Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şamdan bəy (dram)
"Şamdan bəy (dram)" — Nəriman Nərimanov tərəfindən 1895-ci ildə komediya janrında yazılmış dram əsəri. Yazıçının ikinci dram əsəri olan bu "Şamdan bəy"in ikinci adı "Dilin bəlası" da adlanır. Müəllif bu komediyanı milyonçu Ağa Musa Nağıyevin maddi yardımı ilə Bakıda, Quberniya idarəsi mətbəəsində ayrıca kitab şəklində çap etdirib. == Məzmunu == O, "Dilin bəlası, yaxud Şamdan bəy" (1895) komediyasında burjua cəmiyyətinin doğurduğu fəlakətlərə qarşı çıxır, Şamdan bəy obrazında dövrün lovğa, ikiüzlü dost görünüşlü düşmənlərini ifşa edirdi. Dramaturq bu əsərində ilk dəfə olaraq kapitalizm aləminin bəlalarından xilas olmaq üçün mütərəqqi qüvvələrin ittifaqı ideyasını irəli sürürdü.Nəriman Nərimanov "Dilin bəlası, yaxud Şamdan bəy" komediyasında kapitalizm münasibətlərinin formalaşdığı dövrdə hakim burjuaziya cəmiyyətinin əxlaq pozlunluğununu, riyakarlığını Şamdan bəy simasında açıb göstərir. Dörd məclisdən ibarət olan bu komediya sadə dramatik konflikt əsasında qurulmuşdur. Bu münaqişə insanlıqlarını itirmiş "Zəmanə fırıldaqçısı" Şamdan bəyə qarşı əsərin qəhrəmanı Yusifin dostları ilə birlikdə apardığı mübarizə əsasında yaranıb.Dramaturq Şamdan bəyin son monoloqunda bir tərəfdən onun mənəvi sarsıntı keçirdiyini, buna baxmayaraq qaranlıq fikirlərdən əl çəkmədiyini göstərirsə, o biri tərəfdən onun intiharının əsl səbəbini nəzərə çatdırır. Şamdan bəy deyir: == Obrazlar == Yusif — mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında Qulu — Yusifin nökəri Xədicə — Yusifin nişanlısı, 19 yaşında Hacı İbrahim — Xədicənin atası, 40 yaşında Nigar — onun övrəti, 50 yaşında Nazlı — onun qulluqçusu, 20 yaşında Niyaz bəy — Xədicənin dayısı, 40 yaşında, çərkəzi libasında Şamdan bəy — Yusifin dostu, 30 yaşında, çərkəzi libasında, bığı yoğun Sultan, Murad, Rəsul-- Yusifin dostları, cavan oğlanlar, 30 yaşında. Kimi Avropa libasında və kimi çərkəzi libasında Rza bəy, Heydər bəy, Nəcəf bəy — Şəhərin mütəşəxxis bəylərindən, 40 yaşında, çərkəzi libasında Cəfər — Hacı İbrahimin nökəri Pərzad qarı — qoca övrət, 50 yaşında == İstinadlar == == Xarici keçidlər == Nəriman Nərimanov (14.4.1870–19.3.1925) Nəriman Nərimanov kimdir?
Samani
Somoni (tac. сомонӣ) — Tacikistan Respublikasının milli pul vahidi, birinci tacik dövlətinin banisi İsmail Samaninin (tac. Исмоил Сомонӣ) şərəfinə adlandırılıb. Standart kodu ISO 4217 — TJS. 1 samani 100 dirəmdən ibarətdir. Samani 30 oktyabr 2000-ci ildə dövriyyəyə buraxılıb və tacik rublunu (1 somoni = 1000 tacik rublu) əvəz edib. 1 aprel 2001-ci ilə qədər bu dəyişiklik tam həyata keçirilib. == Qəpiklər == Tacikistanın bütün qəpik pulları Sankt-Peterburq zərbxanasında kəsilir. === 2001—2006-ci illər seriyası === 2001-ci il qəpikləri ilə müayisədə 2006-cı il qəpiklərində nominalın təsviri daha böyük verilib. === 2011-ci il seriyası === Pul dövriyyəsinin keyfiyyətini yüksəltmək üçün 15 iyun 2011-ci ildə 5, 10, 20 və 50 dirəm və 1 somoni nominallı yeni qəpik seriyası buraxılmışdır. 1 və 2 dirəm nominallı qəpiklər 2 fevral 2013-cü ildən dövriyyəyə girmişdir.
