Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbləkim Qafarov
Əbləkim Səlim oğlu Qafarov (krımtat. Ablâkim Selim oğlu Ğafarov, Абляким Селим огълу Гъафаров, rus. Абляки́м Сели́мович Гафа́ров; 23 sentyabr 1907 – 5 fevral 1976, Moskva) — sovet hərbi, partiya, dövlət və təsərrüfat lideri. General-leytenant hərbi rütbəsini qazanmışdır.Evpatoriya qəzasının Çaygöz kəndində anadan olmuşdur. Milliyyətcə krım tatarlarından idi. N.K. Krupskaya adına uşaq evində böyümüşdür. 1926-cı ildə Karatöbe kəndində kənd təsərrüfatı məktəbini bitirmişdir, bundan sonra Krım MSSR-nın Evpatoriya komsomolunun katibi olmuş və partiya vəzifələrində çalışmışdır. 24 yaşında, Orjonikidzenin şəxsi istəyi ilə Saq bromzavodun direktoru təyin edildi (1931-1934). Eyni zamanda 1930-1935-ci illərdə Ümumittifaq Mühəndislik və Sənaye Akademiyasında oxuyaraq fərqlənmə diplomu qazandı. 1935-1938-ci illərdə SSRİ Kimya Sənayesi Nazirliyinin Ximsoltrest idarəçisi idi.
Çarlz Bebic
Çarlz Bebbic (ing. Charles Babbage, 26 dekabr 1791[…], London – 18 oktyabr 1871[…], Marlibon[d], Böyük London) — ingilis riyaziyyatçısı, filosofu və maşınqayırma mühəndisi. İlk hesablayıcı maşının ixtiraçısı. İngiltərə Kral Cəmiyyətinin üzvü olmuşdur. == Həyatı == Çarlz Bebbic 26 dekabr 1791-ci il İngiltərənin cənub-qərbində yerləşən Totnes şəhərində, varlı bank işçisinin ailəsində dünyaya göz açmışdır. O hələ 1820–1860-cı illərdə ilk dəfə olaraq proqram idarəetməsinə malik olan hesablama maşının yaradılması ilə məşğul olmuşdur. Bebbicin "Mexaniki Kompüter"i üçün proqramları dahi ingilis şairi Corc Bayronun yeganə qızı, dərin riyazi biliklərə malik olan Ada Avqusta Lavleys hazırlayırdı. == İlk analitik maşının kəşfi == Çarlz Bebbic müasir kompüterin prototipi olan universal rəqəm hesablama maşınının layihəsini hazırlamışdır. Hesablama maşınları sahəsinin mütəxəssisi olan Bebbic hərtərəfli insan idi. Dahi alimin ixtiralarının siyahısına spidometr, oftalmoskop, seysmoqraf da daxildir.