Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bedağar
Bedağar — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bedağar Balakən r-nunun Qazma i.ə.v.-də kənd. Balakən çayının sahilində, Alazan-Həftəran vadisindədir. Oykonim be/bet (avar. "baş", "başlanğıc", "bir qədər yuxarı") və dağar/dahar (azərb. "daşlı, çınqıllı yer") komponentlərindən düzəlib, "daşlı, çınqıllı yüksəklik" mənasındadır. XVIII əsrə aid xəritələrdə Alazan çayının hər iki sahilində Bidiqar adlı yaşayış məntəqəsinin olduğu göstərilir.
Bednota (qəzet)
Bednota — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr edilmiş gündəlik leqal bolşevik qəzeti. 14 sentyabr 1919-cu il tarixindən, həmin ilin 26 oktyabrına qədər fəaliyyət göstərən qəzetin cəmi 30 nömrəsi buraxılmışdır. Qəzetin məsul redaktoru Əliheydər Qarayev olmuş, qəzetdə Bakı fəhlələrinin həyatından, həmkarlar ittifaqları, fəhlə konfransı, digər fəhlə təşkilatlarının fəaliyyətindən, fəhlələrin kollektiv müqavilə uğrunda mübarizəsindən bəhs edən materiallar, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin, Kommunist İnternasionalının bir sıra rəsmi sənədləri dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə aparmış, davamlı olaraq Azərbaycanın müstəqilliyi əleyhinə yönəldilmiş məqalələrlə çıxış etmiş, buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır.
Bernaba İncili
Barnaba İncili — son orta əsrlərdə yazılmış və (bu əsərdə) İsanın həvarilərindən biri olan erkən xristian şagirdi Varnavaya aid edilmiş qeyri-kanonik, psevdopiqrafik incildir. XVIII əsrin əvvəllərində bu mətnin iki əlyazması aşkarlanmışdır. Bəzi müstəqil tədqiqatçıların fikrinə görə, "Barnaba İncili" təxminən XV əsrdə müsəlman nöqteyi-nəzərindən yazılmış saxta (psevdoapokrif) mənbədir.Bu mətn haqqında diskussiya, xüsusilə 1980-ci illərin sonlarında aktivləşmiş və xristian-müsəlman dialoqunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Bəzi müsəlman apologetlər bildirirlər ki, böyük ehtimalla "Barnaba İncili" İsanın missiyası haqqında həqiqi məlumatların saxlandığı yeganə mənbələrdəndir və kanonik incillər də daxil olmaqla, digər mənbələr hamısı Həvari Pavelin davamçıları tərəfindən saxtalaşdırılmışdır.2012-ci ilin fevralında Türkiyə KİV-i "Barnaba İncili"nin qədim əlyazma nüsxəsinin tapılması və həmin nüsxədə İsanın Məhəmmədi davamçısı kimi göstərməsi haqqında geniş kampaniya aparmışdır. Bu kampaniya "Barnaba İncili"nə olan marağın yenidən artmasına səbəb olmuşdur. Qeyd edək ki, bu mətni erkən xristian əlyazmalarından biri olan Barnaba məktubu ilə qarışdırmaq olmaz. == Mətnin tarixi == Barnaba İncili haqqında ən qədim sənədlər Madriddə BNM MS 9653 kodlu mavr əlyazmasında tapılan və Tunisdə 1634-cü ildə İbrahim-Əl Təybili tərəfindən yazılan sənədlər qəbul edilir. Bibliyada Məhəmməd haqqında kəhanətdən bəhs edəndə o yazırdı: "Müqəddəs Barnaba İncili — harakı bir nəfər işıq tapa bilər." (isp. Y así mismo en Evangelio de San Bernabé, donde se hallará la luz) Bu ispan mətninə aid ilk qısa istinad — "De religione Mohamedica" Adrian Reland tərəfindən tapıldığı 1717-ci ildə bu İncilin ilk varıantı çap olunmuşdur. Daha sonra 1718-ci ildə irland deist Con Toland tərəfindən daha ətraflı və italyan dilində mətn tapılmışdır.
Akihiro İenaqa
Akihiro İenaqa (13 iyun 1986[…], Hyoqo prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Behnaq (Marağa)
Behnaq (fars. بهنق‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 897 nəfər yaşayır (165 ailə).