Hacı Sabancı
Hacı Sabancı (1935-ci il, Akçakaya, Kayseri – 26 iyul, 1998-ci il) - Türkiyə iş adamı. == Həyatı == Orta məktəbi Adanada bitirib. Əmək fəaliyyətinə ailələrinin Sabancı Grubunda başlayıb. Çukurova Universitetii və Şərqi Aralıq Dənizi Universiteti tərfindən "Fəxri Doktor" adına layiq görülüb. Tükiyə Prezidenti Süleyman Dəmirəl tərəfindən Türkiyə Cumhuriyyyəti Dövlət Yüksək Xidmət Medalı ilə təltif edilib. Balkanların ən Üstün Təşkilatçısı fəxri adına layiq görülüb. 1958-ci ildə Özcan xanımla ailə hayatı qurub. Ömər, Dəmət və Mehmet adında üç oğlu var.
Sabancı (Avurğazı)
Sabancı (başq. Һабансы, rus. Сабанчи) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Batır kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 13 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 21 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlarlar (78%) üstünlük təşkil edir.
Sabancı Universiteti
Sabancı Universiteti (azərb. Sabancı Üniversitesi‎) — 1994-cü ildə Sabancı Cəmiyyəti tərəfindən Hacı Ömer Sabancı Vəqfinin rəhbərliyi ilə qurulan və ilk tələbələrini salamlayaraq 1999-cu ilin oktyabrında tədrisə başlamış bir özəl universitet. Sabancı Universiteti, Türkiyədə liberal elmlər tərzi təhsil verən tək ali təhsil təşkilatıdır. Bu sistemə əsasən, bütün tələbələr birinci sinifdə əsas sinif qrupuna məruz qalırlar, ikinci sinifdə müəyyən bir kafedraya fokuslandıqdan sonra ikinci sinifdəki təcrübələri nəticəsində proqramlarını ikinci sinifin sonunda seçə bilərlər. == Tarixçə == Sabancı Universitetinin qurulma prosesi, ali təhsil müəssisələrini özəl fondlara açmaq və fəaliyyət göstərmək hüququnun tanınması ilə başladı. Sabancı Qrupu, 1994-cü ildə Hacı Ömər Sabancı Vəqfinin rəhbərliyi ilə Sabancı Universitetinin təsis qərarını qəbul etdi. 1995-ci ilin avqustunda, 22 fərqli ölkədən, müxtəlif universitetlərdən, elm mərkəzlərindən 50-dən çox alim, tədqiqatçı, tələbə və iş adamı İstanbulda bir araşdırma konfransında bir araya gəldi. Konfrans salonunda qurulacaq universitetin fəlsəfəsinin "Birlikdə yaradılması və inkişaf etdirilməsi" qərara alındı. Bu konfrans tələbə istiqamətləri araşdırması və akademik proqramlar tərəfindən dəstəklənən dizayn komitələrinin işi ilə izlənildi. Sabancı Universitetinin yaradılmasına icazə verən qanun 5 iyun 1996-cı ildə qəbul edildi və Universitet şəhərciyinin təməli 31 iyul 1997-ci ildə qoyuldu.
Sakıp Sabançı
Sakıp Sabançı — Türkiyə sahibkarı == Həyatı == Sabançı 1933-cü il aprelin 7-də doğulub. Hacı Ömər və Sadiqə Sabançıların 6 oğul övladından ikincisidir. 1948-ci ildə aylıq 25 lirə maaşla "Akbank""da stajor məmur kimi fəaliyyətə başlamışdır. Xəstəliyi səbəbiylə heç liseydə təhsilini də tamamlaya bilməyən Sabançı bir qədər sonra BOSSA un fabrikində işə başlayıb. Fitri istedadı və qabiliyyəti sayəsində 24 yaşında fabrikdə baş direktor müavinliyinə qədər yüksəlib. Atası vəfat etdikdən bir il sonra - 1967-ci ildə qardaşları İhsan, Hacı, Şövkət, Erol və Özdəmirlə birlikdə sonradan bütün dünyaya səs salacaq "Hacı Ömər Sabançı Holdinq""i quraraq onun başçısı olub. Hazırda holdinqin tərkibində 30 min işçinin çalışdığı 73 şirkət var. Bank sektorundan sement istehsalına, avtomobil şinləri istehsalından qida sektoruna, pərakəndə ticarətə qədər 21 müxtəlif biznes sahəsində fəaliyyət göstərən holdinqin illik gəliri 10 milyard dollardan çoxdur. 1981-ci ildə xaricdə (Londonda) türk sərmayəsi ilə ilk bank quruldu – "Akinternational bank". Bu proyektin arxasında məhz Sabançı imzası vardı.
