Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Raed Həmdan
Raed Həmdan (7 yanvar 1962) — Səudiyyə Ərəbistanını təmsil edən stolüstü tennisçi. == Karyerası == Raed Həmdan Səudiyyə Ərəbistanını 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Şamdan bəy (dram)
"Şamdan bəy (dram)" — Nəriman Nərimanov tərəfindən 1895-ci ildə komediya janrında yazılmış dram əsəri. Yazıçının ikinci dram əsəri olan bu "Şamdan bəy"in ikinci adı "Dilin bəlası" da adlanır. Müəllif bu komediyanı milyonçu Ağa Musa Nağıyevin maddi yardımı ilə Bakıda, Quberniya idarəsi mətbəəsində ayrıca kitab şəklində çap etdirib. == Məzmunu == O, "Dilin bəlası, yaxud Şamdan bəy" (1895) komediyasında burjua cəmiyyətinin doğurduğu fəlakətlərə qarşı çıxır, Şamdan bəy obrazında dövrün lovğa, ikiüzlü dost görünüşlü düşmənlərini ifşa edirdi. Dramaturq bu əsərində ilk dəfə olaraq kapitalizm aləminin bəlalarından xilas olmaq üçün mütərəqqi qüvvələrin ittifaqı ideyasını irəli sürürdü. Nəriman Nərimanov "Dilin bəlası, yaxud Şamdan bəy" komediyasında kapitalizm münasibətlərinin formalaşdığı dövrdə hakim burjuaziya cəmiyyətinin əxlaq pozlunluğununu, riyakarlığını Şamdan bəy simasında açıb göstərir. Dörd məclisdən ibarət olan bu komediya sadə dramatik konflikt əsasında qurulmuşdur. Bu münaqişə insanlıqlarını itirmiş "Zəmanə fırıldaqçısı" Şamdan bəyə qarşı əsərin qəhrəmanı Yusifin dostları ilə birlikdə apardığı mübarizə əsasında yaranıb. Dramaturq Şamdan bəyin son monoloqunda bir tərəfdən onun mənəvi sarsıntı keçirdiyini, buna baxmayaraq qaranlıq fikirlərdən əl çəkmədiyini göstərirsə, o biri tərəfdən onun intiharının əsl səbəbini nəzərə çatdırır. Şamdan bəy deyir: == Obrazlar == Yusif — mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında Qulu — Yusifin nökəri Xədicə — Yusifin nişanlısı, 19 yaşında Hacı İbrahim — Xədicənin atası, 40 yaşında Nigar — onun övrəti, 50 yaşında Nazlı — onun qulluqçusu, 20 yaşında Niyaz bəy — Xədicənin dayısı, 40 yaşında, çərkəzi libasında Şamdan bəy — Yusifin dostu, 30 yaşında, çərkəzi libasında, bığı yoğun Sultan, Murad, Rəsul-- Yusifin dostları, cavan oğlanlar, 30 yaşında.
Sədan
Sədan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Sədan kəndi mərkəz olmaqla Sədan kənd Soveti yaradılmışdır. == Toponimikası == Bu ad mənbələrdə XII əsrdən məlumdur. XVIII əsrdə toponim Siadon şəklində qeydə alınmışdır. Oykonim tat dilindəki siya (qara) və bir çox qədim dillərdə "su, çay, nəhr" mənasında işlənən dan sözlərindən düzəlib, "qara su, qara bulaq" deməkdir. Bu coğrafi ad hələ qədim zamanlardan ərazidə aşkar olunmuş neft yataqları ilə bağlı yaranmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə Qara-Dindar qalası, Sədan qalası var. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ildə kənd əhalisinin sayı 580 nəfər olub. Əhalisi tatlar idi.
