Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əfəndilər
Əfəndilər (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Əfəndilər (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.
Əfəndilər (Cəbrayıl)
[[Kateqoriya:]] Əfəndilər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Horovlu kənd Sovetindən Əfəndilər kəndi Çərəkən kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Əfəndilər kəndi qədim yurd yerlərimizdən biri olan Cəbrayıl rayonu ərazisində yerləşir. İslam dinini yaymaq üçün Ərəbistandan Türkiyəyə, Zəngəzurun əvvəl Amasya, sonra Sisyan vilayətlərinə, oradan da Qarabağa gələrək müxtəlif istiqamətlərə yayılan ilk seyidlər nəslinin məskunlaşdığı ərazidir. Kənd 1993-cü ilin avqust ayında Ermənistan ordusu tərəfindən işğal edilmişdir. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti və müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu bir çox yaşayış məntəqələri də daxil olmaqla Əfəndilər kəndini işğaldan azad etdi. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı, heyvandarlıq və xalçaçılıq təşkil etmişdir. "AZƏRTAC" -ın yayımladığı "Cəbrayıl xalçaları" məqaləsində XIX əsrdə Cəbrayıl rayonunda, xüsusilə də Əfəndilər və başqa kəndlərdə toxunan xalçaların dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edildiyi qeyd olunmuşdur.
Əfəndilər (Qubadlı)
Əfəndilər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Keçmiş adı Kürd Əfəndilər olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə Türkiyədən gəlmiş Məmməd Əfəndi adlı bir nəfər bu kəndin bünövrəsini qoyduğuna görə onun adı ilə adlanmışdır. Etnotoponimdir. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Əfəndilər kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Əfəndilər Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Əfəndilər kəndi Həkəri çayının sahilində, İncə düzündədir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Əbədilik yolu ilə (film, 1975)
== Məzmun == Film cəbhələrdə düşmənlə vuruşa-vuruşa Sevastopoldan Berlinə qədər uzun və ağır bir yol keçmiş 77-ci diviziyadan söhbət açır. Filmin qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı Əlif Piriyev öz döyüş yoldaşları, diviziyası barədə xatirələrini söyləyir. Film Sevastopolda və Bakıda çəkilmişdir.
Adilə Sultan (Mehmed Səlahəddin Əfəndinin qızı)
Adilə Sultan (7 fevral 1887 – 7 dekabr 1973) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Adilə Sultan 7 fevral 1887-ci ildə babasının taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Muradın oğlu Səlahəddin Əfəndi, anası isə onun ikinci xanımı Tövhidə Zatıgül xanımdır. Babasının vəfat etdiyi 1904-cü ilədək bu sarayda nəzarət altında yaşayan Adilə Sultan daha sonra digər ailə üzvləriylə birlikdə Üsküdar sarayına köçürüldü. 15 may 1910-cu ildə Göztəpə köşkündə Arif Paşanın oğlu Faiq bəylə nigahlandı. Ancaq cəmi 3 il sonra cütlük boşandı və bu nigahdan övladları olmadı. 3 aprel 1914-cü ildə ikinci evliliyi Moralızadə Mehmed Əli bəyin oğlu Səlahəddin Əli bəylə baş tutdu və bu nigahdan bir qızı dünyaya gəldi. Ancaq ərinin 1918-ci ildə vəfatının ardından Adilə Sultan dul qaldı və bir daha evlənmədi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Adilə Sultan da qızı Nilüfər xanım Sultanla birlikdə sürgünə göndərildi. Sürgün illərini bir çox ailə üzvləri kimi Fransanın Nitsa şəhərində keçirən Adilə Sultan burada son xəlifə Əbdülməcid Əfəndinin himayəsində yaşadı.