Yawar Hamdani
Əhməd Nik Talab (Adı ilə bilinir:Yawar Həmedani, fars. یاور همدانی‎; 22 aprel 1934, Həmədan – 3 mart 2020, Tehran) — İran yazıçısı və şairi. Harvard Universitetində söylədiyi Saye Sar Alvand adlı kitab Hamadan ləhcəsində qorunub saxlanılır. == Həyatı == 22 aprel 1934-cü ildə Həmədanda anadan olub. İranın fars və türk şairlərindən biridir. 2020-ci ildə Tehranda vəfat edib.
Sabancı mərkəz məscidi
Sabancı mərkəz məscidi — Adananın Rəşadbəy bölgəsində, Mərkəzi parkın cənubunda və Seyhan çayının qərb sahilində yerləşir. 1998-ci ildə istifadəyə verilmişdir. 32 metr diametrli əsas günbəzi vardır. Məscidin layihə memarı Nəcib Dinçdir. Yaxın Şərqin və Türkiyənin ən böyük məscididir. Sabancı mərkəz məscidi tarixi bir struktur olmamasına baxmayaraq, monumental kütləsi, uğurlu arxitekturası və şəhər siluetində görkəmli duruşu ilə yerli və əcnəbi ziyarətçinin diqqətini cəlb edir. Sabancı mərkəz məscidi, Adana şəhərinin mərkəzində, Seyhan çayı sahilində yerləşən Türkiyənin ən böyük məscididir. 32 metr diametrli baş tağı ilə Türkiyənin ən böyük künbəzə malik məscidi oarak qəbul edilir. Yaxın şərqin ən böyük məscidi kimi də qəbul edilir. Sabancı mərkəz məscidi, mövqeyi etibarilə Adanada yerləşən baş arter-lərin, dəmir yolunun və Adana ətraf rayon və rayonlara birləşdirən yolların kəsim nöqtəsində və hündür minarələri kilometrlərlə uzaqdan görünür olması səbəbindən şəhərin sanki simvolu halına gəlmişdir.
Samanlı-i Büzürg
Samanlı-i Büzürg (fars. سامانلوي بزرگ‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 59 nəfər yaşayır (9 ailə).
Sakıp Sabancı muzeyi
Sakıp Sabancı muzeyi (türk. Sakıp Sabancı Müzesi) — Türkiyənin İstanbul şəhərində, Sabancı Universitetinin nərzində, xəttatlıq, dini və dövlət sənədlərinə, eləcə də Osmanlı dövrünə aid rəsmlərə həsr olunmuş özəl təsviri sənət muzeyi. 2002-ci ildə ziyarətçilərin üzünə açılan muzey İstanbulun Boğaziçi boyu ən qədim yaşayış məskənlərindən biri olan Əmirqanda yerləşən "Atlı Köşk" deyilən yerdə yerləşir. Muzey Pablo Pikassonun və Avqust Rodinin əsərlərini nümayiş etdirərək dünyanın diqqətini çəkmişdir. == Muzeyin binası == 1927-ci ildə italyan memar Eduard De Nari tərəfindən inşa edilən malikanənin ilk sahibləri Misirli xidivlər ailəsi olub. Uzun illər yay iqamətgahı kimi istifadə edilən villa bir müddət Monteneqro səfirliyi kimi də fəaliyyət göstərib. Hacı Ömər Sabancının 1950-ci ildə aldığı malikanə, elə həmin il bağçaya fransız heykəltəraş Lui Dümanın 1864-cü ildə qoyduğu at heykəlinə görə "Atlı Köşk" adlandırılmışdır. Binanın ərazisindəki 2-ci at heykəli İstanbulun Sultanəhməd meydanından götürülmüş, 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı səlibçilər tərəfindən talan edilmiş və San Marko Venesiya Kilsəsinin qarşısına qoyulmuş 4 atdan birinin heykəlidir. 1966-cı ildən malikanədə yaşayan Sakıp Sabancı 1998-ci ildə binanı və içindəki zəngin xəttatlıq və rəsm kolleksiyasını imuzeyə çevrilmək üçün Sabancı Universitetinə bağışladı. 2002-ci ildə müasir qalereya əlavə edilərək ziyarətçilərin ixtiyarına verilən muzeyin sərgi sahələri 2005-ci ildə genişləndirilərək texniki səviyyədə beynəlxalq standartlara çatdırılıb.
