Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nove Zamki
Nove Zamki (slovak. Nové Zámky, alm. Neuhäusel‎, mac. Érsekújvár, türk. Uyvar) — Slovakiyanın cənub-qərbində, Nitra çayının sahilində yerləşir. Əhalisi 42 min nəfərə yaxındır. Nove Zamki 1573—1581-ci illər arasında, Osmanlı İmperiyasına qarşı inşa edilmişdi və o zamanki Avropanın ən müasir qəsri hesab edilirdi.Tədricən qəsr ətrafında şəhər inkişaf etməyə başladı. Osmanlı İmeriyası qəsrə 10 dəfə hücum etmişdi, lakin qələbə qazana bilməmişdi. Yalnız 1663-cü ildə türklər qəsri ələ keçirə bilmişdilər. Bunun səbəbi də qəsr kommendantı Adam Forqahın türk qoşunlarının gücünü hesablamaması səhvi nəticəsində baş vermişdi.
Kisutske Nove Mesto
Kisutske Nove Mesto (slovak. Kysucké Nové Mesto, alm. Kischützneustadt/Oberneustad‎, mac. Kiszucaújhely) — Slovakiyanın şimali-şərqində şəhər. Əhalisi 16 min nəfərdir. Şəhər Kisutsa çayının sahilində və Kisutse Beskid dağlarının yamaclarında yerləşir. == Tarix == Kisutske Nove Mesto ilk dəfə olaraq IV Belanın 1244-cü il məktubunda Yesenin adı ilə qeyd olunur. Kral bu əraziləri Monqol-tatar istilasından xilas etdiyi üçün zadəgan nəslindən olan Buqomirə hədiyyə verir. Kisutske azad şəhər hüquqlarını 1325-ci ildə əldə edir. XIX əsrə qədər Kisutske əkinçilik və sənətkarlıqla məşğul olan kiçik bir qəsəbə idi.
Nove Mesto nad Vahom
Nove Mesto nad Vahom (slovak. Nové Mesto nad Váhom, alm. Neustadt an der Waag / Neustadt‎, mac. Vágújhely) — Slovakiyanın qərbində şəhər. Vah çayının sahilində yerləşir. Əhalisi 21 min nəfərə yaxındır. Nove Mesto nad Vahom Pieştyanıdan 20 km şimalda yerləşir.
GNOME
GNOME (GNU Network Object Model Environment, tələffüzü: /ɡˈnoʊm/ və ya /ˈnoʊm/) - əməliyyat sisteminin üzərində çalışan qrafik masaüstü mühitdir. Tamamilə azad və açıq kod proqram təminatıdır. 1997-ci ildə Miguel de Icaza və Federico Mena tərəfindən azad proqram təminatı kimi yaradılmağa başladı. 1999-cu ildə ilk versiyası istifadəyə buraxıldı. Unix xüsusi ilə də Linux əməliyyat sistemlərində masaüstü mühit kimi KDE Plasma və GNOME geniş istifadə olunur.
Növhə
Növhə (ərəb. نوحة‎, fars. نوحه‎‎) — elekiya xarakterli qədim matəm nəğməsi. Növhə sözü ərəb dilindən gəlir, "hüznlü nəğmə", "ağı" deməkdir. Erkən orta əsrlərdən Yaxın və Orta Şərqə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Məzmunca mərsiyəyə yaxındır. Ənənəyə görə matəm mərasimlərində cənazə yanında mərsiyədən əvvəl qadınlar növhə oxuyardılar. "Şəbih" tamaşalarında da növhələr oxunmuşdur.
Valve
Valve Corporation — videooyunlar yaradan və nəşr edən ABŞ şirkətidir. 1996-cı ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Belvyu, Vaşinqtonda yerləşir. Microsoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün peşəkar yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir. Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı.
Voore
Voore - Estoniyada kənd. Əhalisinin sayına görə (320 nəfər) Yıgıva rayonunda ən böyük kənddir. Vooreda məktəb, qonaq evi və kitabxana var. 4-cü Vikmediya CEE görüşü Vooreda qonaq evində keçirilmişdir.
