Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ataksiya
Ataksiya — parez, əzələ tonusunun pozulması və ya istəmsiz hərəkət olmadan hərəkətlərin dayanıqlı və məqsədinə uyğun şəkildə icrasında pozulmanın olması zamanı istifadə olunur. Ümumi olaraq bədən və ətraflarda olmaqla iki qrupa bölünür. Beyincik xəstəliklərinə bağlı yarana bildiyi kimi, vestibulyar nüvələr, vestibulyar sinir və ya arxa ciyə xəstəliklərində də ataksiya rast gəlinir. Qeyd olunan hissələrin funksiyasının pozulmasına irsi, iltihabi, degenerativ, damar, infeksiyon, metabolik, endokrin və ya neoplastik kibi geniş xəstəliklər qrupu səbəb ola bilər.
Atakama
Atakama səhrası (isp. Desierto de Atacama) — Cənubi Amerikanın qərb sahilində, Çilinin ərazisində yerləşən (22° və 27 °C.e. arasında) səhra. İkinci Sakit okean müharibəsinə (1879 — 1883) qədər Boliviyaya aid idi. Peru cərəyanı, atmosferin aşağı qatlarını soyudur və atmosfer çöküntülərinin düşməsinə (ildə 50 mm-dən də az) mane olan temperatur inversiyasını yaradır. Elə buna görə də, bu səhra Yer kürəsinin ən quraq yeri hesab olunur. Atakama səhrası orta hündürlüyü 610 metrə çatan dağlıq və təpəlik ərazilərdən ibarətdir. Daşlı, qumlu səhradır. Səhranın uzunluğu 960 km-ə çatır. Sahilində yanvar ayının orta temperaturu — 19 - 20 °C, iyul ayında isə 13 - 14 °C təşkil edir.
Anarsia
Meyvə güvəsi (lat. Anarsia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin çökəkqanadlılar fəsiləsinə aid heyvan cinsi.
Taksi
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili. Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
Artaksias I
I Artaşes (yun. Άρταξίας, lat. Artaxias; bilinmir – təq. e.ə. 160) — Ermənistan Krallığının dövlət xadimi.
II Artaksias
II Arşak və ya Arsuk (gürc. არშაკ/არსუკ; ən tezi e.ə. 33 və ən geci e.ə. 30 – ən tezi e.ə. 3 və ən geci 1), latındilli mənbələrdə Artaksias — e.ə. I əsrdə İberiya çarı. Farnavazianlar sülaləsinə mənsub olmuşdur. O, öz hakimiyyətini Romaya münasibətdə müstəqilliyinin təsdiqi və ölkənin daxili işlərinin həlli ilə əsaslandırmışdır. Buna baxmayaraq, onun tənəzzülünə səbəb olan məhz Roma imperiyası və onun erməni müttəfiqləri ilə pis münasibətləri olmuşdur. == Mənşəyi == Gələcək kral Arşak II Mirianın yeganə oğlu olmuşdur.
I Artaksias
I Artaksias yaxud Arşak — erməni əsilli İberiya çarı. Parnajoma üsyan edən əyanlar tərəfindən İberiya taxtına oturdulmuşdu. Hakimiyyət dövrü sakit keçmiş, Cavaxeti bölgəsindəki Tsunda qalasını möhkəmlətmişdi. Yerinə oğlu Artuş keçdi.
Xalis Ataksor
Mayor Xalis bəy və ya Kor Xalis kimi də tanınır (1876, Aydın – 8 avqust 1933, Uşak) — Çanaqqala və İstiqlal Müharibəsi qazisi. Atası; baş dəftər katibi Ahmet Muhtar Əfəndi (Hamlacı Muhtar) ; Anası Germiyanoğullarından Həvva Naime; həyat yoldaşı Zekiye Ataksor. == Məktəb dönəmi == Halis bəy 1876-cı ildə Aydında anadan olub. Kütahyaya kiçik yaşlarında böyük kitabın katibi olan atası Əhməd Muhtar Əfəndinin təyin edilməsi nəticəsində gəldi. İbtidai təhsilini 1881-ci ildə daxil olduğu Kupecik məhəllə məktəbində tamamladı. 1885 - 1888 arasında Kütahya liseyində oxudu. Məzun olduqdan sonra Fransız dilini öyrənməyə başladı. 1889-cu ildə yeni açılan İdadi məktəbinə başladı. 1893-cü ildə Kütahya Liva Şurasının rəhbərliyinə seçildi və Bursa Dövlət Xidməti Liseyinə başladı. 1896-cı ildə İdadi sertifikatının 6.