Mihrimah Sultan (Mehmed Ziyayəddin Əfəndinin qızı)
Mihrimah Sultan (1 noyabr 1922, Konstantinopol – 30 mart 2000, Amman) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Mihrimah Sultan, Osmanlı səltənətinin ləğvindən 10 gün sonra - 11 noyabr 1922-ci ildə atasına məxsus Heydərpaşa köşkündə dünyaya gəldi və beləcə, səltənətin ləğvindən sonra dünyaya gələn ilk xanım sultan oldu. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun son xanımı Neşəmənd xanımdır. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, hələ 2 yaşı tamam olmayan Mihrimah Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Ailə öncə Misirin İsgəndəriyyə şəhərində yaşamağa başladı. Bu müddət ərzində Mihrimah Sultan Qahirə və Parisdə təhsilini tamamladı. 1934-cü ildə anası Neşəmənd xanım, 1938-ci ildə isə atası Ziyayəddin Əfəndi İsgəndəriyyədə vəfat etdi və Mihrimah Sultan, bacısı Lütfiyə Sultan və ailəsiylə birlikdə İordaniyaya köçdü. İkinci Dünya müharibəsi davam edərkən, 30 sentyabr 1940-cı ildə Mihrimah Sultan İordaniya kralı I Abdullahın kiçik oğlu Nayef ibn Abdullahla nigahlandı. Cütlüyün toy mərasimi isə 7 oktyabrda Lütfiyə Sultanın köşkündə baş tutdu və ənənəyə sadiq qalaraq 7 gün boyunca davam etdi. Mərasimin ardından Ammana köçən cütlüyün ilk övladı Əli 10 avqust 1941-ci ildə, ikinci övladı Asim isə 27 aprel 1948-ci ildə məhz bu şəhərdə dünyaya gəldi.
Münirə Sultan (Əhməd Kəmaləddin Əfəndinin qızı)
Münirə Sultan (17 may 1880, Dolmabağça sarayı – 7 oktyabr 1939, Nitsa) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Münirə Sultan 17 may 1880-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Kəmaləddin Əfəndi, anası isə Fatma Səzadil xanımdır. Əmisi Sultan Əbdülhəmidin taxta çıxmasının ardından atası taxt varisi elan olundu və bu səbəblə Münirə Sultan Dolmabağça sarayında böyüyüb tərbiyə edildi. Buna baxmayaraq atasının Sultan Əbdülhəmidlə münasibətləri yaxşı deyildi və ona qarşı qurulan müxalif cəbhəyə rəhbərlik edirdi. Bu səbəblə atası Kəmaləddin Əfəndi 1905-ci ildə əmisi Sultan Əbdülhəmidin əmriylə edam edildi. Atasının ölümünün ardından Ulduz sarayına köçürülən Münirə Sultan cəmi 2 il sonra 10 yanvar 1907-ci ildə keçmiş sədrəzəmlərdən Tunisli Xeyrəddin Paşanın oğlu Mehmed Salih Paşayla evləndirildi. Toy mərasiminin ardından Nişantaşı köşkündə yaşayan cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi. Sultan Əbdülhəmidin taxtdan endirilməsi və digər əmisi Sultan Rəşadın taxta çıxmasının ardından daha rahat həyat tərzi yaşayan Münirə Sultannın həyatı çox keçmədən alt-üst oldu. 1913-cü ildə sədrəzəm Mahmud Şövkət Paşaya qarşı tərtiblənən sui-qəsd hadisəsinin ardından aparılan araşdırmada əri Salih Paşanın da adı hallandı və İttihad-Tərəqqi hökumətinin verdiyi qərarla Salih Paşa haqqında ölüm hökmü verildi.
Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası
Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası — yaşayış evi və müsafirxana Hacı Mahmud əfəndinin yaşayış evi Aslanbəyli kəndinin qərb qurtaracağında yerləşir. Bu ev qonşuluqdakı müsafirxana (qonaq evi) və məscid ilə birlikdə vahid bir kompleks təşkil edir. Yerli daşdan tikilən bina XIX yüzilliyin imkanlı kənd sakinlərin mülkləri üçün səciyyəvi olan bir görkəmə malikdir. Soykökü Aslanbəylidən olan Hacı Mahmud əfəndi 150 il əvvəl Türkiyədə dini təhsilini başa vurandan sonra doğma yurda qayıtmışdır. Öz kəndində əsl din adamı kimi tanınır. O camaatın mənəvi atası, müəllimi, həm də himayədarı olmuşdur. Hacı Mahmud əfəndi Türkiyənin Amasiya şəhərində ustadı və mürşidi Seyyid Nigarinin qəbri üstündə böyük bir məscid tikdirmişdir. Məscid indi də durur və onun üzərində Hacı Mahmud əfəndi tərəfindən tikdirilməsi haqqında lövhə vurulub. Hacı Mahmud əfəndinin nüfuzundan ehtiyatlanan çar hökuməti onu Şeyx Şamilin dəstəkləməsində günahlandırıb qazamata salır. Xeyli qazamatda saxladıqdan sonra xalqın mənəvi atasını azad etməyə məcbur olur.