[[Kateqoriya:]]
Əfəndilər | |
---|---|
39°25′44″ şm. e. 47°02′49″ ş. u. | |
Ölkə | |
Rayon | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 810 m |
Saat qurşağı | |
Əfəndilər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Horovlu kənd Sovetindən Əfəndilər kəndi Çərəkən kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2][3]
Əfəndilər kəndi qədim yurd yerlərimizdən biri olan Cəbrayıl rayonu ərazisində yerləşir. İslam dinini yaymaq üçün Ərəbistandan Türkiyəyə, Zəngəzurun əvvəl Amasya, sonra Sisyan vilayətlərinə, oradan da Qarabağa gələrək müxtəlif istiqamətlərə yayılan ilk seyidlər nəslinin məskunlaşdığı ərazidir. Kənd 1993-cü ilin avqust ayında Ermənistan ordusu tərəfindən işğal edilmişdir. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti və müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu bir çox yaşayış məntəqələri də daxil olmaqla Əfəndilər kəndini işğaldan azad etdi.
Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı, heyvandarlıq və xalçaçılıq təşkil etmişdir. "AZƏRTAC" -ın yayımladığı "Cəbrayıl xalçaları" məqaləsində XIX əsrdə Cəbrayıl rayonunda, xüsusilə də Əfəndilər və başqa kəndlərdə toxunan xalçaların dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edildiyi qeyd olunmuşdur.
Villages, liberated by the Azerbaijani Army from occupation besides Hadrut settlement, have been revealed, APA reports. President Ilham Aliyev said in his address to the nation that besides Hadrut settlement, Chayli, Yukhari Guzlak, Gorazili, Gishlag, Garajali, Afandilar, Sur, and Suleymanli villages have been liberated from the occupation: "Operation is being executed fully", stressed head of state.
https://portal.azertag.az/az/node/18555 Cəbrayıl xalçaları
Cəbrayıl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |