QANSIZ


1. sif. Qanı az olan, zəif, cansız.
// Qanı qaçmış, rəngi qaçmış, solğun.
Qansız dodaqları tərpəndisə də, səs gəlmədi. Çəmənzəminli.

2. zərf Qan tökülmədən, qurban verilmədən.
[Zeynəb:] Azadlıq qansız və qurbansız qazanılmaz. M.S.Ordubadi.

3. məc. Rəhmsiz, mərhəmətsiz, insafsız, mürüvvətsiz, amansız, qəddar.
Nə qansız adamsan, a kişi! Mir Cəlal.

// Qeyrətsiz, şərəfsiz, vicdansız.
[Salman:] Bizi, öz yoldaşlarını, lap açığı, öz qardaşını təhlükədə qoyub qaçar qədər qansız zənn edirsən? C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QANSIZ rəhimsiz — mərhəmətsiz — insafsız — mürüvvətsiz — amansız — qəddar
  • QANSIZ solğun
  • QANSIZ qeyrətsiz — şərəfsiz — vicdansız

Antonimlər (əks mənalı sözlər)

  • QANSIZ QANSIZ – RƏHMLİ Nə qansız adamsan, a kişi! (Mir Cəlal); Pəhləvan cüssəli bu adam çox rəhmli və xoşrəftardır (“Azərbaycan”)

Etimologiya

  • QANSIZ Qansız adamdır deyirik, “qəddar”, “soyuq” mənasını verir. Bu da qan sözünün “isti” anlamı ilə bağlılığını göstərir
QANRILMAQ
QANSIZLAŞDIRILMA
OBASTAN VİKİ
Beyin qansızması
Beyin qansızması və ya Hemorragik insult — qeyri-travmatik beyin qansızması daha çox (60% hallarda) arterial hipertenziyanın fəsadı kimi baş verir. Hipertenziv beyindaxili qansızma başlıca olaraq, beynin perforasiyaedici arteriyaları hövzəsində — bazal nüvələr – (50%), talamus (15%), beynin ağ maddəsi (15%), körpü (10%) və beyincik (10%) hövzəsində lokallaşır. Beyin qansızmasının başqa bir səbəbi aretriovenoz malformasiyanın (AVM) yırtılması və ya kisəli anevrizmadır. AVM zamanı hematomalar əsas baş beyinin ağ maddəsində və ya bazal nüvələrdə lokallaşır. Ahıl yaşlarda əsas səbəb isə amiloid angiopatiyası hesab olunur.

Digər lüğətlərdə