КЬИЛ

(-и, -е, -ер) 1. baş; kəllə, qafa; 2. məc. ağıl, şüur, zehin; 3. başçı, böyük, rəhbər; хзандин кьил ailə başçısı; 4. başlıq, ad, sərlövhə; макъаладин кьил məqalənin başlığı; 5. başaq, sünbül; кьилер кӀватӀун başaq yığmaq, yerə tökülən sünbülləri yığmaq; кьил кьун baş bağlamaq, dən əmələ gəlmək, sünbüllənmək, başaqlanmaq; 6. qapaq; üst; къажгъандин кьил qazanın qapağı; кьил ахъа üstüaçıq, üstü örtülməmiş; damı, qapağı olmayan; 7. müxt. mən.: baş; са кьил серг bir baş sarımsaq; дагъдин кьил dağın başı (təpəsi); вацӀун кьил çayın başı (başlanğıcı); пуд кьил хзан üç baş ailə; къад кьил хеб iyirmi baş qoyun; 8. uc; лашуниз кьве кьил ава. Ata. sözü ağacın iki başı var; дуьньядин а кьиле dünyanın o ucunda (başında); 9. кьилин baş -i \[-ı\]; bax кьилин; * агъа кьил bax агъа¹; вацра(н) кьилер bax вацран; вини кьил bax вини; и кьил а кьил авачир hədsiz-hüdudsuz, ucsuz-bucaqsız, nəhayətsiz, qurtaracaqsız, sonsuz; и кьиляй bu başdan, əvvəlcədən, qabaqcadan; куьн кьилел nə üstə (üstdə), nə üçün, nəyə görə, nə səbəbə; кьве кьил кутӀунун məc. dan. ölmək, kəfənlənmək; кьил агъузун a) baş əymək; təzim etmək, salam vermək; məc. tabe olmaq, itaət etmək, alçalmaq; b) məc. başını aşağı dikmək, rüsvay etmək, biabır etmək; кьил акадарун a) başını qarışdırmaq, başını qatmaq; b) fikrini yayındırmaq, çaşdırmaq, karıxdırmaq; кьил акахьун a) başı bənd olmaq, başı qarışmaq, bir şeylə məşğul olmaq; b) baş qarışmaq, iş çox olmaq, vaxt olmamaq; кьил акъат тавун başı çıxmamaq, baş açmamaq, anlamamaq, bilməmək; кьил акъатун başı çıxmaq, bilmək, anlamaq; кьил акъудун a) boylanmaq; b) baş çıxartmaq, baş açmaq, anlamaq; c) başını saxlamaq, başını dolandırmaq, baş girləmək; кьил алцурун başını tovlamaq, başını bişirmək, başını piyləmək, başını külləmək; кьил ахъа məc. nəzarətsiz; azad, sərbəst; кьил ацӀурун a) üstünü doldurmaq, boş qalan hissəsini doldurmaq (qabın və s.); b) məc. beynini doldurmaq, başını doldurmaq (mənfi mənada); кьил баладик акатун bax кьил цӀук акатун; кьил галтадун başını bulamaq, başını yırğalamaq, narazılığını ifadə etmək; кьил галудун a) başını kəsmək, başını üzmək; b) baş yormaq, çox düşünmək, çox fikirləşmək; кьил гьалчун bax кьил чӀугун; кьил квадарун a) başını itirmək, ağlını itirmək, çaşmaq; b) başını batırmaq, yox etmək, ortadan qaldırmaq; кьил квахьун başını itirmək, özünü itirmək, karıxmaq; ağlı çaşmaq; кьил кутун a) başlamaq, girişmək (bir işə); b) baş qoşmaq, araya girmək, müdaxilə etmək; кьил къакъудун boyun qaçırmaq, baş qaçırmaq, yaxa qurtarmaq; кьил къалурун a) dəymək, baş çəkmək (bir yerə); b) baş göstərmək, zahir olmaq, görünmək; кьил кьун a) baş tutmaq, əmələ gəlmək, hasil olmaq, nəticə vermək; b) baş qoşmaq, əhəmiyyət vermək; c) baş qırxmaq, başını vurmaq (qayçılamaq); кьил рехи авун məc. baş ağartmaq; кьил тӀарун baş ağrıtmaq, vaxtını almaq, mane olmaq; кьил тӀуьн a) başını yemək, başını batırmaq, məhv etmək; b) başına daş salmaq, sərf etmək, puç etmək (pulu, malı və s.); кьил туькӀвейвал фин baş götürüb getmək, baş alıb getmək; кьил хкажун a) başını qaldırmaq, başını dik tutmaq; b) məc. baş qaldırmaq, üsyan etmək, qiyam etmək; c) qapağını qaldırmaq; кьил хкудун a) yaxa qurtarmaq; başını qurtarmaq, işin içindən çıxmaq, özünü qurtarmaq (çətin vəziyyətdən); b) boyun qaçırmaq, baş