Qafqaz derbisi (Ararat–Neftçi)
Ararat–Neftçi — SSRİ dövründə Azərbaycan təmsilçisi "Neftçi" və Ermənistan təmsilçisi "Ararat" klublarının mübarizəsi. Bu komandalar arasındakı qarşılaşmalar həmişə prinsipial xarakter daşımışdır.
Bu müqayisədə Ararat Yerevan klubunun açıq-aşkar üstünlüyü vardır:
SSRİ çempionatı:
Bürünc medal (1) — 1966
SSRİ Kuboku:
1/2 finalçı (4) — 1967, 1968, 1970, 1971
SSRİ Futbol Federasiyasının Kuboku:
Finalçı (1) — 1988
SSRİ çempionatı:
Qızıl medal (1) — 1973
Gümüş medal (2) — 1971, 1976 (yaz mövsümü)
SSRİ Kuboku:
Qalib (2) — 1973, 1975
Finalçı (2) — 1954, 1976
Neftçi Bakı klubunun SSRİ dövründə qitə miqyaslı heç bir uğuru olmamışdır. Ararat Yerevan klubu isə üç dəfə qitə kuboklaında iştirak etmişdir. Hətta bir dəfə Bayern Münhen klubunun 1:0 hesabı ilə məğlub etməyi də bacarmışdı. Bu nəticə UEFA Çempionlar Kuboku 1974/1975 mövsümünün 1/4 finalında qeydə alınmışdır.
SSRİ çempionatlarının güclülər və birinci dəstəsində, həmçinin kubok yarışlarında, ümumilikdə 72 oyunda üz-üzə gəliblər. 19 dəfə Neftçi Bakı, 29 dəfə isə Ararat Yerevan qalib olub və 24 matçda bərabərlik qeydə alınıb. Top fərqi də 88-64 Ararat Yerevan klubunun xeyrinədi. Ararat Yerevan klubunun ən böyükhesablı qələbəsi 1981-ci ildə İrəvanda 6:1 hesabı ilə qalib gəlmələridi.