəvilər dövlətinin 1590-cı ildə itirdiyi torpaqları geri alır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Blou, Deyvid. Shah Abbas: The Ruthless King Who became an Iranian Legend (ingilis). London: I. B. Tauris & Co. Ltd.
Şirvanda 2010-cu il Azərbaycan parlament seçkiləri
IV çağırış Azərbaycan Respublikasının Milli Məclisi üçün 2010-cu ildə Azərbaycanda keçirilmiş parlament seçkiləri. Bu seçkilərdə Şirvan şəhəri üzrə 1 seçki dairəsi təşkil olunmuş və 1 deputat seçilmişdir. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. == Əvvəlki seçkilər == 2010-cu il parlament seçkiləri Şirvan şəhəri üzrə 1 seçki dairəsində keçirilmişdir. Seçilmiş 1 deputat bitərəf olmuşdur. == Ümumi nəticələr == Ölkə üzrə seçkilərdə iştirak edən AXCP-Müsavat, İnsan Naminə, İslahat və Demokratiya seçki blokları bu seçki dairəsi üzrə namizəd göstərməmişdir.
Şirvanda 2013-cü il Azərbaycan prezident seçkiləri
Azərbaycan Prezidentinin seçilməsi üçün 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri. Bu seçkilərdə Şirvan şəhəri üzrə 1 seçki dairəsi təşkil olunmuşdur. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. == Əvvəlki seçkilər == 2008-ci il prezident seçkiləri Şirvan şəhəri üzrə 1 seçki dairəsində keçirilmişdir. Yeni Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd İlham Əliyev seçki dairəsi üzrə ən çox səsi toplamışdır.
Şirvanda 2015-ci il Azərbaycan parlament seçkiləri
V çağırış Azərbaycan Respublikasının Milli Məclisi üçün 2015-ci ildə Azərbaycanda keçirilmiş parlament seçkiləri. Bu seçkilərdə Şirvan şəhəri üzrə 1 seçki dairəsi təşkil olunmuş və 1 deputat seçilmişdir. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. == Əvvəlki seçkilər == 2010-cu il parlament seçkiləri Şirvan şəhəri üzrə 1 seçki dairəsində keçirilmişdir. Seçilmiş 1 deputat bitərəf olmuşdur. == Ümumi nəticələr == Hakim Yeni Azərbaycan Partiyası bu seçkilərdə vahid namizəd irəli sürmə strategiyasından istifadə etmişdir. Azadlıq-2015 Seçki Bloku isə bu dairədə vahid namizəd irəli sürməmişdir.