qaçırmaq; кьил хун a) baş yarmaq, baş çapmaq; b) məc. baş sındırmaq, çox fikirləşmək, çox düşünmək; кьил хура тун a) başını döşünə salmaq, başını sallamaq, xəcalət çəkmək, utanmaq; b) başı aşağı etmək, xəcalət çəkməsinə səbəb olmaq; c) bax кьил агъузун b); кьил хуьн a) baş saxlamaq, güzəran etmək, dolanmaq; b) məc. başını saxlamaq, başını qorumaq, özünü mühafizə etmək; c) başını yığmaq, yüyəninini yığaraq yerişini yavaşıtmaq (atın); кьил цӀук акатун başına iş (bəla) gəlmək, bəlaya uğramaq, başına qiyamət qopmaq; кьил цава кьун a) başını dik tutmaq, başını qaldırmaq; b) məc. burnunu yuxarı tutmaq, iddia satmaq; кьил цацара гьатун (durduğu yerdə) nahaqdan işə düşmək, çətinliyə düşmək, dolaşmaq; кьил цацара тун başına kələk açmaq, əngələ salmaq, dolaşdırmaq; кьил цла акьун (кьил къванце акьун) başı daşa dəymək; başı əlhəd daşına dəymək, səhvini başa düşərək ayılmaq, özünə gəlmək; кьил чӀугун baş çəkmək, dəymək, yoluxmaq; кьил чӀур хьун başı xarab olmaq, başına hava gəlmək, sarsaqlamaq, gicləşmək; кьил чиле тун bax кьил хура тун; кьил чухвадай вахт тахьун başını qaşımağa vaxtı olmamaq, işdən göz aça bilməmək, işi son dərəcə çox olmaq; кьил элкъуьн a) başgicəllənmə; b) başı gicəllənmək, başı hərlənmək, başı dolanmaq (axmaq); кьил элкъуьрун a) başını çevirmək, baxmamaq; b) baş gicəlləndirmək, gözlərini qaraltmaq, başını fırlatmaq; кьил элягъун a) başı ilə işarə etmək; başı ilə salam vermək; başı ilə razılıq bildirmək; b) yoluxmaq, dəymək, baş çəkmək (xəstəyə, tanışa); кьил эцягъун a) kəllə vurmaq, başı ilə vurmaq; b) məc. yolüstü baş çəkmək, dəymək (bir yerə); кьиле ацукь тавун şəninə layiq bilməmək, şəninə yaraşdırmamaq (sığışdırmamaq); кьиле газарар цун başında turp əkmək, çox incitmək, əziyyət vermək, bərk cəzalandırmaq; кьиле гар авайди yelbeyin, ağılsız, başıboş (adam); кьиле гар гьатун başına hava gəlmək, ağlı başından oynamaq, dəli olmaq; кьиле гьатун a) başa düşmək, başa batmaq, dərk etmək, anlamaq; b) başına düşmək, yadına düşmək, ürəyi istəmək; кьиле тун a) başına (beyninə) yeritmək, başa salmaq, anlatmaq; b) öyüd vermək, ağıl öyrətmək; кьиле тухун a) həyata keçirmək, yerinə yetirmək, icra etmək, keçirmək; b) başa vermək, yola vermək; кьиле фин a) yola getmək, keçinmək, dolanmaq; b) məc. baş tutmaq, əmələ gəlmək, müvəffəqiyyətlə başa gəlmək (nəticələnmək); кьиле ял тун a) inad etmək, tərslik etmək; israr etmək, dediyindən dönməmək; b) lovğalıq etmək, dikbaşlıq etmək; кьилел акъатун a) yuxarı çıxmaq, üst mərtəbəyə çıxmaq; b) üzünə çıxmaq, səthinə çıxmaq (mayenin); c) üzə çıxmaq, aşkar olmaq, üstü açılmaq, faş olmaq; ç) görünmək, zahir olmaq, peyda olmaq; кьилел акъвазун başının üstünü kəsmək, qısnamaq, tələsdirmək; кьилел акъудун üzə çıxarmaq, üstünü açmaq, aşkara çıxarmaq, ifşa etmək; кьилел акъуд тавун ört-basdır etmək, üstünü vurmamaq, gizli saxlamaq; кьилел акьахун a) başa çıxmaq, həddini aşmaq, böyük-kiçik bilməmək; b) bax кьам¹ (кьамал акьахун); кьилел атун a) başına gəlmək, təcrübə etmək; məruz qalmaq; b) üstünə gəlmək, artmaq, çoxalmaq; кьилел кӀватӀун başına yığmaq, ətrafına yığmaq, başına toplamaq; кьилел кьил хкун a) ikinci arvad almaq, evə günü gətirmək; b) dan. yığmaq, qənaət edərək (dala ataraq) yavaş-yavaş toplamaq, artırmaq, çoxaltmaq (pul, mal haqqında); кьилел