Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ümid Bəsən
Ümid Bəsən (14 oktyabr 1956, Osmaniyə) — Türk musiqiçi. Piyanist. == Bioqrafiya == 14 oktyabr 1956-cı ildə Osmaniyə rayonunda dünyaya gələn Ümid Bəsənin ilk musiqi aləti melodika oldu və Tayfunlar Orkestrini qurdu. Musiqi və təhsilini bir yerdə apara bilməyəcəyini fərq edincə lisey təhsilini yarım buraxdı. Hərbi xidmətə getmə ərəfəsində 1976-cı ildə Kütahya rayonuna getdi. Hərbi şəhərcikdə onu dinləyən bir general Ü. Bəsəni Zonquldak həbi şəhərciyinə göndərdi. Hərbi xidmətindən sonra Adana şəhərinə getdi və gecə klublarında işə başladı. Bu klublardan birində onu dinləyən futbolçu Mətin Oktay, Bəsəni İstanbuldakı qazino sahibi dostlarına tövsiyə etdi. Sənətçinin İstanbulda işə başladığı ilk məkan Küncüm Bistro oldu. Bəsən, 1980-ci ildə Selami Şahin və Əhməd Səlcuq İlkan ilə birlikdə ilk val səsyazmasını yayımladı.
Həsən Həsənov
Həsən Həsənov (siyasətçi) — Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, tarix elmləri doktoru (2006). Həsən Həsənov (jurnalist) — Azərbaycan jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru (2002 – indi). Həsən Həsənov (alim) — Azərbaycanın görkəmli alimi. Həsən Həsənov (incəsənət xadimi) — Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2011). Həsən Həsənov (çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Vətən müharibəsinin şəhidi.
Həsən Həsənov (alim)
Həsən Mehdi oğlu Həsənov (1940, Qasımlı, Marneuli rayonu) — Azərbaycan SSR və Azərbaycan Respublikasının görkəmli alimi, xalq təsərrüfatının inkişafında əldə etdiyi nailiyyətlərə görə “ŞƏRƏF NİŞANI” ordeninin sahibi (1981), elmlər doktoru (1996). == Həyatı == Həsən Həsənov 1940-cı ildə Gürcüstanın Marneuli (Borçalı) rayonunun Qasımlı kəndində kolxozçu ailəsində dünyaya göz açmışdır. 1958-ci ildə Qasımlı kənd orta məktəbini qızıl medalla bitirmişdir və Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakultəsinə qəbul olmuşdur. 1963-cü ildə institutu Fərqlənmə (Qırmızı) diplomu ilə bitirdikdən sonra, Azərbaycan Elmi-tədqiqat Hidrotexnika və Meliorasiya institutunda kiçik elmi işçisi kimi əmək fəaliyyətinə başlamışdır. == Fəaliyyəti == 1966-cı ildə Moskva Hidromeliorasiya institutuna məqsədli aspiranturaya qəbul olmuş və 1970-ci ildə “Avtomatik impulslu yağışyağdırıcı apparatın hidravlikası” mövzusunda dissertasiya müdafiə edərək “Texnika elmləri namizədi” alimlik dərəcəsinə layiq görülmüşdür. Müdafiədən sonra ixtira etdiyi Avtomatik impulslu yağışyağdırıcı apparatın mükəməlliyini nəzərə alaraq, qurğunun kütləvi şəkildə istehsalına başlanılmışdır. "AİDA" adını almış bu qurğu xalq təsərrüfatında geniş şəkildə tətbiq olunmuşdur. 1970-ci ildən Azərbaycan Elmi-tədqiqat Hidrotexnika və Meliorasiya institutunda Baş elmi işçi kimi fəaliyyət göstərmiş və 1978-ci ildə müsabiqə yolu ilə “Hidrotexniki laboratoriya”-nın müdiri seçilmişdir. Həsən Həsənovun elmi əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, dəfələrlə orden və medallarla təltif edilmişdir. 1975-ci ildə Moskvada keçirilən və dünyanın bir çox ölkələrinin nümayəndələrinin iştirak etdiyi “İrriqasiya və drenaj -75” beynəlxalq sərgisində “Balıqqoruyucu qurğunun yeni konstruksiyası” modeli müvəffəqiyyətlə nümayiş etdirilmiş və Həsən Həsənov sərginin gümüş medalı ilə təltif edilmişdir.