Anarsia lineatella
Zolaqlı meyvə güvəsi (lat. Anarsia lineatella) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin çökəkqanadlılar fəsiləsinin meyvə güvəsi cinsinə aid heyvan növü. == Xarici quruluşu == Kəpənəyin qanadlarının açılmış halda ölçüsü 11–14 mm-dir. Ön qanadları açıq boz rəngdədir. Yumurtaları oval formada olub sarıdır. Yaşıl tırtılların uzunluğu 8–12 mm, oxlov formasında olub çəhrayı, pupun uzunluğu 6–7 mm olub, qəhvəyi-sarı rəngdədir. == Həyat tərzi == Zolaqlı meyvə güvəsi ikinci yaş tırtıl mərhələsində cavan zoğların qabığı altında qışlayır. Yazda, aprel ayının ikinci yarısında zərərvericinin ikinci nəslinin tırtılları qışlama yerlərindən çıxaraq, tumurcuq, çiçək və təzəcə açılmış yarpaqlarla qidalanırlar. Tırtılların inkişafı may ayının 15-dək çəkir. Puplaşma yetişmiş meyvələrin içərisində gedir.
Taksim Meydanı
Taksim meydanı — İstanbulun Bəyoğlu səmtində yerləşən Taksim Meydanı İstanbul şəhərinin ən məşhur məkanlarından biridir. Restoranları, mağazaları, otelləri, əyləncə və mədəniyyət məkanları ilə İstanbulun ən böyük turizm mərkəzlərindən biridir. Cümhuriyyət dövründə meydana çevrilən Taksim meydanı bir çox siyasi və ictimai tədbirlərə də ev sahibliyi etdi. Meydandakı trafiki qismən yerə endirən Taksim Piyadalaşma Layihəsi 2013-cü ildə qismən tamamlandı. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən 2020-ci ilin fevral ayında başlayan beynəlxalq dizayn yarışmasında İstanbulluların səsverməsi ilə birinci olacaq layihəyə görə Taksim Meydanının yenidən təşkil edilməsinə qərar verilmişdir. == Meydanın xüsusiyyətləri == Taksimi bir istiqamət olaraq təyin etmək mümkün deyil. Onu daha çox meydan və onu əhatə edən tikililər toplusu kimi görmək daha düzgündür. Meydana çevrilməmişdən əvvəl köhnə evlər düzülmüş dar bir ərazi olan ərazi genişləndirilərək meydana çevrildikdən sonra zamanla indiki simasını aldı. Meydanın ortasındakı Cümhuriyyət Abidəsi milli günlərdə təkcə tədbir məkanı kimi istifadə edilmir, həm də İstiqlal küçəsi və ətraflarında vaxt keçirməyə gələnlərin görüş yeri kimi də xidmət edir. Taksim meydanının başlanğıcından Tünel meydanına qədər Nostalji tramvay hərəkət edir.
Taksin Çinnavat
Taksin Çinnavat (tay ทักษิณ ชินวัตร ; 26 iyul 1949[…]) — Tailand iş adamı, siyasətçi və ziyarətçi professorudur. 2001-ci ildən 2006-cı ilədək Taylandın Baş naziri vəzifəsində çalışmışdır. Hakimiyyətdən kənarlaşdırıldıqdan sonra 2008-ci ildə korrupsiyada günahkar bilinir və hazırda özünü sürgündə yaşayır. Thaksin 1987-ci ildə mobil telefon operatoru Advanced Info Service və İT və telekommunikasiya konqlomeratı Shin Corporation şirkətini qurdu və nəticədə onu Taylandın ən varlı adamlarından biri etdi. O, 1998-ci ildə Tay Rak Tayland Partiyasını (TRT) qurdu və sürüşkən bir seçki qələbəsindən sonra 2001-ci ildə Baş Nazir oldu. Tamamilə vəzifə tutan ilk demokratik yolla seçilmiş Baş nazir və 2005-ci ildə yenidən seçildi. böyük əksəriyyəti. Taksin 2500-dən çox insanın öldüyü "narkotiklərə qarşı müharibə" elan etdi. Thaksin hökuməti yoxsulluğu azaltmaq, infrastrukturu genişləndirmək, kiçik və orta sahibkarlığı təşviq etmək və ümumdünya səhiyyə əhatə dairəsini genişləndirmək üçün proqramlara başlamışdır. Thaksin, müsəlman cənub əyalətlərində separatçı üsyanlara qarşı güclü silahlı bir yanaşma etdi.
