Mark Siseron

Markus Tullius Sisero (lat. Marcus Tullius Cicero, 3 yanvar e.ə. 106[1][2][…], Arpino[d], İtaliya[d], Qədim Roma[4]7 dekabr e.ə. 43[2][3][…], Formiya, İtaliya[d], Qədim Roma[5]) — Qədim Romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi. Romada varlı, zadəgan ailəsinə mənsub olan Siseron bütün zamanların ən böyük natiqlərindən biri hesab edilir. Latın dilinin əsas fəlsəfə dili olmasında böyük xidməti olmuşdur. Maykl Qranta görə, Siseronun Avropa ədəbiyyatı və ideyalarına təsiri istənilən nasirin dilə xidmətindən daha artıqdır.

Mark Tulli Siseron
lat. M.Tullius M.f.M.n. Cor. Cicero
Doğum tarixi 3 yanvar e.ə. 106[1][2][…]
Doğum yeri
Vəfat tarixi 7 dekabr e.ə. 43[2][3][…] (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi başın kəsilməsi[3]
Əsas maraqları fəlsəfə[6], Ritorika[6], ədəbiyyat[6]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Uşaqlıq və gənclik illəri

[redaktə | mənbəni redaktə et]

Markus Tullius Siseron Romanın 100 kilometrliyində yerləşən Arpinum şəhərində anadan olmuşdur. Atasının Qədim Romada yuxarı təbəqəyə mənsub olması Siseronun erkən yaşlarından təhsilinə də ciddi təsir etmişdir. Siseronun soyadı qədim latın dilindəki cicer , yəni noxud sözündən gəlir. Plutarx qeyd edir ki, bunun da səbəbi Siseronun ulu babalarından birinin burnundakı noxudabənzər xalın olması ilə bağlıdır. İlk öncə hüquq sahəsində əla təhsil alan gənc Sisero, daha sonralar ədəbiyyatfəlsəfə ilə məşğul olmağa başlamışdır.

Siseronun müasir astronomiyaya da böyük təsiri olmuşdur. Səyyah və tədqiqatçı Nikolay Kopernik səyahəti zamanı Siseronun Yer kürəsi ilə bağlı fikirlərindən də istifadə etdiyini etiraf etmişdi.

E.ə təxminən 79-cu ildə yuxarı təbəqəyə mənsub Terantiya ilə evləndi. Bu evlilikdən Siseronun qızı Tulliya və oğlu Markus anadan oldu. Qızının erkən yaşlarında ölümü ona həyatı boyunca unutmayacağı bir kədər bəxş etdi. Markusun da özü kimi fəlsəfə ilə məşğul olmasını istəsə də, Markus hərb sahəsini daha üstün tuttu.

  • Bu fəsillərə aid mənbələr
  1. Əlisa Nicat. Dünya tarixçiləri. Bakı,1998. səh.32–33.
  2. İnternet Fəlsəfə Ensiklopediyası, Siseron

Dövlət qulluğunda

[redaktə | mənbəni redaktə et]

Eyni zamanda Siseron siyasi xadim idi, müxtəlif vaxtlarda Roma imperiyasının məsul vəzifələrində çalışmışdır. M. ö. 63-cü ildə Romanın ən yüksək vəzifəsi olan konsul görəvinə seçilmişdir[7]. O, diktatura və kral hakimiyyətinə qarşı olmuş, respublika quruluşunun qorunub saxlanmasının tərəfdarı kimi tanınmış, ona görə də Sezarla ixtilafa girmişdir.

Romada vətəndaş müharibəsi dövründə Qaius Yulius Sezar (lat. Gaius Iulius Caesar) hakimiyyətə gəldikdən sonra Siseron dövlət işlərindən uzaqlaşmış, fəlsəfi yaradıcılıqla məşğul olmuş, kitablar yazmışdır. Ancaq, Sezarın öldürülməsindən sonra Romada yenidən vətəndaş savaşı başlamışdır. O zaman OktavianusAntonius hakimiyyətə iddialı idilər. Ona görə də, Siseron yenidən siyasətə qarışmışdır. O hesab edirdi ki, Sezardan sonra Romada respublikanı bərpa etmək mümkün olacaqdır. Ancaq, o zaman imperatorluq iddiasında olan Antonius hakimiyyəti ələ almağa cəhd etmişdir. Bu məqsədlə o, müvəqqəti olaraq başqa iddiaçılar olan Lepidus və Oktavianusla birləşmişdir. İmperatorluğu rədd edən Siseron isə Antoniusa qarşı çıxış etmişdir. Respublikaçılar vətəndaş savaşında yeniləndən sonra Siseron "xalq düşməni" elan olunaraq qəsd nəticəsində Antoniusun qatilləri tərəfindən öldürülmüşdür[8].

