Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paolo Nutini
Paolo Nutini (d. 9 yanvar 1987, Peysli) Şotlandiya doğumlu müğənni. Atası İtaliya, Toskana əsilli olmasına baxmayaraq, anası əslən Böyük Britaniyadandır. Nutininin çıxış albomu These Streets, 2006-cı ilin iyul ayında İngiltərədə çıxmışdır. Albomda Last Request, Jenny Don't Be Hasty və New Shoes kimi mahnılar yer almışdır.
Antoni
Antoni — ad. Mark Antoni — Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı.
Antoni (rayon)
Antoni (fr. Antony) — Fransanın İl-de-Frans regionun rayonlarından biri. Departamenti — O-de-Sen. Suprefektur — Antoni. Rayon əhalisi 2006-cı ildə 402,868 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 8222 nəfər / km². Rayon ərazisi — 49 km².
Antoni Cenkinson
Antoni Cenkinson — (ing. Anthony Jenkinson, 8 oktyabr 1529, Lesterşir[d] – 16 fevral 1611) XVI əsr ingilis səyyahı, taciri və diplomatı. Onun gündəliyində apardığı qeydləri və xəritəsi İngiltərə-Rusiya münasibətləri o cümlədən, İngiltərənin Səfəvi dövləti ilə apardığı ticari danışıqlar barədə önəmli mənbələrdəndir. == Həyatı == Antoni Cenkinson 1529-cu ildə Leyçester şəhərində anadan olmuşdur. Atası Uilyam Cenkinson öz dövrünün varlılarından idi. Antoni tacir olmaq üçün təhsil almışdı. 1568-ci ildə o, Cudi Marş ilə ailə həyatı qurmuş, bu evlilikdən 6 qız, 5 oğlan övladı dünyaya gəlmişdir. Cudi Marşın atası Con Marş "Moskva" kompaniyasının qurucularından biri olmaqla yanaşı, geniş işgüzar əlaqləri olan bir şəxs idi. Bu əlaqələr vasitəsilə Antoni Cenkinson "Moskva" kompaniyasına qoşulmuş, kompaniyanın tərkibində dəfələrlə ekspedisiyalarda iştirak etmişdi. == Səyahətləri == === İlk səyahəti === Antoni Cenkinsonun ilk xarici səfəri "İpəkçi" kompaniyası ilə 1546-cı ilin oktyabr ayında baş tutmuşdur.
Antoni Flu
Antoni Flu (ing. Antony Garrard Newton Flew; 11 fevral 1923, London – 8 aprel 2010[…], Ridinq) — ingilis filosofu. O, analitik təfəkkür məktəbinə sadiqliyi və din fəlsəfəsi ilə bağlı fəaliyyəti ilə tanınır. Flu keçmişdə ateizmin güclü tərəfdarı idi və Allah haqqında dəlil olana qədər ateizmin qəbul edilməsi lazım olduğunu müdafiə edirdi. O, həmçinin ölümdən sonra həyata inamı, şər probleminin azad iradə ilə həllini və Allah anlayışının mənasını tənqid etmişdir. Lakin 2004-cü ildə deizmə qayıtdığını elan etdi. Bundan sonra o, Roy Abraham Varqesenin töhfələri ilə "Bir Tanrı var: Dünyanın ən məşhur ateistinin fikrini necə dəyişdirdi" kitabını nəşr etdi. Kitab nəşr edildikdən sonra New York Times-da Flüunun əqli qabiliyyətlərini itirdiyini və orijinal müəllifin Varqes olduğunu iddia edən bir məqalə dərc olundu. Məsələ hələ də mübahisəlidir, bəzi müəlliflər, o cümlədən PZ Myers və Richard Carrier iddiaları dəstəkləyir, digərləri isə (Flu daxil olmaqla) bunu rədd edir. Flyu Oksford, Aberdin, Keele və Ridinq Universitetlərində və Torontodakı York Universitetində dərs deyib.