Sedan
Sedan — minik maşının baqaj hissəsi salonundan ayrılmış, adətən iki və ya üç tamölçülü oturacaqlar sırası olan və avtomobillərdə ən geniş istifadə olunan ban növü. == Xüsusiyyətlər == Sedanlarda arxa şüşə demək olar ki bütün hallarda arxa çərçivədə sıx yerləşir, qalxıb/düşmür, baxmayaraq, ki arxa oturacağın arxasında lyuk ola bilər, hətta o, uzun əşyaları daşımaq üçün özü də yığıla bilər. Keçmiş SSRİ və inkişaf edən ölkələr kimi ərazidə avtomobilizasiya yeni başladığından dördqapılı sedanlar hələ çox populyar olacaqlar. Hətta SSRİ-də 80-ci illərdə hetçbeklərin kütləvi istehsalına keçmək eksperimenti alınmadı və 90-cı illərdə sedanlar yenə öz yerlərini möhkəmləndirdilər. İnkişaf edən ölkələrdə Peugeot 206 və Volkswagen Polo kimi avtomobillərini sedan banında istehsal edirlər.
Semnan dili
Simnan dili — Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindəndir. İranın Simnan ostanında danışılır.
Seydan (Urmiya)
Seydan (fars. سيدان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.220 nəfər yaşayır (217 ailə).
Şeydan (Salmas)
Şeydan (fars. ‎شيدان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 479 nəfər yaşayır (78 ailə).
Sedan (rayon)
Sedan (fr. Sedan) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ardenlər (departament). Suprefektura — Sedan. Rayon əhalisi 2006-cı ildə 62 129 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 78 nəf / km². Rayon sahəsi — 792 km².
Sedan (şəhər)
Sedan — Fransanın Maas çayı sahilində yerləşən şəhəridir. Şəhər Belçikaya yaxındır. Heç vaxt burada müharibə mərkəzi olmamışdır. Əhalisi 20110 nəfərdir (1990). == Tarixi == Şəhər Sedan qalasının adı ilə adlandırılır. Bu qala 1424-cü ildə tikilib. XVI əsrin sonunda qalanın sahəsi 30 000 km² idi. Bu Qərbi Avropanın ən böyük qalası idi. Onun müttəfiqi Buyon qalası idi. Bu qala İspaniyada yerləşir.
Həmədan
Həmədan — İranın Həmədan ostanında şəhər.Tarixi Azərbaycan şəhəri. Şəhər həm vilayətin, həm də eyni adlı şəhristanın və bəxşin inzibati mərkəzidir. == Əhali == Rəsmi mənbələrə əsasən Həmədan şəhərinin əhalisi : 1929-cu il r.t. əsasən 60,000 nəfər 1937-ci il lokal s.a. əsasən 80,280 nəfər 1940-cı il lokal s.a. əsasən 103,874 nəfər 1956-cı il s.a. əsasən 99,909 nəfər 1966-cı il s.a. əsasən 124,167 nəfər 1976-cı il s.a. əsasən 165,785 nəfər 1986-cı il s.a. əsasən 272,499 nəfər 1990-cı il r.t.
Mərdan
Mərdan — Azərbaycanlı adı. Mərdan Mehdizadə — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Mərdan Muradxanov — azərbaycanlı pedaqoq-alim, professor Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı Mərdan Musayev — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). Mərdan Camalov — Mərdan Cəlilov — Tanınmış azərbaycanlı alim. Təxəllüs Orxan Mərdan — Prodüser, Rejissor, Ssenarist.
Çəmran
Çəmran— İranın Xuzistan ostanının Bəndər Mahşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,519 nəfər və 3,935 ailədən ibarət idi.
Şamdlan
Şamdlan və ya Şandlan — Azərbaycanın İsmayıllı rayonunun Tircan kəndindən 3–4 kilometr cənub-şərqdə, Qızılca dərəsinin sol sahilində orta əsr yaşayış yeri. == Tarixi == Meşələrlə əhatə olunmuş və əlverişli mövqedə yerləşən Şamdlan təqribən 10 hektardır. Kəşfiyyat xarakterli axtarışlar zamanı dəmirçi emalatxanası, istehsalat tullantıları, şirsiz və şirli keramika qalıqları, şüşə qab və bilərzik nümunələri, kirkirə daşı, dəmir ox ucluğu və s. tapılmışdır. Azərbaycan Sovet Ensiklopediyasına görə, materiallar yaşayış yerinin IX–XIII əsrlərdə mövcud olduğunu göstərir. Buna baxmayaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında bildirilmişdir ki, yaşayış yeri VIII–XVIII əsrlərə aiddir. Qeydiyyat nömrəsi 1153-dür.
