Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əliqismət Lalayev
Əliqismət Hümmət oğlu Lalayev (4 iyul 1956, Salyan, Salyan rayonu ) — Naxçıvan MR-nın əməkdar incəsənət xadimi (1986), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2016) sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Xoreoqrafiya Akademiyasının pedaqoqu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru (2008-ci ildən). == Həyatı == Əliqismət Hümmət oğlu Lalayev 1956-cı il iyul ayının 4-də anadan olub. Əmək fəaliyyətinə 1972-ci ildə başlayan Ə.Lalayev ilk müstəqil addımlarını mədəniyyət sahəsində atmış, əvvəl klub müdiri işləmiş, daha sonra isə Salyan rayon "Qələbə" qəzetində korrektor vəzifəsində çalışmışdır. Əliqismət Lalayev 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakultəsinə daxil olmuş və 1980-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi təyinatı ilə Naxçıvan Muxtar Respublikasına göndərilmişdir. Bir müddət Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinində çalışan Ə.Lalayev ordu sıralarına həqiqi hərbi xidmətə cağırılmışdır. 1982-ci ildə ordudan tərxis olunan Ə.Lalayev 1988-ci ilədək Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirmişdir. 1988-ci ildə Salyan şəhərinə qayıdan Ə.Lalayev müxtəlif illərdə "Qələbə" qəzeti redaksiyasında məsul katib, rayon mədəniyyət şöbəsinin müdürü vəzifələrində calışmış, 1993-cü ilin sentyabrında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini vəzifəsinə irəli çəkilmişdir. O, 1995-ci ilin aprelindən 2006-cı ilə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Baş İncəsənət İdarəsinin rəisi, 2006-cı ilin yanvar ayından isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunmuşdur. == Yaradıcılığı == Əliqismət Lalayev 1968-ci ildən dövrü mətbuatda çıxış edir.
Əliqismət Yaqublu
Əliqismət Mükafat oğlu Yaqublu (18 aprel 1992; Lerik rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Baş Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əliqismət Yaqublu 1992-ci il aprelin 18-də Lerik rayonunun Kələxan kəndində anadan olub. Lerik şəhər 3 saylı orta məktəbində oxuyub. 2007-ci ildə Heydər Əliyev adına Hərbi Liseyinə daxil olub. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Evli idi. İki az yaşlı Əliəsgər və Məhəmməd adlı övladları var. == Hərbi xidməti == Təlim Tədris Mərkəzində hərbi biliklərini inkişaf etdirən Əliqismət Yaqublu 2015-ci ildə leytenant rütbəsi ilə Qobustanda yerləşən "N" saylı hərbi hissəyə təyinat alır, amma elə həmin ildə komandanlığa ərizə yazaraq ön cəbhədə xidmət etmək istədiyini bildirir. Gənc leytenantın arzusunu nəzərə alan rəhbərlik onu Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərir. 2016-cı il "Aprel döyüşləri"ndə xüsusi qəhrəmanlıq göstərən Əliqismət Yaqublu "Aprel döyüşləri"ndən sonra Qobustana təyinat alır.