Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Həsən Əziz oğlu Həsənov (20 oktyabr 1940, Tbilisi) — Azərbaycan SSR və Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru (2006). Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiri (2010–2021), Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1993–1998), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990–1992).
Həsən Həsənov | |
---|---|
30 mart 2010 – 8 yanvar 2021[1] | |
Əvvəlki | Vilayət Quliyev |
Sonrakı | Nərgiz Qurbanova |
2 sentyabr 2004 – 30 mart 2010 | |
Sonrakı | Vilayət Quliyev |
2 sentyabr 1993 – 16 fevral 1998 | |
Əvvəlki | Tofiq Qasımov |
Sonrakı | Tofiq Zülfüqarov |
4 aprel 1992[2] – 2 sentyabr 1993[3] | |
Əvvəlki | Vəzifə təsis edilib. |
Sonrakı | Yaşar Əliyev |
7 fevral 1991 – 4 aprel 1992 | |
Əvvəlki | Vəzifə təsis edilib. |
Sonrakı | Feyruz Mustafayev |
26 yanvar 1990 – 7 fevral 1991 | |
Əvvəlki | Ayaz Mütəllibov |
Sonrakı | Vəzifə ləğv edilib. |
23 yanvar 1981 – 31 mart 1990 | |
Birinci katib | Heydər Əliyev Kamran Bağırov Əbdürrəhman Vəzirov |
yanvar 1979 – yanvar 1981 | |
Sonrakı | Ramiz Bağırlı |
oktyabr 1978 – 20 yanvar 1979 | |
Əvvəlki | Kamran Bağırov |
Sonrakı | Şənlik Əliyev |
dekabr 1975 – oktyabr 1978 | |
Sonrakı | Ramiz Mehdiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 oktyabr 1940 (83 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | diplomat, siyasətçi |
Dini | islam |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə katibi (1981–1983), Tikinti məsələləri üzrə katibi (1983–1988), İqtisadiyyat məsələləri üzrə katibi (1988–1990), uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvü, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri (1992–1993), Macarıstan (2004–2010) və Polşada (2010 — h.d.-ə qədər) fövqəladə və səlahiyyətli səfiri. Macarıstan və bir neçə SSRİ ordeni, Azərbaycan, Qazaxıstan və bir neçə SSRİ medalları ilə təltif olunmuşdur.
Bakı şəhər Səbayıl Rayon Partiya Komitəsinin 1-ci Katibi (1975–1978), Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci Katibi (1978–1979), Gəncə Şəhər Partiya Komitəsinin 1-ci Katibi (1979–1981) vəzifələrində çalışmışdır.
Həsən Həsənov 20 oktyabr 1940-cı ildə Tbilisi şəhərində anadan olmuşdur. 1958-ci ildə Tbilisidə 43 saylı orta məktəbi bitirərək, Bakıya gəlmiş və Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1963-cü ildə həmin tədris müəssisəsində təhsilini başa çatdırmışdır. 1981-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Tələbəlik dövründə qrup, fakültə və institut Komsomol Komitəsinin katibi olmuşdur. 1962-ci ildə Azərbaycan tələbələrinin təmsilçisi kimi Moskvada keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə seçilmişdir. Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatının üzvü olmuşdur.
1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhər Tələbə Şurasının sədri, Bakı Şəhər Komsomol Komitəsində təlimatçı (1962), Yasamal rayon Komsomol Komitəsinin katibi (1962–1965), Respublika Komsomol Komitəsinin MK-də bölmə müdiri vəzifələrində çalışmışdır (1965–1966). 1966–1967-ci illərdə Tikinti Materialları və Konstruksiyaları Elmi-Tədqiqat İnstitutunun aspiranturada elmi-tədqiqatla məşğul olmuşdur.
1967–1969-cu illərdə AKP MK-da təlimatçı vəzifəsində çalışmışdır.
1969–1971-ci illərdə Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsində işləmişdir. 1971-ci ildə Vətənə qayıtmış, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində əvvəl təlimatçı, sonra bölmə müdiri (1971–1975), şöbə müdirinin müavini (1975) vəzifəsində çalışmışdır.