Antoni Liu
Antoni Liu (6 iyun 1987) — Amerika Samoasından olan cüdoçu. Antoni Liu Amerika Samoasını 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Antoni Liu birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 100 kq çəkidə, 1/16 final mərhələsində Latviyanın nümayəndəsi Yevgeniys Borodavko ilə üz-üzə gəldi. Həmin görüşdə Antoni Liu rəqibinə 0:100 hesabı ilə uduzdu.
Antoni Martial
Anthony Joran Martial (5 dekabr 1995, Massi[d]) — İngiltərənin Mançester Yunayted klubunda və Fransa milli yığmasında hücumçu mövqeyində çıxış edən fransız futbolçudur. O, Avropada 21 yaş altı ən yaxşı gənc futbolçuya təqdim olunan 2015 "Golden Boy" mükafatının sahibidir.Fransanın Les Ulis klubunun aşağı yaş qruplarında çıxış etdikdən sonra, peşəkar futbolçu karyerasına Olimpik Lion klubunda başlamış və 2013-cü ildə 6 milyon avro qarşılığında Monako klubuna transfer olmuşdur. Burada iki il çıxış etdikdən sonra isə 2015-ci ildə 36 milyon funt-sterlinq (bonuslarla birlikdə 57.6 milyon funt-sterlinq) qarşılığında İngiltərənin Mançester Yunayted klubuna transfer olmuşdur. Martial Mançester Yunayted forması ilə çıxdığı ilk görüşdə qol vurmağı bacarmış və Premyer Liqada çıxış etdiyi ilk ayda "Ayın futbolçusu" mükafatına layiq görülmüşdür. Antoni Martial Fransa milli yığması ilə ilk oyununa 2015-ci ildə çıxmış və milli komandanın heyətində UEFA Avro 2016 turnirində iştirak etmişdir. == Milli yığma == Martial Fransanın fərqli yaş kateqoriyalarında çıxış etdi və bu dövrdə 58 oyunda 25 qol vurmağı bacardı. 26 avqust 2015-ci il tarixində isə Portuqaliya və Serbiya komandalarına qarşı baş tutacaq yoldaşlıq görüşlərində iştirak etmək üçün milli yığmaya dəvət aldı. Milli yığma forması ilə 4 sentyabr 2015-ci ildə Lissabon şəhərinin Estadio Xose Alvalade stadionunda çıxdığı ilk görüşdə Kərim Benzemanın yerinə sonradan daxil oldu və Fransa bu görüşdə 1-0 hesabı ilə qələbə qazandı. 11 oktyabr 2015-ci il tarixində isə 2-1 qalib gəldikləri Danimarka qarşılaşmasında millinin heyətində ilk dəfə start heyətdə meydana daxil oldu və bir məhsuldar ötürmə ilə yadda qaldı. == Şəxsi həyatı == Martial əslən Qvadelupa adalarındandır.
Antoni Nvakaeme
Antoni Nvakaeme (21 mart 1989, Laqos) — Nigeriyalı futbolçu. "Trabzonspor" klubunun Hücumçusudur.
Antoni Qordon
Entoni Maykl Qordon (d. 24 fevral 2001, Liverpul, Mersisayd, İngiltərə, Böyük Britaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Everton klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Everton === Qordon on bir yaşı olarkən Everton klubuna qəbul olmuşdur. O, 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. Qordon öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 88-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Antoni Suaybi
Antoni Suaybi (d. 9 iyul 1998) — Livanlı üzgüçü. Antoni Suaybi Livanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Antoni Suaybi birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.62 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 78-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Antoni Tapiyes
Antoni Tapiyes (ing. Antoni Tàpies; 13 dekabr 1923[…], Barselona – 6 fevral 2012[…], Barselona) — İspaniyalı rəssam və heykəltaraş. XX əsr İspaniya rəssamlığında mücərrəd və avanqard janrın önəmli təmsilçilərindən biri. == Həyatı == Antoni Tapiyes 1923-cü il dekabr ayının 13-də Barselonada anadan olub. Barselona Universitetinin Hüquq fakültəsində təhsil alıb, amma üç ildən sonra rəssamlığa olan həvəsi universiteti tərk etməsinə səbəb olub.1950-ci ildə ilk fərdi sərgisini açıb.Bundan sonra Parisə köçən A. Tapiyes burada mücərrəd janrda əsərlər yaratmağa başlayıb. 1990-cı ildə Barselonada Antoni Tapiyes fondunu yaradıb ki, burada 2000-ə qədər rəssamın əsəri yerləşdirilib. Fondda həmçinin gənc rəssamların yetişdirilməsi və moderinizm janrının təbliği istiqamətində fəaliyyət göstərib.Antoni Tapiyes 6 fevral 2012-ci ildə 88 yaşında vəfat edib. O, 2007-ci ildən xəstə olub.
