Klavesin
Klavesin (fr. clavecin; it. cembalo, clavicembalo; ing. harpsichord) — klavişli musiqi aləti. Klavesin və onun növlərində əsərlər ifa edən musiqiçiyə “klavesinçi” deyilir.
== Tarixi ==
Klavesin tipli alət haqqında ən qədim qeydlər Paduadan olan (İtaliya) 1397-ci ilə aid mənbədə rast gəlinir. Ən qədim təsvir 1425-ci ildən bəri Almaniyanın Minden şəhərindəki kafedral soborundadır. Klavesinə bənzər bir alətin təsvirləri ilə ilk çertyoju 1445-ci illərdə Zvolle şəhərindən olan Hollandiyalı Arno tərəfindən verilmişdir.