II Əbdülməlik (Samani)
Əbülfəvaris Əbdülməlik bin Nuh Samani (1004-cü ilin dekabrında vəfat edib) — Samanilər sülaləsinin hökmdarı. == Həyatı == II Nuhun oğludur. II Əbdülməlik, kiçik yaşından və dövlətinin son zamanlarını yaşamasından dolayı hökmdarlığı sırasında çox da təsirli ola bilməmişdir. II Mənsura güvənməyən Beytüzün və Faik adlı Samani sərkərdələri, 2 fevral 999-cu ildə qısa sürən səltənəti sırasında ölkədə yalnızca Mavəraünnəhrin bir bölümünə hakim ola bilən II Mənsurun yerinə taxta kiçik yaşda çıxan II Əbdülməliki çıxardılar.Samani taxtında Beytüzün və Faikin hegomon olması üzərinə hərəkətə keçən Mahmud, Beytüzün-Faik-Əbul-Qasım Simcuri birləşmiş qüvvətləriylə 16 may 999-cu ildə apardığı savaşı qazandı və Xorasana hakim olub, qardaşı Nəsrı buraya vali olaraq təyin etdi. Bu sırada Samanilərin zəif durumundan yararlanan Qaraxanlılar hökmdarı Samani dövlətini yıxdı. == Ədəbiyyat == C. E. Bosworth (1963). The Ghaznavids: Their Empire in Afghanistan and Eastern Iran 994–1040 Edinburgh University Press, Edinburgh. OCLC 3601436 R. N. Fyre (1975). The Cambridge History of Iran, Volume Four: From the Arab Invasion to the Saljuqs. ISBN 0-521-20093-8 E. Merçil (1989).
II Əbdülməlik Samani
Əbülfəvaris Əbdülməlik bin Nuh Samani (1004-cü ilin dekabrında vəfat edib) — Samanilər sülaləsinin hökmdarı. == Həyatı == II Nuhun oğludur. II Əbdülməlik, kiçik yaşından və dövlətinin son zamanlarını yaşamasından dolayı hökmdarlığı sırasında çox da təsirli ola bilməmişdir. II Mənsura güvənməyən Beytüzün və Faik adlı Samani sərkərdələri, 2 fevral 999-cu ildə qısa sürən səltənəti sırasında ölkədə yalnızca Mavəraünnəhrin bir bölümünə hakim ola bilən II Mənsurun yerinə taxta kiçik yaşda çıxan II Əbdülməliki çıxardılar.Samani taxtında Beytüzün və Faikin hegomon olması üzərinə hərəkətə keçən Mahmud, Beytüzün-Faik-Əbul-Qasım Simcuri birləşmiş qüvvətləriylə 16 may 999-cu ildə apardığı savaşı qazandı və Xorasana hakim olub, qardaşı Nəsrı buraya vali olaraq təyin etdi. Bu sırada Samanilərin zəif durumundan yararlanan Qaraxanlılar hökmdarı Samani dövlətini yıxdı. == Ədəbiyyat == C. E. Bosworth (1963). The Ghaznavids: Their Empire in Afghanistan and Eastern Iran 994–1040 Edinburgh University Press, Edinburgh. OCLC 3601436 R. N. Fyre (1975). The Cambridge History of Iran, Volume Four: From the Arab Invasion to the Saljuqs. ISBN 0-521-20093-8 E. Merçil (1989).