Şampan
Şampan şərabı — şərabın ikinci dəfə qıcqırıldılması nəticəsində alınan köpüklü şərab. Adı Fransanın Şampan vilayətinin adından götürülüb. 2011-ci ilin iyunuda Finlandiyanın Mariehamne şəhərindəki auksionda 170 il dəniz dibində qalmış iki şüşə şampan şərabının hərəsi 170 min avroya satışa çıxarılmışdı. == Ədəbiyyat == Л.Выскочков. Шампанское в культуре Петербурга в XIX — начале XX в. // Петербург в мировой культуре: СБ. статей. — СПб.: Изд-во С.-Петерб. ун-та, 2005, с. 147–155. == Mənbə == Vikianbarda Şampan şərabı ilə əlaqəli mediafayllar var.
Şəhdad
Şəhdad — İranın Kirman ostanının Kirman şəhristanının Şəhdad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,097 nəfər və 1,010 ailədən ibarət idi.
Şəlman
Şəlman — İranın Gilan ostanında yerləşən şəhər. Şəlman əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Şəmmar
Şəmmar (ərəb. شمر‎) — ərəb qəhtani qəbilə konfederasiyası. Bəni Tay ərəb qəbilə birliyinə mənsubdur. Şəmmar qəbiləsinin Bəni Tay qəbiləsindən olan əcdadları II əsrdə Yəməndən köçüb Nəcd yaylasının şimalında məskunlaşaraq Bənu Əsəd və Bənu Təmim qəbilələrini oradan sıxışdırıb çıxarmışdılar. 630-cu ilin iyulunda Bəni Tay qəbiləsi Məhəmməd peyğəmbərin tərəfdarları tərəfindən tabe edilmiş və islamlaşdırılmışdır. Şəmmar etnonimi tarixi mənbələrdə XIV əsrdən tapılmış və tayfanın şərəfinə Əcə və Səlma əkiz dağları yeni ad almışdır – Cəbəl-Şəmmar. XII əsrdə Şammar qəbiləsinin əhəmiyyətli bir hissəsi Ərəbistandan İraqa köçərək onun Mosula qədərşimal bölgələrini işğal etmiş, qəbilənin Ərəbistanda qalan hissəsi isə Həil ərazisində yaşayırdı. Şəmmar qəbiləsinə uzun müddət əl-Əli qəbiləsindən olan şeyxlər və əmirlər rəhbərlik edirdi. XIX əsrin əvvəllərində mərkəzi Həil şəhərində olan Cəbəl-Şəmmar əmirliyi qurulmuşdur. 1835-ci ildə Ər-Rəşid sülaləsi əmirliyi və qəbiləni ələ keçirmişdi.
