Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabunçu
Azərbaycanda Sabunçu rayonu — Bakıda rayon. Sabunçu (qəsəbə) — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. Sabunçu (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Ermənistanda Sabunçu (Talin) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Talin rayonunda kənd. Sabunçu (Qəmərli) — İrəvan quberniyasında kənd. Bulaqlar, çaylar Sabunçu — Bakı şəhəri, Sabunçu qəsəbəsində mineral bulaqlar. Suyu isti və kükürdlüdür. Sabunçu — Zaqatala rayonunda çay. Qaraçayın sağ qoludur.
Sablon
Sablon (fr. Sablons) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38349. Kommunanın 1999-cu il üçün əhalisi 1 539 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 135 ilə 154 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
Bakıxanov (Sabunçu)
Bakıxanov, (1936–1992 Razin) — Bakının Sabunçu rayonunda şəhərtipli qəsəbə. Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Stepan Razin qəsəbəsi adı verilmiş və 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır. Qəsəbə Bakı dəmir yolu stansiyasından 10 km məsafədə yerləşir. Ərazisi 12 km²-dir. Bura Bakının ən yaşıl qəsəbələrindən biridir. Bu gün burada geniş abadlıq-quruculuq işlərini müşahidə etmək olar. Burada bir çox bağça, bir neçə park vardır. Qəsəbənin mərkəzi hissəsiylə uzanan xiyaban var. == Tarixi adı == Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bakıxanov qəsəbəsinin ən qədim yerli adının mənasının araşdırmasında AMEA Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d.
Nardaran (Sabunçu)
Nardaran — Bakının Sabunçu rayonu ərazisində qəsəbə. Bakıətrafı tarixi 32 kənddən biri. Bakıdan 25 kilometr şimalda yerləşir. Kəndin dəniz kənarındakı qayalıq ərazisində qədim mayakın alt hissəsində Ocaqqulu adlı mağara yerləşir. Kənddə təxminən 10 min nəfər yaşayır. Bir çox qədim adət ənənələr burada qorunub saxlanılır. == Tarixi == Kəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir. Amma ən çox ehtimal olunan mənalar bunlardan ibarətdir: Tədqiqatçılara görə bu yaşayış məntəqəsinin adı fars dilindəki nər (ikihürgüclü erkək dəvə) və daran (yer məkan) komponentlərindən düzəldilib, "dəvə saxlanan, yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqəsində əhalinin keçmişdə dəvəçiliklə məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan tədqiqatçılar isə oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstlik əlaqədar ""od olan yer" kimi izah edirlər.
Sabunçu (Qəmərli)
Sabınçı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. ""İrəvan əyalətinin icmal dəftəri"ndə "Saatlı Sabunçu" formasında, Qafqazın 5 verstlik xəritəsində Sabunçu kimi qeyd edilmişdir. Kəndin başqa adı Şeyxzadə Əli Sabunçu olmuşdur. Toponim türk mənşəli sabunçu tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.01.1978-ci il fərmanı ilə dəyişdirilib Araksavan (Araz qəsəbəsi) qoyulmuşdur. == Coğrafiyası və iqlimi == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.
Sabunçu (Talin)
Sabunçu - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı «Sabunçular» formasında da göstərilir. Toponim türk dilində «kotan» mənasında işlənən saban sözünə -çı şəkilçisinin qoşulması əsasında əmələ gələn sabunçu etnonimindən əmələ gəlmişdir. Qaraqalpaqlarda sapun tayfasının olması fikrimizi təsdiq edir. Səfəvi padşahlarından Sultan Hüseyn 1704-cü ildə verdiyi fərmanda Aranda, Muğanda və İrəvan ətrafında yaşayan 36 türk tayfasından birinin sabunçu olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Sabunçu (Talın)

Sabunçu (Zaqatala)
Sabunçu — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin bir hissəsi Zaqatala rayonunun Lahıc kəndinə köçürülmüşdür. == Mədəniyyəti == Sabunçu kəndinin əhalisini Saxurlar təşkil edir. Saxur dilində danışırlar. 2012-ci ilin dekabrında Zaqatalanın ən ucqar dağ kəndlərindən olan Sabunçu kəndində yeni məktəb binası istifadəyə verilib. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti fındıqçılıq, bağçılıq və maldarlıqdır.
Sabunçu (qəsəbə)
Sabunçu — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. == Tarixi == Bakının ən qədim kəndlərindən sayılır. == İqtisadiyyatı == Vaxtilə Sabunçu Bakının əsas sənaye istehsalı və neft mərkəzlərindən biri idi. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 31.4 min nəfər əhali yaşayır.
Sabunçu bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sabunçu qəsəbəsi
Sabunçu — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. == Tarixi == Bakının ən qədim kəndlərindən sayılır. == İqtisadiyyatı == Vaxtilə Sabunçu Bakının əsas sənaye istehsalı və neft mərkəzlərindən biri idi. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 31.4 min nəfər əhali yaşayır.
