Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağburun
Ağ Burun — Ağburun dağı — Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Ağburun dağı (Qaradağ) — Qaradağ rayonu ərazisində, Lokbatan qəsəbəsindən qərbdə dağ.
Nalburun
Nalburun (lat. Rhinolophus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinə aid heyvan cinsi.
Çalburun
Çalburun — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Çalburun oyk. Gədəbəy r-nunun Rüstəm Əliyev i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Govlu olmuşdur. 1903-cü ildə Govlu kəndi Çalburun adlanan dağ tirəsinin ətəyinə köçürülmüş və yeni yaşayış məntəqəsi də Çalburun adlandırılmışdır. Toponim çal (boz rəng) və burun (dağın çıxıntılı hissəsi) komponentlərindən düzəlib, "boz rəngli çıxıntı" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1848 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Alsürmə (Xoy)
Alsürmə (fars. السرمه‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 730 nəfər yaşayır (114 ailə).
Ağburun (dağ)
Ağburun — Azərbaycanın Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Hündürlüyü 450 m (bəzi mənbələrdə: Hündürlüyü 196 m) == Toponimikası == Ağburun-rəng bildirən ağ və burun (dağın burun formalı çıxıntısı) sözlərindəndir. Ağburun dağının hündürlüyü 450 m-dir.
Ağburun dağı
Ağburun — Azərbaycanın Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Hündürlüyü 450 m (bəzi mənbələrdə: Hündürlüyü 196 m) == Toponimikası == Ağburun-rəng bildirən ağ və burun (dağın burun formalı çıxıntısı) sözlərindəndir. Ağburun dağının hündürlüyü 450 m-dir.
Böyük nalburun
Böyük nalburun (lat. Rhinolophus ferrumequinum) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. Bu fəsiləyə aid növlər arasında ən uzunudur. Uzunluğu 5,2–7,1 sm, qanadlar arasında məsafə 35–40 sm-dir. Çəkisi 13–34 q-dır. Cavan varasalar bütünlüklə boz rəngdə olur. == Yayılması == Böyük nalburunun arealı Şimali Afrikadan (Mərakeş, Əlcəzair) Avrasiyaya (Fransa, İspaniya, Kiçik Asiya, Ön Asiya, Qafqaz, Tibet, Çin, Rusiya və Yaponiya) qədər əhatə edir. Qafqazda Baş silsilədən cənuba doğru rütubətli Qaradəniz subtropiklərindən yarımsəhralra qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda zooloji tədqiqatlar nəticəsinin başlanğıcında bu növə dəniz səviyyəsindən 1600 metrə qədər olan hündürlükdə, ən çox isə XX əsrin ikinci yarısında rast gəlmək olar. Azərbaycanın bütün ərazilərində, lakin ən çox Naxçıvan Muxtar Respublikası daxil olmaqla, Kiçik Qafqazda aşkar olunmuşdur.
Kiçik nalburun
Kiçik nalburun (lat. Rhinolophus hipposideros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. == Statusu == 3 — VU (BTMİ-nin 3.1 variantının (2004 və 2010-cu illər) qaydalarına əsasən LC). Geniş yayılmış, lakin həssas növdür. == Yayılması == Şimali Afrikadan İrlandiyaya, Böyük Britaniyaya, Şimal dənizinin sahillərinə və cənubi Polşayadək, Mərkəzi və Cənub-Şərqi Avropada, Qafqazda, Kiçik, Ön və Orta Asiyadan Tyan-Şan, Kəşmir və şimal-qərbi Himalay dağlarına qədər yayılmışdır. Qafqazda Baş silsilədən cənubda rütubətli Qaradəniz subtropiklərindən yarımsəhralaradək rast gəlinir. Azərbaycanda bu növ geniş yayılıb və 45 məntəqədə müəyyən edilib, bunlardan 4 məntəqə (9 %) XIX əsrin sonlarında, 7 məntəqə (15,5 %) XX əsrin birinci yarısında, qalan 33 məntəqə (75 %-dən çox) XX əsrin ikinci yarısında aşkar olunub. Aşkar olunduğu ən yüksək nöqtə — 2350 m d.s.h. (İstisu qəs. ətrafında).
Çalburun bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qışlaq-i Ağburun (Biləsuvar)
Qışlaq-i Ağburun (fars. قشلاق اق برون‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (5 ailə).