Sedan döyüşü
Sedan — Fransanın şimal-şərqindəki Ardenn departamentində, Möz (Maas)çayı qırağında şəhər. XIX-cu əsrin sonlarına qədər qala. Burada 1870-ci il sentyabrın 1-2-də, fransız Şalon ordusunun məğlubiyəti və Fransa imperatoru III Napoleonun əsir düşməsi ilə nəticələnən, Fransa–Prussiya müharibəsinin ən iri vuruşması baş verdi. == Döyüşün gedişi == Avqustun 23-də marşal M.E. Mak-Maqonun komandanlığı altında Şalon ordusu(120 min adam, 393 top, 76 mitralyez), Mez qalasında pruslar tərəfindən mühasiyərə alınmış A. Bazenin Reyn ordusunun mühasirəsini qaldırmaq üçün, cəmləşdiyi Reyms şəhəri rayonundan çıxdı. Mak-Maqon, Şalona və Paris üzərinə hərəkət edən(ümumi sayları 224 min adam və 813 top olan) 3-cü və 4 -cü alman ordularından Sedanı keçməklə yan ötmək istəyirdi. Mak-Maqonun ordusunun yola çıxdığından xəbər tutaraq, alman qoşunlarının faktiki komandanı, baş qərargah rəisi X.Moltke(formal olaraq qoşunlara prus kralı I Vilhelm başçılıq edirdi)onları, rəqibin ordularının birləşməsini qarşılamaq, Şalon ordusunu Belçika sərhədinə sıxmaq və darmadağın etmək üçün Verden, Bar-le-Dük xəttindən Sedana çevirdi. == Fransızların məğlubiyəti == 29 - 30 avqustda Şalon ordusu Möz çayını keçdi və 31 avqustun axşamına kimi, Mezyerdən keçərək Reymsə yürüşü davam etmək üçün Sedan yanında iki günlük dincəlməyə dayandılar. Moltke Mak-Maqonun hərəkətsizliyindən yararlandı, və alman orduları sentyabrın 1-nə keçən gecə cinahların yanından keçmə manevri ilə Şalon ordusunu mühasirəyə aldılar. Səhər başlayan döyüş gün bitənə kimi fransızların tam məğlubiyəti ilə bitdi. Fransız qoşunlarının qalıqları mühasirədən çıxmaq cəhdi etsələr də alınmadı(121 eskadrondan ancaq 20 çıxa bildi).
Sədan mahalı
Sədan mahalı — Quba xanlığında mahal. Hacı Səfərəli bəyin idarə etdiyi Sədan mahalı cəmi 5 kənddən ibarət idi. Bu kəndlər Ataçay və Gilgilçay arasında dağ yamacında yerləşirdi. Həm də kəndlərin ikisində - Calğan və Uqahda deyəsən o zaman daimi yaşayan əhali yox idi, çünki siyahıda bu kəndlərin qarşısında adam sayı sütunu boş idi. Ən böyük kəndlər 40 həyətdən ibarət Sədan və 30 həyətdən ibarət Dağ Quşçu kəndləri idi. Çıraqqala da bu mahalın tərkibində idi. Mənbənin verdiyi məlumata görə Fətəli xan sıldırım qayada yerləşən bu qalada özü üçün ev inşa etdirmişdir. Çıraqqala regionun mühüm istehkamlarından biri idi. Sədan mahalında maldarlıq və taxılçılıq inkişaf etmişdir. == Kəndlər == == Tanınmışları == == İstinadlar == Mustafazadə Tofiq.
Sedan (dəqiqləşdirmə)
Sedan
Ulduzlar səmadan parlayır
Ulduzlar səmadan parlayır (ing. The Stars Shine Down) — Sidni Şeldonun 1992-ci ildə yazdığı romandır.
Şırdan
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Əmman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Sahn-ı Səman mədrəsələri
Sahn-ı Səman mədrəsələri (Osmanlıca: صحن ثمان) — Fateh Sultan Mehmed tərəfindən İstanbulda inşa edilən yüksək dərəcəli mədrəsə. == Haqqında == Sahn-ı Seman İstanbulun fəthindən sonra Fatih Sultan Mehmed tərəfindən qurulan təhsil ocaqları arasında ən yüksək təhsil ocağıdır. Səhn-i Səman; Quran, hədis, kəlam, fiqh və təfsir kimi İslam elmləri ilə yanaşı, fizika, kimya, riyaziyyat və astronomiya kimi əqli elmlərdən də məruzələrlə çıxış etmişdir. Fatih Kompleksi daxilində yerləşən Sahn-ı Seman kompleksin bütövlüyü çərçivəsində inşa edilmişdir. Onun tikintisi 1462-1470-ci illər arasında davam etmişdir. Səhn-i Səmanın meydana gəlməsində Əli Kuşçu ilə Fatih Sultan Mehmetin birliyi ön plana çıxır. Sahn-ı Seman İstanbuldakı ilk türk ali təhsil müəssisəsidir. Sahn-ı Səman mədrəsələri Fatih Külliyesinin ən yüksək səviyyəli mədrəsələridir. Mədrəsələrdə Əli Kuşçunun hazırladığı tədris planının olduğu və onun “Kânûnnamə” şəklində edildiyi məlum olsa da, indiyə qədər araşdırılan Osmanlı arxiv sənədləri arasında bu sənədə rast gəlinməmişdir. Ola bilsin ki, bu qanunun əsli 1918-ci ildə kompleksdə baş verən yanğında məhv olub.
