Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Belavia
Belaviya (belar. Белавія) — Belarusa məxsus olan milli aviasiya şirkəti. Qərargahı Minsk məhərində yerləşir. 1996-cı ildə təşkil edilmişdir. Minsk Beynəlxalq Hava Limanından beynəlxalq reyslər həyata keçirir. Bütöv adı «Belaviya avia» Açıq Səhmdar Cəmiyyəti. Şirkət yaxın və uzaq ölkələrdə 17 nümayəndəliyi mövcuddur. Son zamanlar ilbəil sərnişin daşımada artım müşahidə edilir. Əgər 2010-cü ildə sərnişinlərin sayı 968 000 nəfər idisə 2013-ci ildə sərnişinlərin sayı 1,613 milyona çatmışdır. == Tarixi == Belarus mülki aviasiyasının tarixi 7 noyabr 1933 ildən başlayır.
Bukarka
Bukarka (lat. Neocoenorhinidius pauxillus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Borulayıcı böcəklər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Ağac və kol dekorativ bitkilərinin yarpaqlarına, xüsusilə cicəkli bitkilərdən ərik, gavalı ağaclarına və digər bəzək bitkilərinə (katalpa, söyüd, qovaq və s.) 14–22% zərər verir. Böcək imaqo mərhələsində torpaqda qışlayır. Mart-aprel aylarında ağaclarda tumurcuqlar əmələ gələndə qışlama yerlərindən çıxırlar və tumurcuqlarla qidalanırlar. Bu vaxt havanın orta günlük temperatur 12–16oC olur. Müşahidələrimizə əsasən, böcəklər 2–3 ay təbiətdə görünürlər. Abşeronda zərərvericinin yumurta qoyması bitkilərin çiçəkləməsi ilə eyni vaxta düşür. Yumurtalarını (bir ədəd olmaqla) yarpağın alt səthinə, yarpaq damarlarının bitişən yerlərinə qoyur. Ümumiyyətlə bir dişi fərd 100–120-yə qədər yumurta qoya bilir.
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Bulavin üsyanı
Bulavin üsyanı (1707–09) — Rusiyada kəndli və kazakların antifeodal hərəkatı. == Həyata keçirilməsi == Başçısı K.A. Bulavin idi. Üsyanda kazaklar, onlara qoşulmuş qaçqın kəndlilər, şəhər əhalisinin aşağı təbəqələri, həmçinin Volqaboyunda yaşayan xalqlar – tatarlar, mordvalar və b. da iştirak edirdi. === Birinci mərhələsi === Üsyan 1707-ci il oktyabrın 9-na keçən gecə başlandı, tezliklə Donun yuxarı axarlarında qaçqın kəndlilər yaşayan şəhərcikləri bürüdü. Lakin üsyançılar məğlub edildi; Bulavin, tərəfdarları ilə Zaporojye Seçinə qaçdı. === İkinci mərhələsi === 1707-ci ilin sonunda üsyanın ikinci mərhələsi başladı. Hərəkat Don və Volqaboyunu, Ukraynanın bir hissəsini bürüdü. 1708-ci il mayın 1-də Bulavin Çerkassı şəhərini tutdu. Üsyançıların bir hissəsi Volqaboyunda, digəri Sloboda Ukraynasında fəaliyyət göstərirdi.
Balaka (mahal)
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. == Əhali == Balaka dairəsində 316,748 nəfər yaşayır.
Balaka dairəsi
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. == Əhali == Balaka dairəsində 316,748 nəfər yaşayır.
Blaşka Qurjibekov
Blaşka Qurjibekov (oset. Гурдзибети Майрӕнсауи фурт Бласка; 1 (13) mart 1868, Novoosetinskaya[d], Rusiya imperiyası – 18 iyun (1 iyul) 1905, Mancuriya) — Osetin dilinin Digor ləhcəsində şeirlər yazan şair. İlk digor şairi və Digor ədəbiyyatının qurucusu. == Bioqrafiya == 1868-ci il martın 1-də Mozdok dairəsi Novoosetinskaya kəndində, zabit kazak Mayransau (İvan) Qurjibekovun ailəsində anadan olmuşdur. Atası 1875-ci ildə o, 7 yaşında olarkək vəfat edir. Onun tərbiyəsi ilə anası məşğul olur. 1878-ci ildən Pavlodolsk ibtidai məktəbində oxuur, sonra Stavropol gimnaziyasına daxil olur. Ailənin çətin maddi vəziyyəti səbəbindən gimnaziyadakı təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. 1886-cı ildə, 18 yaşında Qızılyar-Qrebenski alayında hərbi xidmətə başlayır. Adi bir kazak kimi xidmət edir.
Lankasterli Blanka
Lankasterli Blanş (ing. Blanche of Lancaster) (d. 25 mart 1342 – ö. 12 sentyabr 1368) — Plantagenetlər sülaləsinin üzvü, İngiltərə krallığının ən varlı və ən güclü zadəganlarından 1-ci Lankaster hersoqu Qrosmontlu Henrinin qızı. O, III Eduardın oğlu Gentli Conun ilk xanımı, İngiltərə kralı IV Henrinin anasıdır. == Həyatı == == Mənbə == Weir, Alison (1999). Britain's Royal Families: The Complete Genealogy. London: The Bodley Head. pp. 74–76.
Bulak xan
Bulak xan (1360 – 1380 və ya 1379) — Qızıl orda xanı. 20 yaşında Mamay xan tərəfindən taxta çıxmış. Dəfələrlə Qiyasəddin Xaqanbəy xan və Urus xan tərəfindən devrilsə də yenə taxta qayıtmışdır. Sonuncu dəfə isə Qiyasəddin Xaqanbəy xan tərəfindən devrilmişdi.
Bulak İyesi
Kəsmikli bulka
Kəsmikli bulka - unlu şirniyyat məmulatıdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Urta-Bulak
Urta-Bulak — Özbəkistan ərazisində təbii qaz yatağı. SSRİ dövründə aktiv surətdə istismar edilib. 1963-cü ildə Urta-Bulak yatağında təbii qaz partlayışı baş vermiş, alovu üç il (1064 gün) söndürmək mümkün olmamışdır.
Blanka, Klara və Kandida
Blanka, Klara və Kandida novellası ilkin variantda "Hakendovr zəvvarları" adı altında "Ulenşpigel" jurnalında çap olunmuşdur. Bu topluya daxil olan həcmcə ən kiçik əsərdir. Söhbət "Flamand əfsanələri" toplusundan gedir. Bu, topluya daxil olan dörd əsərdən biridir. Müəllifi Şarl de Koster olmuşdur. Bu novella poetik səciyyəli bir əsərdir. Bu novellanın birinci hissəsi arxaik, qalan iki hissəsi isə müasir fransız dilində yazılmışdır. Bu əsərdə üç bacının Hakendovrda kilsə tikməklərindən bəhs edir. Bu novellanın əsasını təşkil edən əfsanəni həmin kilsənin ruhaniləri 1472-ci ildə latın dilində qələmə almışdırlar.