Taksit kartı
Taksit Kart — plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Azərbaycan bankları 2012-ci ildən etibarən taksit kart sistemini tətbiq etməyə başlayıblar. Hal-hazırda 5 bank sistemi tətbiq etməkdədir. 2014-cü ilə qədər sistemi tətbiq edəcək bankların sayının 10 olacağı proqnozlaşdırılır.
Atakişi bəy Mərdanbəyov
Atakişi bəy Mərdan bəy oğlu Mərdanbəyov (1825-1881) —çar ordusunun zabiti == Həyatı == Atakişi bəy Mərdan bəy oğlu 1825-ci ildə Qarabağın Qaraçorlu mahalının Əliyanlı camaatının Qalalı kəndində olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. 1 may 1845-ci ildə çar ordusunda, Zaqafqaziya Müsəlman Atlı alayında xidmətə başlamışdı. 23 fevral 1851-ci ildə çarın Leyb-qvardiyasına daxil edilmişdi. 12 dekabr 1852-ci ildə vəkil rütbəsi almışdı. 1849-cu ilin 27 maydan 9 sentyabradək macarların qiyamının yatırılmasında iştirak etmişdi. Georgi lentli gümüş medalla təltif olunmuşdu. Atakişi bəy Mərdanbəyov praporşik rütbəsi almışdı. 1863-cü ilə bağlı qaynaqda kornet rütbəsi daşıdığı haqda bilgi var. Ordudan tərxis olduqdan sonra doğma kəndinə qayıtmışdı.
Salar de Atakama
Salar de Atakama (isp. Salar de Atacama) — Cənubi Amerikada, Çili ərazisində yerləşən şoranlıq. Atakama səhrasının cənubunda, hər tərəfdən dağlarla əhatə olunan ərazidə yerləşir. Ən yaxın şəhər San Pedro de Atacama 55 km şimalda yerləşir. Şərqdə And dağları, qərbdən isə Kordilyer-Domeyka dağ sistemi ilə ilə əhatələnir. Ərazidə bir neçə vulkan yerləşir: Liankabur, Akamaraçi, Aquas-Kaltentes və Çilinin ən aktiv vulkanı Laskar. Onların çoxu şoranlığın şərqində yerləşir. == Təsviri == Salar de Atakama 3 min. km² əraziyə, 100 km uzunluğa, 80 km enə malikdir. Bu göstəriciyə görə Boliviyada yerləşən Uyuni şoranlığından (10 582 km²) və Argentinada Salinas Qrandesdən sonra (6 000 km²) üçüncüdür.
Ailə atası
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır.Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Ayeşa Takia
Ayeşa Takia (d. 10 aprel 1986) — hind aktrisası və modeli. == Həyatı == 10 aprel 1986-cı ildə Mumbay şəhərində anadan olmuşdur. İlk filmə 2004-cü ildə çəkilib. Bir bacısı var. Ayeşa Takia müqəddəs Antoni Cembur məktəbində təhsil alıb. Atası milliyyətcə qucaratlıdır. Anasının yarı tərəfi ingilis, yarı tərəfi marathalıdır. Ailəlidir.
Taksa-Sena
Taksa-Sena (fr. Taxat-Senat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03278. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 227 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 120 nəfər (15–64 yaş) arasında 96 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 80,0%, 1999-cu ildə 63,4%) idi. Fəal olan 96 nəfərdən 92 nəfər (49 kişi və 43 qadın), 4 nəfər işsiz (1 kişi və 3 qadın) idi. Aktiv olmayan 24 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == "Milli Statistika İnstitutu — Taksa-Sena" (fransız).
Taksi (dəqiqləşdirmə)
Taksi
Taksi (film)
Taksi (fr. Taxi) — kinokomediya, döyüş, macəra və detektiv janrlarını özündə ehtiva edən fransız filmidir. Dünya üzrə 200 mln dollar gəlir gətirməklə, Fransanın ən uğurlu filmlərindən biri hesab edilir. Çəkiliş studiyaları ARP, TF1 Films Productions, Le Studio Canal+, Cofimage 9, Studio Image 4, EuropaCorp (Aktyor) olmuşdur. == Süjet == Hadisələr Marseldə cərəyan edir. Filmdə Pizza kuryeri işindən çıxmış və taksi fəaliyyəti ilə məşğul olmağa başlayan gənc oğlan Danieldən bəhs edilir. Daniel və Emilyen bankları asanlıqda qarət edən "Mersedesdə (Mercedes-Benz E-klass— (W124) — model 500E. avtomobil 5 litrlik V8 tipli mühərriklə təchiz edilmişdir) gəzən" alman mütəşəkkil cinayət dəstəsini tutmağa çalışırlar. Nəhayət, Danielin sayəsində, bu, onlara nəsib olur.
