Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mauro Tassotti
Mauro Tassotti (it. Mauro Tassotti ; 19 yanvar 1960, Roma) — İtalyalı keçmiş futbolçu və məşqçi. Müdafiəçi mövqeyində çıxış edib. Daha çox "Milan" klubundakı çıxışları ilə tanınır. == Karyera == Mauro Tassotti karyerasına "Latsio" klubunda başlayıb, klubda debütünü 5 noyabr 1978-ci ildə "Askoli"yə qarşı oyunda edib. Tassotti 2 mövsüm "Latsio"da keçirdikdən sonra, o zaman İtaliya futbolunda yaranan qalmaqal səbəbindən B Seriyasına düşən "Milan" klubuna keçir. Tassotti 24 avqust 1980-ci ildə "Kataniya" klubu ilə oyunda Milanlıların heyətində debüt edir. "Milan"a gəldikdən dərhal sonra Tassotti Rossonerilərin əsas oyunçusuna çevrilir. Arriqo Sakkinin "Milan" məşqçi korpusuna gəlişi ilə Tassotti özü də klubun ən hörmətli və əvəzolunmaz oyunçularından birinə çevirilir. Bu zaman o, komandanın vitse-kapitanı olur.
Assiri dili
Assuriya dili — iki semit dilinin adı: Assiri dili (Assuriya dialekti) — Assuriya ərazisində akkad dilinin dialektlərindən biri. Assiri dili (аysoru, aturaya, surət) — assuriyalılar tərəfindən istifadə edilən və urmiyalılar tərəfindən istifadə edilən yeni arami dili.
Hacı-Ömər Alborti
Hacı-Ömər Alborti (oset. Ӕлборты Хадзы-Умар; 15 iyul 1939, Sarabuk[d], Cənubi Osetiya Muxtar Vilayəti – 30 mart 2001) — Cənubi Osetiya şairi, publisist və ədəbiyyatşunas. == Bioqrafiyası == 1939-cu ildə Cənubi Osetiya Muxtar Vilayətinin Sarabuk kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndində bitirdikdən sonra Uanat kəndindəki səkkizillik məktəbdə təhsil alır. 1959-cu ildə Tsxinvali Pedaqoji Məktəbini bitirdikdən sonra, 1964-cü ildə bitirdiyi Cənubi Osetiya Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olur. Pedaqoji texnikum tələbəsi olaraq 1955-ci ildə "Fidiuaq" ədəbi jurnalında ilk şeirini nəşr etdirir. 1964-cü ildə oset. «Фæдосин» adlı ilk şeirlər toplusunu nəşr etdirir. Tiflis Universitetində aspiranturanı bitirir, "30 -cu illərdə Osetiya ədəbi tənqidi" mövzusunda filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edir. "Soyuzpeçat"-ın Cənubi Osetiya şöbəsində çalışır, oset.