Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əliövsət Quliyev
Əliövsət Nəcəfqulu oğlu Quliyev (23 avqust 1922, Salyan, Salyan qəzası – 6 noyabr 1969, Bakı) — tarix elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvü, 1953–1958-ci və 1967–1969-cu illərdə Azərbaycan SSR EA Tarix İnstitunun direktoru. == Həyatı == Əliövsət Nəcəfqulu oğlu Quliyev 1922-ci il avqustun 23-də Salyan rayonunun Qızılağac (Salyan) kəndində anadan olmuşdur. 1930-cu ildə Əliövsət Quliyev Qızılağac kənd orta məktəbinə daxil olur. Yaxşı oxuduğuna görə Ə.Quliyevi birinci sinifdən birbaşa üçüncü sinifə keçirirlər və o, altı illik məktəbi beş ilə bitirərək 1935-ci ildə Salyan pedaqoji məktəbinin tarix fakültəsinə daxil olur. Pedaqoji məktəbdə oxuya-oxuya Salyandakı 4 №-li orta məktəbdə tarixdən dərs deməyə başlayır. 1939-cu ildə Salyan pedaqoji məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olur. Eyni zamanda, Bakıdakı 172 №-li orta məktəbdə tarix dərsi deyir. 1943-cü ildə ADU-nun həmkarlar ittifaqı komitəsinin sədri seçilir.1944-cü ildə ADU-nu fərqlənmə diplomu ilə bitirir, Azərbaycan tarixi kafedrasının tövsiyəsi ilə həmin kafedrada müəllim kimi saxlanılır və «Azərbaycan tarixi» ixtisası üzrə aspiranturaya daxil olur. 1945-ci ilin dekabrında ali məktəb və elmi idarə işçiləri həmkarlar ittifaqının sədri seçilir və 1950-ci ilədək həmin vəzifədə çalışır. == Elmi fəaliyyəti == 1948-ci ildə Əliövsət Quliyev «1903-cü ildə Bakıda iyul ümumi tətili» mövzusunda namizədlik dissertasiyasını müdafiə edir və ADU-nun tarix fakültəsinin dekanı olur.
Əliövsət Sadıqov
Əliövsət Şirəli oğlu Sadıqov (21 dekabr 1906 – 17 noyabr 1970) — 2 dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş muğam operalarında baş rolların mahir ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1943) və xalq artisti (1956). == Həyatı == 21 dekabr 1906-cı ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əliövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur. Əliövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir. Yaradıcılıq nailiyyətlərinə görə Əliövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb. 17 noyabr 1970-ci ildə Bakıda vəfat edən Əliövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.
Əliövsət Sadıxov

Əlikösə (Duzluca)
Əlikösə — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Əlikosa kimi qeyd olunur. Ermənilər 13 avqust 1919-cu ildə kəndin kişilərini ayıraraq əksəriyyətini qətlə yetirmişdilər. Noyabrın 11-dən 12-nə keçən gecə XI Diviziya komandanlığı ermənilərə qarşı hücuma keçmiş və Türkiyə bayrağı İğdır bələdiyyəsinin binasına sancılmışdır. Bu hadisələrdən sonra 14 noyabrda ermənilər XV korpus komandiri Kazım Qarabəkir paşanın komandanlığı ilə Türkiyə ordusu tərəfindən Araz çayının şimalına doğru dəf edilmişdir. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafının Türkiyə ərazisi olduğu təsdiqlənmişdir. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 62 km, Duzluca şəhər mərkəzindən 26 km məsafədədir.