Anuçin adası
Anuçin (rus. Остров Анучина, yap. 勇留島) — Kuril adalarına daxil olan Cənubi Kuril sırasına daxildir. İnzibati cəhətdən Rusiyaın Cənubi Kuril şəhər dairəsinə daxildir. Yaponiya adaya iddia edir. İnzibati cəhətdən Hokkaydo qubernatorluğu Nemuro dairəsi ərazisinə daxil edilir. Yaponlar adanı Habomay adarı qrupuna daxil edirlər. Adanın sahəsi 5 km² təşkil edir. Maksimal hündürlük 33 metrdir. Tanfilev adasından Tanfilev boğazı ilə ayrılır.
Dmitri Anuçin
Dmitrii Nikolayeviç Anuçin (27 avqust (8 sentyabr) 1843, Sankt-Peterburq – 4 iyun 1923, Moskva) — rus coğrafiyaşünası, etnoqrafı, akademik. Rusiyada antropologiya elminin əsasını qoyan. == Həyatı == D. N. Anuçin 1843-cü ildə Peterburqda anadan olmuşdur. Atası Kutuzovun ordusunda əsgər kimi xidmət etməsinə baxmayaraq onda elm sahəsinə xüsusi maraq olmuşdur. Coğrafiya, etnoqrafiya və arxeologiya sahəsində geniş biliyə malik olan Anuçin Rusiyada antropologiyanın banilərindən biri olmuşdur. 1854-cü ildə gimnaziyaya daxil olmuşdur. Daha sonra Peterburq universitetinə daxil olmasına baxmayaraq, xəstəlik təhsilini yarımçıq qoymağa məcbur edir. Müalicədən qayıtdıqdan sonra Moskva universitetinə daxil olur. 1867-ci ildə universiteti bitirir və Moskva zoologiya bağına işə düzəlir. Dağılmaqda olan bağ Anuçinin fəaliyyəti nəticəsində Orta Asiya, Sibir, Afrikanın nadir heyvanları ilə əvvəlki görkəminə qaytarıldı.
Mark Antoni
Mark Antoni (e.ə. 83, Roma, Qədim Roma – e.ə. 30, İsgəndəriyyə, Ellin Misiri[d][…]) — Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı. E.ə. 43-cü ildə Mutin şəhəri yaxınlığında senat qoşunlarına məğlub olduqdan sonra Oktavian Avqust və Mark Emili Lepid ilə ittifaqa girmiş (2-ci triumvirat), e.ə. 42-ci ildə Oktavianla birgə Sezarın qatilləri Brut və Kassini məğlub etmişdi. Bundan sonra imperiyanın şimal əyalətlərini idarə edən Antoni, Misir hökmdarı Kleopatra ilə yaxınlaşmış və Misirə arxalanaraq hakimiyyət uğrunda Oktavianla mübarizəyə başlamışdı. E.ə. 36-cı ildə Antoni 100 minlik qoşunla Atropatenaya hücum etmiş, lakin tələfat verərək (təqr. 24 min nəfər) geri çəkilmişdi.