Sabunçu rayonu
Sabunçu rayonu (əvvəlki adı: Lenin rayonu) — Bakı şəhərinin rayonu. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Lenin rayonu Sabunçu rayonu adlandırılmışdır. == Tarixi == 29 aprel 1992-ci ildə Lenin rayonu adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır. Həmçinin Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Razin qəsəbəsinə adı verilmiş və 1992-ci ildə Bakıxanov qəsəbəsi adlandırılmışdır. == Mədəniyyəti == Sabunçu rayonu 10 qəsəbədən ibarətdir. Rayonda 5016 ailə olmaqla 20859 nəfər məcburi köçkün və 1635 ailə olmaqla 8318 nəfər qaçqın məskunlaşmışdır. Rayonda 46 məktəb, 3 internat və 25 səhiyyə müəssisələri fəaliyyət göstərir. Sabunçu rayonu ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 75 sənaye, 53 tikinti, 9 nəqliyyat, 2 kənd təsərrüfatı və 370 ticarət obyekti və sair fəaliyyət göstərir. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 231.271 nəfər əhali yaşayır. == Etnik tərkib == == İqtisadiyyatı == Məşğul əhalinin əsas hissəsi mədənçıxartma sənayesindən, rayonda fəaliyyət göstərən neft avadanlıqlarının istehsalı müəssisəsindən, çörək, fındıq və digər istehsal, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.Hazırda rayon üzrə məşğul əhalinin sayı 30273 nəfər, o cümlədən sənayedə çalışanların sayı 8777 nəfər, tikintidə 1378 nəfər, büdcə təşkilatlarında 1210 nəfər, təhsildə 4860 nəfər, səhiyyədə 4296 nəfər, digər sahələrdə 9752 nəfərdir.
Zəfəran (Sabunçu)
Zəfəran — Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidi tərkibindəki Zəfəran qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1930-cu illərin əvvəllərində təşkil edilmiş zəfəran sovxozunun fəhlələri üçün salınmışdır. 1965-ci ildən Zəfəran adlanmışdır. Oykonim zəfəran bitkisinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Qəsəbə Bilgəh qəsəbəsi yaxınlığında yerləşmişdir.
Masaj salonu
Masaj salonu — masaj xidmətlərinin ödənişli olduğu yer. Masaj salonu termini ümumiyyətlə kommersiya məqsədli erotik masaj xidməti təklif edən məkanlar üçün istifadə olunur. Fahişəliyin qeyri-qanuni olduğu dövlətlərdə, ərazilərdə, regionlarda masaj salonları saunalar və spa müəssisələri kimi müntəzəm olaraq, fahişəliyin ön təşkilatı kimi çıxış edirlər. Masaj salonu termini adətən fahişəxana üçün evfemizm kimi istifadə olunur və masaj salonları kimi maskalanan qeyri-qanuni fahişəxanalar bir çox ölkələrdə olduqca geniş formada yayılmışdırlar.
Oyun salonu
Oyun salonu (ing. Amusement arcade) — kompüter oyunları, pinbol maşınları, elektromexanik oyunlar, hava hokkey masalarından ibarət olunan ictimai yer. Bəzi ölkələrin oyun salonlarında oyun avtomatları və ya paçinko kimi qumar maşınlara rast gəlmək olar.
Paris Salonu
Paris Salonu (fr. Salon de Paris)) — 1725-ci ildə Fransanın paytaxtı Paris şəhərində açılmışdır. 1748 və 1890-cı illər arasında Paris Salonu dünyada ən məşhur əsərlərin sərgiləndiyi sərgi hesab olunurdu. 1881-ci ildə Fransa mədəniyyət qurumu tərəfindən sərgi yenidən təşkil edilmişdir.
Rəqs salonu
Rəqs salonu və ya rəqs zalı rəqs etmək üçün nəzərdə tutulmuş bir zaldır. XX əsrin ilk illərindən 1960-cı illərin əvvəllərinə qədər rəqs zalı diskotekanın və ya gecə klubunun məşhur sələfi olmuşdur. Ağır zərbəli bal rəqsi musiqisindən tutmuş big band, svinq və caz musiqi]]sinə qədər müxtəlif musiqilər geniş yayılmışdı. Rok-n-roll ilk dəfə gecə klubları ilə əvəz olunana qədər qısa müddət ərzində rəqs salonlarında oynanılmışdır.
İstiqlaliyyәt salonu
İstiqlaliyyət salonu(ing. "İndependence Hall") Tomas Ceffersonun 1776-cı il 4 iyulda ABŞ istiqlal bəyannaməsini yazdıgı yer. 100 dolların arxasında İstiqlaliyyət salonunun təsviri vardır.