Bove
Bove (fr. Beauvais, pikard Bieuvais, lat. Bellovacum, Bratuspantium, Caesaromagus) — Fransanın şimalında şəhər, region — O-de-Frans, Uaza departamentinin paytaxtı. Amyen şəhərindən 62 km cənub-qərbdə və Paris şəhərindən 78 şimalda, Teren və Avelon çaylarının birləşməsində yerləşir. 2014-cü ilə görə əhalinin sayı — 54 738 nəfər. == Tarixi == Qədim dövrlərdə Bellovak tayfasının paytaxtı idi. 52-ci ildə Yuli Sezarın fəthindən sonra Sezaqromaus adını aldı. Sonradan yenidən "Bellovaclar şəhəri" adlandırıldı (Civitas de Bellovacis). IX əsrdən etibarən Fransadakı ən güclülərdən biri olan (1013-cü ildən bəri Fransanın həmyaşıdları) olan Noyon yepiskoplarına çevrilən Beauvais-in Sayları qeyd edildi. 1346-cı ildə mühasirəyə alınan şəhər İngilislərə qarşı cəsarətlə özünü müdafiə etdi; Jan Lipyerin qəhrəman fədakarlığı ilə xilas oldu .
Love?
Love? — Cennifer Lopezin yeddinci studio albomudur.
Nüvə
Hüceyrə nüvəsi — Nüvə hüceyrənin mərkəzində yerləşən ən əsas hissəsidir. Atom nüvəsi — atomun mərkəzi hissəsi olub, atomun aid olduğu kimyəvi elementi təyin edir. Atom nüvəsi haqqında bilik radioaktivliyin, nüvə parçalanmasının başa düşülməsi üçün əhəmiyyətlidir. Nüvə enerjisi — nüvə parçalanması və ya birləşməsi ilə müşayiət olunan nüvə reaksiyası zamanı yaranan enerji. Nüvə (kompüter) — əməliyyat sisteminin mərkəzi hissəsi.
Nəvə
Nəvə — oğlun və ya qızın uşağı.
Logan Grove
Qambolun heyrətamiz dünyası (ing. The Amazing World of Gumball) — Ben Bokle tərəfindən yaradılmış cizgi serialı. Serialda Kaliforniyanın uydurma şəhəri Elmorda yaşayan 12 yaşlı insanabənzər mavi pişik Qambol Uotterson və ögey qardaşı qızıl balıq Darvin Uottersonun sərgüzəştlərindən bəhs olunur. Serial 3 may 2011-ci ildən etibarən Cartoon Network telekanalında yayımlanır. Serialın yaradıcısı Ben Bokle yeni televiziya şousu hazırlamaq istəyirdi. Beləliklə o, ailə və məktəbdə keçən əyləncəli cizgi serialı ideyasını Cartoon Network telekanalına təqdim etdi. Onlar bu ideyanı çox bəyəndilər və layihə üzərində işləməyə başladılar. Cizgi serial "Cartoon Network Studios Europe", "Boulder Media" və "Studio Soi" animasiya studiyalarının iştirakı ilə hazırlandı. Cizgi serial müxtəlif animasiya üslublarından istifadə edilərək hazırlanmışdır. Səhnələrin əksəriyyəti kuklalar, kompüter animasiyası, stop-motion, real kadrlar və s.
Onore Domye
Onore Viktoren Domye (fr. Honoré Victorin Daumier; 26 fevral 1808[…], Marsel[…] – 10 fevral 1879[…], Valmondua[…]) — fransız qrafiki, boyakar və heykəltəraşı, XIX əsrin ən böyük siyasi karikatura ustalarından biri. Onore Viktoryen Domye 26 fevral 1808-ci ildə Marsel şəhərində anadan olmuşdur. 1814-cü ildə ailəsi ilə birlikdə Parisə gəlmişdir. 1822-ci ildən A. Lenuarın emalatxanasına və Süis akademiyasına getmiş, Luvrda qədim sənətkarların yaradıcılığını öyrənmişdir. 1820-ci illərdə litoqraf J. M. Beliarın assistenti olmuş, kiçik nəşriyyatlar üçün vinyetkalar, titul səhifələri və s. işləmişdir. Domyenin siyasi karikatura ustası kimi formalaşmasında 1830-cu il inqilabının böyük təsiri olmuşdur. Калитина Н. Н. Домье. М., Искусство, 1955.
