Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bələncər
Bələncər — Dərbənddən 25 km cənubda yerləşən orta əsr Belici şəhərgahı yerində olmuş şəhər.Müasir tədqiqatçıların bir qismi ərəb müəlliflərinin məlumatlarına əsaslanaraq, Bələncəri coğrafi məkan etibarilə Sulak çayı ilə Buynaksk şəhəri arasında yerləşdirir və onu hunların keçmiş paytaxtı Varaçan şəhəri ilə eyniləşdirir; bəziləri isə Bələncərin vaxtilə Buynaksk şəhərinin ərazisində yerləşmiş olduğunu söyləyir == Tarixi == Bələncərin şəhər əhalisi, bizanslılar tərəfindən xristianlaşdırılan başqa xristian təbəələri kimi, xəzərlərin mülayim hakimiyəti altında yaşayan albanlar olub. Bələncər döyüşüBələncər ərəblər tərəfindən hicri 104-cü ilin rəbi əl-əvvəl ayında alınmışdı (19.VIII- I7.IX.722).
Helenit
Helenit — mineral. == Haqqında == Helenit — melilit qrupundan, Ca2Al[(Si,Al)2O7]. Ferrihelenitlə Ca2Fe3+[AlSiO7] tam qarışması mümkündür. Diorit, qabbrolarla kontaktda qatışıqları olan əhəngdaşları hesabına əmələ gəlir. Vezuvian, qrossulyar, larnit, sperritlə assosiasiyadır. Ca-la zəngin olan əsasi qələvi süxurlarda tapılır. Növ müxtəlifliyi: ferrihelenit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Pələngə
Pələngə (fars. پلنگه‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 213 nəfər yaşayır (67 ailə).
Velenye
Velenye — Sloveniyanın Savinjska reqionunda yerləşən şəhər. Lyublyanadan 80 km aralıdır, əhalisi 26,7 min nəfərdir ,kömür şaxtalarının hesabına inkişaf etməyə başlayıb. Son zamanlar burada məişət texnikası istehsal edən iri müəssisə inşa edilib. Rəsm qalereyası vardır. Rudar adlı futbol klubu fəaliyət göstəriri.
Bevene
Bevene (fr. Bévenais) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38042. Kommunanın 1999-cu il üçün əhalisi 641 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 735-dən ilə 1596 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Bələdə
Bələdə — İranın Mazandaran ostanının Nur şəhristanının Bələdə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,134 nəfər və 339 ailədən ibarət idi.
Belen
Belen Xanım - türk mifologiyasında səyahət ilahəsi. Pelen Ana olaraq da tanınır. Yolçuları qoruyar. Yolların təhlükəsizliyini təmin edər. Səfər edənlər ona dua edərlər. Yolçulara zərər verən quldurları cəzalandırar. Yolda diyar qalmaq deyimi, sözün mövzuyla əlaqəsini açıq şəkildə ifadə edir. Bu ruhu məmnun etmək üçün çÇalama edilir, yəni müqəddəs ağaclara saçılar verilir, bez bağlanır. Uzun yola çıxacaq olan oba onun adını xatırlayaraq atəşlərə "saçı edər, "adak" edirlər. == Etimologiya == (Bel) kökündən törəmişdir.
Ageratina helenae
Ageratina helenae (lat. Ageratina helenae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aloe helenae
Aloe helenae (lat. Aloe helenae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Berende butası
Berende buxtası (bolq. залив Беренде, ‘Zaliv Berende’ \'za-liv be-ren-'de\) — 3.3 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Qrinviç adası sahillərindən 1.15 km cənub-qərbdə yerləşmişdir. Pelişat burnundan cənubda yerləşmişdir.Buxta qərbi Bolqarıstanda yerləşən Berende şəhərinin adını daşıyır. == Yerləşməsi == Berende buxtası 62°28′25″ c. e. 59°58′35″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov.
