Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əyridağ
Ordubad rayonu ərazisində dağ (hünd. 3124,0 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində, Eşşək-Meydanı aşırımından 2 km şərqdə zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş hamar günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-şərq istiqamətli fay qırılması keçir.
Sarıayaq exzoxomus
Sarıayaq exzoxomus lat. Exochomus flavipes Thunb.-Formasına görə başqa parabüzən növlərindən çox da fərqlənmir. == Biologiyası == Formasına görə başqa parabüzən növlərindən çox da fərqlənmir. Qanadüstlüyü qaradır, heç bir ləkə və nöqtəsi yoxdur. Ayaqların qırmızı sarımtıl çalarları var, bu hissə nisbətən böyükdür, ayağındakı caynaqlar dişlidir. Bud hissədə az sarı ləkələr vardır. Böyüklüyü 4-4,5 mm-dir. Bostan bitkilərində və yoncalıq sahələrdə də yastıcalarla qidalanırlar. Quru otların altında qışlayırlar. Qış sığınacaqlarından martın axırında çıxırlar.
Sarıayaq tinamu
Sarıayaq tinamu (lat. Crypturellus noctivagus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Sarıayaq dağ vallabisi
Sarıayaq dağ vallabisi (lat. Petrogale xanthopus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinin dağ vallabisi cinsinə aid heyvan növü.