Həsən Həsənov (jurnalist)
Həsən Həsənov (azərb. Həsən Zal oğlu Həsənov‎; 30 avqust 1954, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycan jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru (2002–2022), "Azərbaycan Respublikasının əməkdar jurnalisti" (2005), "Vətənə xidmətə görə" ordeni laureatı (2014). Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının sədri (2017). == Həyatı == Həsən Həsənov 1954-cü il avqustun 30-da Göyçə mahalının Ardanış kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1977-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasında elmi redaktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1983–1985-ci illərdə zabit kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Ensiklopediyasında fəaliyyətini davam etdirmiş, "Uşaq Ensiklopediyası"nın və bir sıra ensiklopedik məlumat kitablarının hazırlanmasında iştirak etmişdir. "Vətən səsi" qəzetində şöbə müdiri, "Amal" və "Yeni Azərbaycan" qəzetlərində baş redaktorun birinci müavini postlarını tutub. "Respublika" qəzetində baş redaktor müavini, Azərbaycan Televiziyasının "Xəbərlər" baş redaksiyasının baş redaktoru, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində televiziya üzrə sədr müavini olub.
Həsən Həsənov (siyasətçi)
Həsən Əziz oğlu Həsənov (20 oktyabr 1940, Tbilisi) — Azərbaycan SSR və Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru (2006). Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiri (2010–2021), Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1993–1998), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990–1992). Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə katibi (1981–1983), Tikinti məsələləri üzrə katibi (1983–1988), İqtisadiyyat məsələləri üzrə katibi (1988–1990), uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvü, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri (1992–1993), Macarıstan (2004–2010) və Polşada (2010 — h.d.-ə qədər) fövqəladə və səlahiyyətli səfiri. Macarıstan və bir neçə SSRİ ordeni, Azərbaycan, Qazaxıstan və bir neçə SSRİ medalları ilə təltif olunmuşdur. Bakı şəhər Səbayıl Rayon Partiya Komitəsinin 1-ci Katibi (1975–1978), Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci Katibi (1978–1979), Gəncə Şəhər Partiya Komitəsinin 1-ci Katibi (1979–1981) vəzifələrində çalışmışdır. == Həyat == Həsən Həsənov 20 oktyabr 1940-cı ildə Tbilisi şəhərində anadan olmuşdur. 1958-ci ildə Tbilisidə 43 saylı orta məktəbi bitirərək, Bakıya gəlmiş və Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1963-cü ildə həmin tədris müəssisəsində təhsilini başa çatdırmışdır. 1981-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Tələbəlik dövründə qrup, fakültə və institut Komsomol Komitəsinin katibi olmuşdur.
Həsən Həsənov (çavuş)
Həsən Rəhim oğlu Həsənov (1 oktyabr 1990, Əli-Bayramlı – 2 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Həsənov 1990-cı il oktyabrın 1-də Şirvan şəhərində Rəhim və Məryam Həsənovların ailəsində anadan olub. 1997-2008-ci illərdə 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Qəriyyə Həsənova ilə ailəli idi. Ömər və Camal adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Həsən Həsənov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Həsən Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Həsənov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şirvan şəhərinin Şəhidlər Xiyabanında ​dəfn olunub.