Bulbophyllum helenae
Bulbophyllum helenae (lat. Bulbophyllum helenae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bələncər döyüşü
Bələncər döyüşü — Xəzər-ərəb müharibələrinin döyüşlərindən biri. Dərbənddən şimaldakı yürüşləri Azərbaycanın və Ərməniyyənin valisi Əbdürrəhman ibn Rəbiə yə tapşırılır. Əbdürrəhman guman ki Salman ibn Rəbiə əl-Bəxilinin qardaşıdır. 652\653-cü(başqa mənbələrdə 649\650-ci) illərdə o Şimali Qafqaz ərazisinə soxulur və xəzər qoşunları ilə Bələncər şəhəri yaxınlığında qarşılaşır. Döyüşün gedişində ərəblər darmadağın edilir, Əbdürrəhman öldürülür. Hər iki tərəf döyüşdə mancanaqlardan istifadə edir. Həmin vaxtdan başlayaraq Bələncər xəzər-ərəb qarşıdurmasının kilid məntəqəsi olur. Ərəb tarixçisi Əl Məsudi(10 əsr) onu hətta Xəzər ölkəsinin paytaxtı adlandırır ki, əslində bu başqa mənbələrdə öz təsdiqini tapmır.
Jurinea helenae
Jurinea helenae (lat. Jurinea helenae) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid biki növü.
Mikania belemii
Mikania belemii (lat. Mikania belemii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Paphiopedilum helenae
Paphiopedilum helenae (lat. Paphiopedilum helenae) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Paphiopedilum helenae f.
Selenqe vilayəti
Selenqe vilayəti (monqolca: Сэлэнгэ аймаг) — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 17 rayonu (sumu) birləşdirən Selenqe vilayətinin ərazisi 41 152 Km2-dır. == Ərazisi == 1934-cü ildə yaradılan Selenqe vilayətinin ərazisi 41 152 Km2-dır. Selenqe vilayətinə 17 rayon (sum) daxilidir. == Əhalisi == 2017-ci ilə olan məlumatlara əsasən Selenqe vilayətinin əhalisi 108 768 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Valeri Belenki
Valeri Vladimiroviç Belenki (rus. Валерий Владимирович Беленький; 5 sentyabr 1969, Bakı) — SSRİ, Azərbaycan və Almaniyanı təmsil etmiş keçmiş gimnast. XXV Yay Olimpiya Oyunlarının qızıl və bürünc mükafatçısı, dördqat dünya çempionu. Valeri Belenkinin adı 2013-cü ildə Beynəlxalq Yəhudi İdman Şöhrət Zalına, 2015-ci ildə isə Beynəlxalq Gimnastika Şöhrət Zalına daxil edilib. == İdmançı karyerası == Valeri Belenki 5 sentyabr 1969-cu ildə Bakıda yəhudi ailəsində anadan olub. Gimnastikaya nisbətən gec, 10 yaşında başlayıb. İlk məşqçisi Aleksey Arekov olub.14 yaşında olarkən SSRİ yığmasına dəvət edilib. 1989-cu ildə SSRİ yığmasının tərkibində dünya çempionu adını qazanıb. Bir il sonra ABŞ-nin Sietl şəhərində keçirilmiş Xoş Məramlı Oyunlarda qollarda və halqalarda qızıl, at üzərində və sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc medala sahib çıxıb. 1991-ci il dünya çempionatında SSRİ yığmasının tərkibində komanda hesabında və at üzərində hərəkətlərdə qızıl medal qazanıb.
Velençe gölü
Velençe gölü (ing. Lake Velence, mac. Velencei-tó) — Macarıstanda üçüncü ən böyük göl. Macarıstanın ən məşhur turistik məkanlarından biridir. Gölün ümumi sahəsi km²-dir və ərazinin üçdə biri qamışlıqla örtülmüşdür. Günəşli iqliminə görüə Avropanın ən isti göllərindən biridir: yayda onun temperaturu 26-28 °C-ə çatır. == Coğrafiyası == Velençe gölü Feyer əyalətində yerləşir.
