Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Banşi
Banşi (ing. Banshee) - İrland folklorunun personajı. Azərbaycan folklorunda bayquşla müqayisə oluna bilər. Evlərin pəncərəsi qarşısında oturan xəyali qadın obrazıdır. İnanclara görə, hansı evin qarşısında ağlayarsa, o evdə müsibət və ölüm-itim olur. İrlandların inanclarına görə Başinin səsi eşidilən evdə tezliklə bir nəfərin ölüm xəbəri gəlməli idi. Digər bir inanca görə Banşi sadəcə təmiz irland qanına sahib insanların evlərinə gəlməkdədir. Şotland yazıçı Valter Skott tərəfindən 1830-cu ildə yazılmış Demonologiya və Cadugərliklə bağlı yazılar (ing. Letters on Demonology and Witchcraft) əsərində Şimali Şotlandiyada yaşayan insanlarda Banşi inancının güclü olduğunu qeyd etmişdir.
Balsin
Balsin (fars. بالسين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Tircayı kəndistanında, Türkman qəsəbəsindən 19 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,323 nəfər yaşayır (328 ailə).
Banduk
Banduk (çeç. БӀен-дукъ; çeçen. bIо — «qoşun» + duk— «silsilə» sözlərindən) — Çeçenistan Respublikasının Şatoy rayonunda dağ zirvəsi. == Haqqında == Dəniz səviyyəsindən hündürlüyü 1359 metrdir. Banduk dağı dəniz səviyyəsindən 1342 metr yüksəkliklərdə, yaxud da ətraf ərazidən 306 metr hündürlükdə yerləşir. Ətəyində dağın eni 4,5 km-dir. Ən yaxın yaşayış məntəqələri: Zona, Yarış-Mardı, Daçu-Borzoy, Ulus-Kert, Şatoy. Banduk dağı ətrafındakı ərazilər şimal-qərbə doğru təpəlik, cənub-şərqə doğru dağlıqdır. Rayonun ən yüksək zirvəsi Banduk silsiləsidir. Dəniz səviyyəsindən hündürlüyü 1771 metrdir.
Bankir
Bank (fr. Banque) — fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status baxımından hüquqi şəxsdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə sərrafxana (صرافخانه) adlandırılmışdır.Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır.Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Bank halidən əmanət qəbul edir və eyni zamanda kreditlər verərkən tələb olunan depozit yaradır. Kredit fəaliyyəti birbaşa bank tərəfindən və ya dolayısı ilə kapital bazarları vasitəsilə həyata keçirilə bilər. Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər. Bank sistemi pul vəsaitlərinin mərkəzləşməsini və onların borc kapitalına çevrilməsini tənzimləyir. == Tarix == Qədim Babildə, Misirdə, Yunanıstanda bank fəaliyyətinin olduğu etibarlı tarixi qaynaqlardan məlumdur.
Banksia
Banksiya (lat. Banksia) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Banksia aculeata A.S.George Banksia aemula R.Br. Banksia aquilonia (A.S.George) A.S.George Banksia ashbyi Baker f. Banksia attenuata R.Br. Banksia audax C.A.Gardner Banksia baueri R.Br. Banksia baxteri R.Br. Banksia benthamiana C.A.Gardner Banksia blechnifolia F.Muell. Banksia brevidentata (A.S.George) K.R.Thiele Banksia brownii Baxter ex R.Br. Accepted Banksia burdettii Baker f. Banksia caleyi R.Br.
Banyak
Banyak (ind. Pulau Banyak) — İndoneziyada yerləşən adalar qrupu. Hind okeanının şərqində, Summatra adasının qərbində, Simeulue və Nias adaları arasında yerləşir. Qrupa 99 ada daxildir. Adalarıln sahəsi 319 km²-dir. Əhalisi - 6050 nəfər (2007). Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. 2005-ci ilkin martında Simeulue və Nias adaları arasında güçlü zəlzələ nəticəsində meydana gələn sunami sahil zolağındaki yaşayış məntəqələrini yer üzündən silmişdir.
Barlık
Abidələrin 4-ü də Barlık çayı sahilində D.A.Klements tərəfindən tapılıb və ilk dəfə V.V.Radlov tərəfindən nəşr edilib. 1-ci abidə hündürlüyü 171, eni 56, qalınlığı 5 sm. olan qırmızı qum daşının Şərq tərəfində yazılmış 3, 2-ci abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 3-cü abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 4-cü abidə isə uzunluğu 92, eni 68 sm. olan daşın üzərində yazılmış 3 sətirdən ibarətdir. 4-cü abidənin daşı çox aşındığı üçün yazının bəzi yerləri pozulub. 2-ci və 3-cü abidədə yarımdairə və xaç şəkilli damğalar da var.