1975–1978-ci illərdə Səbayıl Rayon Partiya Komitəsinin 1-ci Katibi, 1978–1979-cu illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci Katibi, 1979–1981-ci illərdə isə Kirovabad Şəhər Partiya Komitəsinin 1-ci Katibi vəzifələrində işləmişdir.
1981–1983-cü illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi, 1983–1988-ci illərdə tikinti məsələləri üzrə katibi, 1988–1990-cı illərdə iqtisadiyyat məsələləri üzrə katibi vəzifələrində çalışmışdır. Qeyd etmək lazımdır ki, 1983-cü ildə Həsən Həsənov Kremlin göstərişi ilə vətənpərvərliyinə görə, ideoloji sahədən uzaqlaşdırılmışdır. İdeoloji sahəyə rəhbərlik etdiyi zaman o, Azərbaycan elm, ədəbiyyat və tarixinin bir sıra qadağan olummuş mövzularına həsr olunmuş monoqrafiya və əsərlərin işıq üzü görməsinə köməklik göstərmişdir. Həsən Həsənovu bir çox Azərbaycanın görkəmli elm, ədəbiyyat və incəsənət nömayəndəlari ilə səmimi dostluq münasibətləri birləşdirirdi.
1990–1992-ci illərdə Azərbaycan Respublikasının Baş Naziri vəzifəsində çalışmışdır.
30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.[4]
Həsən Həsənov 1992-ci ildən xarici siyasət və diplomatiya sahəsində fəaliyyət göstərir.
1992–1993-cü illərdə BMT-də (Nyu-York) Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışmışdır.
1992-ci ildə iyul ayının 4-də Xarici İşlər Naziri təyin olunmuş Tofiq Qasımovun "köhnə" kadrlara münasibəti yaxşı deyildi, lakin BMT toplantısında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı Rusiyanın BMT-də və BMT TŞ-də Daimi nümayəndəsi Yuli Voronsov (1929–2007) Tofiq Qasımova Azərbaycanın mövqeyini cəsarət və təkidlə qoruduğuna görə, Həsən Həsənovdan şikayət etdikdən və onun vəzifəsinin dəyişdirilməsi haqqında məsələ qaldırdıqdan sonra Həsən Həsənova münasibət dəyişmiş və o, tutduğu vəzifəni daşımağı davam etditmişdi.
1993–1998-ci illərdə AR Xarici İşlər Naziri vəzifəsində işləmişdir. Həmin illərdə BMT və YUNESKO, İKT-nın illik toplantılarında Azərbaycan Nümayəndə Heyətinə rəhbərlik etmişdir.
H. Həsənov 23 il arası kəsilmədən müxtəlif Parlamentlərin nümayəndəsi olmuşdur. 1977–1995-ci illərdə Azərbaycan Ali Sovetinin, 1979–1984-cü illərdə SSRİ Ali Sovetinin, 1995–2000-ci illərdə Milli Məclisin nümayəndəsi və Milli Məclisin Beynəlxalq əlaqələr üzrə Komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir.
Müstəqil Azərbaycanın ilk Əsas Qanununu hazırlayan Konstitusiya komissiyasının üzvü olmuşdur. Üçüncü Respublikamızın ilk Baş Naziri, ilk Fövqaladə və Səlahiyyətli Səfiridir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikasının Macarıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri, 2010-cu il mart ayının 30-da isə Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.
Həsən Həsənov elmi və bədii yaradıcılıqla da məşquldur. O, Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş dahi mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə həsr edilmiş "Brüsseldən məktublar" pyesinin müəllifidir. H. Həsənov Tarixin hədəfi (Tarixin fəlsəfəsi), Nəriman Nərimanovun milli dövətçilik baxışları və fəaliyyəti, Türklüyümüz, Misir amuleti və ieroqlifləri Azərbaycanda adlı monoqrafiyaların, Azərbaycanın Avropaya inteqrasiyası əsərinin, çoxsaylı çıxışlar və məqalələr toplularının müəllifidir.
2004-cü ildə Bakıda "SSRİ-də milli təmayülçü hərəkat" mövzusunda namizədlik, 2006-cı ildə Tiflisdə "Tarixin fəlsəfəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiəsi etmişdir.
Ailəlidir, iki övladı və nəvələri vardır. Azərbaycan, türk, ingilis, rus, gürcü dillərini bilir.