I Nəsr (Samani)
I Nəsr ibn Əhməd (?-892) — 864-892-ci illərdə hakimiyyətdə olan, Samanilər sülaləsindən hökmdar. == Həyatı == I Nəsr bin Əhməd Səmərqənd şəhərində taxta yiyələnmişdi. == I Nəsr və Rudəki == Qüdrətli Samani hökmdarı I Nəsr ibn Əhməd (864-892) saray əhli ilə Heratın ətrafına ova çıxır. Şikar çox, hava əla, ov bir həftə çəkir, hökmdar hələ paytaxta, Buxaraya qayıtmaq barədə düşünmür. Saray əhli isə bezir, daha ovla məşğul olmaq istəmir, amma heç kim cürət edib hökmdara bunu deyə bilmir. Nəhayət, əyan-əşrəf sarayda nüfuz sahibi olan böyük şair Əbu Abdullah Cəfər Rudəkiyə (860-941) müraciət edir. "Nə qədər ov edərlər, arvad uşaq üçün darıxmışıq, bəlkə hökmdarı dilə tutasan. Buxara üçün burnumuzun ucu göynəyir…" Farsdilli xalqların "Şairlərin Adəmi" adlandırdığı Rudəki bu zaman şöhrətinin zirvəsində idi. Qədim mədəniyyətlərini, əvvəlki şöhrətlərini bərpa etmək istəyən farsdilli xalqlar üçün Rudəki qısa müddətdə əsl bayraqdara dönmüşdü. Rudəki misilsiz istedadı ilə qısa müddətdə əsl ədəbi fars poeziyasının təməl daşlarını qoya bildi.
I İsmayıl Samani
Əbu İbrahim İsmayıl ibn Əhməd Samani (fars. ابو ابراهیم اسماعیل بن احمد سامانی‎, tac. Абу Иброҳим Исмоил ибни Аҳмади Сомонӣ, aprel 849, Fərqanə — 24 noyabr, 907) — Samanilərdən tanınmış əmir. == Həyatı == Abbasi xəlifəsi Məmun (hökmdarlığı 813-833) dönəmində Fərqanə valilisi olan Əhməd bin Əsədin kiçik oğluydu. Atasının yerinə keçən böyük qardaşı Nəsr bin Əhməd tərəfindən Buxara valiliyinə gətirildi. Bölgədəki qarışıqlıqları aradan götürdükdən sonra, bağlı olduqları Tahirilərin zəifliyindən yararlanaraq müstəqil bir hökmdar kimi davranmağa başladı. Bir yandan da böyük qardaşı Nəsr bin Əhmədə qarşı mübarizəyə girişərək ona üstünlüyünü qəbul etdirməyə çalışdı. İki qardaş arasındaki mücadilənin səbəbini qaynaklar aradaki fəsadçılara və Nəsrə ödənməsi gərəkən verginin verilməməsinə bağlasalar da, gerçək nədən böyük ehtimalla İsmayılin Buxara çəkisini artımağa çalışması və Nəsrin onu özünə rəqib olaraq görməsindən qaynaqlanmaqdadır. Nəsrin ölümündən (892) sonra da bütün Mavəraünnəhrə hökmdar oldu.
İsmayıl Samani türbəsi
İsmayıl Samani türbəsi — Orta Asiyada inşa edilən ilk türbə. Samanilər dövlətinin hökmdarı İsmayıl ibn Əhməd Samaninin türbəsidir. IX-XI əsrlərdə tikilmiş türbə dövrünün üstün memarlıq xüsusiyyətlərinə sahibdir və arxitekturasına görə bütün dünyada məşhurlaşmışdır. Burada I İsmayıl Samaninin atasıyla yanaşı, nəvəsinin də məzarının olduğu deyilsə də, 1927-ci ildə aparılan arxeoloji qazıntılar nəticəsində bu ehtimal özünü doğrultmamış və burada iki qəbrin olduğu aşkara çıxmışdır. Türbə monqol hücumları zamanı çöldə meydana gələn fırtınalar nəticəsində qumun altında qalmış və beləcə, əsrlər boyu dağılmaqdan mühafizə olunmuşdur. İslam dünyasında inşa edilmiş ilk türbələrdən biri hesab olunan tikili bu günə qədər hər hansısa dəyişikliyə məruz qalmamışdır. İçərisində kərpicdən beşik formasında hörülmüş böyük məzar olan türbənin özü də dördbucaqlı formada, kərpicdən tikilmişdir. Tikilinin üstü kərpiclərlə hörülmüş qübbəylə örtülmüşdür. Qübbənin təpə nöqtəsindəki işıqlandırma fənərləri erkən Osmanlı dövrü məscidlərinin qübbələrindəki fənərlərə bənzəyir. Türbənin dörd tərəfində şiş tağları olan qapılar var.
Pərviz Abdullayev (uşu sandaçı)
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.