Şəhid Həsən Həsənov
Həsənov Həsən Səfər oğlu (3 iyun 1996, Quruzma, Sabirabad rayonu – 20 oktyabr 2020, Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 3 iyun 1996-c ildə Sabirabad rayonunun Qruzma kəndində anadan olmuşdur. 2003-cü ildə Qruzma kənd tam orta məktəbinə yollanmış, 2014-cü ildə orta məktəbi bitirmişdir. == Döyüş yolu == Orta məktəbi bitirdikdən sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Şəhid Həsənov Həsən, 2016-cı ildə baş verən aprel döyüşlərində də iştirak etmişdir.Həsən ,hərbi xidməti başa vurduqdan sonra doğulub , boya-başa çatdığı kəndə qayıdır və ailə həyatı qurur. 30 ilə yaxındır ki,Azərbaycan torpaqları düşmən tapdağında idi. 2020-ci ilin sentyabrın 27-də II Qarabağ müharibəsi başlayanda Həsən könüllü olaraq qeydiyyatdan keçir və təlimlərə qoşulur. İkinci Qarabağ müharibəsinin ilk günlərində ön cəbhədə döyüşür.Kəşfiyyatçı olaraq, Həsən, Füzulinin, Cəbrayılın, Hadrutun, Suqovşanın azad olunmasında cəsurluqla döyüşür.100 dən çox düşməni zərərsizləşdirib,neçə düşmən postunun dağıdılmasında və ələ keçirilməsində yaxından iştirak edib.Yaralı əsgərlərimizi düşməndən xilas edib.Dostlarının dediyinə görə qəhrəmancasına döyüşüb. 20 oktyabr Laçın ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Balaca körpəsi və anası Kifayət xanımın qarşısında baş əyirik.
Həsən Həsənov (incəsənət xadimi)
Həsən Həsənov (7 iyul 1950, Faxralı, Bolnisi rayonu – 6 aprel 2021, Bakı) – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2011). == Həyatı == Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub. 1957-ci ildə Faxralı kəndində orta məktəbə gedib, 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Bakı şəhər 1 nömrəli texniki peşə məktəbinə daxil olub. 1970-ci ildə peşə məktəbini fərqlənmə diplomu ilə bitirib, 6-cı dərəcəli çilingər peşəsinə yiyələnib. 1970-ci ildə Bakı Kitabxanaçılıq texnikumunun Mədəni Maarif şöbəsinin "Öz fəaliyyət teatr kollektivinin rəhbəri" fakultəsinə daxil olub. 1971-ci ildə həqiq hərbi xidmətə çağırıldığı üçün təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. Hərbi xidət illərində SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş həvəskar sənət müsabiqəsində iştirak etmiş, laureat nişanı ilə təltif olunmuşdur. Hərbi xidməti bitirdikdən sonra Bakıya gəlib təhsilini davam etdirib və texnikomu fərqlənmə diplomu ilə bitirib. Texnikumda oxuduğu illərdə Əbilov adına Mədəniyyət evinin xalq teatrının truppasına daxil olub.
Həsən Həsənov (əsgər, 1996)
Həsənov Həsən Səfər oğlu (3 iyun 1996, Quruzma, Sabirabad rayonu – 20 oktyabr 2020, Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 3 iyun 1996-c ildə Sabirabad rayonunun Qruzma kəndində anadan olmuşdur. 2003-cü ildə Qruzma kənd tam orta məktəbinə yollanmış, 2014-cü ildə orta məktəbi bitirmişdir. == Döyüş yolu == Orta məktəbi bitirdikdən sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Şəhid Həsənov Həsən, 2016-cı ildə baş verən aprel döyüşlərində də iştirak etmişdir.Həsən ,hərbi xidməti başa vurduqdan sonra doğulub , boya-başa çatdığı kəndə qayıdır və ailə həyatı qurur. 30 ilə yaxındır ki,Azərbaycan torpaqları düşmən tapdağında idi. 2020-ci ilin sentyabrın 27-də II Qarabağ müharibəsi başlayanda Həsən könüllü olaraq qeydiyyatdan keçir və təlimlərə qoşulur. İkinci Qarabağ müharibəsinin ilk günlərində ön cəbhədə döyüşür.Kəşfiyyatçı olaraq, Həsən, Füzulinin, Cəbrayılın, Hadrutun, Suqovşanın azad olunmasında cəsurluqla döyüşür.100 dən çox düşməni zərərsizləşdirib,neçə düşmən postunun dağıdılmasında və ələ keçirilməsində yaxından iştirak edib.Yaralı əsgərlərimizi düşməndən xilas edib.Dostlarının dediyinə görə qəhrəmancasına döyüşüb. 20 oktyabr Laçın ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Balaca körpəsi və anası Kifayət xanımın qarşısında baş əyirik.