Başsız
Başsız (Eçmiədzin)
Bendik
Bendik (erm. Բենդիկ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Şamlıq şəhəri və Axtala kəndi ilə birlikdə "Şamlıq bələdiyyəsi"ni (erm. Շամլուղի քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 101 nəfərdir.
Danzik
Danzik və ya Yuxarı və Aşağı Danzik— Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun tərkibində kənd. == Mənbə == Danzik GEOnet Names Server-də.
Kandık
Eritronium cinsi yunancadan tərcümədə "qırmızı" deməkdir. "Kandık" isə soğanağının formasının it dişinə oxşadığına görə (lat. canis- it deməkdir) adlandırılmışdır. Bitkilər yabanı halda Cənubi Avropada, Qafqazda, Asiyada və Şimali Amerikanın mülayim iqlimli rayonlarında bitir. Onların gülçülükdə 15 növündən istifadə olunur və 2 növ bağ forması xüsusilə geniş yayılmışdır: Sibir eritroniumu (E. sibiricum) yarpaqlarında qırmızı-qonur xalları olan çoxillik bitkidir. Çiçəkləri sallaq, tək, bənövşəyi - çəhrayı, bəzən ağ rənglidir. Avropa eritroniumu (İt dişi) (E. denscanis) hündürlüyü 30 sm, çəhrayı gövdəli və yarpaqlarında al-qırmızı xalları olan bitkidir. Çiçəkləri çəhrayı, bənövşəyi, bəzən ağdır. Kandık yarımkölgəli, daşlıq yerlərdə yaxşı bitir. Yüngül, nəm torpaqlar yararlıdır.
Lansia
Lancia , Vincenzo Lancia tərəfindən 1906-cı ildə qurulan İtalyan avtomobil istehsalçısı, 1969-dan bəri Fiat qrupunun bir parçasıdır.
Yaksik
Yaksisk (xanqıl: 약식) və ya yakpap (xanqıl: 약밥) - koreya mətbəxinə məxsus şirniyyatdır. Şirniyyata qoz, şabalıd və s. əlavə edilir. == Tərkibi == Şirniyatın tərkibinə bal, şəkər, dad verici vanil, yağ, sous və xurmada əlavə edilir. Ənənəvi olaraq yaksik "çonvol-deborm" (xanqıl: 정월대보름) bir yerdə serviz edilir. Bu şirniyyat əsasən yeni ildə, toylarda, ad günlərində və xüsusi ziyafətlərdə təqdim olunur. == Adı == Yaksikin hərfi mənası "dərmanlı düyü" və ya "dərmanlı qida" deməkdir. Tərkibində bal olduğu üçün Cosone onu "yak" yəni dərman adlandırırdı. Balın şərabla qarışıq yakçu' (약주), qaynadılmış düyü ilə bal yakkva (약과) adlanır. Digər növləri yakpan (약반), kkulban (kkulbap 꿀밥) və milbap (milbap хангыль: 밀반)-dır.
Dansiq
Qdansk (pol. Gdańsk [ˈgdaɲsk], kaşub Gduńsk, lat. Gedanum, Dantiscum, 1308-ci ildən 1466-cı ilə və 1793-cü ildən 1945-ci ilə qədər Dansiq alm. Danzig‎) adlanmışdır — Şimali Polşada təxminən 500 000 əhalisi olan şəhər. Qonşu Sopot və Qdınya ilə birgə ümumi əhalisi bir milyona yaxın Truymyasto (Üçlü şəhər) aqlomerasiyasına daxildir. Qdansk – Baltik dənizində iri liman, sənaye mərkəzidir (xüsusilə neft-kimya və maşınqayırma (gəmiqayırma və gəmi təmiri sənayesi inkişaf edib) sənayesi). == İqtisadiyyat == Şəhərin sənaye rayonlarında gəmiqayırma, neft-kimya, kimya və qida sənayesi sahələri üstünlük təşkil edir. Elektronika, telekommunikasiya, maşınqayırma, kosmetika və əczaçılıq kimi yüksək texnoloji sektorların payı da durmadan yüksəlir. Kəhrəba emalı da yerli iqtisadiyyatın vacib hissəsidir. Belə ki, dünyada kəhrəba yataqlarının böyük bir hissəsi məhz Baltik dənizi sahillərində yerləşir.