Taksi 2
Taksi 2, Gérard Krawczykin rejissoru olduğu 2000-ci il istehsalı Fransız komediya və aksiyon filmidir. == Mövzusu == Marsel şəhərindəki bir taksi sürücüsü Danielə həmin şəhərdə olan bir yapon nazirin sürücüsü olmaq və ona şəhəri göstərmək tapşırılır. Ancaq səyahət zamanı idarəolunmaz hadisələr onu bir yapon yakuza dəstəsinin arxasınca getmək üçün polislə əməkdaşlığa məcbur edir.
Taksi 3
Taksi 3, Gérard Krawczykin rejissoru olduğu 2003-cü ildə ekranlara çıxmış Fransız komediya və döyüş filmidir. Sylvester Stallone filmin qonağı olmuşdur. == Mövzusu == Daniel və Marsel polisinin şən bir qrupu başqa bir macəraya başlamaq üçün yığışır. Bu dəfə Şaxta baba geyimində gəzən Şaxta baba dəstəsi qovulur. Beləliklə, Emilie yenə də tamamilə dəyişdirilmiş Peugeot 406 ilə cinayətkarları ədalət mühakiməsinə çıxarmaq vəzifəsini Daniel üzərinə qoyur. Marseldən Tignesə, Cannebieredən xizək sürmə yamaclarına kimi onlar birlikdə hərəkət edirlər.
Taksi 4
Taksi 4 (T4xi olaraq da adlandırılır), Gérard Krawczykin rejissoru olduğu 2007-ci ildə istehsal olunmuş Fransız komediya filmidir. Ssenarisi Luc Bessona məxsus film, 2003-cü ildə buraxılmış Fransız döyüş/komediya filmi olan Taksi 3-ün davamıdır. Serianın digər filmlərində olduğu kimi Samy Naceri də "Daniel Morales" taksi sürücüsünü canlandırır, lakin bu dəfə maşını Peugeot 407-dir. Frédéric Diefenthal "Émilien Coutant-Kerbalec", Jean-Christophe Bouvet "General Bertineau" rolunu oynayır. Filmdə ayrıca Fransız futbolçu Djibril Cissé də rol alır, Bernard Farcy, Emma Sjöberg də filmdə iştirak edirlər. == Mövzusu == Komissar Gilbert adi bir otel təmizləyicisinin terrorçu olduğunu və məşhur futbolçu Cibril Sissenin qanunsuz bir mühacir olduğunu düşünmüşdür. Belçikalı bir cinayətkar Afrikaya göndərilmədən əvvəl 24 saat müddətində Marsel polisində nəzarətdə saxlanılır. Emilien o qədər sadəlövh bir polisdir ki, oğru bunu dərk edərək asanlıqla Emilieni günahsız bir insan olduğuna inandırır.
Yandex.Taksi
Yandex.Taxi — Rusiya, MDB, Şərqi Avropa, Afrika və Yaxın Şərqdə sürücülük və qida texnologiyası sahəsində ixtisaslaşmış Rusiyanın İT şirkəti Yandex tərəfindən hazırlanmış və taksi sifarişinə xüsusi önəm verən bir tətbiqdir. Yandex.Taxi Rusiya, Belarusiya, Moldova, Ermənistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Latviya, Estoniya, Litva, Serbiya, İsrail, Fil Dişi Sahili, Finlandiya, Qana və Rumıniyanın 300-dən çox böyük şəhərində aktiv şəkildə fəaliyyət göstərir. Son beş ölkədə Yango adlı bir marka altında fəaliyyət göstərir. Xidmət yarandığı gündən bəri 36 milyondan çox insan tərəfindən istifadə edilmişdir. 2018-ci ilin sentyabr ayından sistemdə 700 mindən çox sürücü qeydiyyatdan keçib.Yandex.Taxi 2018-ci ilin dekabr ayından etibarən qida çatdırılması üçün Rusiyada Yandex Eats adı altında istifadəçilərə xidmət göstərir. == Tarix == Yandex.Taxi ilk dəfə 2011-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində 11 taksi dayanacağı və 1000 sürücüsü ilə fəaliyyətə başladı.Xidmət ilk dəfə işə salındıqda Android və iOS telefonları üçün mobil tətbiq kimi təqdim edildi və vebsayt 28 iyun 2012-ci ildə istifadəyə verildi. 2012-ci ildən etibarən Yandex.Taxi özü tərəfindən edilən taksi zəngləri üçün komissiya almağa başladı. Tigran Khudaverdyan, Yandex.Taxi xidmətini 2014-cü ildə öz üzərinə götürdü. 2015-ci ilin dekabrında Yandex.Taxi ayrıca bir şirkət olaraq qurulduqda şirkətin cavabdehi oldu. Yandex.Taxi, 2017-ci ilin iyun ayında avtonom avtomobil texnologiyası üzərində işlərini göstərən bir video yayımladı.
