Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ENGINET
Enginet — Azərbaycanda FTTH texnologiyası əsasında telekommunikasiya həlləri və sistem inteqrasiyasının təminatçısıdır. == Tarix == Telekommunikasiya xidmətlərinin təminatçısı ENGİNET, fəaliyyətə 2009-cu ildə özəl sektor üçün ADSL2 + texnologiyasına əsaslanan İnternet xidmətləri təqdim etməklə başlamışdır. 2013-cü ilin dekabr ayında FTTH texnologiyası tətbiq etməklə optik xətti birbaşa evədək çəkməklə fəaliyyətə davam etdi. 2016-ci ildə şirkət “BİRLink” telekommunikasiya brendini yaratdı. Brend yerli bazarda eyni optik lifli kanal üzərindən filtrasiya edilmiş internet xidməti, İP telefoniya, İP televiziya, statik İP və bulud əsaslı videomüşahidə xidmətləri təqdim etdi. Hazırda Bakıdan başqa, BİRLink Xırdalan, Sumqayıt, Şamaxı, Şirvan, Sabirabad, Gəncə, Şəmkir və Mingəçevir şəhərlərində GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə fəaliyyət göstərir. == Xidmətlər == İnternet; Rəqəmsal televiziya (IPTV); Rəqəmsal telefoniya (SIP); Bulud əsaslı videomüşahidə; Filtrasiyalı internet; Statik İP ünvan; Sistem inteqrasiyası; == Texnologiya == 2013-cü abunəçinin mənzilinə (fərdi ev) bir fiber optik kabel çəkilir. Bu gün FTTH genişzolaqlı məlumat ötürmə şəbəkələri yaratmaq üçün istifadə olunan ən inkişaf etmiş texnologiyadır. Bu texnologiyadan istifadə edərək, bir mənzilə və ya ofisə fiber optik əlaqə, 1 GB / saniyəyə qədər sürətdə İnternet bağlantısı ildə şirkət ölkədə ilk dəfə olaraq yeni FTTH (evədək optika) istiqaməti üzrə xidmətlər təqdim etdi. Rabitə kanallarının FTTH üsulu ilə təşkili, xidmət təminatçının avadanlıqlarından birbaşa təmin edir.
Engie
GDF Suez — böyük fransız energetika və qaz şirkəti. Şirkətin qərargahı Parisdə yerləşir. 22 iyul 2008-ci il Gaz de France və Suez şirkətlərinin birləşməsi yolu ilə yaradılmışdır. Əsas şirkət sahibi — Fransanın hökumətidir (35,7 %), aksiyaların 57 % azad müraciətdədir. Direktorlar şurasının sədri və şirkətin baş müdiri - Gérard Mestrallet. Şirkət generasiya, ötürülmə və elektrik enerjisinin, çıxartmanın, nəql etmənin və təbii qazın çatdırılmasının çatdırılması sahəsində, həmçinin alternativ enerji mənbələri sahəsində fəaliyyəti həyata keçirir. Şirkətin personalının sayı — 234,7 min insan (2008-ci il). 2008-ci il ərzində şirkətin gəliri 83,1 milyard avro təşkil etdi, təmiz gəlir — 6,5 milyard avro. Həmçinin GDF Suez Parisdə hər il keçirilən Open GDF Suez nüfuzlu qadın tennis yarışının sponsorudur.
Creation Engine
Creation Engine (azərb. "Yaradılma" mühərrik‎) — "Bethesda Game Studios" tərəfindən hazırlanan oyun mühərriki. "Creation Engine" "The Elder Scrolls V: Skyrim" və "Fallout 4" kimi rol videooyunlarında istifadə edilmişdir. == İstehsal == "Creation Engine" "Bethesda Game Studios" tərəfindən hazırlanan təşkilatdaxili oyun mühərrikdir ("XnGine" "Bethesda"nın keçmiş təşkilatdaxili mühərrikidir). "The Elder Scrolls III: Morrowind", "The Elder Scrolls IV: Oblivion" və "Fallout 3" oyunlarını "Gamebryo" mühərriki ilə yaratdıqdan sonra, "Bethesda" "Gamebryo" qrafikalarının köhnəlmiş olduğuna və gələcək oyunları olan "The Elder Scrolls V: Skyrim" üçün yeni bir mühərrik üzərində işləməyə qərar vermişdir. Başqa bir şirkət tərəfindən ("Obsidian Entertainment") yaradıldığına görə, "Fallout: New Vegas" mühərrikindəki yeniləmələrin heç biri "Creation Engine"ə köçürülməmişdir. "Skyrim" yaradıldıqdan sonra, "Bethesda" mühərrikin qrafik mərkəzini inkişaf etməyə başladı. Yenilənmiş versiya "Fallout 4"-ü yaratmaqda istifadə edilmişdir. == İstifadə edən oyunlar == The Elder Scrolls V: Skyrim (2011) Fallout 4 (2015) == İstinadlar == == Xarici keçidlər == Robert Purçis. "TESV: Skyrim powered by Creation Engine" (ingilis).
Fox Engine
Fox Engine — multiplatform bir oyun mühərrikidir. Kojima Productions tərəfindən qurulub. Hesab edilir ki, bu mühərrik videooyunların növbəti nəsili (ing. next generation) üçün nəzərdə tutulmuşdur. Mühərrikin inkişafı Metal Gear Solid 4: Guns of the Patriots tamamlanmasından sonra başlandı. Hədəf dünyada ən yaxşı mühərriki yaratmaq idi. Bu mühərrik Kojima Productions-a vaxtını əhəmiyyətli dərəcədə azaldıb, multiplatform oyunları hazırlamağa imkan verəcək. Həmçinin bu bir platforma üçün oyunların yaradılmasından imtina üçün addımdır. Mühərrik Fox adını Metal Gear oyun serialında olan uydurulmuş hərbi hissə şərəfinə alıb, həmçinin tülkü (ing. fox) Kojima Productions loqotipində təsvir edilmişdir.
Search engine
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Unreal Engine
Unreal Engline (azərb. "Qeyri-real" mühərrik‎) — "Epic Games" tərəfindən hazırlanan videooyun mühərriki. Bu mühərrikdə yaradılan ilk oyun – "Unreal" 1998-ci ildə satışa çıxarılmışdır. O vaxtdan etibarən mühərrikin müxtəlif versiyaları yüzdən artıq oyun və digər layihələrdə istifadə edilmişdir. Azərbaycanın "Survival horror" janrında olan ilk videooyunu "Sonuncu Dalan" bu mühərrikdən istifadə edilərək hazırlanmışdır.
Unreal Engine 3
Unreal Engline (azərb. "Qeyri-real" mühərrik‎) — "Epic Games" tərəfindən hazırlanan videooyun mühərriki. Bu mühərrikdə yaradılan ilk oyun – "Unreal" 1998-ci ildə satışa çıxarılmışdır. O vaxtdan etibarən mühərrikin müxtəlif versiyaları yüzdən artıq oyun və digər layihələrdə istifadə edilmişdir. Azərbaycanın "Survival horror" janrında olan ilk videooyunu "Sonuncu Dalan" bu mühərrikdən istifadə edilərək hazırlanmışdır.