Abbarik (Həmədan)
Abbarik — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Hacılu kəndistanında, Kəbudərahəng qəsəbəsindən 22 km şimal-şərqdədir.
Abhindu (Həmədan)
Abhindu — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsinin Çaharbölük kəndistanında, Həmədan şəhərindən 32 km cənubdadır.
Abmeşkin (Həmədan)
Abmeşkin — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 68 km şimal-qərbdədir.
Abənbar (Həmədan)
Abənbar — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsində, Həmədan şəhərindən 67 km cənub-şərqdə, Qaraçayın qərb sahilindədir.
Acin (Həmədan)
Acin - İranın Həmədan ostanının Əsədabad şəhristanında şəhər. Acin şəhəri Əsədabad qəsəbəsindən 20 km cənub-qərbdədir. Acin keçmişdə Əsədabad şəhristanının Mərkəzi bəxşinin Pirsalman dehistanında yerləşən bir kənd idi, lakin sonralar yeni Pirsalman bəxşinin (tərkibinə Pirsalman və Külyai dehistanları daxildirlər) yaradılmasından sonra Acin kəndi şəhər statusu qazanıb, sözügedən bəxşin inzibati mərkəzi olaraq təyin olundu, və Əsədabad şəhərindən sonra Əsədabad şəhristanında yerləşən ikinci şəhər oldu. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,343 nəfər və 766 ailədən ibarət idi.Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Acərli (Həmədan)
Acərli — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Pişxor kəndistanında, Rəzən qəsəbəsindən 38 km. şimal-qərbdədir.
Axtaçı (Həmədan)
Axtaçı - İranın ŞHəmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsinin Çaharbölük kəndistanında, Bahar qəsəbəsindən 21 km qərbdədir.
Ağcaxərabə (Həmədan)
Ağcaxərabə - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng kəndistanında, Həmədan şəhərindən 15 km şimal-şərqdədir.
Ağdərə (Həmədan)
Ağdərə - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Şəra kəndistanında, Rəzən qəsəbəsindən 75 km cənubdadır.
Ağtəpə (Həmədan)
Ağtəpə — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Hacılı kəndistanında, Kəbudərahəng qəsəbəsindən 7 km şimal-qərbdədir.
Ağçay (Həmədan)
Ağçay - İranın Həmədan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Dərcəzin kəndistanında, Rəzən qəsəbəsindən 12 km şimal-şərqdədir.
Bahar (Həmədan)
Bahar — İranın Həmədan ostanının Bahar şəhristanında şəhər, həmin şəhristanın inzibati mərkəzi. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,271 nəfər və 6,956 ailədən ibarət idi. Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Şəhərdə bir neçə tarixi körpü, o cümlədən Aramand, Bahar, Rubat, Salehabad və Simin körpüləri yerləşir.
