Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aladin
Aladin – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Aladin kəndi Dağlıq ərazidədir. 1826-28-ci illər, Rusiya-İran müharibəsindən sonra Cənubi Azərbaycanın Aladin kəndindən gəlmiş azərb. ailələr tərəfindən salınmışdır. Şərur r-nunda Aralıdağ yaxınlığındakı kənd xarabalığı da Aladin adlanır. Tədqiqatçılar bu oykonimin alan və dən sözlərindən ibarət olub, "hamar, düz yer" və "vilayət, dairə" mənasını ifadə etdiyini söyləyirlər. Lakin əslində bütün türkdilli xalqların toponimiyasında geniş yer tutan ala topokomponenti "müxtəlif rəngli; qonur rəng; böyük, geniş" mənalarını bildirir. 1917-ci ildə Lənkəran qəzasında Alabin kəndi qeydə alınmışdır.
Alanin
Alanin (Ala, A) (HO2CCH(NH2)CH3) eyni zamanda 2-aminopropanoik turşusu olaraq adlandırılır. Ən çox istifadə olunan aminturşulardandır. Proteinlərin təxminən %7.8'i alanin özülündən ibarətdir. D-alanin, bəzi bakteriyaların hüceyrə divarlarında və peptid antibiotiklərin formullarında da vardır.
Alajen (mif)
Alajen (tal. Olajen) — Talış mifologiyasında iri döşlü, saçı önə tökülmüş qadın personajı.Alajen cəmiyyət tərəfindən rədd edilən və zərər verə bilən qadındır. Zərdüştlükdən sonra İslamın gəlişi personajın xüsusiyyətlərinə və xarakterinə birbaşa təsir göstərmiş və daha çox "qadın cin" kimi məşhurlaşdırmağa başlamışdır.Ümumilikdə ədəbiyyatda və əfsanələrdə, Alajen xüsusilə yeni doğuş edən qadınlara, doğuşdan sonrakı ilk altı gün ərzində onları təqib edərək, özlərinə və dünyaya gətirdiyi uşaqlara zərər vurmağa çalışan təhlükləli qadın hesab olunur. Məşhur rus etnoqraf Çursin Qriqori Filipoviç öz əsərlərində Alajendən bəhs edib və onun haqqında araşdırmalar edib. == Etimologiya == == Mifoloji təsvir == Talış mifologiyasında Alajen vəhşi, iri bədənlidir. Uzun qara və qırmızı rəngdə saçı var və çox vaxt önə tökülmüş formadadır. İri gözləri və iri döşləri var. İri döşlərini öndən arxaya doğru çiyinlərinə atıb gəzir. Alajen doğuş zamanı bir qadına zərər verə onu qorxuda bilər və ya vura, döyə bilər. Eyni zamanda yeni doğulmuş uşağa zərər verə, onu qaçıra və ya öldürə də bilər.
Alakin (Çaroymaq)
Alakin (fars. الاكين‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (24 ailə).
Şamil Aladin
Şamil Aladin (d. 12 iyul 1912, Bağçasaray, Rusiya imperiyası – 21 may 1996, Simferopol, Ukrayna) – Krım tatarı olan yazıçı, şair, tərcüməçi və insan haqları aktivisti. Şeirlə başladığı ədəbiyyat həyatına daha sonra nəsr və qurğusal olmayan əsərlərlə davam etmişdir. == Həyatı == Kamil Şamil Aladin 12 iyul 1912-ci ildə Rusiya imperiyasına tabe olan Bağçasarayın Mahuldur adlı tatar kəndində anadan olmuşdur. 21 may 1996-cı ildə Ukraynaya aid olan Simferopolda vəfat etmiş və Simferopoldakı Abdal məzarlığında dəfn edilmişdir. === Təhsili === Baxçasarayda 7 illik təhsil görmüşdür. Ağməsciddə (Simferopol) Pedoqogika Tenxikomunu bitiridkdən sonra, Pedinstitutda təhsil almışdır. 1932-ci ilin sonunda Qırmızı Orduya çağırılmış, Qızıl Kazak Atlılar bölüyündə xidmət etmişdir. == Fəaliyyəti == 1935-ci iıdə Qızıl qazaxın yırları adlı ikinci şer kitabı nəşr edilmişdir. 1937-ci ildə SSRİ Yazıçılar Birliyinə üzv kimi qəbul edilmişdir.