Taksi 5
"Taksi 5" (fr. Taxi 5) — Frank Qastambid tərəfindən yaradılan komediya filmi. Filmin premyerası 12 aprel 2018-ci ildə baş tutub. Rusiyada filmin sərbəst buraxılması 10 May 2018-ci ildə baş tutub. == Süjet == Film əvvəlki filmin (Taksi 4) hadisələrindən 10 il sonra baş verir. Paris Polis müfəttişi Silven Maro Fransanın paytaxtının ən yaxşı polis müfəttişlərindən biri hesab olunur və istənilən cinayətkarı tuta bilir. O, xüsusi qüvvələrdə xidmət etmək arzusundadır, lakin tapşırıqlarından biri zamanı onu Paris bələdiyyə başçısını həyat yoldaşı ilə birlikdə görürlər və rəhbərlik Maronu Marselin bələdiyyə polis bölməsinə yollayır. Köhnə polis işçisi, indi isə Marselin bələdiyyə sədri olan Gibert, Silvenə Ferrarilərlə şəhəri alt-üst edən cinayətkar dəstənin qarşısını almağı tapşırır. O, bu işin öhdəsindən layiqincə gəlmək üçün əfsanəvi taksi sürücüsü olan Danielin qardaşı oğlu Ediyə müraciət edir . == Rollarda == Frank Qastambid — polis müfəttişi Silven Maro Malik Bentlaxa — taksist Eddi Makluf, Danielin qardaşı Sabrina Uazani — Samia Makluf, Danielin bacısı Bernar Farsi — Marselin bələdiyyə başçısı Eudar Montut — polis müfəttişi Alen Trezor, Emilin dostu Ramzi Beida — Raşid Salvador Espozito — Toni Doq Anuar Tubalu — Mişel Petruçiani == Davamı == Frank Qastambid "Daxildə 50 dəqiqə"yə müsahibəsində bildirib ki, əgər "Taksi 5" yaxşı gəlir əldə etsə, onun növbəti işi "Taksi 6" olacaq.
Taksim (İstanbul metropoliteni)
Taksim metrostansiyası (türk. Taksim metro istasyonu) — İstanbulun ən populyar meydanı olan Taksim meydanı altında yerləşən, M2 və F1 xəttlərində yerləşən stansiya. İstanbulun ən çox izdihamlı metro stansiyasıdır. Günün pik saatlarından asılı olaraq, anbardan boş nəqliyyat vasitələri Taksim stansiyasından 4.5 ilə 9 dəqiqəlik aralıqlarla gedirlər. Hər gün 394 reys qəbul edən stansiya günlük xəttdən istifadə edən 195 min sərnişinin böyük bir hissəsini qəbul edir. Taksim stansiyasının ikinci mərtəbəsində, yer səviyyəsindən 23.5 metr yüksəklikdə olan və dörd mərtəbədən ibarət olan Taksim-Kabataş funikulyor xətti üçün bir ötürmə stansiyası da yerləşir. == Tarixçə == Adı çəkilən marşrut üzrə metro xəttinin inşası üçün ilk konkret addım 7 mart 1992-ci il tarixində Garanti Koza-Enka-Doğuş müştərək müəssisələrinə xəttin inşası yolu ilə dövrün dəyərləri 757.882.080.574 TL tender yolu ilə həyata keçirilmişdir. İlk tender Taksim-4-cü Levent ərazisini əhatə edən xəttin Taksim-Şişli ətəyindən ibarət ilk üç stansiyanın inşası üçün tikilmişdir. Stansiyanın təməli 19 avqust 1992-ci ildə qoyuldu və 12 iyun 1994-cü ildə Şişli tunelinə bağlandı. Satın alınan nəqliyyat vasitələri ilk dəfə yüklənmiş, bütün xətt başa çatdıqdan sonra 11 yanvar 1999 tarixində, bundan sonra ilk sınaq 25 mart 1999-cu ildə həyata keçirildi.