Meydan
Meydan — binalarla və yaşıllıqlarla əhatə olunmuş, xüsusi memarlıqla layihələndirilmiş açıq şəhər sahəsi. Aşağıdakı meydanlar vardır: piyada meydanları: teatr, ticarət, memorial meydanları. nəqliyyat meydanları: vağzal, müəssisə qarşısı və s. kiçik yaşayış məskənləri meydanları: kənd, qəsəbə və s.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Sekban
Sekban — (Farsca seg-ban: "köpək baxıcısı"), Yeniçəri ocağının altmış beşinci bölük üzvünə verilən ad. Sekbanlar, Osmanlı imperiyasında kəndli kökənli muzdlular idi. Sekban termini əvvəlcə nizamsız hərbi hissələrə, xüsusən də silahsız olanlara deyilirdi, lakin nəticədə nizami hərbi qüvvələrdən kənar hər hansı bir orduya da bu cürə müraciət edilə bilərdi. Sekbanlar nəinki Osmanlı dövlətinə sadiq idilər, həm də onlara kifayət qədər maaş verən hər kəsə sadiq ola bilərdilər. Sekban təşkilatı, Murad Hüdavəndigar dövründə sultanın ovçusu olaraq mövcud idi. 1451-ci ildə Fateh Sultan Mehmed dövrünə qədər müstəqil bir təşkilat olan Sekban ocağı, Yeniçərlərin itaətsizliyi səbəbi ilə,onların üsyan meylini pozmaq üçün Fatihin əmri ilə Yeniçəri ocağına paylandılar. O zaman onların sayı altı-yeddi min idi. Beş yüz sekban da ov xidmətinə görə saxlanıldı. Yavuz Sultan Səlimin hakimiyyəti dövründə bütün sekbanlar bölüyə çevrildi və yeniçəri mərkəzinin altmış beşinci bölüyünü təşkil etdi. Piyada və süvari sekbanlar, padşahla ova çıxır, ov itlərini böyüdür və sekban təndirində çalışırdılar.
Sencan
Sencan — İranın Mərkəzi ostanının Ərak şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,592 nəfər və 2,897 ailədən ibarət idi.Bu şəhərin qədimki əhalisi yəhudilərdən ibarət idi ki hamısı İsrailə köçüblər.
Senday
Senday (yap. 仙台市) — Yaponiyanın Tohoku regionunda yerləşən Miyaqi prefekturasının paytaxtı.
Səhmdar
Səhmdar — dövlət və ya özəl şirkətdə bir və ya daha çox hissənin qanuni sahibi olan şəxs və ya təşkilatdır. Bir səhmdarın iş sahəsindəki təsiri, sahiblik payı faizi ilə təyin olunur. Şirkətin səhmdarları qanuni olaraq şirkətin özündən ayrıdırlar və ümumiyyətlə, şirkətin borclarına görə məsuliyyət daşımırlar. == Hüquqları == Səhmdarların hüquqlarını aşağıdakı kimi təsnifatlaşdırmaq olar: Dividend almaq hüququ; Ümumi yığıncaqda iştirak hüququ; Səsvermə hüququ; Seçmək və seçilmək hüququ; Məlumat əldə etmək hüququ; Səhmlərin geri satın alınmasını tələb etmək hüququ; Əlavə buraxılan səhmlərin alınmasında üstünlük hüququ; Cəmiyyətin fəaliyyətinin yoxlanılmasını tələb etmək hüququ; Cəmiyyətin ləğvindən sonra qalmış əmlakı əldə etmək hüququ. == Maraqlarının müdafiəsi == Səhmdarların maraqlarının müdafiəsinin dövlət forması aşağıdakı müdafiə üsullarını özündə ehtiva edir: 1. Mülki-hüquqi; 2. İnzibati-hüquqi; 3. Cinayət-hüquqi.
Səlyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. == Etimologiyası == Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır. == Tarixi == Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.
Çemodan
Çamadan — baqajın yığılması üçün bağlanan spesifik bir qutu. Adətən, düzbucaqlı formalı, kvadrat küncləri olan, sərt və ya yumşaq divarlı olur. Metaldan, sərt plastikdən, parça, vinil və yaa dəridən hazırlanır. İndiki formada çemodanı ilk dəfə XIX əsrdə Parisdə Lui Vitton adlı usta hazırlayıb.
Səddam
Səddam — ad. Səddam Hüseyn — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti. Səddam Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.