Bebeto
José Roberto Gama de Oliveira və yaxud məşhur adı ilə Bebeto (16 fevral 1964, Salvador, Baiya) ― hücumçu mövqeyində oynamış Braziliya futbolçusu. Braziliya millisində 75 oyunda 39 qol vuran Bebeto milli tarixinin 6-cı ən məhsuldar qolçusudur. == Karyerası == === Klub karyerası === Peşəkar klub karyerası 1983-cü ildə başlayıb. Sonra növbə ilə Braziliya Futbol Liqasında Flamenqo, Vasko da Qama klublarında oynadı və ölkə xaricinə transfer oldu. Ölkə xaricində ilk klubu İspaniyanın Deportivo klubu oldu. Braziliya xaricində oynadığı digər klublar İspaniyanın Sevilya, Meksikanın Toros Nesa, Yaponiyanın Kaşima Antlers və Səudiyyə Ərəbistanının Əl-İttihad klublarıdır. === Milli karyerası === Bebeto milli yığmada 1985-ci ildə debüt etdi. 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında Braziliya millisi ilə gümüş medal qazandı. 1989-cu ildə Braziliyada keçirilən Amerika Kubokunda Braziliya yığması ilə turnirin qalibi, vurduğu 6 qolla isə turnirin bombardiri oldu. 1989-cu ildəki uğurlu çıxışı nəticəsində Cənubi Amerikada ilin futbolçusu seçildi.
Bevene
Bevene (fr. Bévenais) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38042. Kommunanın 1999-cu il üçün əhalisi 641 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 735-dən ilə 1596 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Həsənov
Həsənov — Azərbaycan soyadı. === A === Abbasəli Həsənov (d. 1953) — şərqşünas və diplomat. Adil Həsənov (rəssam) (d. 1971) — azərbaycanlı rəssam. Afiq Həsənov (d. 1951) — texnika elmləri doktoru. Ağasəlim Həsənov (d. 1976) — fəlsəfə üzrə fəlsəfə doktoru. Akif Həsənov (d.
Pəşəng
Pəşəng (Fars: پشنگ / Pashang) - Firdovsinin Şahnamə əsərində əfsanəvi Turan xaqanı. Alp Ər Tonqanın (Əfrasiyabın) atası və Tur xanın nəvəsi. == Həyatı == Həyatı haqqında məlumatlar fars şairiFirdovsinin Şahnamə adlı əsərində mövcuddur. Şahnamədə Pəşəng xan haqqında çox məlumat yoxdur və sadəcə Turan xaqaxı Əfrasiyabın (Alp Ər Tonqanın) atası və İran kralı Fəridunun üç oğlundan ( digər oğulları: Səlm və İrəc ) biri olan Turun nəvəsi kimi qarşımıza çıxır.
Vedeno
Vedeno (çeç. Ведана) — Çeçenistan Respublikasında, Vedeno rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Vedeno rayonunun və Vedeno kənd sovetliyinin mərkəzidir. Vedeno kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Kənd Vedemo rayonunun mərkəzində, Xulxulau və Axkiçu çayları arasında yerləşir. Qroznı şəhərindən 67 km cənub-şərqdədir. Kənd faktiki olaraq şimal-qərbdə Zelamxin-Kotar, cənub-şərqdə isə Dışne-Vedemo kəndlərinə birləşmişdir. Yaxınlığında yerləşən digər yaşayış məntəqələri: cənub-qərbdə Neftyanka, qərbdə Eşilxatoy, şimal-şərqdə Ersenoy. Kənd ərazisi dəniz səviyyətindən ortalama olaraq 722 metr yüksəklikdə yerləşir. Kəndin cənub hissəsindən Xoroç silsiləsi keçir.
Beden
Beden Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Beden - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Şimali Qafqazda Kuban əyalətində Beden dağ və Stavropol əyalətində Veden dairə adı ilə eynidir. Türk dillərində bet "aşırım", "dağ yamacı" və in "mağara" sözlərindəndir.
Behen
Belen
Belen (Para) — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri. Belen xanım — türk mifologiyasında səyahət ilahəsi.
Besət
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur. == Tarixi == Onun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər. Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı.
Bədən
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. == Anatomiya == İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.