Antoni Polemon
Mark Antoni Polemon (yun. Μάρκος Ἀντώνιος Πολέμων, lat. Marcus Antonius Polemon), həmçinin Smirnalı Polemon və ya Laodikeyalı Polemon (təq. 90, Laodikeya – təq. 144, Roma) — Qədim Roma sofisti, Aristid müəllimi. Polemon Laodikiyada anadan olmuşdur, Anadolu yunanlarından idi. O, təkəbbürlü və hazırcavab bir insan kimi xarakterizə olunmuşdur. Polemon imperatorlar Trayan və Adrianın himayəsi altında idi, Antonin Piy ilə yaxşı münasibəti vardı. Polemon şiddətli podaqraya dözə bilməyib intihar etmişdir. Polemonun təsviri Afinada tapılan portret büstü hesab olunur.
Kuzmanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzyanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Amar, Əkbər, Antoni
== Məzmun == Yoxsul bir ailədə faciə baş verir. Ata quldurların əlindən qaçıb gizlənməyə məcburdur. Ana isə xəstəlikdən və kədərdən kor olub. Üç balaca uşaq isə itib. Onların müxtəlif həyatları var. Bu üç gənci tale hələ doğma qardaş olduqlarını bilmədikləri halda rastlaşdırmışdır. Nəhayət ki, ailə birləşir, ata, ana və qardaşlar hamısı tapılır. == Filmin heyəti == === Aktyorlar === Amitabh Baççan — Antoni Qonsalves Rişi Kapur — Əkbər İlaxobadi. Əsl adı Racudur. Vinod Xanna — Amar Xanna Pərvin Babi — Ceni.
Antoni Sitraka Ralefi
Antoni Sitraka Ralefi (10 iyul 1995) — Madaqaskarlı üzgüçü. Antoni Sitraka Ralefi Madaqaskarı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Antoni Sitraka Ralefi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 54.72 saniyəlik nəticəsi ilə 37-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Antoni Tu Şihua
Antoni Tu Şihua (Noyabr 22, 1919 – Yanvar 4, 2017) — Çin Vətənpərvər Katolik Assosiasiyasının yepiskopu olmuşdur. 1944-cü ildə Roman-Katolik kilsəsinə keşiş təyin olunmuşdur. Tu Şihua Çin Vətənpərvər Katolik Birliyi tərəfindən 1959-cu ildə papanın mandatı kimi Roma-Katolik kilsəsinə yepiskop təyin olundu. Lakin o, Hanyan Roma Katolik Yeparxiyasının yepiskopluğuna qeyri-legitim şəkildə qəbul edilmişdir.Şihua 4 yanvar 2017-ci ildə Pekində 98 yaşında vəfat etmişdir.
Antoni van Levenhuk
Anton van Levenhuk (nid. Antoni van Leeuwenhoek; 24 oktyabr 1632[…], Delft, Yeddi Birləşmiş Əyalət Respublikası – 26 avqust 1723[…], Delft, Yeddi Birləşmiş Əyalət Respublikası) — mikroskop konstruktoru, elmi mikroskopiyanın – mikrobiologiyanın əsasını qoymuş, öz mikroskopu vasitəsi ilə bir çox canlıların müxtəlif strukturlarını öyrənmiş holland təbiətşünası. 1680-ci ildən London Kral Cəmiyyətinin üzvü olmuşdur. == Həyatı == Anton van Levenhuk 1632-ci ildə Niderlandın Delft şəhərində orta sinifə aid səbət ustası Filips Toniszonun (nid. Philips Thoniszoon) ailəsində anadan olmuşdur. Anton özünə evinin yaxınlığında yerləşən "Şir darvazası"nın nid. Leeuwenpoort adına "huk" (nid. hoek mənası künc, bucaq, tin deməkdir) hissəciyi əlavə etməklə soyadı götürmüşdür. Anton 6 yaşında olarkən atası vəfat edir. Anası Marqaret van Berç nid.
