Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəndovan
Bəndovan yaşayış yeri — Azərbaycanda orta əsrlərə aid yaşayış yeri. Bəndovan (İrəvan) Bəndovan burnu — Qaradağ rayonunda, Şirvan düzünün Xəzər dənizi içərisinə çıxdığı yer, burun (çıxıntı). Bəndovan (qəsəbə) — Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbə inzibati ərazi vahidi də şəhər tipli qəsəbə. Bəndovan Dövlət Təbiət Yasaqlığı — Azərbaycanda dövlət yasaqlığı. Bəndovan palçıq vulkanı — Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində yerləşən palçıq vulkanı.
Bərəvat
Bərəvat— İranın Kirman ostanının Bəm şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,388 nəfər və 3,950 ailədən ibarət idi.
Bеlоvаr
Bеlоvаr (xorv. Bjelovar) — Xorvatiyanın mərkəzində yerləşən bir şəhər. Bеlоvаrskо-Bilоqоrskаya vilayətinin mərkəzidir. 2011-ci il siyahıyaalınma məlumatlarına görə 40,276 sakin var idi, onlardan 91,25% xorvatlar idi. Şəhərin qurulmasında ən vacib amil Mərkəzi Xorvatiyanı Osmanlı işğallarından qorumaqdır.
Redovan
Redovan (isp. Redován) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 9,45 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 7467 nəfərə çatmışdır.
Bəndovan (qəsəbə)
Bəndovan — Bakı şəhərinin Qaradağ rayonunda Ələt qəsəbə inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == 1945-ci ildə Bəndovana şəhər tipli qəsəbə statusu verilib. Bəndovan Xəzər dənizinin sahilindədir.
Bəndovan (İrəvan)
Bəndovan — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı. == Toponimi == 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində Bəndəvan kimidir. == Əhalisi == XIX əsrin ortalarında ermənilər məskunlaşdıqdan sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Azərbaycan dilində (əsli farsca) bənd — axan suyun qarşısını kəsmək üçün tikilmiş sədd sözündəndir. XIX əsrdə suvarma kanallarına nəzarət edən adam bənduvançı adlanırdı. Azərbaycanda Bəndovan (Qaradağ rayonu) kənd adı ilə mənaca eynidir.
Bəndovan (İrəvan )
Bəndovan — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı. == Toponimi == 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində Bəndəvan kimidir. == Əhalisi == XIX əsrin ortalarında ermənilər məskunlaşdıqdan sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Azərbaycan dilində (əsli farsca) bənd — axan suyun qarşısını kəsmək üçün tikilmiş sədd sözündəndir. XIX əsrdə suvarma kanallarına nəzarət edən adam bənduvançı adlanırdı. Azərbaycanda Bəndovan (Qaradağ rayonu) kənd adı ilə mənaca eynidir.
Bəndovan burnu
Bəndovan burnu - Şirvan düzünün Xəzər dənizi içərisinə çıxdığı yerdir. Burnun ərazisində Bəndovan vulkanı yerləşir. Burnun yaranmasın səbəbi vulkanın gilli suxurları səthə buraxması nəticəsində quru səthin genişlənməsinə səbəb olmuşdur. Ən hündür nöqtədi 47,2 metr təşkil edir. Burun hazırda Bəndovan dövlət təbiət yasaqlığı ərazisində yerləşir. Bəndovan burnundan bir qədər şimalda Yuxarı Şirvan kanalı dənizə tökülür. Dənizdən aşkar şəkildə müşahidə edilir. Ərazi inzibati cəhətdən Qaradağ rayonu ərazisinə daxildir. == Bəndovan şəhəri == 1970-ci illərdə dəniz suyunun enməsi ilə bəndovan burnu ərazisində yaşayış məntəqələrinin qalıqları aşkarlanmşdır. Sahildə və su altında aparılmış arxeoloji tədqiqatlar zamanı tikililər, dulus kürələri, orijinal şirli və şirsiz qablar, şüşə bəzək şeyləri, əmək alətləri, sikkələr və s.
İrina Belova
İrina Belova (28 dekabr 1980) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == İrina Belova Rusiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Bəndovan palçıq vulkanı
Bəndovan palçıq vulkanı — Vulkan Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində yerləşir. Morfoloji cəhətdən oturacağının diametri 2 km-dən çox olan dağdır. Yamacları, xüsusilə, şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanmışdır. Mütləq hündürlüyü 47 m, nisbi hündürlüyü isə 87 m-dir. Zirvəsi kəskin dərə-təpəli yaylaşəkilli səthdir və burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda sopkalar, qrifonlar və salzalar qrupu vardır. Bəzi sopkaların hündürlüyü 3–4 m-ə çatır, salzların diametri isə 1–2 m-dir. Vulkan brekçiyası sahəsi 118 ha, orta qalınlığı 35 m, həcmi isə 412 mln m³-dur.
Bəndovan yaşayış yeri
Şimali Azərbaycanda orta əsrlərə aid yaşayış yeridir. Qalıqları Bəndovan burnu və Xəzər dənizində aşkar edilib (1970). Sahildə və su altında aparılmış arxeoloji tədqiqatlar zamanı covustan tipli tikililər, dulus kürələri, orijinal şirli vəşirsiz qablar, şüşə bəzək şeyləri, əmək alətləri, sikkələr və s. tapılıb. Arxeoloji nateriallar Bəndovanın IX-XIII əsrlərə aid olduğunu göstərir. Tapılmış mis və gümüş sikkələr Şirvanşahlar dövrünə aiddir. Şəhər haqqında Abbasqulu ağa Bakıxanov məlumat verib.
Bəndovan Dövlət Təbiət Yasaqlığı
Bəndovan Dövlət Təbiət Yasaqlığı – 1961-ci ilin noyabrında Salyan və Qaradağ rayonlarının ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoruyub artırmaqdır. Hal-hazırda ərazisi 4930 hektardır. Yasaqlığın ərazisi heyvanlar aləminə görə xeyli zəngindir. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar, porsuq yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək, turac, bildirçin və s. yayılmışdır.