Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cinayətkar tədqiqatları
Cinayətkar tədqiqatları — kütləvi qətllərin və/və ya siyasi zorakılığın səbəbkarları ilə bağlı fənlərarası elmi tədqiqat sahəsi. Bu, "Journal of Perpetrator Research" və digər nəşrlərdə işıqlandırılır.Bu sahəyə töhfə verənlər arasında antropoloqlar, tarixçilər və politoloqlar var. Cinayətkarların tədqiqinə qurbanların tədqiqi ilə eyni səviyyədə elmi maraq göstərilməməsinə baxmayaraq, bəzi diqqətəlayiq tədqiqatlar cinayətkarların hərəkətlərini və baxışlarını, habelə "soyqırımın formalaşdığı prosesləri" əsasən "adi insanlar"ın kollektiv vəhşiliklər törətmək üçün yüksək motivasiyaya çevrilməsi fenomeni kimi baxaraq tədqiq etmişdir.
Hacı Məmmədov (cinayətkar)
Hacı Teymur oğlu Məmmədov (1951 – 3 dekabr 2017, Xəzər rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı və kriminal dəstə başçısı. == Həyatı == Hacı Məmmədov Daxili İşlər Nazirliyi sistemində 1977-ci ildən işləməyə başlayıb. O, 1995-ci ildə DİN-də Baş Cinayət Axtarış İdarəsində əmlak cinayətkarlığına qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili, sonradan isə baş əməliyyat müvəkkili təyin edilib. O, Qusarda yerləşən "Qarabulaq" istirahət mərkəzinin qeyri-rəsmi sahibi olub. === Cinayətkar illəri === Hacı Məmmədovun özünə dəstə yaradaraq müxtəlif vəzifəli adamları oğurlayıb onlardan külli-miqdarda pul tələb edilməsi, onlarla adamın qətlə yetirilməsində ittiham olunur. O, Azərbaycan Respublikasının ilk hərbi prokuroru Rövşən Əliyevin və "Qara Polkovnik" kimi tanınan Fətulla Hüseynovun qətlində ittiham olunur.Onun dəstəsi 2005-ci ildə Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanı getdiyi qadın salonundan çıxarkən oğurlayıb. Məhz bu hadisədən sonra Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi Qara Kəmər əməliyyatı ilə həbs edilmişdir. === Məhkəmə prosesi və MTN-nin istintaq təcridxanasında saxlanılması === Məhkəmə ifadəsində Hacı Məmmədov ona qarşı irəli sürülən ittihamların bəzilərini qəbul etmişdi. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adam oğurluğu və qətllərdə təqsirləndirilmış Hacı Məmmədova qarşı ümumilikdə 80-ə qədər maddə ilə ittiham irəli sürülüb və onun barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılmışdı. O, məhkəmənin barəsində verdiyi hökmdən sonra həbsxanaya göndərilməmiş, on bir il MTN-nin istintaq təcridxanasında saxlanmışdı.
İlkin Süleymanov (cinayətkar)
Nərmin Quliyeva cinayəti — Tovuz rayonunun Dondar Quşçu kəndi sakini 2009 təvəllüdlü Nərmin Quliyevanın öldürülməsi hadisəsi. Nərmin Quliyeva 21 noyabr 2019 tarixində qaçırılmış, 45 gün sonra yanvarın 6-da ölü bədəni yandırılmış şəkildə tapılmışdır. == Hadisə == Quliyeva Nərmin Şərif qızı 2009 təvəllüdlü Tovuz rayonunun inzibati ərazisində yerləşən Dondar Quşçu kəndinin sakini idi. === Qaçırılma === Noyabrın 22-də bir sıra xəbər saytları Nərmin Quliyevanın 21 noyabr günorta saatlarında itkin düşdüyü xəbərini yayımladı. İlkin ifadələrə görə, Nərmin ailəsi ilə qatıldığı toy mərasimində atası tərəfindən gödəkçə gətirmək üçün babasıgilə göndərilib, lakin qayıtmayıb.Noyabrın 27-də Nərminin anası, nənəsi, atası və əmisi "Səni axtarıram" televiziya verilişinə Nərminin qaçırılması faktı ilə bağlı qonaq oldular. === Cəsədin tapılması === Nərminin cəsədi yanvarın 6-da axşam saatlarında Dondar Quşcu kəndində boş ərazidə yandırılmış şəkildə tapılması xəbəri yayıldı. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən Nərminin cansız bədəni yandırılmazdan 5 gün əvvəl öldürüldüyü və başında xəsarət izləri olduğu bildirilib. Kəndin bələdiyyə sədri Elmar Mürşüdovun ifadəsinə görə cinayət qurbanının meyidi qonşulardan biri tərəfindən təsadüfən tapılıb. === Qatil === Yanvarın 10-da 1973 təvəllüdlü kənd sakini İlkin Süleymanov hadisənin təqsirkarı olmaqda şübhəli bilinərək saxlanılıb. İstintaq zamanı Süleymanovun cinayəti etiraf etdiyi və "psixoloji problemləri" olduğu iddia edildi.
Təhrif edilən cinayətkar (film, 1967)
Təhrif edilən cinayətkar (yap. 変態魔, ing. Perverted Criminal və ya ing. Abnormal Criminal) – 1967-ci ildə istehsal olunmuş Yaponiyanın erotik filmidir. Film baş qəhrəmanları cinayətkar və nekrofiliya olan qadındır. == Rollarda == == Maraqlı faktlar == "Təhrif edilən cinayətkar" filmi dünya ölkələrində 3D formatında çəkilmiş ilk seks filmidir. == İstinadlar == == Xarici keçidlər == Təhrif edilən cinayətkar — Internet Movie Database saytında.