Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şüvərən
Şüvərən (lat. Sisymbrium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 8 növü yayılmışdır. Bir ikiillik ot bitkiləridir. Lələkvari yarılmış yarpaqları var. Sarı rəngli çiçəkləri salxımvari çiçəkqruplarına yerləşir. Meyvəsi uzun – silindr formada buynuzmeyvədən ibarətdir. Toxumları uzunsovdur. Şüvərənin növləri bir-birindən əsasən çiçəklərinin quruluşuna görə fərqlənir. == Tibbdə istifadəsi == Tibbdə aşağıda göstərilən 3 növündən istifadə olunur: dərman şüvərəni – Sisymbrium officinale, qınabənzər şüvərən – Sisymbrium rucinatum lezeliya şüvərəni – Sisymbrium loeselii.Dərman məqsədilə daha çox şüvərənin toxumlarından istifadə edilir.
Rəvəndvari şüvərən
Rəvəndvari şüvərən (lat. Sisymbrium runcinatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Şivərin (Əbhər)
Şivərin (fars. شيورين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (35 ailə).
Boylu şüvərən
Boylu şüvərən (lat. Sisymbrium altissimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm olan, sərt yoğun gövdədən və aralanan budaqlı birillik ot bitkisidir. Aşağı yarpaqları qayıqvari şəkildə həlqəvari bölünəndir, yuxarı yarpaqları sapvari şəklindədir. Çiçəkləri yumşaq salxımdan ibarətdir. Ləçəkləri zəif sarımtıl rəngdə olub, solan zaman tamamilə ağ rəngə çevrilir. Toxumları enli ellipsvari, tünd qəhvəyi rəngdədir. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın Abşeron, Kür-Araz düzənliklərində, Naxçıvanın dağlıq zonalarında, Lənkəran düzənliklərində yayılmışdır. Bundan başqa bitkiyə düzənlikdən tutmuş orta dağ qurşaqlarına qədər zonalarda da rast gəlmək olar.
Suveren
Suverenlik, suverenitet (fr. souveraineté — ali hakimiyyət) – ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
Suveren (İğdır)
Suveren — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci il məlumatına görə Orkof olaraq adlandırılmışdır. == Coğrafiyası == İğdırdan 14 km uzaqlıqdadır. İğdır Universiteti kəndin ərazisində qurulmuşdur. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 129 nəfər kürd yaşayırdı. Kənd digər kəndlərə nisbətdə iqtisadi olaraq daha inkişaf etdiyindən bura köç güclü olmuşdur. 1985-ci il siyahıya alınmasına görə kənddə 2.961 nəfər yaşamışdır.
Suveren dövlət
Suveren dövlət — beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren bir dövlət başqa bir dövlətdən nə asılı, nə də həmin dövlətə tabe olmalıdır.
Cəvərən
Cəvərən (böyük səbət) — quru və tez əzilməyən meyvələri yığıb saxlamaq və uzaq məsafələrə daşımaq üçün istifadə olunan tərsinə qoyulmuş konus şəkilli, yaş sarı söyüdün çubuqlarından toxunan (hörülən) çox böyük səbətdir. Əlavə olaraq içərisində qovurma, ərinmiş yağ, bəkməz (doşab) saxlamaq üçün nəzərdə tutulmuş müxtəlif forma və ölçülü şüşə və ya saxsı qabların mühavizəsi məqsədiilə qoruyucu örtük şəklində də olur. Cəvərən (səbət) toxuma (hörmə) peşəsi Azərbaycanda geniş yayılmışdır.
Bivəran (Əhər)
Bivəran — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Qərbi Dizmar kəndistanında kənd, kəndistanın mərkəzindən 8,5 km. cənub-qərbdədir.
Dərman şüvərəni
Dərman şüvərəni (lat. Sisymbrium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Sinonimləri == * Chamaeplium officinale (L.) Wallr. Crucifera sisymbrium E.H.L.Krause Erysimum officinale L. Erysimum officinale var. leiocarpum (DC.) Farw. Erysimum runcinatum Gilib. [Invalid] Erysimum vulgare Rupr. Hesperis officinalis (L.) Kuntze Kibera officinalis (L.) Calest. Sisymbrium officinale var. genuinum Briq.