  • Mənbə
  1. Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 187–188.

Siseron öz əsərlərində ilk dəfə latın dilində fəlsəfi terminologiya yaratmışdır. Eyni zamanda o, keçmişdə yaşayan alimlərdən və filosoflardan xəbər vermiş, onların fikirlərini qələmə almışdır. Buna görə də, sonralar Siseronun əsərləri aristotelsonrası fəlsəfəsinin çox dəyərli qaynağı kimi də istifadə edilmişdir. Bununla belə o, əsərlərində təkcə keçmişdə yaşayan filosofların fikirlərini verməklə kifayətlənməmiş, öz fəlsəfəsini və dünyagörüşünü ortaya qoymuşdur. Ancaq, onun orijinal fəlsəfi fikirləri olmamışdır. Bir çox tədqiqatçılar onun fəlsəfəsinin müxtəlif məktəblərin təlimlərinin qarışığından (eklektikadan) ibarət olduğunu və onu stoa məktəbinin fəlsəfəsinə yaxın olan fikirləri ifadə etdiyinə görə stoaçı hesab edirlər.

Əsərlərindən bəziləri

[redaktə | mənbəni redaktə et]
  • Epistulae
  • de Republica (e.ə. 51)
  • Hortensius (e.ə. 45)
  • Lucullus or Academica Priora (e.ə. 45)
  • Academica Posteriora (e.ə. 45)
  • De Finibus, Bonorum et Malorum (e.ə. 45)
  • Tusculanæ Quaestiones (e.ə. 45)
  • de Natura Deorum (e.ə. 45)
  • de Divinatione (e.ə. 45)
  • de Fato (e.ə. 45)
  • Cato Maior de Senectute (e.ə. 44)
  • Laelius de Amicitia (e.ə. 44)
  • de Officiis (e.ə. 44)
  • Paradoxa Stoicorum
  • de Legibus
  • de Consulatu Suo
  • de temporibus suis
Opera omnia, 1566

Siyasi baxışları

[redaktə | mənbəni redaktə et]

Siseronun "Natiqlik haqqında" (lat. De oratore) kimi ilk əsərləri natiqlik və bəlağət sənətinə həsr olunmuşdur. Daha sonra "Dövlət haqqında" (lat. De republica) və "Qanunlar haqqında"( lat. De legibus) kitablarında ictimai və siyasi problemlərə münasibət bildirən Siseron Roma imperiyasının hakimiyyət dairələrinin məmuru kimi çıxış etmişdir. Onun fikrincə ən məqsədəuyğun hakimiyyət monarxiya, aristokratiya və demokratiya elementlərinin qarışığından ibarət olmalıdır[9]. Buna politiya deyilir. Vətəndaşların dövlət quruculuğunda iştirak etməsi və öz iradələrini bildirməsi müdrik və alim insanların rəhbərliyi ilə bir ahəng təşkil etməlidir[9]. Belə olarsa hər bir növ diktaturanın və istibdadın qarşısını almaq mümkündür.

Eyni zamanda, dövlətin məqsədi bütün əmlak növlərinin vətəndaşlar üçün açıq olması və onların təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Qanun qarşısında bütün vətəndaşlar sorumlu olmalıdırlar[10]. Qanunvericiliyin əsasında insanların maraqları deyil, təbii qanunlar və ədalət prinsipləri durmalıdır[11]. Bütün insanların hissləri və yönəlmələri təbiətdəndir. Bunların əsasında insanın başqa insanlara qarşı sevgi duyğusu durur. Hansısa insanlar bunların qarşısını alıb öz istəklərini yeritməməlidirlər. Qanun insan təbiəti ilə uzlaşmalıdır.

