Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stoaçılıq
Stoaçılıq (yun. Στοά) — ellinizm dövründə Afinada təxminən m. ö. 300-cü ildə Kitiyalı Zenon tərəfindən yaranmış fəlsəfi məktəb olmuşdur. Antik dünyanın ən tanınmış məktəblərindən biri idi. Stoaçılıq fəlsəfəsi bir çox hallarda Heraklitin, Platonun, Aristotelin, kiniklərin təlimlərinə çox yaxınlaşmış və onlardan qaynaqlanmışdır. == Tarixi mərhələləri == Məktəbin tarixini şərti olaraq üç dövrə bölürlər: 1. Erkən (m. ö. IV – II yüzilliklər).
Əczaçılıq
Əczaçılıq (Farmasevtika) — farmasiyanın birbaşa dərmanların sənaye-texnoloji prosessləriylə bağlı olan bölümü. Dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə yetkinlik sahibi olan insanlara əczaçı (əcza: dərman, əczaçı: dərman ilə məşğul olan) deyilir.Sintetik və bioloji mənşəli dərman xammallarının əldə edilməsi, fiziki, kimyəvi, və bioloji xüsusiyyətlərinin araşdırılması, qiymətləndirilməsi, keyfiyyətli dərmanlayarın saxlanması, istifadə edilməsi kimi mövzularda təhsil və araşdırma edirlər. == Əczaçılıq fəaliyyəti == Əczaçılıq fəaliyyəti - dərman vasitələrinin elmi axtarışı, hazırlanması, sınaqdan çıxarılması, istehsalı, keyfiyyətinə nəzarət, əldə edilməsi, saxlanması, yayılması və satışı, dərman xammalının toplanması və tədarükü ilə bağlı fəaliyyət növüdür. Dərman vasitələri — xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik müxtəlif mənşəli (bitki, heyvan, sintetik, mineral, biotexnoloji) maddələr, xammal və onların dərman formalarıdır. Farmakoloji vasitələr — klinik tədqiqatın obyekti olan, farmakoloji fəallığı müəyyən edilmiş dərman formasında maddələr və ya maddələrin qarışığıdır; "aptek təşkilatları" — apteklər, aptek anbarları, aptek məntəqələri, aptek köşkləridir. Dərman vasitələri ilə davranış – yeni dərman vasitələrinin və onların substansiyalarının elmi axtarışı və hazırlanması, dərman vasitələrinin hazır şəklə salınması, emalı, qablaşdırılması və ya onların alınmasına yönəlmiş digər fəaliyyət, eləcə də dərman vasitələrinin satışı, paylanması və dövriyyəyə daxil edilməsinin digər üsulları, əldə edilməsi, tətbiqi, saxlanması, bölüşdürülməsi, daşınması, buraxılması və yararsız hala düşdükdə məhv edil-məsidir."Azərbaycan Respublikası dərman vasitələrinin dövlət reyestri" (bundan sonra "Reyestr") – müvafiq icra hakimiyyəti orqanı tərəfindən istehsalına və tətbiqinə icazə verilən və qeydiyyata alınan dərman vasitələrinin siyahısıdır .
Azərbaycan Atıcılıq Federasiyası
Azərbaycan Atıcılıq Federasiyası == Haqqında == Atıcılıq idman növünün ölkədə inkişaf etdirilməsi, əhalinin sağlamlığının möhkəmləndirilməsində atıcılıq idmanının inkişaf proqramlarını tərtib edərək həyata keçirtmək. Atıcılıq üzrə yüksək səviyyəli idmançıların hazırlığı sistemini təkmilləşdirir Hər il atıcılıq üzrə milli yığma komandanın heyətini müəyyən edərək təsdiq olunması üçün Gənclər və İdman Nazirliyinə təqdim edir Atıcılıq üzrə milli yığma komandanın məşqçi heyətini müəyyən edərək təsdiq olunması üçün Gənclər və İdman Nazirliyinə təqdim edir Atıcılıq üzrə yarış qaydalarını, ölkə yarışları haqqında əsasnaməni təsdiq edir Respublika Vahid İdman Təsnifatına daxil olması məqsədilə atıcılıq üzrə normativ və tələblər hazırlayıb təsdiq olunmaq üçün Gənclər və İdman Nazirliyinə təqdim edir. == Rəhbərlik == Vilayət Eyvazov — prezidenti Hafiz Cəfərov — vitse-prezident və baş katib Yavuz Eminbəyli — vitse-prezident Rasim Rzayev — vitse-prezident == Maddi-texniki bazası == Bakı Atıcılıq Mərkəzi. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Atıcılıq Federasiyası Arxivləşdirilib 2009-11-15 at the Wayback Machine Bakıda keçirilmiş Dünya Kubokunda azərbaycanlı idmançılar niyə nəticə qazana bilmədilər?
