Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bukmol
Bukmol (bukmol bokmål "kitab dili") German dillərinə aid olan dil və Norveç dilinin iki rəsmi yazılı standartlarından biridir, o birisi Nyunorskdir.Bukmol dili Norveç əhalisinin 85-90%-i tərəfindən istifadə olunur.
Bukval
Bukval (fr. Bouqueval) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimalda, Serji belediyyənin 28 km qərbdə yerləşir.
Burvil
Burvil (fr. Bourvil ləqəbi, əsl adı Andre Rober Rembur fr. André Robert Raimbourg; 27 iyul 1917 – 23 sentyabr 1970[…], Parisin 16-cı dairəsi[d]) — Fransa aktyoru və estrada müğənnisi.
Barre-Büssol
Barre-Byussol (fr. Barrais-Bussolles) — Fransada kommuna, Overn regionunda yerləşir. Kommunanın departamenti — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. Kommunanın INSEE kodu — 03017. 1833-cü ildə keçmiş Barre və Byussol kommunlarının birləşməsindən yaradılmışdır. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 214 nəfər təşkil edirdi. == Görməli yerləri == XIII əsrə aid Qotik üslubda kilsə == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Barre-Büssol ilə əlaqəli mediafayllar var. "Milli Statistika İnstitutu — Barre-Byussol" (fransız).
Bussol boğazı
Bussol boğazı rus. Буссоль (Пролив)- Sakit okeanına daxil olan Şumişir adasını Qara qardaş (Brat Ciopoev) və Brouton adalarından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 68 km təşkil edir. Dərinliyi 2225 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazın duzluluğu 33,1 - 34,5 ‰ təşkil edir. Boğazın sahillərində dərinlik 1,0 m təşkil edir. Boğazın ümumi sahəsi 83,3 km² - dir. Ən dayaz yeri 515 m-dir.
Dmitri Buynov
Dmitri Buynov (6 avqust 1859, Bakı – ən tezi 1916) — Bakıda doğulmuş və fəaliyyət göstərmiş memar. O, Bakı real məktəbinin binasının və Müqəddəs Nina qız gimnaziyasının binasının müəllifidir. == Həyatı və fəaliyyəti == Dmitriy Buynov 6 avqust 1859-cu ildə Bakıda anadan olub. Onun atası 2-ci Bakı xəzinədarlığı şöbəsinin müdiri olub. İlk təhsilini Bakı real məktəbində alıb. 1878-ci ildə Tikinti məktəbinə daxil olur buranı 1884-cü ildə bitirdikdən sonra birinci dərəcəli mülki mühəndis rütbəsi alır. Əmək fəaliyyətinə Volınsk quberniyasında kiçik mühəndis kimi başlayıb. Burada 1884-1886-cı illərdə Ostroq şəhərində Viliyu və Qorın çayları üzərində 5 taxta körpü inşa edir. 1886-cı ildə Bakı quberniya idarəsinin tikinti şöbəsində fəaliyyət göstərməyə başlayır. 1886-1890-cı illər arasında Nikolayev (indiki İstiqlaliyyət) küçəsində Müqəddəs Nina qız gimnaziyası üçün bina inşa edir.
Simen Burhol
Byol
Byol (fr. Biol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38044. Kommunanın 1999-cı il üçün əhalisi 1203 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 438 ilə 691 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Buyeo krallığı
Buyeo krallığı — Mancuriyadan Şimali Koreyaya qədər əraziləri əhatə edir və e.ə. II əsrdən 494-cü ilə qədər mövcud olmuşdur. Bu krallığın qalıqları 494-cü ildə Goguryeo krallığı tərəfindən mənimsənilmişdir. Ancaq Goguryeo krallığı və Bekçe krallığının hər ikisi özünü bu dövlətin varisi hesab edib. Mənbələrin mübahisəli olmasına baxmayaraq Dongbuyeo (Şərqi Buyeo) eramızdan əvvəl 86-cı ildə Bukbuyeodan (Şimali Buyeo) sonra qurulmuşdur . Buyeo dövləti Bekçe dövlətinin tərkibinə daxil edilmişdir və 538-ci ildə Bekçe krallığı özünü Nambuyeo (Cənubi Buyeo) adlandırmağa başlamışdır.
Karles Puyol
Karles Puyol Saforkada 1978-ci il aprelin 13-də dünyaya göz açmışdır. Karles Puyol öz dövrünün ən yaxşı müdafiəçilərindən biri kimi hesab edilir. == Klub karyerası == Karles Puyol futbol karyerasına doğulduğu bölgənin La Pobla de Sequr adlı klubunda qapıçı olaraq başlamışdır. Lakin, çiynindəki zədə ilə bağlı olaraq sonradan hücumçu kimi çıxış etməyə başladı. 1995-ci ildə o Barselona'nın gənclərdən ibarət komandasına qoşuldu və orada müdafiəyə meylli yarımmüdafiəçi mövqeyində çıxış edirdi. 1997-ci ildə Barselona B-də çıxış etməyə başladı və burada o sağ cinah müdafiəçisi mövqeyində oynayırdı. 1999-cu ildə Barselona'nın baş məşqçisi onu əsas komandaya gətirdi. Puyol əsas komandada debütünü 1999-cu il oktyabrın 2 Real Valyadolid'ə qarşı oyunda edib. Daha sonralar o müdafiənin mərkəzində də çıxış edirdi. 2002-ci ildə o UEFA tərəfindən "Avropanın ən yaxşı sağ cinah müdafiəçisi" mükafatına layiq görüldü.