Givəran (Xoy)
Givəran (fars. گيوران‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Lezeli şüvərəni
Lezeli şüvərəni (lat. Sisymbrium loeselii) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Gövdəsi budaqlanan, sıx yarpaq və tükcüklərlə əhatə olunmuş ikillik ot bitkisidir. Yarpaqları qayıqvari-lələkvari daraq şəklindədir. Ləçəkləri sarımtıldır. Qını 2-3 sm uzunluğunda düz, azca əyilən haldadır. Toxumları ellipsvari açıq sarımtıl rəngdədir. Lezel şüvərəninə demək olar ki, == Azərbaycanda yayılması == Azərbaycanın bütün ərazilərində rast gəlmək olar. Buna düzənlikdən tutmuş dağlıq zonalarına qədər sahələrdə təsadüf etmək olar. Ən çox zibilliklərdə təsadüf edilir.
Şahvərən (Qəzvin)
Şəvərən (az.-əbcəd شَوَرَن‎, fars. شاهوران‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 129 nəfər yaşayır (63 ailə).
Şivəmər (Sərdəşt)
Şivəmər (fars. شيوه مر‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (46 ailə).
Siyəzən (Siyəzən)
Siyəzən — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Siyəzən kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Siyəzən adlanan ərazidə hələ qədimdən neft yatağı aşkar edilmişdir. Topo­nimin yaranması da məhz bununla əlaqədar­dır. Tədqiqatçılar oykonimi "qara su", "qara torpaq", "qara düzənlik" kimi mənalandır­mışlar. == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. == Əhalisi == Əhalisinin sayı 132 nəfərdir (2009-cu il).
Ağverən
Ağverən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında kənd adı. == Toponim == Ağverən - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. 1918-ci ildə kəndə Türkiyədən gəlmə ermənilər də yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1949-cu ildə kəndin azərbaycanlıları Azərbaycana köçürülmüşdür. 1950-ci ildə kənd ləğv edilmişdir. 1590-cı ilə və 1728-ci ilə aid mənbələrdə kəndin adı Aqviran kimidir. Azərbaycan dilində ağ (rəng bildirir) və viran (ə) «xarabalıq» sözlərindən ibarətdir. Digər adı Kəbir-Əli, əsli «Kəbir eli»dir. Kənd mənşəcə xəzərlərə mənsub Kəbər tayfasına mənsub ailələrin «Ağ viranə» adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. İrəvan əyalətinin bir sıra kənd adlarında fars dilində viranə «xarabalıq» və viran «dağıdılmış», «adam yaşamayan yer» cözləri vardır.
Siseron
Siseron — Qədim Romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi.
Siyəzən
Siyəzən — Azərbaycanın Siyəzən rayonunun inzibati mərkəzi. 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Siyəzən rayon kimi ilk dəfə 11 fevral 1940-cı ildə təşkil olunmuş və 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun tərkibinə verilmişdir. 2 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Siyəzən rayonu 1959-cu il sərhədləri daxilində yenidən bərpa olunmuşdur. 1950-70-ci illərdə Siyəzəndə neftçıxarmanın sürətli inkişafı rayonun dağ kəndlərinin dağılmasına gətirib çıxarmışdır. Qızıl-Burun dəmir yolu stansiyası bu prosesin hesabına böyüyərək Siyəzən şəhərinin yaranmasına səbəb olmuşdur. == Mədəniyyəti == Gilgilçay səddi – Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddidir. İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdil qaynaqlarında "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı Qubad (488-531) zamanında qoyulduğu bildirilir.
Overen
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/ , fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. == İstinadlar == == Xarici keçidlər == "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
Şverin
Şverin (alm. Schwerin‎) — Almaniyada şəhər, Meklenburq-Ön Pomeraniya əyalətinin paytaxtı. 95,740 nəfər əhalisi ilə Şverin Almaniyada əyalət mərkəzi şəhərləri arasında ən az əhaliyə malik şəhər, həmçinin Meklenburq-Ön Pomeraniya əyalətində Rostokdan sonra ikinci ən böyük şəhərdir. == Qardaş şəhərlər == Vaasa, Finlandiya Recco nel Emiliya, İtaliya Vuppertal, Almaniya Tallinn, Estoniya Pila, Polşa Odense, Danimarka Miluoki, Fransa == Şəxslər == Oliver Ridel — Rammstein adlı alman musiqi qrupunun bas gitaristi. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Şverin haqqında səyahət məlumatları var.
