Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Life is Strange
Life Is Strange (azərb. Həyat qəribədir‎) — Fransanın Dontnod Entertainment şirkəti tərəfindən hazırlanan və Square Enix tərəfindən Linux, Microsoft Windows, OS X, PlayStation 3, PlayStation 4, Xbox One və Xbox 360 platformaları üçün nəşr edilən interaktiv macəra oyunudur. Videooyun 5 hissədən ibarət olub, 2015-ci il boyunca periodik olaraq yayımlanmışdır. Oyunun əsas mövzusu 18 yaşlı tələbə-fotoqraf Maks Kolfildin (ing. Max Caulfield) zamanda səyahət edə bilməsini kəşf etməsindən və aldığı hər bir qərarın Kəpənək effekti yaratmasından təşkil olunmuşdur. Yaşadığı şəhərə (Arkediya Bey) yaxınlaşan böyük fırtınanı öngörən Maks, şəhərin yox olmasının qarşısını almaq üçün məsuliyyəti üzərinə götürür. Oyunçunun oyun boyunca aldığı qərarlar oyunun gedişatına təsir edir və müəyyən vaxt müddətində alınan qərarların yenidən dəyişdirilməsi üçün oyunçuya zamanı geriyə almaq haqqı verilir. Life is Strange-in hazırlanmasına 2013-cü ilin aprel ayından başlanmışdır. Maliyyə problemləri səbəbindən oyun epizodik formatda hazırlanmışdır. 2015-ci ilin may ayında oyunçulara təqdim olunan videooyun personajların fərqliliyinə görə, zamanı geriyə alma mexanizminə görə və eyni zamanda oyunun ssenarisində cinsi bərabərlik, homoseksualizm kimi müxtəlif dünya ölkələrində tabu ola biləcək mövzulara toxunulduğuna görə tənqidçilər tərəfindən əsasən müsbət rəylər almışdır.
Kenzo Tanqe
Kenzo Tanqe (yap. 丹下健三; 4 sentyabr 1913[…], Sakay[d], Yaponiya imperiyası – 22 mart 2005[…], Minato) — Yaponiyalı memar. Kenzo Tanqe XX əsrin ən önəmli memarlarından biri hesab olunur. Belə ki, yapon memarı Modernizm cərəyanı ilə ənənəvi yapon memarlığını birləşdirərək özünə məxsus yeni arxitektur cərəyan yaratmışdır. Memar tərəfindən layihələndirilən tikililər dünyanın beş qitəsində ucaldılmışdır. Eyni zamanda Kenzo Tanqe memarlıq sahəsinin ən nüfuzlu mükafatlarından olan Pritsker mükafatının 1987-ci ildə qalibi olmuşdur. == Həyatı == Kenzo Tanqe 1913-cü ilin 4 sentyabr tarixində Yaponiyanın Osaka prefekturasının Sakayi şəhərində dünyaya gəlir. Atası bank işçisi olduğu üçün ailə o dövrdə Çin Respublikasının təkribində yer alan Vuhan şəhərində yaşayırdı. İş səbəbindən ailə müxtəlif vaxtlarda Şanxay və İngiltərə köçməli olur. 1920-ci ildə isə Kenzo Tanqe ailəsi ilə birlikdə yenidən Yaponiyaya qayıdır.