Bakı Atıcılıq Mərkəzi
Bakı Atıcılıq Mərkəzi — 2015 Avropa Oyunları ilə bağlı yarışların keçirildiyi obyektlərdən biri. Bakı Atıcılıq Mərkəzinin tikintisinə 2014-cü ildə başlanılıb. Kompleksin açıq poliqonunda tamaşaçılar üçün oturacaqların sayı 500, qapalı yerdə isə tamaşaçı tutumu 1200 nəfərlikdir.
Qəbələ atıcılıq klubu
Qəbələ atıcılıq klubu — Azərbaycan Respublikasının Qəbələ rayonunda atıcılıq idman növü ilə məşğul olanlar üçün nəzərdə tutulan beynəlxalq səviyyəli idman qurğusu. Qəbələ atıcılıq klubunun layihəçisi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutudur.Klubun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Xüsusi memarlıq üslubunda inşa olunan binada qeydiyyat bölməsi, iclas və məşğələ otaqları, atəş zonasındakı nəticələri müşahidə etmək üçün xüsusi zal yaradılmışdır. Binada ayrıca tibb məntəqəsi də fəaliyyət göstərir. Kluba gələnlər elektromobillərlə atəş zonasına daxil olurlar. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilmişdir. Atəş zonasında silahlar boşaldıldıqdan sonra təhvil alınır. Təhlükəsizliyin təmin olunması və yanğından mühafizə məqsədi ilə klubun ərazisində müşahidə kameraları və yanğından mühafizə məntəqələri qurulmuşdur. Ərazidə ayrıca bayraq meydançası da yaradılmışdır.Atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan almalıdırlar. Bu məqsədlə ərazidə bir neçə uçan hədəf aparatları yerləşdirilmişdir.Klubda atıcılıq idmanının daha çox yayılan və Olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılmışdır.
2015 Avropa Oyunlarında atıcılıq idmanı
== Kişilər arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş Təsnifat ==
Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmaları (AMEA Əlyazmalar İnstitutu)
Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmaları — Bakıdakı Məhəmməd Füzuli adına AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Kolleksiyada təqribən 12 minə yaxın əlyazma var və bu sənəd irsinin əhəmiyyətli bir parçasıdır. Aşkar edilib ki, burada təbabət və əczaçılıqla bağlı 363 orta əsr əlyazması və 27 çap edilmiş qədim kitab vardır. Bunların 222-i fars dilində, 71-i türk dilində (qədim azəri dili və qədim türk dili), 70-i ərəb dilindədir. 2005-ci ildə əlyazmalardan üçü — İbn Sinanın "Tibb elminin qanunu" əsəri (II cild), Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin "Əl-Məqalə əs-Sələsun" əsəri Azərbaycanda YUNESCO-un Dünya Sənəd İrsi "Dünyanın yaddaşı" siyahısına (ing. Memory of the World) daxil edilib. == Ümumi informasiya == AMEA Əlyazmalar İnstitutunun toplusuna 222-i fars dilində, 71-i türk dilində (qədim azəri dili və qədim türk dili), 70-i ərəb dilində olmaqla 363 təbabət və əczaçılıqla bağlı orta əsr əlyazması daxildir. Buradakı ən qədim əlyazmalardan biri İbn Sinanın "Tibb elminin qanunu" əsəridir. Bu əlyazmanın nüsxəsi 1143-cü ildə Bağdadda hazırlanıb və 1956-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının respublika fonduna verilib. Onunla birlikdə Qanunun 1259-cu ildə yenidən yazılmış ikinci əlyazması fonda təqdim edilib.