Allahyarlı (Siyəzən)
Allahyarlı — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Siyəzən rayonunun Ərziküş kənd inzibati-ərazi vahidi tərkibindəki Allahyarlı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Alxanlı (Siyəzən)
Alxanlı — Siyəzən rayonunda yerləşən qədim kənd. Yaranma tarixi XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə təsadüf edir. Kənd haqqında qısaca olaraq Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində məlumat verilib. == Toponimikası == "Alxanlı" adının mənası haqqında müxtəlif fikirlər var. Azərbaycanın digər rayonlarında eyni adlı kəndlər vardır.Mənşəyinin eyni olduğu düşünülür.Kəngərli tayfasının bir qolu olduğu və XVIII əsrdə Pənahəli xanın Naxçıvandan köçürdüyü camaat olması barədə fikirlər vardır. == Tarixi == XX əsrin 50-ci illərinə qədər Alxanlı kəndi böyük yaşayış məskəni kimi qalıb. Lakin həmin dövrdə SSRİ rəhbərliyi tərəfindən "xam torpaqlara hücum" elan edilməsi nəticəsində kəndin əhalisi 6–7 km şərqdə, Xəzər dənizinə doğru düzən ərazidə salınmış Yenikənd kəndinə köçürülmüşdür. Hazırda kənddə əsasən maldarlıqla məşğul olan bir-neçə ailə yaşayır. Kəndin ərazisində qədim məscid, istifadə olunmayan kəhriz qalıqları, qədim qəbiristanlıq və evlərin xarabalıqları qalmaqdadır. == Coğrafiyası və iqlimi == Kənd Bakı-Quba avtomobil yolunun üzərində, Gilgilçayın sol sahilindəki dağ yamacında yerləşir.
Ağverən (Miyanə)
Ağverən (fars. اغ ورن‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (17 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Türkmən qəsəbəsindən 21 km cənub-şərqdə, Təbriz-Miyanə avtomobil yolunun 9 kilometrliyindədir.
Eduardo Saverin
Eduardo Saverin (ing. Eduardo Saverin; 19 mart 1982, San Paulo) — dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook-un qurucularından biri, amerikalı sahibkar. == İstinadlar == == Xarici keçidlər == Eduardo Saverin in Facebook Where In The World Is Eduardo Saverin?
Gilgilçay (Siyəzən)
Gilgilçay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Gilgilçay fəhlə qəsəbəsi Həmyə kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Gilgilçay qəsəbə Soveti yaradılmışdır. == Tarixi == === Tarixi abidələri === Pir Xəlil türbəsi — Gilgilçay qəsəbəsində yerləşir. Şərq memarlıq üslubunda tikilmiş Pir Xəlil türbəsi VIII əsr abidəsidir. Türbədə dəfn edilmiş XVII əsr Sufi dərvişlərindən Xəlil Baba haqqında yazılı qaynaqlarda dəqiq məlumat yoxdur.
Kolanı (Siyəzən)
Kolanı — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 28 nəfərdir. == Toponimikası == Siyəzən rayonunun Yenikənd inzibati ərazi vahidində kənd. Dəniz sahilindədir. Keçmiş adı Kolanıqışlaq olmuşdur.
Mark Siseron
Markus Tullius Sisero (lat. Marcus Tullius Cicero, 3 yanvar e.ə. 106[…], Arpino[d], İtaliya[d], Qədim Roma – 7 dekabr e.ə. 43[…], Formiya, İtaliya[d], Qədim Roma) — Qədim Romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi. Romada varlı, zadəgan ailəsinə mənsub olan Sisero bütün zamanların ən böyük natiqlərindən biri hesab edilir. Latın dilinin əsas fəlsəfə dili olmasında böyük xidməti olmuşdur. Maykl Qranta görə, Siseronun Avropa ədəbiyyatı və ideyalarına təsiri istənilən nasirin dilə xidmətindən daha artıqdır. == Həyatı == === 1. Uşaqlıq və gənclik illəri === Markus Tullius Sisero Romanın 100 kilometrliyində yerləşən Arpinum şəhərində anadan olmuşdur. Atasının Qədim Romada yuxarı təbəqəyə mənsub olması Siseronun erkən yaşlarından təhsilinə də ciddi təsir etmişdir.