Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağyanaq susüpürən
Ağyanaq susüpürən (lat. Sterna repressa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Alanağ (Bostanabad)
Alanağ (fars. الانق‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,434 nəfər yaşayır (954 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin Mehranrud kəndistanında, Bostanabad qəsəbəsindən 22 km şimal-qərbdə, Təbriz-Bostanabad avtomobil yolunun 10 kilometrliyindədir.
Ağyanaq bataqlıq susüpürəni
Ağyanaq bataqlıq susüpürəni (lat. Chlidonias hybrida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin bataqlıq susüpürəni cinsinə aid heyvan növü. == Görünüşü == 24–28 sm uzunluğuna malik olurlar. Qanadları arasındakə məsafə 63 sm-ə qədərdir. Çütləşmə dönəmində sinəsi boz rəngdə olur. Başında qara "qapaq" olduğu halda yanaqları və quyruq lələkləri ağ rəngdədir. Dimdik və pəncələri qırmızıdır. == Yayılması == Ağyanaq bataqlıq susüpürəni Avropanın və Ön asiyanın su turtarları ətrafında yayılırlar. Şimalda Aral dənizi və Xəzər dənizi, Qara dəniz, cənubda Pakistan və Ərəbistan yarımadasına qədər ki ərazidə yayılırlar. Avropada Belarus, Ukraynanın cənubu, Albaniya, Türkiyə, Yunanıstanın şimalı, Rumıniya, Bolqarıstan, İspaniya, Fransanın cənubu və qərbi, İtaliyanın Po çayı sahillərində görülür.