Dövlət xalqın nailiyyətidir. Xalq isə insanların düzənsiz yığımı deyil, onların maraqlarının üst-üstə düşməsi və hüquq məsələlərində birliyə gəlməsi əsasında əldə olunan birlikdir[12].

Varlıq və idrak problemləri

[redaktə | mənbəni redaktə et]

"Akademiklərin təlimi" (lat. Academica) əsərində varlıq və idrak məsələlərinə münasibət bildirən Siseron şübhəçi (skeptik) mövqedən çıxış etmişdir. Əxlaqi və dini mövzular isə onun fəlsəfi əsərlərində əsas yerlərdən birini tutur. O hesab edirdi ki, ilkin ümumi anlayışlar məfhumu vardır. Onları insana təbiət verir və onlar həqiqidir. Bu ilkin ümumi anlayışlar tanrılar, ruhlar və qədərə inanc kimi şeylərdir.

Əxlaq haqqında

[redaktə | mənbəni redaktə et]

Siseron əxlaqla bağlı məsələlərə özəl diqqət yetirmişdir. Bu barədə o, öz fikirlərini "Xeyir və şərin hüdudları barəsində" (lat. De finibus bonorum et malorum) əsərində yazmışdır. Xeyrin mahiyyəti problemi onun diqqət mərkəzində olmuşdur. Onun fikrincə Xeyir iradənin vasitəsilə bütün həyatın çətinliklərinə sinə gəlməkdir. Fəlsəfə bunu anlamağa yardım edir. İnsan ağıllı varlıqdır və onda tanrının ruhu vardır. Siseronun fikrincə hər bir fəlsəfi cərəyan son olaraq Xeyrin mahiyyətinin anlaşılmasına xidmət etməlidir. Belə olarsa o təlimlərin əsaslarını bir araya gətirmək, onları barışdırmaq və onlardan yararlanmaq yaxşı olardı. Siserona görə insanlar həyatlarını təbiətə uyğun olaraq yaşamalıdırlar.

İnanc və din haqqında

[redaktə | mənbəni redaktə et]

"Tanrıların təbiəti haqqında" (lat. De natura deorum) və "Tale haqqında" (lat. De fato) əsərlərində Siseron tanrılara inanc, dinlərin mahiyyəti, tale və azadlıq, mövhumatlar kimi problemləri fəlsəfi baxımdan araşdırmış, ondan öncə yaşayan filosofların bu barədə fikirlərini açıqlamışdır. O, daha çox insan azadlığına üstünlük vermiş, mövhumatlara, ənənəvi dini baxışlara qarşı çıxmışdır. Onun din və tanrı haqqında baxışları və dünyagörüşü fəlsəfi düşüncəsinin əsasında qurulmuşdur.

"Tuskulan söhbətləri"