Film salonu
Kinoteatr kinofilmlərin göstərildiyi ictimai binadır. Kinoteatrın əsas binasında tamaşaçı zalı yerləşir. Bu zalda yerləşmiş böyük ekranlarda (30 m-ə qədər) bütün film növlərinə baxmaq mümkündür. Kinoteatr "kino" və "teatr" sözlərinin birləşməsindən yaranmışdır. Kino yunanca "Kinomotoqraf" sözünün qısaldılmış formasıdır, mənası "Hərkəti çəkmək" deməkdir. Müasir kinoteatrlarda bir neçə tamaşa zalı olur. Onlar kondensionerlərlə və xüsusi səs effekti yaradan texnika ilə təchiz olunurlar. Yüksək keyfiyyətli kinoteatr üçün dibarların və tavanın akusitik tərtibatlarla təchiz olunması səciyyəvidir. Keçmiş SSRİ-də olan kinotaetrlarda 2500–4000- yaxın tamaşaçı yeri nəzərdə tutulurdu. Müasir kiotetralrda isə tutumu 200–300 olan kiçik zallar olur.
Kino salonu

Sinema salonu

Tamaşa salonu
Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. == Tarixi == Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir. Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu.
Balaxanı-Sabunçu rayonu
Sabunçu rayonu (əvvəlki adı: Lenin rayonu) — Bakı şəhərinin rayonu. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Lenin rayonu Sabunçu rayonu adlandırılmışdır. == Tarixi == 29 aprel 1992-ci ildə Lenin rayonu adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır. Həmçinin Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Razin qəsəbəsinə adı verilmiş və 1992-ci ildə Bakıxanov qəsəbəsi adlandırılmışdır. == Mədəniyyəti == Sabunçu rayonu 10 qəsəbədən ibarətdir. Rayonda 5016 ailə olmaqla 20859 nəfər məcburi köçkün və 1635 ailə olmaqla 8318 nəfər qaçqın məskunlaşmışdır. Rayonda 46 məktəb, 3 internat və 25 səhiyyə müəssisələri fəaliyyət göstərir. Sabunçu rayonu ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 75 sənaye, 53 tikinti, 9 nəqliyyat, 2 kənd təsərrüfatı və 370 ticarət obyekti və sair fəaliyyət göstərir. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 231.271 nəfər əhali yaşayır. == Etnik tərkib == == İqtisadiyyatı == Məşğul əhalinin əsas hissəsi mədənçıxartma sənayesindən, rayonda fəaliyyət göstərən neft avadanlıqlarının istehsalı müəssisəsindən, çörək, fındıq və digər istehsal, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.Hazırda rayon üzrə məşğul əhalinin sayı 30273 nəfər, o cümlədən sənayedə çalışanların sayı 8777 nəfər, tikintidə 1378 nəfər, büdcə təşkilatlarında 1210 nəfər, təhsildə 4860 nəfər, səhiyyədə 4296 nəfər, digər sahələrdə 9752 nəfərdir.
Cümə məscidi (Sabunçu)
Sabunçu Cümə məscidi — Sabunçuda yerləşən və yerli əhəmiyyətli abidə olan məscid. == Cümə məscidi == === Tarixi === Məscid qəsəbənin qədim hissəsindədir. Məscid binası 1897-ci ildə Əli bəy Aşurbəyov tərəfindən tikilmişdir. === Haqqında === Məscid qəsəbənin qədim hissəsindədir. Məscid binası 1897-ci ildə Əli bəy Aşurbəyov tərəfindən tikilmişdir. Məscidin ibadət zalının iç sahəsi 16x19 metr, yonulmuş sal daşlardan hörülmüş divarların qalınlığı isə 1 metrdir. Məscid 1937-ci ildən 1992-ci ilədək müxtəlif məqsədlərlə (anbar, sex kimi) istifadə olunmuş və habelə, iki dəfə yanğına məruz qalmışdır. 1992-ci ildən başlayaraq məsciddə təmir-bərpa işləri aparılmaqdadır. Sabunçu qəsəbəsi Cümə məscidi iki mərtəbədən ibarət olub, kifayət qədər geniş ibadət zalına malikdir. Birinci mərtəbədəki sütunların qalınlığı 2,5 metr olub, sal daşlardan tikilmişdir.
Sabunçu Dəmiryol Stansiyası
Sabunçu Dəmiryolu Stansiyası — Bakı şəhərinin Sabunçu rayonunda yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Sabunçu Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir. == Tarixi == Dəmir yolunun inşasına 1878-ci ildə başlanılır və 1879-cu ildə başa çatır. Dekabrın 17-dən etibarən Balaxanı, Suraxanı, Sabunçu stansiyalarında daşınmaq üçün yüklər qəbul edilir. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanılmışdır. Bakı-Suraxanı-Sabunçu dəmir yolunun uzunluğu cəmi 20 km olmuşdur. 1925-ci ilin mart ayında Bakı-Sabunçu dəmir yolu xəttinin yenidənqurulması və ellektriklləşdirilməsi işlərinə başlanmışdır. Cəmisi 14,5 ay ərzində həmin işlər başa çatdırılmışdır. 1926-cı il iyulun 26-da Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başlamışdır.