Abnik
Abnik — Rəvan əyalətinin nahiyələrindən biri. == Toponimik izah == Abnik 1590-cı ildə Rəvan əyalətinin nahiyələrindən birinin adı. Orta əsrlərdə Sürməli (bax) mahalının və Sürməli qəzasının qədim adıdır. (Kitabi-Dədə Qorqud eposunun III boyunda Evnik kimidir). XVI əsrə aid hadisələrlə əlaqədar olaraq Anadolunun şərqində Pasin (Basin) yaxınlığında Avnik qalasının adı çəkilir. Qədim türk mənşəli Aban tayfasının adındandır. Avan və Qafan. == Həmçinin bax == Dağlıq Qarabağ Qərbi Azərbaycan == Ədəbiyyat == Budaqov B. Ə. Azərbaycan toponimlərinin problemləri. "Azərbaycan onomastikası probleminə dair". Bakı, 1986.
Antik
Antik və ya əntiq (lat. antikvitas - "qədimlik", "köhnəlik") — ümumi mənada müasir "qədimlik" anlayışına bərabər söz. Lakin elə həmin mənada Qədim Yunanıstan, Qədim Roma və ellin dövlətlərini də bildirir. Normalda hər bir uşaq bunu bilməlidir ki kimsə dəyişib Antik dedikdi tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. X əsrə qədərki dövrü nəzərdə tutulur. Bu dövr XXXI əsrin əvvəllərində fransız dilində qəbul edilmiş və xüsusi bir sənət növünü nəzərdə tutur. İncəsənət tarixində bir çox tədqiqatların ortaya çıxması konsepsiyanın yunan-roma qədimliyinə zəmin yaratmasına gətirib çıxardı . == Ümumi dövrləşmə == Erkən qədimlik ( e.ə. VIII əsr — e.ə.
Atsik
Atsik — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Babsk
Babsk — mərkəzi Polşada kənd.
Balik
Balik — Azərbaycanın İsmayıllı rayonunda kənd. Balik kəndi Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Əhalisi 452 nəfərdir ki onun da 231 nəfəri kişi, 222 nəfəri qadındır.
Banak
Banak — (ing. Bannack) — Amerika Birləşmiş Ştatlarının Montana ştatında yerləşən kabus şəhər. Şəhərin əsası 1862-ci ildə Erasmus Darvin Levet tərəfindən qoyulmuşdur. 1864-cü ildə şəhər ətrafında, qızılın kəşf edilməsi, qızıl həyəcanına səbəb olmuşdur. Şəhərdə üç otel, üç çörək dükanı, üç dəmir emalatxanası, iki bərbərxana və iki ət dükkanı vardı. XIX əsrin ortalarından sonra Montana ştatının ən önəmli şəhərlərindən olan Banakda, bir restoran və üç salonda fəaliyyət göstərirdi. Ətraf ərazilərdə qızıl ehtiyatlarının tükənməsindən sonra, şəhərdə əhalinin sayı sürətlə azalmağa başlamışdır. 1970-ci ildə şəhər tamamilə boşalmış və milli qoruq ərazisi elan edilmişdir.
Aşağı Danzik
Danzik və ya Yuxarı və Aşağı Danzik— Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun tərkibində kənd. == Mənbə == Danzik GEOnet Names Server-də.
Banksia pseudoplumosa
Banksia pseudoplumosa (lat. Banksia pseudoplumosa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Banska-Bistritsa
Bаnskа Bistritsа (slovak. Banská Bystrica, alm. Neusohl‎, mac. Besztercebánya) — Slovakiyanın mərkəzində şəhər. Bаnskа Bistritsа bölgəsinin inzibati mərkəzidir. Əhali 83 min nəfərdir. == Demoqrafiya == 2005-ci ildə şəhərdə yaşayan əhali sayı 81,704 nəfər təşkil etdi.
Banska Bistritsa
Bаnskа Bistritsа (slovak. Banská Bystrica, alm. Neusohl‎, mac. Besztercebánya) — Slovakiyanın mərkəzində şəhər. Bаnskа Bistritsа bölgəsinin inzibati mərkəzidir. Əhali 83 min nəfərdir. == Demoqrafiya == 2005-ci ildə şəhərdə yaşayan əhali sayı 81,704 nəfər təşkil etdi.
Banska Ştyavnisa
Banska Ştyavnisa (slovak. Banská Štiavnica, alm. Schemnitz‎, mac. Selmecbánya) — Slovakiyanın mərkəzində, Ştyavnisa Vrxi dağ massivinin yaxınlığında yerləşir. Əhalisi 11 min nəfərdir. == Tarixi == Banska Ştyavnisada ilk təbii ehtiyatların çıxarılmasına b.e.ə III əsrdə keltlər tərəfindən başlanılmışdır. 1156-ci ildə Banska Ştyavnisa bir şaxtaçı şəhəri olması qeyd edilir. 1217-ci ildə şəhər ətrafında gümüş çıxarılması məlumatı vardır. 1238-ci ildə Banska Ştyavnisa şəhər statusu almışdır. XIII əsrdə Tirol və Saksoniyadan olan kolonistlər tərəfindən məskunlaşılmışdır.