Takeşi İnoue
Takeşi İnoue (30 sentyabr 1928 - 5 aprel 1992) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Valve Corporation
Valve Corporation — videooyunlar yaradan və nəşr edən ABŞ şirkətidir. 1996-cı ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Belvyu, Vaşinqtonda yerləşir. Microsoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün peşəkar yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir. Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı.
Vyore-Voruaz
Vöre-Voruaz (fr. Veurey-Voroize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Sassenaj kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38540. Kommunanın 2009-cu il üçün əhalisi 1 386 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 178 ilə 1 620 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 13 km şimal-qərbdə yerləşir.
Şumpey İnoue
Şumpey İnoue — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Grove.io
Grove.io və ya əvvəlki adı ilə Convore — real vaxt rejimində çat veb proqramı. Erik Florenzano, Liya Kalver və Erik Maquayr tərəfindən yaradılmışdır. "PC World" proqram haqqında qeyd etmişdir ki, "bu, saysız-hesabsız mövzular üçün bir xəbər məcmuəsi, eləcə də sual/cavab forumu kimi işləyir". "MIT Technology Review"a görə, o, "özünün yeni saytlarının əksəriyyətində çatışmayan cila və həssaslığa" sahib idi. 2016-cı ilin oktyabr ayında "Grove.io" bağlandıqlarını açıqlamışdır. Onlar istifadəçilərə "Slack"i əvəzedici kimi istifadə etməyi tövsiyə görmüşdür.
Onore Traore
Nabere Onore Traore (fr. Nabéré Honoré Traoré; 28 sentyabr 1957, Deduqu[d]) — Burkina-Faso dövlət və hərbi lideri, prezident səlahiyyətlərini icra edən (31 oktyabr – 1 noyabr 2014-cü il). 23 noyabr 2014-cü ildə Burkina-Faso hökuməti qurulmuşdur. Burada İshaq Zida Onore Traorenin yerinə müdafiə naziri təyin edilmişdir.
İnoue Enryo
İnoue Enryo (井上 円了, 18 may 1858 – 6 iyun 1919, Dalyan, Yaponiya imperiyası) – Yaponiya filosofu, buddist mütəfəkkiri və pedaqoqu. Fəlsəfənin populyarlaşdırılması ilə məşğul olmuş, Toyo Universitetinin əsasını qoymuşdur. == İlk illəri == İnoue Enryo 1858-ci ildə indiki Niiqata prefekturasında doğulmuşdur. Ailəsi buddizmin Codo Şin sektasına mənsub idi. Tadanori İşiqurodan Çin klassikləri dərsi almış, Naqaoka İngilis Məktəbində ingilis dilini öyrənmişdir. İnoue Honqan məbədi tərəfindən Tokio Universitetində təhsil almağa göndərilmiş, 1885-ci ildə universiteti bitirmişdir. Universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur. Universitetdə oxuduğu vaxt 1884-cü ildə Tetsuqukayı təsis etmişdir. == Fəaliyyəti == İnoue 1887-ci ildə Toyo Universitetinin sələfi olan fəlsəfə institutu Tetsuqakukanı qurmuşdur. Qautama Budda, Konfusi, Sokrat və İmmanuel Kant kimi filosofların fikirlərinin sintezini yaratmağa çalışmışdır.