Həsən
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov — Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Seyid Həsən Əxlaq — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Sesen
Sesen (fr. Seyssins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38486. Kommunanın 2007-ci il üçün əhalisi 6908 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1 897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 5 km cənub-qərbdə yerləşir.
Rəfail Həsənov
Rəfail Həsənov — Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri (2019), sosiologiya elmləri doktoru, professor. == Həyatı == R.M.Həsənov 12 noyabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərinin 190 saylı məktəbini bitirdikdən sonra Kazan Dövlət Pedaqoji İnstitutunun Tarix-fililogiya fakültəsinin tarix, ictimaiyyətşünaslıq və ingilis dili şöbəsinə daxil olmuş və 1985-ci ildə oranı bitirmişdir. 1989-cu ilədək Kazan şəhərində peşə məktəbi və texnikumda komsomol komitəsinin azad katibi olmuş, orduda hərbi xidmət keçmişdir. 1994-cü ildə “Şəxsiyyət azadlığı və ictimai məsuliyyət” mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə isə “Transformasiya şəraitində vətəndaş cəmiyyətinin formalaşması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildən BDU-nun Sosiologiya kafedrasında dosent vəzifəsində çalışır. 2011-ci ildən həmin kafedranın professorudur. O, 2002-ci ilin avgustundan Harvard Universitetinin Mərkəzi Avrasiya Tədqiqatlar Mərkəzinin (CESS), 2012-ci ildən bu günə kimi ABŞ-nin Merivud Universitetində yerləşən Yaxın Şərqdə Dövlət İdarəçiliyi və Siyasəti Assosiasiyasının (AMEPPA) və 2019-cu ildən Ümumdünya Sosiologiya Assosiasiyasının üzvüdür. 100-ə yaxın elmi məqalənin, 1 monoqrafiyanın, 2 kitabın, 2 dərs vəsaitinin və 1 dərsliyin müəllifidir. Xaricdə çıxan nüfuzlu jurnallarda məqalələri dərc olunmuşdur.
Rəhim Həsənov
Rəhim Həsənov — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 125 dəfə baş hakim olmuşdur.
Rəvan Həsənov
Rəvan Vaqif oğlu Həsənov (2 iyun 1989, Ağdam) — Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru. == Həyatı == Həsənov Rəvan Vaqif oğlu 2 iyul 1989-cu il tarixində Ağdam şəhərində dünyaya göz açmışdır. 1996-2007-ci illərdə orta təhsilini Tahir Həsənov adına 23 nömrəli məktəbdə almışdır. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində bakalavr dərəcəsi üzrə təhsil almış və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2010-cu ildə Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Rayon Prokurorluğu və Nəsimi Rayon Məhkəməsində istehsalat təcrübəsində olan Rəvan Həsənov 2011-2012-ci illərdə Daxili Qoşunların “N” saylı hərbi hissəsində əsgər kimi hərbi xidmətdə olmuşdur. 2013-2014-cü illərdə Almaniyanın Potsdam Universitetinin hüquq fakultəsində magistr (LL.M) təhsili almış və Cinayət hüququ, Cinayət prosesi, Kriminalistika bölməsini uğurla başa vurmuşdur. 16 fevral 2018-ci il tarixində “Cinayət hüquq və kriminologiya; cəza-icra hüququ” ixtisası üzrə AMEA Hüquq və İnsan Haqları İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul edilib. Rəvan Həsənov 1 yanvar 2018-ci ildə ABŞ-nin İllinois Texnologiyalar Universitetinin “Kent Hüquq Kolleci” tərəfindən qonaq elmi araşdırmaçı olaraq dəvət olunsa da, əmək fəaliyyəti ilə əlaqədar olaraq proqramda iştirak edə bilməyib. == Fəaliyyəti == Rəvan Həsənov 13 noyabr 2014-cü ildən 2 mart 2016-cı il tarixinə qədər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2 mart 2016- 11 aprel 2017-ci il tarixlərində isə Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirlik xidmətinin baş mütəxəssisi, 11 aprel 2017- 8 iyul 2017-ci il tarixlərində isə məsləhətçi vəzifəsində işləmişdir.
Sadiq Həsənov
Sadiq Həsənov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi. Sadiq Həsənov (idmançı) — Azərbaycanlı idmançı və aktyor.