Alain Ço Çoy
Alain Ço Çoy (28 oktyabr 1968) — Mavrikini təmsil edən stolüstü tennisçi. == Karyerası == Alain Ço Çoy Mavrikini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 57-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub.
Abadin
Abadin — İspaniyanın Qalisiya muxtar bölgəsinin Luqo vilayətində bələdiyyə. == Əhalisi == Abadin bələdiyyəsinin əhalisi 2005-ci ilin əhali siyahıyaalmasına görə 3201 nəfərdir. == Coğrafiyası == Abadín Terra Çanın şimal-şərqində yerləşir. Bələdiyyədən Serra do Xistral, Kordal de Neda, Labrada və Abadin çayları keçir. Orta hündürlüyü 500 m, ən yüksək nöqtəsi isə 1015 m olan Lombo Pequenodur. Abadinin kəndlərində Ouro, Labrada, Abadin, Pontiga, Santandrea, Pedrido, Anllo, Arnela və Fraga Vella çaylarının keçdiyi və dağlarla əhatə olunmuş münbit vadi üstünlük təşkil edir. Bunlar Cordal de Neda, Toxoso, Tremoal, Couto da Cal və A Fraga das Vigas'ın mühüm dağları və yaxınlıqdakı Costa do Sol və O Picouto dağlarıdır. == İqlimi == Orta illik temperatur təxminən 10°C-dir. Yağıntılar yüksəkdir, 1799 mm/il. Qışları soyuq və yağışlı, yayı isə quraq keçir.
Adajio
Adajio (it. Adagio, "adaco" — asta, sakit) — sakit musiqi tempi, əsas musiqi hərəkətlərinin daha becid forması, bu ən asta temp olan Largodan bir qədər cəld, andantedən isə ləngdir. Georq Fridrix Hendel zəmanəsinin musiqisində adajio larqodan ləng hesab edilirdi. Baletdə adajio — rəqsin sakit musiqi tempi ilə müşayət olunan asta hissəsidir.
Adamin
Adamin — mineral, Zn2[OH|AsO4]. Bu, adətən sink filizi əmələgəlmələrinin üstündəki oksidləşmiş və ya aşınmış zonada baş verən mineraldır. Təmiz adamit rəngsizdir, lakin adətən Fe birləşmələrinin qatqısına görə sarı rəngə malikdir. Yaşıl rənglər də yaranır və mineral quruluşda mis əvəzlənməsi ilə bağlıdır. Olivenit adamitlə izostruktur olan mis arsenatdır və sink və mis arasında əhəmiyyətli dərəcədə əvəzetmə var, nəticədə kuproadamit adlı ara məhsul yaranır. Zinkolivenit CuZn(AsO4)(OH) formuluna malik ara mineral olan bu yaxınlarda kəşf edilmiş mineraldır. Quruluşda manqan, kobalt və nikel də əvəz olunur. Analoji sink fosfat, tarbuttit məlumdur. == Haqqında == Rombik. Habitus prizmatik, bəzən lövhəcikvari, yaxud izometrik.
Alagir
Alagir (oset. Алагир ) — Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır. Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var. == Etimologiyası == Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir. == Tarixi == 1824-cü ildə (bəzi mənbələrə görə - 1781) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan Saluqardan kəndi quruldu. 1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi. 19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi.
Alahçın
Alarix
Alarix bunlara aid olunur: == Ad == Alarix (ad) — german dillərində ad. I Alarix — vestqotların kralı. II Alarix — vestqotların kralı. Alarix və Erik — İsveçin əfsanəvi kralları. == Digər == HMS Alaric (P441) — Britaniya Kral Donanmasının sualtı qayığı.