İnoue Tetsuciro
İnoue Tetsuciro (井上 哲次郎, 25 dekabr 1856 və ya 1856, Dazayfu[d], Çikuzen əyaləti[d] – 9 noyabr 1944 və ya 1944, Koişikava-ku[d], Tokio) – Yaponiya filosofu, şairi və pedaqoqu. Şintayşi hərəkatının qabaqcılı olmuş, alman idealizmini müdafiə etmişdir. == Həyatı == İnoue Tetsuciro 1856-cı ildə Yaponiyanın Çikuzen əyalətində (indiki Fukuoka prefekturası) doğulmuşdur. Tokuzan Nakamuranın rəhbərliyi altında Çin klassiklərini oxumuş, 1875-ci ildə Tokio Kaysey Məktəbinə daxil olmuşdur. 1880-ci ildə Tokio Universitetinin fəlsəfə fakültəsindən məzun olmuşdur. 1882-ci ildə Tokio Universitetinin dosenti olmuşdur. Həmin il "Şintayşişo" poeziya kitabının həmmüəlliflərindən biri olmuş, Toyama Masakazu və Ryokiçi Yatabe ilə birlikdə Şintayşi hərəkatının qabaqcıllarından biri olmuşdur. 1884-cü ildə təhsil almaq üçün Almaniyaya getmişdir. 1890-cı ildə Tokio Universitetinin professoru olmuşdur. Bütün akademik karyerasını 1923-cü ilə qədər Tokio Universitetində fəlsəfə dərsi verməklə keçirmişdir.
Eupatorium novae-angliae
Eupatorium novae-angliae (lat. Eupatorium novae-angliae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Fraqonar Jan Onore
Jan Onore Fraqonar (fr. Jean-Honoré Fragonard; 5 aprel 1732[…], Qras – 22 avqust 1806[…]) — Fransız rəssamı və qravür sənətçisi. Jan Batist Şarden və Fransua Buşenin şagirdi olmuşdur. == Həyatı == 1756–1761-ci illərdə İtaliyada yaşamışdır. Tarixi mövzuda tablolar, məişət səhnələri, mənzərələr və portretlər yaratmışdır. Əsərləri dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunur. Qrafik rəsmlərin və ofortların da müəllifidir. == Əsərləri == "Korez və Kalliroya" (1765) — Luvr, Paris. "Yelləncək" (1766) — "Volles kolleksiyası", London. "Sen-Kluda bayram" (1775) — Fransa bankı, Paris.
Jan Jorj Nover
Jan Jorj Nover (fr. Jean-Georges Noverre; 29 aprel 1727[…], Paris – 19 oktyabr 1810[…], Sen-Jermen-an-Le) — Fransa baletmesyteri. == Həyatı == Jan Jorj Nover 29 aprel 1727-ci ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, 1743-cü ildən rəqqas, 1755-ci ildən isə London, Paris, Vyana, Ştutqart teatrlarında baletmeyster kimi fəaliyyət göstərmiişdir. Balet sənətinin islahatçısı olan Nover rəqs divertismentlərini süjetli baletlə əvəz etmişdir. O, baletin məzmununu açaraq, onu dramatik, plastik obrazlarla ifadə etmişdir. Nover Avropa baletinin inkişafında böyük rol oynamışdır. Jan Jorj Nover 19 oktyabr 1810-cu ildə, 83 yaşında İl-de-Frans vilayətində yerləşən Sen-Jermen-аn-Le kommunasında vəfat etmişdir. == Əsas əsərləri == Les Fêtes Chinoises (Paris 1754) (mus. Jean-Philippe Rameau) La Fontaine de jouvence (Paris 1754) La Toilette de Vénus (Lyon 1757) (mus.
Jan Onore Fraqonar
Jan Onore Fraqonar (fr. Jean-Honoré Fragonard; 5 aprel 1732[…], Qras – 22 avqust 1806[…]) — Fransız rəssamı və qravür sənətçisi. Jan Batist Şarden və Fransua Buşenin şagirdi olmuşdur. == Həyatı == 1756–1761-ci illərdə İtaliyada yaşamışdır. Tarixi mövzuda tablolar, məişət səhnələri, mənzərələr və portretlər yaratmışdır. Əsərləri dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunur. Qrafik rəsmlərin və ofortların da müəllifidir. == Əsərləri == "Korez və Kalliroya" (1765) — Luvr, Paris. "Yelləncək" (1766) — "Volles kolleksiyası", London. "Sen-Kluda bayram" (1775) — Fransa bankı, Paris.