Crataegus helenae
Yalançı yemişan (lat. Crataegus ambigua) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == İran, Türkiyə və Gürcüstanda yayılıb. == Botaniki təsviri == Hündürlüyü 10-12 m, gövdəsinin diametri 20 sm, yarpağı tökülən ağacdır. Oduncağı ağır, bərk, cod və möhkəmdir. Budaqları bozdur, cavan budaqları çılpaq olub, tünd qırmızıdır, üzərində 1, 5 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları parlaq, açıq yaşıl rəngdədir, cavan yarpaqları azca tüklü, yaşlı yarpaqları isə çılpaqdır. Çiçəkləyən budaqların alt yarpaqları pazşəkilli, qısa saplaqlı, üç bölümlü, kənarları dişli, yuxarı hissəsi enli yumurtavari, uzunluğu 5-8 sm-dir. Çiçəkləməyən budaqların yarpaqları daha iri, əsas hissəsindən geniş pazşəkilli olub, 5-7 bölümlüdür. Çiçək qrupu 7-13 mm uzunluğunda, çiçək sapalğının üzərində yerləşir, çılpaqdır, diametri 8 sm-dir.
Rosa helenae
Rosa helenae (lat. Rosa helenae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda və Avropada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan kollardır. Qopartikanları bir formada, iri, əyilmiş, bəzi hallarda düz, qaidə hissəsi çox enliləşmişdir, yarpaqları yumşaq tüklüdür, 5-7 ədəd yumurtavarı və ya ellipsşəkilli, az iylidir. Vəzicikli və yumşaq tüklə örtülü, mişardişli yarpaqcıqlardan ibarətdir. Yarpaqaltığı 8-12 mm uzunluğunda, 5-6 mm enində olub, qısa, nazik sivri qulaqcıqlara malikdir. Bunlar üstdən çılpaq və hamar, altdan kənarı boyu vəzili və sıx tüklərlə örtülüdür. İyun və iyul aylarında çiçək açır. Çiçəkləri tək və ya 2-3 olmaqla yerləşmişdir, uzunsaplaqlıdır.
Artemisia elenae
Artemisia elenae (lat. Artemisia elenae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Bernie Sanders
Bernard "Berni" Sanders (ing. Bernard "Bernie" Sanders; 8 sentyabr 1941[…], Bruklin, Nyu-York ştatı, ABŞ[…]) — ABŞ siyasətçisi, solçu ictimai xadimi, 2007-ci ildən Vermont ştatından seçilmiş senator. Sanders ABŞ Konqresi tarixində ən uzun müddət fəaliyyət göstərən müstəqil konqresmendir. 2013–2015-ci illər arasında Senatın Veteranların işi üzrə komitəsinin sədri olub. 1981–1989-cu illər arasında Vermont, Berlinqton kimi böyük şəhərlərin meri, 1991–2007-ci illər arasında isə ABŞ Nümayəndələr Palatasının üzvü olub. Senatda komitələr formalaşdırılanda Demokrat partiyasına qoşulur, Proqressiv Konqressmenlər Forumuna daxildir.(ing. Congressional Progressive Caucus) Özünü demokratik sosialist (ABŞ senatorları arasında yeganədir) və amerikan proqressivizminin, "Yeni xəttin" nümayəndəsi kimi təqdim edir. Skandinav modeli sosial-demokratiyanın tərəfdarıdır. İşçi və orta təbəqənin maraqlarının müdafiəçisi kimi çıxış edir. Korporasiyaların və Uoll-Stritin təsirlərinə, sosial ədalətsizliyə, əmlak bərabərsizliyinə, varlılar və kasıblar arasında olan kəskin fərqə və polis zorakılığına qarşı çıxır.
Yeleni Doika
Yeleni Doika (d. 15 noyabr 1995) — Yunanıstanı təmsil edən bədii gimnast. Yeleni Doika, 2012 və 2016-cı ildə Yunanıstanı Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yeleni Doika birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Birləşmiş Krallığın London şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının təsnifat mərhləsində o, komanda yoldaşları ilə birgə 51.875 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı. Yeleni Doika 2016-cı ildə Yunanıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yoanna Anaqnostopoulou, Zoi Kontoqianni, Mixaela Metallidou və Stavroula Samara ilə birgə təsnifat mərhələsində 30.416 xal topladı və 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Yeleni Xronopoulou
Yeleni Xronopoulou (d. 19 noyabr 1988; Marousi, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Yeleni Xronopoulou 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yeleni Xronopoulou 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları İlektra Eftimiou, Mariya Kakiou, Liana Xristidou, Varvara Maqnisali və Steriani Pantazi ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
İnsan bədəni
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. == Anatomiya == İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.