Benaia Barabi
Benaia Barabi (ivr. ‏בניה ברבי‏‎; 4 aprel 1989, Tiberiya, İsrail şimal dairəsi) — İsrail müğənnisi, mahnı müəllifi, bəstəkar və musiqiçidir. Barabi bir çox tanınmış İsrail musiqiçiləri və sənətçiləri ilə əməkdaşlıq etmiş və Müəlliflər, Bəstəkarlar və Musiqi Cəmiyyəti tərəfindən 2019-cu il üçün "İlin kəşfi" elan edilmişdi.
Kameciro Senaqa
Kameciro Senaqa (瀬長 亀次郎, Senaqa Kameciro, 10 iyun 1907, Tomiqusuku[d], Okinava prefekturası – 5 oktyabr 2001, Naha) – Yaponiya siyasətçisi və Okinavada sosial hərəkat lideri. Yaponiya Kommunist Partiyasının vitse-sədri olmuşdur. == Həyatı == Kameciro Senaqa 1907-ci ildə Yaponiyanın Okinava prefekturasında doğulmuşdur. Kaqoşimada yerləşən Yeddinci liseydə təhsil alarkən marksizm-leninizm ilə tanış olmuşdur. Solçu fəaliyyətlərinə görə liseydən xaric edilmiş və bir neçə fabrikdə işləmişdir. İşçi tətillərinin birindəki iştirakına görə saxlanılmış və üç il həbsdə olmuşdur. 1935-ci ildə azadlığa çıxdıqdan sonra hərbi xidmət üçün Çinə göndərilmiş və 1940-cı ildə Okinavaya qayıtmışdır.İkinci dünya müharibəsindən sonra Okinavada başlayan ABŞ rejimi dövründə Senaqa aktiv siyasətçi olmuşdur. O, Okinava Xalq Partiyasının lideri olmuş və sədri seçilmişdir. Okinavada ABŞ hərbi bazalarının yaradılmasına qarşı çıxmışdır. 1956-cı ildə Naha şəhərinin meri seçilmiş, lakin bir neçə ay sonra ABŞ hökuməti tərəfindən vəzifəsindən azad edilmişdir.
Ota Benqa
Oto Benqa (1883, Konqo — 20 mart 1916, Linçberq) – bu günki Konqo Demokratik Respublikası torpaqlarında yaşamış qaradərili Mbuti piqmeyi. Ota Benqanı 1904-cü ildə ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində təşkil edilən Luiziana alqı-satqı sərgisində, sonra 1906-cı ildə Bronks zooparkında açılan və böyük müzakirələrə səbəb olan insanxanada sərgilənməsi ilə məşhurdur. == İlk illəri == Ota Benqa ehtimal ki, 1883-cü ildə Belçikanın Konqo koloniyasında Kral Leopoldun əmriylə 5–15 milyon insan qətlə yetirildiyi bir dövrdə dünyaya gəlmiş və həyatda qalmağı bacarmışdır. 1903-cü ildə, təxminən 19 yaşındaykən evli və 2 uşaq atası olan Ota Benqa müvəffəqiyyətli bir fil ovundan qayıdarkən tutularaq kölələşdirilmişdir. Həyatını araşdıran bioqrafiyaçıların yazdığına görə fili ovlaya bilmək üçün bir neçə gün boyunca ailəsindən uzaq qalan Ota itiləşdirilmiş taxta bir çubuqla ovunu ovlaya bilmişdir. Ovundan aldığı hissələri qürurla evinə daşıyarkən, kəndinə çatdıqda kənddən geriyə heç bir şey qalmadığını görmüşdü. Xalq Qüvvələri adlı militan və qaçaqçılıqla məşğul olan qruplaşma həyat yoldaşını və uşaqlarını qətl etmiş və kiçik qəbilənin demək olar ki, hamısını məhv etmişdi. Eyni qüvvələr Ota Benqa və həyatda qalan bir neçə digər qəbilə üzvünü əsir almışdı. Günlərlə piyada yeriməyə məcbur edilən Ota Benqa pulla əvvəlcə Basişeller adlı bir insan qrupuna, sonra isə bunlar vasitəsilə Samuel Filips Verner adlı bir xristian missionerə satılmışdır.Ota Benqanı alıb-satan, harada nə ediləcəyinə qərar verən adam Sent-Luis Dünya Sərgisi tərəfindən vəzifələndirilən Samuel Fillips Verner adlı bir xristian missioneri iş adamı və səyyahdır. Bəzi qaynaqlarda özünü bir həkim olaraq təqdim etsə də, əslində Cənubi Karolina Universitetindən 19 yaşında bir universitet tələbəsi olaraq məzun olmuşdu, hər hansı bir elmi adı yox idi.