Kritli Mark Antoni
Kritli Mark Antoni (lat. Marcus Antonius Creticus ö. e.ə. 71, Krit, Roma imperiyası) — E.ə. II və I əsrlərdə yaşamış olan, Antoni ailəsinə mənsub Roma siyasətçisi. O, Mark Antoni Oratorun Yuliya Antoniya ilə qurduğu evlilikdən doğulan oğlu və triumvir Mark Antoni, Qay Antoni və Lyusi Antoninin atasıdır. == Tarixi == E.ə 74-cü ildə pretor seçilmişdir və ertəsi il eynilə atasının otuz il öncə aldığı kimi Pont kralı VI Mitridata qarşı mübarizə aparmaq baxımından çox böyük səlahiyyətlər əldə etmişdir. Mark Antoni vəzifədə uğursuz olmaqla yanaşı eyni zamanda oğurluqlardan qoruyacağı əyalətləri də yağmaladı. Dəniz quldurları ilə ittifaq yaradaraq kritlilərə hücum etdi ancaq məğlub oldu və gəmilərindən çoxu batırıldı. Siciliyalı Diodor bu böyük biabırçılıqdan ancaq özünü xilas edə bildi.
Oskar Antoni stadionu
Oskar Antoni stadionu — Toqonun Lome şəhərində stadion. Etual Filant Lome futbol klubu ev oyunlarını bu stadionda keçirir. Tutumu 10.000 nəfərdir.
Amar, Əkbər, Antoni (film, 1977)
== Məzmun == Yoxsul bir ailədə faciə baş verir. Ata quldurların əlindən qaçıb gizlənməyə məcburdur. Ana isə xəstəlikdən və kədərdən kor olub. Üç balaca uşaq isə itib. Onların müxtəlif həyatları var. Bu üç gənci tale hələ doğma qardaş olduqlarını bilmədikləri halda rastlaşdırmışdır. Nəhayət ki, ailə birləşir, ata, ana və qardaşlar hamısı tapılır. == Filmin heyəti == === Aktyorlar === Amitabh Baççan — Antoni Qonsalves Rişi Kapur — Əkbər İlaxobadi. Əsl adı Racudur. Vinod Xanna — Amar Xanna Pərvin Babi — Ceni.
Padualı Müqəddəs Antoni kilsəsi (Kökşetau)
Padualı Müqəddəs Antoni kilsəsi (qaz. Әулие Энтони Падуя шіркеуі) ― Qazaxıstanın şimalındakı Akmola vilayətinin paytaxtı Kökşetau şəhərində yerləşən Roma-Katolik kilsəsi. Padualı Antoniyə həsr olunmuş kilsə Akan-Seri küçəsi (əvvəlki Proletarskaya küçəsi), 7 ünvanında, Bukpa təpəsi yaxınlığında yeləşir və neoqotik üslubda tikilmişdir. Tikili Viktor İvantskinin dizaynı ilə 1992–1997-ci illərdə inşa edilmişdir. == Tarix == Katolik icması 1960–1970-ci illərdə Sovet rejiminin zülmündən xilas olmaq üçün gizli şəkildə bir araya gəlirdi. SSRİ-nin süqutundan və ateist hökumətin hakimiyyətinin bitməsindən sonra digər xristianlar kilsələri kimi Qazaxıstandakı Katolik kilsəsnə də nisbətən normal fəaliyyət göstərməsinə icazə verildi. Kökşetaudakı Padualı Müqəddəs Antoni kilsəsi əsasən alman katoliklərinin və şəhərdə yaşayan polşa katoliklərinin ehtiyaclarına xidmət etmək üçün 6 oktyabr 1992-ci ildə inşa edilmişdir. Kilsə bölgədəki ən böyük məbədlərdən biridir.1991-ci ilin avqustundan bəri Kökşetauda ayda iki dəfə Ata Kşiştof Kurıloviç tərəfindən aparılan müntəzəm xidmətlər başladı.1992-ci ildə Qazaxıstanın Apostol idarəçisi Yepiskop Yan Pavel Lenqa yeni kilsənin inşası üçün xeyir-dua verdi. İnşaat 1992-ci ildə neoqotik üslubundakı müasir iyirminci əsr memarlığının elementləri ilə başladı. Binanın təməli 24 dekabr 1995-ci ildə qoyuldu və bu, Məsihin doğumunun böyük bayramına təsadüf etdi.2000-ci ilin iyununda kilsə evinin inşasına başlanıldı və inaşaat 30 oktyabr 2002-ci ildə başa çatdı.