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Tuskulan söhbətləri

Siseron yaradıcılığının ən uca zirvəsi "Tuskulan söhbətləri" (lat. Tusculanae disputationes) əsəri sayılır. Bu əsər Sezara qəsd edən Markus Brutusa həsr olunmuşdur və beş kitabdan ibarətdir. Bu kitablarda Siseron çoxlu fəlsəfi və əxlaqi məsələlərə toxunmuşdur. Onun fikrincə fəlsəfi düşüncəyə yiyələnmək və müdriklik məqamına çatmaq həyatı məzmunla doldurur və bunlar qocalıq, ağrı, ölüm, itki kimi əzabları yüngülləşdirir.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 187-190. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 187-190. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Boissier, Gaston, Cicéron et ses amis. Étude sur la société romaine du temps de César (1884)
  • Everitt, Anthony (2001). Cicero. A turbulent life. London: John Murray Publishers. ISBN 978-0-7195-5493-3.
  • Fuhrmann, Manfred (1992). Cicero and the Roman Republic. Oxford: Blackwell. ISBN 0-631-17879-1.
  • Gildenhard, Ingo (2011). Creative Eloquence: The Construction of Reality in Cicero's Speeches. Oxford/New York: Oxford University Press.
  • Habicht, Christian (1990). Cicero the politician. Baltimore: Johns Hopkins University Press. ISBN 0-8018-3872-X.
  • Macdonald, C. (1986). De imperio (Nachdr. d. Ausg. Basingstoke 1966. ed.). Bristol: Bristol Classical Press. ISBN 0-86292-182-1.
  • Palmer, Tom G. (2008). "Cicero (106–43 B. C.)". In Hamowy, Ronald. The Encyclopedia of Libertarianism. Thousand Oaks, CA: SAGE; Cato Institute. p. 63. ISBN 978-1-4129-6580-4. LCCN 2008009151. OCLC 750831024.
  • Parenti, Michael (2004). The Assassination of Julius Caesar: A People's History of Ancient Rome. New York: The New Press. ISBN 1-56584-942-6.
  • Powell, J. G. F., ed. (1995). Cicero the philosopher : twelve papers. Oxford: Clarendon Press. ISBN 0-19-814751-1.
  • Shackleton Bailey, D. R. (1971). Cicero. London: Duckworth. ISBN 0-7156-0574-7.
  • Sihler, Ernest G. (1914). Cicero of Arpinum: A Political and Literary Biography. New Haven: Yale University Press.
  • Treggiari, S. (2007). Terentia, Tullia and Publilia. The women of Cicero's family. London: Routledge
  • Бобровникова Т. А. Цицерон: Интеллигент в дни революции. — М.: Молодая гвардия, 2006. — 532 [12] с. — (Жизнь замечательных людей; 1219). — 5000 экз. ISBN 5-235-02933-X.
  • Грималь П. Цицерон / Пер. с фр.: Г. С. Кнабе, Р. Б. Сашина. — М.: Молодая гвардия, 1991. — 544 с. — (Жизнь замечательных людей; 717). — 150000 экз.
  • Звиревич В. Т. Цицерон — философ и историк философии. — Свердловск: Изд-во Урал.ун-та, 1988. — 208 с. — 1500 экз.
  • Утченко С. Л. Цицерон и его время. — М.: Мысль, 1973; 2-е изд. — М., 1986. — 352 с. — 150000 экз.
  • Цицерон: 2000 лет со времени смерти: Сб. ст. / Ред.: Н. Ф. Дератани. — М.: Издательство МГУ, 1959. — 176 с. — 8000 экз.
  • Цицерон: Сб. ст. / Отв. ред.: Ф. А. Петровский. — М.: Издательство АН СССР, 1958. — 152 с. — 8000 экз.
  1. 1 2 Merkedager: fødselsdager, stiftelsesdatoer, begivenheter. Oslo: Biblioteksentralen, 1989. ISBN 82-7022-061-2
  2. 1 2 3 4 Istituto dell'Enciclopedia Italiana Ciceróne, Marco Tullio // Enciclopedia on line (it.).
  3. 1 2 3 Любкер Ф. Tullii (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 1418–1426.
  4. 1 2 Зелинский Ф. Цицерон, Марк Туллий (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1903. Т. XXXVIII. С. 254–274.
  5. 1 2 Deutsche Nationalbibliothek Record #118520814 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. 1 2 3 Brozović D., Ladan T. Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  7. Цицерон // Плутарх. Сочинения Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine / Перевод Е. Петуховой. М.: Художественная литература, 1983, s. 322.
  8. Цицерон // Плутарх. Сочинения Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine / Перевод Е. Петуховой. М.: Художественная литература, 1983, s. 339–340.
  9. 1 2 О государстве // Цицерон М.Т. Диалоги: О государстве — о законах Arxivləşdirilib 2022-07-07 at the Wayback Machine / Перевод В. О. Горенштейна. М.: Наука, 1966, s. 32.
  10. О государстве // Цицерон М.Т. Диалоги: О государстве — о законах / Перевод В. О. Горенштейна. М.: Наука, 1966, s. 24.
  11. О Законах // Марк Туллий Цицерон. Диалоги Arxivləşdirilib 2019-05-03 at the Wayback Machine / Перевод В. О. Горенштейна. М., Научно-издательский центр "Ладомир" – "Наука", 1994, s. 102–103.
  12. О государстве // Цицерон М.Т. Диалоги: О государстве — о законах Arxivləşdirilib 2022-07-07 at the Wayback Machine / Перевод В. О. Горенштейна. М.: Наука, 1966, s. 20.