Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlavəli avtobus
Əlavəli avtobus və ya Dəstəkli avtobus, birləşdirici vasitə ilə bir-birinə bağlanılmış iki hissədən ibarət olan və şəhər daxili nəqliyyatda istifadə olunan, adi avtobuslarla müqayisədə sərnişin tutumu artırılmış bir avtobus növüdür. Bəzi metrobuslarda olduğu kimi uzunluğu 11 metrdən 25 metrə qədər ola bilər. Tək əlavəli, cüt əlavəli, iki mərtəbəli əlavəli kimi növləri mövcuddur. Avtobusun manevrini asanlaşdırmaq üçün ən arxa təkərin dönməsinə imkan verən 4WS sisteminə bənzər bir sistem istifadə olunur.
Fiqurların qarşılıqlı əlaqəsi (şahmat)
Fiqurların qarşılıqlı əlaqəsi — Şahmat termini Şahmat mübarizəsinin mühüm strateji prinsipi olaraq vahid plana tabe olan fiqurların dəyişdirilməsidir.
Klavesin
Klavesin (fr. clavecin; it. cembalo, clavicembalo; ing. harpsichord) — klavişli musiqi aləti. Klavesin və onun növlərində əsərlər ifa edən musiqiçiyə “klavesinçi” deyilir. == Tarixi == Klavesin tipli alət haqqında ən qədim qeydlər Paduadan olan (İtaliya) 1397-ci ilə aid mənbədə rast gəlinir. Ən qədim təsvir 1425-ci ildən bəri Almaniyanın Minden şəhərindəki kafedral soborundadır. Klavesinə bənzər bir alətin təsvirləri ilə ilk çertyoju 1445-ci illərdə Zvolle şəhərindən olan Hollandiyalı Arno tərəfindən verilmişdir.