Xuan Puyol
Xuan Puyol Qarsia (isp. Juan Pujol García; 14 fevral 1914, Barselona – 10 oktyabr 1988, Karakas) — II Dünya müharibəsi dövründə ikitərəfli agent. Ona görə də onun adı dünyanın məşhur casusları sırasına düşüb. Xuan Puyol 1912-ci ildə Barselonada doğulub. O, uşaqlıq yaşlarından daha çox casus romanları, detektiv hekayələrlə maraqlanırdı. Xuan Puyol evdə oturaraq müxtəlif qeyri-adi casusluq hiylələri düşünüb hazırlayırdı. Bir gün o, casus olmaq qərarına gəlir və ingilis kəşfiyyatına bu istəyi ilə bağlı müraciət göndərir. İngilis kəşfiyyatı isə bu macəra həvəskarına bel bağlamır və onun bu təklifini rədd edir. Ancaq Xuan bu cavabdan təəssüflənmir və casusluq etmək üçün başqa yollar axtarmağa başlayır. Bir dəfə Xuan Puyol alman səfirliyinə müraciət edir və qatı nasist olduğunu, alman kəşfiyyatında işləmək istədiyini bildirir.
Park Han-byeol
Buyon (Dənizkənarı Alplar)
Buyon (fr. Buyon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Kurseqel kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 12,29 km², əhalisi 436 nəfərdir (2006) artım tendensiyası ilə: 484 nəfər (2012), əhalinin sıxlığı 39,4 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 483 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 484 nəfər.
Buvo-Blan reaksiyası
Buvo-Blan reaksiyası — Təsirsiz inert atmosfer mühitində mono və dikarbon alifatik turşuların natriumlu efirlərinin reduksiya olunması ilə α-hidroksiketonların (asilinlərin) əmələ gəlməsi. == Tarixi == Bu reaksiyanı 1903-cü ildə L. Buvo və Q. Blan kəşf etmişdir. === Mərhələləri === Bir neçə mərhələdən ibarətdir: Anion radikalın əmələ gəlməsi Anionun meydana gəlməsi. Reaksiyanın son məhsulu protonlaşmadan sonra α-hidroksiketona (asilin) çevrilən 1,2-keton — enediolatdır 1947-ci ildə A. Ştol və V. Preloq tərəfindən α, ω-dikarbon turşusunun diefirlərindən orta və böyük ölçüdə olan karbotsiklik birləşmələrin sintezini əldə edənə qədər bu reaksiya, üzvi kimyada öz tətbiqini tapmadı. Reaksiya, natrium və aralıq anionların oksidləşməsinin qarşısını almaq üçün argon cərəyanında incə səpələnmiş natriumla qarışdıraraq qaynayan ksilolda aparıldı. Bu halda kondensasiya əla məhsul verdi. Reaksiyanın məhsuldarlığını artırmaq üçün trimetilxlorsilandan istifadə olunur (Dikman kondensasiyasını məhv edir), bu vəziyyətdə əmələ gələn endiolların bis-trimetilsilil efirləri asanlıqla ayrılır və spirtlə qarşılıqlı təsir nəticəsində asilinlər əmələ gətirir. Bu, nəinki reaksiya çıxımını artırır, eləcə də aralıq prosesləri də minimuma endirməyə imkan verir. == Mənbə == О. А. Реутов, А. Л. Курц, К. П. Бутин Органическая химия в 4-х частях, Изд.: "БИНОМ. Лабораторя знаний", М., 2004. Ли Дж.
Jan Batist Buyo
Jan Batist Buyo (fr. Jean-Baptiste Bouillaud) - fransız terapevti, ürək xəstəliklərinin semiotikası haqqında təlimin banisi; Fransa Elmər Akademiyasının 1868-ci ildən üzvü. Tibb təhsilini 1823-cü ildə Paris Universitetində almışdır. Parisin Şarite xəstəxanasında daxili təbabət kafedrasının proffesoru, Sorbonnada tibb fakültəsinin dekanı olmuşdur. Klinik və patolo jianatomik müşahidələrini müqayisə etməklə ürək qüsurlarının diferensial diaqnostikasının əsasını yarat mışdır. 1835–1840-ci illərdə nəşr olunmuş klassik əsərlərində kəskin endokarditi təsvir etmiş və göstərmişdir ki, revmatizmin əsas hədəfi oynaqlar deyil, ürəkdir. Bununla da revmatizmin sistem xəstəliyi kimi müasir izahına qəti dönüş başlanmışdır. Həmçinin ürəyin səyirici aritmiyasını, çapma ritmini təsvir etmişdir. Jan Batist Buyo öz tibbi fəaliyyəti nəticəsində klinik məktəb yaratmışdır. Fəxri Legion ordeni ilə təltif edilmişdir.