I GÖY Bu ilki pis, quru və isti bahar da, ürəyimizdə təəssüf oyadaraq dağlara, dağların dalına, əl irişməz fəzalar, uzaq göylərə çəkilirdi (M.İbrahimov); ASİMAN (şair.) Qatar-qatar olub qalxıb havaya; Nə çıxıbsız asimana, dumalar! (M.V.Vidadi); ƏRŞ (şair.) Sanıram min dəfə ərşi dolandı; Alovlu günəş də, soyuq qəmər də (Ə.Kürçaylı); SƏMA Boz səhrada, aydın səmada, şəhərin göz qırpan tək-tək işıqları yanında görünən o sima artıq həyatda yox ikən, necə ola bilərdi ki, həm orada, həm də burada Aslanın gözünə görünsün (M.Hüseyn).
II göy bax 1. mavi; 2. yaşıl
III göy bax xəsis
IV göy bax 1. kal; 2. göyərti 2