STRANGE

adj 1. tanınmayan, tanış olmayan, naməlum, yad, özgə; a ~ voice naməlum səs; a ~ place yad yer; a ~ man yad adam; a ~ face tanış olmayan sifət; 2. qəribə, qeyri-adi; a ~ man qəribə adam; ~ behaviour qeyri-adi davranış; to wear ~ clothes qəribə paltar geymək; It’s a strange thing /story Bu qəribə şeydir / əhvalatdır; 3. alışılmamış, adət edilməmiş, məlum / tanış olmayan; I’m strange to the job Mən bu işlə tanış deyiləm

STRAND
STRANGER
OBASTAN VİKİ
Life is Strange
Life Is Strange (azərb. Həyat qəribədir‎) — Fransanın Dontnod Entertainment şirkəti tərəfindən hazırlanan və Square Enix tərəfindən Linux, Microsoft Windows, OS X, PlayStation 3, PlayStation 4, Xbox One, Xbox 360, iOS və Android platformaları üçün buraxılan epizodik macəra oyunu. Videooyun 5 hissədən ibarət olub, 2015-ci il boyunca periodik olaraq yayımlanmışdır. Oyunun baş qəhrəmanı olan 18 yaşlı fotoqrafiya tələbəsi Maks Kolfild (ing. Max Caulfield) zamanı geriyə çəkmək bacarığına malikdir. Bu unikal güc sayəsində o, əvvəlki qərarlarını və onun nəticələrini dəyişə bilir. Oreqon ştatındakı “Arcadia Bay” adlı dənizkənarı şəhərdə yaşayan Maks, uşaqlıq dostu Kloi ilə yenidən bir araya gəlir. Onlar birlikdə müəmmalı şəkildə itkin düşən başqa bir tələbə yoldaşı Reyçel Emberin başına nə gəldiyini öyrənməyə çalışırlar. Cavab axtararkən Maks həm də şəhəri yerlə-yeksan edəcək tornado ilə bağlı təkrarlanan görüntülər də görür. Ona aydın olur ki, şəhəri yaxınlaşan fəlakətdən xilas edə biləcək yeganə şəxs odur və o, şəhərin son ümididir.
Song Machine, Season One: Strange Timez
Song Machine, Season One: Strange Timez — Böyük Britaniya virtual musiqi qrupu Gorillaz-ın yeddinci studiya albomu. 23 oktyabr 2020-ci ildə Parlophone və Warner Records tərəfindən buraxılıb.
Stranger In Moscow
Stranger In Moscow – Maykl Ceksonun HIStory: Past, Present and Future, Book I albomundan çıxardığı beşinci və axırıncı sinql. Mahnı Epic Records şirkəti tərəfindən 1996 – cı ildə yayımlanmışdır.Mahnı əvvəlcə Avropada, daha sonra isə ABŞ-də yayımlanmışdır. Mayklın böyük uğur qazanan mahnı, bir çox Avropa ölkələrində birinciliyi əldə etmişdir. Maykl Cekson mahnını Moskva şəhərində bəstələmişdir. Belə ki, Maykl bu mahnıda Dangerous World Tour çərçivəsində Moskvada yerləşdiyi otel otağında ikən düşündüklərini qələmə almışdır. Qeyd edək ki, bu səfəri zamanı Moskvada Rusiya dövlət orqanları tərəfindən Maykla qarşı hörmətsizliklər edilmiş və Moskvadan ayrılarkən Maykl bir daha Moskvaya dönməyəcəyinə söz vermişdir. Mahnının klipi də olduqca uğurlu alınmışdır. Belə ki, ağ-qara şəkildə çəkilən klipdə Maykldan başqa hər şey çox yavaş hərəkət edir və xüsusi effekt yaradır. Beləliklə də mahnının musiqisi və sözlərindəki məna dolğun şəkildə tamaşaçıya çatdırılır.
Strangers By Night
Strangers By Night (azərb. Naməlum gecədə‎) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilmişdir.
Strangers In The Night
Strangers in the Night — 1966-cı ildə Frenk Sinatranın ifası sayəsində məşhurluq qazanan mahnı. İddiaya görə mahnının orijinal musiqisi məşhur yuqoslav müğənnisi İvo Robiç tərəfindən bəstələnmiş və onun Yuqoslaviyada keçirilən bir musiqi yarışmasındakı uğursuz çıxışından sonra musiqinin müəlliflik hüquqları Bert Kempfertə satılmışdır. Sonradan orijinal musiqinin üstündə bəstəkar Bert Kempfert işləyərək onu Sinatranın ifası üçün hazırlamış, Çarlz Sinqlton və Eddi Snayder isə mahnıya ingilis dilində sözlər yazmışlar. Mahnı Billboard Hot 100 və Easy Listening hit paradlarında birinci yerə qədər yüksəlmişdir. Mahnı həmçinin UK Singles Chartda da yuxarı pillələrdə olmuşdur. Frenk Sinatra 1966-cı ildə çıxardığı albomunu da bu mahnının adı ilə Strangers in the Night adlandırmışdır. Həmin albom Sinatranın ən çox nüsxə ilə satılan albomu olmuşdur. Mahnı Frenk Sinatra üçün çox böyük uğurlar gətirmişdir. Belə ki, o, bu mahnıya görə 1967-ci il Qremi Mükafatlandırması zamanı iki kateqoriyada "İlin Ən Yaxşı Pop Vokal Müğənnisi" və "İlin Ən Yaxşı Səs Yazısı" kateqoriyalarında mükafat əldə etmişdir. Mahnının sonunda Frenk Sinatra ən çox yadda qalan və sevilən imitasiyasını (doo-be-doo-be-doo) etmiş və mahnını özünməxsus şəkildə bu cür tamamlamışdır.
Stranger in the Alps
Stranger in the Alps — ABŞ müğənnisi Fibi Bricersin debüt studiya albomu. 22 sentyabr 2017-ci ildə Dead Oceans tərəfindən buraxılıb.