Alaxçın
Alazan
Alazan çayı — Kürün ən böyük sol qolu olan çay. Alazan (raket) — Kənd təsərrüfatı əkinlərinin dolu buludlarından qorunması üçün nəzərdə tutulmuş 82 mm çaplı sovet istehsalı raket.
Alaçıq
Alaçıq — Azərbaycanda yarımköçərilərin, el əhlinin istifadə etdiyi müvəqqəti olacaq. Əsasən yaylaqda istifadə olunur. Digər türk xalqlarında alaçıq yurt adlanır. == Alaçığın növləri == Üst bölmə qara çadır adlanır və keçi tükündən olur. Yan divar çıq ya çit adlanır, qamış və keçi tükündən olur. Muxuru alaçıq-çubuqlardan hazırlanır. Dəyə - üstüörtülü, yanları açıq olan alaçıq.
Alaşan
Alaşan — Mərkəzi Asiya ərazisində (Çin), Qobi səhrasının bir hissəsini təşkil edir ("Alaşan Qobisi"). Səhra cənub-qərbdən Nanşan dağları, şimaldan Çin, Monqolustan sərhədi, cənub-şərqdən Xuanxe çayı əhatələnir. Burada Badln-Caran, Holalis, Tenqer və Ulanpuxo adlı qumlu massivlər yerləşir. Səhra ərazisində dünyanın ən hürndur barxanı yerləşir (39°53′09″ şm. e. 102°26′52″ ş. u.). Barxanın hündürlüyü 405 metr təşkil edir.
Aldaşın
Aldaşın (fars. الداشين‎) — İranın Ərdəbil ostanının Sərein şəhristanı, Ab-e Garm kəndistanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 695 nəfər yaşayır (146 ailə).
Araçın
Araçın -Qərbi Azərbaycanın Talin rayonunda kənd adı. == Tarixi == Araçın -Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talin rayonunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır. Həmçinin Araçın Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adıdır. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Ababin (Miyanə)
Ababin (fars. ابابين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (29 ailə). == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Kağızkonan bölgəsinin eyniadlı kəndistanında, Kağızkonan qəsəbəsindən 21 km şimalda, Xalxal-Miyanə avtomobil yolunun 19 kilometrliyindədir.
Abazin dili
Abaza dili — abazaların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir. == Orfoqrafiya == 1938-ci ildən bəri abaza dilində aşağıda göstərilən kiril əlifbasından istifadə eolunur.
Abazin rayonu
Abazin rayonu (abq. Абаза район, kab.-çərk. Абазэ район / Абазэ куей, qaraç.-balk. Абаза район, noq. Абаза район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi İnjiç-Çuqun auludur. == Coğrafiyası == Abazin rayonu Qaraçay-Çərkəz Respublikasının mərkəzi hissəsində yerləşir. Rayonun sahəsi 300,19 km²-dir. Qərbdə Xabez rayonu, şimalda Adıge-Xabl rayonu, şərqdə Çerkessk şəhər rayonu və Ust-Cequtin rayonu ilə həmsərhəddir. Rayon şərqdə Kuban çayı, qərbdə onun sol qolu olan Kiçik Zelençuk çayı ilə sərhədlənir.
Adajio (musiqi)
Adagio (it. adagio - yavaş–yavaş, ağır, sakit) 1. Ağır tempin (ağır addımlara uyğun) əsas işarəsi. 2. Bu tempdə yazılmış və xüsusi adı olmayan pyes. 3. Baletdə ağır templi lirik rəqs.
