Adilə Sultan (Mehmed Səlahəddin Əfəndinin qızı)

Adilə Sultan (7 fevral 18877 dekabr 1973) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.

Adilə Sultan
Mehmed Səlahəddin Əfəndinin qızları (soldan sağa): Adilə Sultan, Ruqiyə Sultan, Behiyə Sultan, Atiyə Sultan. Ortada nəvəsi Əli Vasib Əfəndi
Mehmed Səlahəddin Əfəndinin qızları (soldan sağa): Adilə Sultan, Ruqiyə Sultan, Behiyə Sultan, Atiyə Sultan. Ortada nəvəsi Əli Vasib Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Çırağan sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (86 yaşında)
Vəfat yeri Paris, Fransa
Atası Mehmed Səlahəddin Əfəndi
Anası Tövhidə Zatıgül xanım
Həyat yoldaşları Faiq bəy
Moralızadə Səlahəddin Əli bəy
Uşağı Nilüfər xanım Sultan

Həyatı[redaktə | mənbəni redaktə et]

Adilə Sultan 7 fevral 1887-ci ildə babasının taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Muradın oğlu Səlahəddin Əfəndi, anası isə onun ikinci xanımı Tövhidə Zatıgül xanımdır. Babasının vəfat etdiyi 1904-cü ilədək bu sarayda nəzarət altında yaşayan Adilə Sultan daha sonra digər ailə üzvləriylə birlikdə Üsküdar sarayına köçürüldü. 15 may 1910-cu ildə Göztəpə köşkündə Arif Paşanın oğlu Faiq bəylə nigahlandı. Ancaq cəmi 3 il sonra cütlük boşandı və bu nigahdan övladları olmadı. 3 aprel 1914-cü ildə ikinci evliliyi Moralızadə Mehmed Əli bəyin oğlu Səlahəddin Əli bəylə baş tutdu və bu nigahdan bir qızı dünyaya gəldi. Ancaq ərinin 1918-ci ildə vəfatının ardından Adilə Sultan dul qaldı və bir daha evlənmədi.

3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Adilə Sultan da qızı Nilüfər xanım Sultanla birlikdə sürgünə göndərildi. Sürgün illərini bir çox ailə üzvləri kimi Fransanın Nitsa şəhərində keçirən Adilə Sultan burada son xəlifə Əbdülməcid Əfəndinin himayəsində yaşadı. 20 dekabr 1931-ci ildə xəlifənin qızı Dürrüşəhvar Sultan Heydərabad nizamı Mir Osman Əli xanın böyük oğluyla evləndi və eyni gün, Əbdülməcid Əfəndinin razılığıyla Adilə Sultanın yeganə qızı Nilüfər xanım Sultan da nizamın kiçik oğlu Müəzzəm Cahla nigahlandı. Toy mərasiminin ardından qızıyla birlikdə Hindistana gedən Adilə Sultan burada keçmiş dəbdəbəli həyatına qovuşdu. Ancaq qızının 1952-ci ildə boşanmasının ardından yenidən Fransaya qayıtdı və qızıyla birlikdə Parisdə yaşadı. 7 dekabr 1973-cü ildə burada vəfat edən Adilə Sultan Paris yaxınlığındakı Bobigny məzarlığına dəfn olundu.

Övladı[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]