чӀугун a) üstünə çəkmək, üstünü örtmək; b) məc. başına çəkmək, birnəfəsə içmək, acgözlüklə içmək; кьилел элкъуьн başına dolanmaq, qayğı göstərmək; кьилел эцигун üstünə qoymaq: a) ... üzərinə qoymaq; b) əlavə etmək, artırmaq, çoxaltmaq; c) məc. şişirtmək, mübaliğə etmək; кьилелай авун başdan eləmək (etmək), başdan atmaq, başdan ötürmək; кьилелай алахьун başdan aşmaq (daşmaq), bol olmaq; кьилелай алудун a) başdan sovurmaq, başdansovma etmək (işi); b) başdan rədd eləmək, başdan ötürmək, özündən uzaqlaşdırmaq; кьилелай кӀвачел кьван başdan ayağa qədər, başdan-ayağa, tamamilə, büsbütün; təpədən-dırnağadək; кьилелай кап аладарун a) başını tumarlamaq, oxşamaq, əzizləmək; b) məc. başını sığallamaq, aldatmaq, tovlamaq, yuxulatmaq; кьилелай цӀар чӀугун a) üstündən qələm çəkmək, yazılmış bir şeyi pozmaq; b) məc. əlaqəni kəsmək, dostluğa son qoymaq; кьили ван авун (кьили ванун) a) səhvini başa düşmək, ayılmaq, özünə gəlmək; b) peşman olmaq, peşmançılıq çəkmək, təəssüf etmək; кьилиз авун a) başına daş salmaq, sərf etmək, puç etmək, xərcləmək (pulu, malı və s.); b) başını yemək, başını batırmaq, məhv etmək; кьилиз акъатун a) başa çatmaq, qurtarmaq, bitmək, tamamlanmaq; b) məc. başına daş salmaq, sərf etmək, puç etmək, axırına çıxmaq (pulun və s.); c) müəyyən nəticə ilə bitmək, sona çatmaq; кьилиз акъудун a) başa çatdırmaq, qurtarmaq, bitirmək, tamamlamaq, başa vurmaq; b) yerinə yetirmək, icra etmək, həyata keçirmək; nail olmaq, müvəffəq olmaq; c) başa gətirmək, qayırmaq, düzəltmək, hazırlamaq; кьилиз атун a) ağlına gəlmək, fikrinə gəlmək; b) əmələ gəlmək, başa gəlmək; кьилиз бала хьун başa bəla olmaq; кьилиз чара авун başına çarə qılmaq (görmək), tədbir aramaq, çıxış yolu tapmaq; кьилиз ягъун a) ağlına gəlmək, fikrinə gəlmək; b) məc. başına vurmaq, beyinə təsir etmək; кьилиз яд чимун a) başına oyun açmaq, başına kələk açmaq; b) başına iş açmaq, pislik etmək; başına kül ələmək; c) bax кьил тӀуьн; кьил-кьилиз ягъун a) baş-başa vermək, gizli danışmaq, sirləşmək; b) ikilikdə müzakirə etmək, götür-qoy eləmək, məsləhətləşmək; c) məc. dan. ikilikdə oturmaq, diz-dizə oturmaq; ç) kəllə-kəlləyə gəlmək, üz-üzə gəlmək, kəllələşmək, vuruşmaq; кьиляй акъатун a) başdan çıxmaq, səhv etmək, aldanmaq, yanılmaq; b) məc. yoldan çıxmaq, azmaq, sapmaq, pis yola düşmək; кьиляй акъудун başdan çıxarmaq, aldatmaq, tovlamaq, azdırmaq, pis yola sövq etmək; кьиляй гум акъатун başından tüstü çıxmaq, son dərəcə hirslənmək, qəzəblənmək, hiddətlənmək; кьулухъ кьил dal, arxa, arxa hissə; кьуьзуь кьиляй qoca vaxtında, ömrünün ahıl çağında; са кьилихъай bir başdan, bir ucdan, ucdantutma, bir tərəfdən başlayaraq, fərq qoymadan; фу кьилиз акъатун bax фу; цӀийи кьилелай yenidən, təzədən; təkrarən; эвел кьиляй əvvəl başdan, əvvəlcə, qabaqca, başlanğıcda, birinci növbədə, hər şeydən əvvəl; эхир кьиляй nəhayət, axırda, ən axırda, nəticədə, sonunda; югъ жедай кьиляй səhərə yaxın, dan yeri ağarmamış, ala-torandan.
КЬИЙИ-КЬИЯН
КЬИЛ

Digər lüğətlərdə

интегра́тор лапшеобра́зно модерни́стка обжира́ться обруга́ние подставно́й превнима́тельный сидера́т уни́женно фуга́ночный фурка́ция экс-председа́тель не может быть первобытный коммуни́зм страби́зм -muscled aerosol eutrophicate fire office subservience дарвинист заиндевелый копиться мезозойский шаромыга