Alagir rayonu
Alagirski rayonu (oset. Алагиры район) — Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Alagir şəhəridir. == Coğrafiya == Alagirski rayonu, Qafqaz dağlarının şimal yamaclarında bölünərək Meşə (şimalda) silsilələrinə qədər, Ardon çayının hər iki tərəfində və uzaq şimalda Osetiya yamacının bir hissəsində uzanır. Rayonun çox hissəsi respublikanın dağ zonasında yerləşir . Rayon ərazi baxımından respublikanın ən böyük bələdiyyəsidir. Alagirski rayonunun ərazisi 2013.49 km² təşkil edir. Rayon respublikanın bütün ərazisinin dörddə bir hissəsindən çoxdur. == Əhali == === Urbanizasiya === Şəhər şəraitində (Alagir şəhəri) bölgə əhalisinin 54,68% -i yaşayır. === Etnik tərkib === 2010-cu il Ümumrusiya Əhali siyahıyaalmasına görə əhalinin 92,1 %-ni osetinlər, 4,9 %-ni ruslar, 3%-ni digərləri təşkil edir.
Alahan monastrı
Alahan — Mersin ilində, Mut ilçəsinin ətrafında böyük bir kilsə kompleksidir. == Məskunlaşma == Alahan monastırı Mersini Qaramana bağlayan əsas yolunun 2 km şərqində və Mut ilçəsinin 15 km-ə qədər şimalında yerləşir. Monastırın yolu hər mövsüm açıqdır və ana yoldan nəqliyyat vasitəsilə 10 dəqiqəlik məsafədədir. == Tarixi == İsanın həvarilərdən Tarsuslu Pavel (Sen Paul) və yenə Tarsusda yaşamış, Xristianlığın qabaqcıllarından Barnabes, 41-ci ildə Xristianlığı yaymaq üçün Anadoluya müxtəlif səfərlər etmişdilər. Bunların gəzintiləri əsnasında yerləşdikləri dərhal hər yerdə xatirələrinə məbədlər inşa edilmişdir. Lakin, o tarixdə Xristianlıq hələ rəsmi din olmadığından və ibadət gizli olduğundan məbədlərini də gözdən uzaq və gediş-gəlişin çətin olduğu yerlərdə tikilməsi nəzərdə tutulmuşdur. Alahan monastırının olduğu yerdə də belə bir məbədin inşa edildiyi aydın məsələdir. Ancaq bugünkü monastır xristianlığın rəsmi olaraq qəbul edilməsindən sonra, V əsrdə əsrdə inşa edilmişdir. Monastırı inşa etdirən adam monastırda Lahd və bir kitabəsi olan Tarasis adlı bir rahibdir. Ancak maliyyənin böyük hissəsi Bizans imperatoru tərəfindən təmin edilmişdir.
Alahan monastırı
Alahan — Mersin ilində, Mut ilçəsinin ətrafında böyük bir kilsə kompleksidir. == Məskunlaşma == Alahan monastırı Mersini Qaramana bağlayan əsas yolunun 2 km şərqində və Mut ilçəsinin 15 km-ə qədər şimalında yerləşir. Monastırın yolu hər mövsüm açıqdır və ana yoldan nəqliyyat vasitəsilə 10 dəqiqəlik məsafədədir. == Tarixi == İsanın həvarilərdən Tarsuslu Pavel (Sen Paul) və yenə Tarsusda yaşamış, Xristianlığın qabaqcıllarından Barnabes, 41-ci ildə Xristianlığı yaymaq üçün Anadoluya müxtəlif səfərlər etmişdilər. Bunların gəzintiləri əsnasında yerləşdikləri dərhal hər yerdə xatirələrinə məbədlər inşa edilmişdir. Lakin, o tarixdə Xristianlıq hələ rəsmi din olmadığından və ibadət gizli olduğundan məbədlərini də gözdən uzaq və gediş-gəlişin çətin olduğu yerlərdə tikilməsi nəzərdə tutulmuşdur. Alahan monastırının olduğu yerdə də belə bir məbədin inşa edildiyi aydın məsələdir. Ancaq bugünkü monastır xristianlığın rəsmi olaraq qəbul edilməsindən sonra, V əsrdə əsrdə inşa edilmişdir. Monastırı inşa etdirən adam monastırda Lahd və bir kitabəsi olan Tarasis adlı bir rahibdir. Ancak maliyyənin böyük hissəsi Bizans imperatoru tərəfindən təmin edilmişdir.